Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə100/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   96   97   98   99   100   101   102   103   ...   111

339 
 

 
Sizə  əvvəlki  dərslərdən  ammonyakın  alınmasına  aid  hansı  reaksiya  tənlikləri 
məlumdur? 

 
Ammonyakın  alınması  reaksiyalarından  hansılarını  laboratoriya  üsulu  hesab 
etmək olar? 

 
Ammonyakın fiziki, kimyəvi xassələrinə və tətbiqinə aid nələri bilirsiniz? 
   Müxtəlif fərziyyələrə əsasən mövzu müəyyənləşdirilir və tədqiqat sualı qoyulur.  
Tədqiqat  sualı:  Ammonyakın  laboratoriyada  alınması  üçün  hansı  reaksiyanı 
daha  münasib  hesab  edərdiniz  və  onun  əsasi  xassə  göstərməsini  nə  ilə  izah 
olunur? 
II.
 
Mərhələ. 
 Tədqiqatın aparılması. 
Müəllim  şagirdləri  dörd  qrupa  bölür  və  onlara  ammonyak  haqqında  əvvəlki 
dərslərindən  malik  olduqları  biliklərə  uyğun  yazılmış  suallardan  ibarət  iş  vərəqləri 
paylayır.  
I qrup. 
Sual  1.  Hidrogen  hansı  qeyri-metallarla  reaksiyada  əsasi  xassəli  birləşmə  əmələ 
gətirir?  
Sual 2. Ammonyakın  alınmasına  aid  reaksiya tənlikləri yazın.   
Sual 3. Ammonyakda kimyəvi rabitənin təbiəti necədir? 
Sual 4.Ammonyakın havadan ağır və yüngül olmasını necə bilmək olar? 
II qrup 
Sual 1. Ammoyakı toplamaq üçün kolbanı hansı vəziyyətdə tutmaq lazımdır? 
Sual  2.  Ammonyakda  azot  hansı  hibridləşmə  halındadır?  Azotun  maksimum 
oksidləşmə dərəcəsi və valenti neçədir?  
Sual 3. Ammonyakın əsasi xassəli olmasının səbəbini necə izah edərdiniz?  
Sual  4.  Ammonyak  reduksiyaedici,  oksidləşdirici  yaxud  hər  iki  xassəni  göstərir? 
Cavabınızı əsaslandırın.  
III qrup 


340 
 
Sual  1.  Ammonyakın  su  ilə  qarşılıqlı  təsirindən  hansı  maddə  alınır  və  onda  kimyəvi 
rabitənin  yaranması  mexanizmi  necədir?  Ammonium  ionunda  azotun  oksidləşmə 
dərəcəsi və valenti neçədir?  
Sual 2. Ammonyakın kimyəvi xassələrinə aid əvvəlki dərslərinizdən  sizə məlum olan 
reaksiyaların tənliklərini yazın.  
Sual  3.  Ammonyakın  laboratoriyada  alınması  üçün  daha  münasib  olan    reaksiyanın 
tənliyi yazın.  
Sual 4. Ammonyakın suda məhlulu nə adlanır və harada tətbiq olunur?  
IV qrup 
Sual 1. Ammonium ionunun  əmələ gəlmə sxemini tərtib edin.  
Sual  2.  Ammonyakın  oksigendə  yanmasından  hansı  məhsullar  alınna  bilər? 
Cavabınızı əsaslandırın.  
Sual  3.  Ammonyakın  reduksiyaedici  xassəsinə  aid  əvvəlki  dərslərdən  sizə  məlum 
olan reaksiya tənliklərini yazın. 
Sual 4. Ammonyakın tətbiqinə aid nələri bilirsiniz? 
III.
 
Mərhələ. 
İnformasiya mübadiləsi 
Qrup  işinə  ayrılan  vaxt  başa  çatdıqdan  sonra,  iş  vərəqləri  lövhəyə  asılır,  liderlər 
məlumat verir və fikir mübadiləsi aparılır. 
IV.
 
Mərhələ. 
İnformasiyanın müzakirəsi və təşkili 
Təqdimatlara  münasibət  bildirilir,  suallar  müzakirə  olunur,  lazım  gəldikdə 
müəllim  əlavələr  edir.Sonra  müəllim  ammonyakın  alınmasına  və  xassələrinə  aid 
şagirdlərin  iştirakı  ilə  aşağıdakı  şəkillərdə  göstərilən  təcrübələri  nümayiş  etdirir  və 
onun fiziki xassələri barədə nəticələr çıxarılır. Şagirdləri ammonyakın iyini hiss edir, 
rəngini, suda həll olmasını, indikatora təsirini, oksigendə yanmasını, turşularla təsirini 
müşahidə edirlər. 


341 
 
            Eləcə  də  Ammonyakın  alınması,  xassələri  və  tətbiqinə  aid  internet 
materiallarından əldə edilmiş görüntülər də ekranda nümayiş etdirilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ammonyakın  laboratoriyada  alınması  və  suda  həll  olunması  (“fontan” 
təcübəsi). 
 
 
 


342 
 
Ammonyakın oksigendə yanması 
 
 
 
 
 
 
 
                   Ammonyakın tətbiqi 
V.
 
Mərhələ 
Nəticə və ümumiləşdirmə 
Şagirdlərin  təqdimatından  və  aparılan  təcrübələrdən  belə  nəticəyə  gəlinir  ki, 
ammonyakın  laboratoriyada  alınması  üçün  ən  əlverişli  üsul  kalsium-hidroksidin 
yaxud  natronlu  əhəngin  (Ca(OH)
2
  +  NaOH)  ammonium-xloridlə  qarşılıglı  təsir 
reaksiyasıdır.  Çünki,  bu  reaksiya  tez  gedir  və  reaktivlər  laboratoriyada  olur. 
Ammonyakın  əsasi  xassə  göstərməsinin    səbəbi    azotdakı  bir  cüt  bölünməmiş 
elektron  olmasıdır  və  o,  su,  turşulurala  şiddətli  reaksiyaya  girir.  Müəyyən  olunur  ki, 
ammonyak  suda  ən  yaxşı  həll  olan  qazdır  (bir  həcm  suda  700  həcm  ammonyak  həll 


343 
 
olur). Ammonyakın suda yaxşı həll olması, onun su ilə reaksiyası iilə izah edilir. Bu 
halda həmçinin hidrogen rabitəsi barədə biliklər də aktuallaşdırılır. Beləliklə tədqiqat 
sualında qoyulan bütün məsələlər aydınlaşdırılır və ammonyakın tibbdə, məişətdə və 
kənd təsərrüfatinda mühüm əhəmiyyətə malik olduğu qənaətinə gəlinir. 
VI.
 
Mərhələ 
Qiymətləndirmə  
Qiymətləndirmə əvvəlcədən müəyyənləşdirilmiş meyar cədvəli ilə aparılır.  
VII.
 
Mərhələ.  
Refleksiya. 
 
Refleksiya  üçün  ammonyakaın  laboratoriyada  alınması  və  xassələrinə  aid 
məlumatları qısaca olaraq  şagirdlərdən soruşmaq olar. 
Sonda ev tapşırığı verilir. 
Hər  iki  dərsdə  qazanılan  bilikləri  yaradıcı  tətbiqetmə    üçün  aşağıdakı  test 
suallarından istifadə etmək olar.  
1.  Ammonyakın  laboratoriyada  alınması  üçün  hansı  maddələr  cütü 
götürməlidir? 
A) NH
4
Cl, Ca(OH)
2
; B) NH
4
Cl, Al(OH)
3
; C) NH
4
OH, CaCl
2
; D) NH
4
J, Zn(OH)
2
 
E) (NH
4
)
2
S, HCl  
2. Ammonyaka aid olanları göstərin. 
1- Kəskin iylidir                  4-Qonur rəngli qazdır           A) 1, 3, 5         D) 1, 2, 3  
2- Havadan ağır qazdır        5- Molekulyar qurluşludur     B) 2, 4              E) 2, 4, 5  
3- Suda yaxşı həll olur                                                    C) 1, 4  
3. Polyar-kovalent rabitəli maddələri göstərin. 
1- Ammonyak         4-Hidrogen-xlorid                              A) 1, 4, 5         D) 1, 3, 4  
2- Azot                    5-Su                                                 B) 2, 3             E) 3, 4, 5  
3- Natrium-xlorid                                                            C) 1, 3  
4.  Ammonyakın  sənayedə  alınması  reaksiyasında  tarazlığı  məhsulun  alınması 
istiqamətinə yönəltmək üçün nədən istifadə edilir? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə