Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə102/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   98   99   100   101   102   103   104   105   ...   111

348 
 
6. Qrafitin almazdan fərqli olaraq elektrik cərəyanını keçirməsi onun  kristal qəfəsində 
laylar arasında hibridləşmədə iştirak etməyən bir elektronun sərbəst hərəkət etməsidir. 
7. Karbonun allotropik şəkildəyişmələrinin fiziki xassələri arasında fərq onların kristal 
qəfəslərinin fərqli olmasına görədir. 
8.  Karbon  təbiətdə  həm  sərbəst,  həm  də  birləşmələr  şəklində  olur.  Karbona  sərbəst 
halda əsasən qrafit, nadir hallarda isə almaz  şəklində rast gəlinir.  
9.  Karbonun  birləşmələri  canlı  orqanizmlərdə  daş  kömürdə,  torfda,  neftdə  və  s.-də 
olur.  Onun  əhəngdaşı,  mərmər,  təbaşir  (CaCO
3
),  dolomit  (CaCO
3
.MgCO
3
),  maqnezit 
(MgCO
3
), siderit (FeCO
3
), malaxit (Cu
2
(OH)
2
CO
3
) kimi təbii mineralları məlumdur. 
Əyani  tanışlıqdan,  müəlliminin  karbin  barədə  verdiyi  məlumatlardan  və 
ekranda  göstərilən  materiallardan  şagirdlər  almaz,  qrafit  və  karbinin  fiziki  xassələri  
barədə aşağıdakı nəticəyə gəlirlər:  
Almaz bərkdir, rəngsizdir, şəffafdır, elektrik cərayanını keçirmir. 
Qrafit  almaza  nisbətən  yumşaqdır,  asanlıqla  ayrı-ayrı  kiçik  lövhələrə  ayrılır, 
boz rənglidir, şəffaf deyil, elektrik cərəyanını keçirir. 
Karbin narın kristal tozdur, qara rənglidir, elektrik cərəyanını keçirmir.  
 
 
 
 
Şəkil 2. Karbonun allotropik şəkildəyişmələri. 


349 
 
 
VI mərhələ.  
Yaradıcı tətbiqetmə. 
Bu mərhələdə şagirdlərin dərs prosesində qazandıqları bilikləri necə tətbiq etmələrini 
aşağıda verilmiş test tapşırığı ilə yoxlamaq olar. 
1.  Karbon  kimyəvi  elementinin  müxtəlif  maddələr  əmələ  gətirməsi  hansı 
hadisəyə əsaslanır? 
A) allotropiya  B) izotopluq C) adsorbsiya  D) radioaktivlik E) parçalanma 
2. Uyğunluğu müəyyən edin. 
I. Almaza aid olanlar     1. elektriki keçirir        A) I-2, 4;  II-1, 3 
II. Qrafitə aid olanlar     2. şəffafdır                   B) I-1, 3; II-2, 4 
                                       3. yumşaqdır               C) I-3, 5; II-1, 2 
                                       4. bərkdir                     D) I-2, 3; II-4, 5                                                
                                       5. suda həll olur           E) I-2, 5; 2-3, 5 
3. Almaz və qrafit üçün hansı ifadələr doğru deyil? 
1.  Aqreqat  halları  eynidir  (n.ş.).  2.  Adi  şəraitdə  hər  ikisi  qeyri-molekulyar 
quruluşludur. 3. Kristal quruluşları eynidir. 
A)   1, 2           B) 2,              C) 1, 3             D) yalnız 2            E) yalnız 3  
4. Karbon və silisiumun ən yüksək və ən aşağı oksidləşmə dərəcələri neçədir? 
A) +4 və -4     B) +2 və -2     C) +4 və 0     D) 0 və -4     E) 0 və -2 
5. Karbon hidrogenlə birləşməsində hansı oksidləşmə dərəcəsi göstərir? 
A) -4    B) +4    C) -2    D) +2     E) -1 
6. Silisium hidrogenlə birləşməsində hansı oksidləşmə dərəcəsi göstərir? 
A) +4    B) -4     C) +2     D) -2    E) +1 
7. Karbon hansı allotropik şəkildəyişməsində sp
3
 hibridləşməsi göstərir? 
A) Almazda    B) Qrafitdə    C) Karbində    D) Füllerendə   E) Qrafit və füllerendə 
8. Qrafitin elektriki keçirməsinin səbəbi nədir? 
A) Kristal qəfəsində sərbəst elektronun olması        B) Laylı quruluşlu olması     


350 
 
 C) Yumşaq olması       D) Qrafitdə karbonun sp
3
 hibridləşmə halında olması        
 E) Atom kristal qəfəsinə malik olması.  
9. Uyğunluğu müəyyən edin 
Maddələrin kimyəvi formulu: 
I - CaCO
3
; II- Cu
2
(OH)
2
CO
3
 
Maddələrin adları: 
1.malaxit; 2.əhəngdaşı; 3.əsasi mis(II) karbonat; 4.mərmər; 5.təbaşir 
A) I-2,4,5;    II-1,3   B) I-1,3; II-2,4,5;    C) I-2,1,3; II-4,5;     D) I-4,1; II-2,3;    E) I-
5,1,3; II-2,4   
10. Qara kömürün növləri hansılardır? 
1. his, 2. daş kömür, 3. koks, 4. torf, 5. ağac kömürü  
A) 1, 3, 5     B) 1, 2, 4     C) 2, 3, 4     D) 3, 4, 5     E) 1, 4, 5 
11. Karbonun xətti quruluşlu allotropik şəkildəyişməsi hansıdır? 
1. polin, 2. almaz, 3. qrafit, 4. polikumilen, 5. fülleren 
A) 1, 4      B) 2, 3      C) 1, 5       D) 2, 3       E) 4, 5       
VII mərhələ.  
Qiymətləndirmə. 
Qiymətləndirmə müəllimin hazırladığı aşağıda göstərilən cədvəl üzrə aparılır.   
 
QRUP 
MEYARLAR 
Tapşırıq tam 
və uyğun 
yerinə 
yetirilib 
Bir – birini 
dinləmə 
Əməkdaşlıq 
Əlavələr 
(suallar, 
cavablar) 
Tərtibat 
Vaxtında 
verilib 

 
 
 
 
 
 
II 
 
 
 
 
 
 
III 
 
 
 
 
 
 
IV 
 
 
 
 
 
 


351 
 
 
VIII. Mərhələ. 
Refleksiya.   
Refleksiya  mərhələsində  müəllim  izah  olunan  bütün  məsələləri  əhatə  edən  bir  neçə 
dolğun  sualla  şagirdlərin  dərs  zamanı  qazandıqları  biliklər  barədə  fikirlərini 
sistemləşdirə bilər. 
Ev tapşırığı: Karbonun allotropik şəkildəyişmələri və təbii birləşmələrinə aid həyatda 
rastlaşdığınız  maddələri  və  hadisələri  müşahidə  etmək  və  qeydlər  aparmaq. 
İnternetdən əlavə məlumatları əldə etmək.      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə