Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə49/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   45   46   47   48   49   50   51   52   ...   111

165 
 
olması  barədə  nə  deyə  bilərsiniz?  Əmələ  gələn  köpüyün  yatmasını  gözləyin  və 
məhlula  bir  qədər  xlorid  turşusu  əlavə  edin. Nə baş verir?  Hansı  maddə  alınır?  
Təcrübə 5. Qlükoza, saxaroza  və  nişastanın  xassələri. 
a)
 
Qlükozada  hidroksil  qrupunun  müəyyən  edilməsi.  Sınaq  şüşəsinə  1ml 
mis(II)sulfat  məhlulu  töküb,  üzərinə  2  ml  qələvi  məhlulu  və  1  ml  qlükoza  məhlulu 
əlavə  edin.  Nə  müşahidə  edilir?  Məhllulun  rənginə  diqqət  edin.  Bu  reaksiya  hansı 
sinif  üzvi  birləşmələr  üşün  xarakterikdir? 
b)
 
Qlükozada  aldehid  qrupunun  müəyyən  edilməsi.  Sınaq  şüşəsində 
mis(II)sulfatın  natrium-hidroksidlə  qarşılıqlı  təsirindən  mis(II)hidroksid  alın  və 
üzərinə  bir  qədər  qlükoza  məhlulu  tökün  və  zəif  qızdırın.  Nə  müşahidə  edilir?  Bu 
reaksiya  hansı  sinif  üzvi  birləşmələr  üçün  xarakterikdir?  
c)
 
Saxarozanın  quruluşunun  müəyyən  edilməsi.  Sınaq  şüşəsinə  2  ml 
saxaroza  məhlulu  töküb,  üzərinə  1  ml  natrium-hidroksid  və  bir  qədər  mis(II)sulfat 
məhlulu  əlavə  edin  və  qızdırın. Nə müşahidə olunur?  Səbəbini  izah  edin. 
d)
 
 Saxarozanın  hidrolizi.  Yumrudib  kolbanı  ştativin  pəncəsinə  bərkidin, 
içərisinə  bir  parça  qənd  və  15  ml  su  töküb,  üzərinə  1  ml  xlorid  turşusu  əlavə  edin. 
Kolbanı 3-5 dəqiqə qızdırın. Məhlul soyuduqdan sonra turşunu neytrallaşdırmaq üşün 
onun  üzərinə  qələvi  məhlulu  tökün.  Sonra  məhlulun  bir  hissəsini  sınaq  şüşəsinə 
boşaldın,  üzərinə  təzə  hazırlanmış  mis(II)  hidroksid  əlavə  edin  və  qızdırın.  Nə 
müşahidə edilir? Saxarozanın  hidrolizindən  hansı  maddə  alınır? 
e)
 
Nişastanın  keyfiyyət  reaksiyası.  Sınaq  şüşəsinə  bir  qədər  nişasta  məhlulu 
tökün  və  üzərinə  bir  neçə  damcı  yod  məhlulu  əlavə  edin.  Nişastanın  göyərməsini 
müşahidə  edin  və  məhlulu  qızdırın.  Göy  rəngin  itməsinə  diqqət  edin.  Nişastanın 
yodun  təsitindən  göyərməsi  hansı  şəraitdə  baş  verir? 
f)
 
Nişastanın hidrolizi. Kiçik kolbada 5-8 ml nişasta məhlulunu üç həcm su ilə 
durulaşdırın  və  üzərinə  1-2  ml  sulfat  turşusu  məhlulu  əlavə  edin.  Qarışıqdan  az 
miqdarda  götürüb  yodla  yoxlayın  və  nişasta  olduğunu  müəyyən  edin,  həmçinin  mis 
(II)hidroksidlə  yoxlayın  və  qlükozaya  məxsys  reaksiyanın  baş  vermədiyinə  diqqət 


166 
 
edin.  Sonra  məhlulu  5  dəqiqə  qaynadın  və  alınan  məhluldan  1  ml  sınaq  şüşəsinə 
tökün,  turşunun  neytrallaşması  üçün  qələvi  əlavə  edin.  Sınaq  şüşəsini  qızdırın, 
yenidən  yod  məhlulu  və  mis(II)  hidroksidlə  onu  yoxlayın  nə  müşahidə  edilir? 
Nışastanın  hidrolizindən  hansı  maddə  alınır? 
 
3.12. Azotlu üzvi birləşmələr və polimerlərin öyrədilməsi zamanı kimya 
eksperimenti 
 
1-ci iş. Aminlər və zülallar.  
 
Ləvazimat  və  reaktivlər:  yumrudib  kolba,  sınaq  şüşələri,  metal  ştativ,  spirt 
lampası,  kibrit,  qazaparan  borusu  olan  tıxac,  buzla  dolu  stəkan,  şüşə  çubuq,  ucu 
əridilərək dartılmış şüşə borusu olan tıxac, tutqac, uzun soyuducu borusu olan tıxac, 
kimyəvi  stəkanlar,  iynəsiz  şpris,  şor  balıqdan  hazırlanmış  məhlul,  qatı  natrium-
hidroksid, sulfat, nitrat, xlorid turşuları,  ammonyak, fenolftalein məhlulları, benzol, 
dəmir(III)  xlorid  məhlulu,  alüminium  qırıntıları,  xlorlu  əhəng,  neytral  lakmus 
məhlulu, toyuq yumurtası, etil spirti, gümüş-nitrat məhlulu, universal indikatir kağızı, 
mis(II) sulfatın duru məhlulu, qurğuşun(II) asetat məhlulu. 
Təcrübə 1.Aminlərin şor balıqdan (siyənəkdən) alınması. Balıqlarda kifayət 
qədər aşağı alifatik aminlər, xısusilə də dimetilamin (CH
3
)
2
NH, trimetalamın (CH
3
)
2
N  
vardır.  Ona  görə  də  uçucu  olan  həmin  aminlər  balıq  iyi  verirlər.  Yumrudib  kolbaya 
15-20  ml  şor  balıqdan  hazırlanmış  məhlul  töküb,  üzərinə  6-7  ml  qatı  natrium-
hidroksid  məhlulu  əlavə  edin.  Sınaq  şüşəsinin  ağzını  qazaparan  borusu  olan  tıxacla 
bağlayın  və  ştativə  bərkidin.  Qazaparan  borunun  ucunu  buzla  dolu  stəkanda 
yerləşdirilmiş,  içərisində  su  olan  sınaq  şüşəsinə  salın.  Kolbanı  qızdırın,  bir  neçə 
dəqiqədən sonra qəbuledici rolunu oynayan sınaq şüşəsində yığılmış amin məhlulunu 
nəzərdən keçirin və sonrakı təcrübələr üçün saxlayın. 
Təcrübə 2. Aminlərin xassələri. 


167 
 
a)
 
İki  sınaq  şüşəsinin  birinə  1-2  damcı  ammonyak  məhlulu,  ikincisinə  isə  o 
qədər  amin  məhlulu  tökün  və  hər  birinə  bir  neçə  damcı  fenolftalein  məhlulu  əlavə 
edin.  Nə  müşahidə  edilir?  Nəticə  çıxarın.  Ammonyak  və  aminlərin  suda 
məhlullarından  hansı  xassəli  maddələr  alınır? 
b)
 
İki  sınaq  şüşəsinin  birinə  bir  neçə  damcı    ammonyak,  digərinə  isə  amin 
məhlulu  tökün.  Onların  üzərinə  bir  qədər  dəmir(III)  xlorid  məhlulu  əlavə  edin.  Nə 
müşahidə  edilir? Nəticə  çıxarın və  reaksiya  tənliklərini  yazın.  
c)
 
Sınaq şüşəsinə 1-2 ml amin məhlulu töküb, üzərinə bir qədər qələvi məhlulu 
əlavə  edin  və  2-3  dəqiqə  qaynadın.  Sınaq  şüşəsinin  ağzından  ayrılan  buxara,  qatı 
xlorid  turşusuna  batırılmış  şüşə  çubuq  yaxınlaşdırın. Nə  müşahidə  edilir? 
d)
 
Sınaq şüşəsinə 1-2 ml amin məhlulu töküb, ağzını içərisindən ucu  əritməklə 
dartılıb  uzadılmış  şüşə  boru  keçirilmiş  tıxacla  bağlayın  və  ştativə  bərkidin.  Amin 
məhlulunu  qaynadın  və  çıxan  buxarı  şüşə  borunun  ucunda  yandırın  (təcrübənin 
effektli  alınması  üçün  amin  məhlulu  qatı  götürülməlidir).  Nə  müşahidə  edilir?  Bu 
təcrübə  aminlərlə  ammonyak  arasındakı  hansı  fərqli  xassəni  göstərir?  Cavabınızı 
əsaslandırın  və  reaksiya  tənliyini  yazın. 
Təcrübə3.  Anilinin  alınması.  Təcrübə  sorucu  şkafda  ehtiyatla  aparılmalıdır! 
Bu işi icra etmək  üçün  əvvəl benzoldan nitrobenzol alınır. Bu  məqsədlə stəkana 15 
ml  qatı  sulfat  turşusu,  1  ml  qatı  nitrat  turşusu  məhlulu  tökün.  Stəkanı  soyutduqdan 
sonra  qarışığa  ehtiyatla  0,5  ml  benzol  əlavə  edin.  Sonra  qarışığı  iri  sınaq  şüşəsinə 
töküb, ağzını  uzun soyuducu borusu olan tıxacla bağlayın  (soyuducu boru benzol  və 
nitrobenzol  buxarlarının  kondensləşməsi    üçündür).  Qarıçığı  yaxşı  çalxalayın  və 
tutqacla tutaraq spirt lampası alovunun üzərində (alova daxil etmədən) qarışdırmaqla 
zəif  qızdırın.  Reaksiya  şiddətli  gedərsə  (reaksiya  şiddətli  gedərsə  zəhərli  qaz  olan 
azot(IV)  oksid  ayrılar)  sınaq  şüşəsini  içərisində  soyuq  su  olan  stəkana  yerləşdirmək 
lazımdır.  Sınaq  şüşəsinin  çalxalamaqla  zəif    qızdırılmasını  10  dəqiqə  davam 
etdirdikdən  sonra,  ondakı  maddəni  içərisində  su  olan  stəkana  boşaldın  və  dibdə 
toplanan  nitrobenzol  damcılarını  müşahidə  edin.  Nitrobenzolun  üzərindəki  məıhlulu 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə