156
məhlullarından 1-2 ml tökün. Hər bir sınaq şüşəsinə 3-4 damcı natrium-silikat
məhlulu əlavə edin. Nə müşahidə edilir? Reaksiyaların tənliklərini yazın.
Təcrübə 5. Silikatların hidrolizi. İki sınaq şüşəsinin hər birinə 1-2 ml
natrium-silikat tökün. Birinci sınaq şüşəsinə bir damcı fenolftalein əlavə edin. Nə
müşahidə olunur? İkinci sınaq şüşəsinə 3-4 damcı ammonium-xlorid məhlulu və bir
damcı fenolftalein əlavə edin. Hansı sınaq şüşəsində hidroliz yaxşı gedir? Səbəbini
aydınlaşdırın və reaksiyanın tənliyini yazın.
3.10. Karbohidrogenlərin öyrədilməsi zamanı kimya eksperimenti.
1-ci iş. Doymuş və doymamış karbohidrogenlər
Ləvazimat və reaktivlər: sınaq şüşələri, çini həvəng, ştativ, yumrudib kolba,
spirt lampası, kibrit, qazaparan borusu olan tıxac, stəkanlar, natrium-asetat
kristalları, natronlu əhəng, bromlu su, kalium-permanqanat məhlulu, etil spirti, qatı
sulfat turşusu məhlulu, kalsium-karbid.
Təcrübə 1. Metanın alınması və xassələri. 3q natrium-asetatla 6 q natronlu
əhəngi (natrium-hidroksidlə kalsium-hidroksidin qarışığı) çini həvəngdə əzərək
yaxşıca qarışdırdıqdan sonra yumrudib kolbaya tökün. Kolbanın ağzını qazaparan
borusu olan tıxacla bağlayaraq, ştativin pəncəsinə bərkidin və ehtiyatla qızdırın (şəkli
46). Havanın çıxmasını gözlədikdən sonra, qazaparan borunun ucuna yanan kibrit
çöpü yaxınlaşdırın və alınan alovun rənginə diqqət edin. Qazaparan borunun ucunu
ardıcıl olaraq bromlu suya və 2-3 damcı 2N sulfat turşusu ilə turşulaşdırılmş kalium-
permanqanat məhluluna daxil edin. Nə müşahidə edilir? Nəticə çıxarın və metanın
alınması reaksiyasının tənliyini yazın.
157
Şəkil 46. Laboratoriyada metanın alınması.
Təcrübə 2. Etilenin alınması və xassələri.
Əvvəlcədən hazırlanmış bir həcm etil spirti və üç
həcm qatı sulfat turşusundan ibarət qarışıqdan sınaq
şüşəsinə, onun üçdə bir hissəsi qədər tökün. Sınaq
şüşəsinin ağzını qazaparan borusu olan tıxacla
bağlayaraq ştativin pəncəsinə bərkidin. Qarışığı 1-2
dəqiqə ehtiyatla qızdırın və sınaq şüşəsindən havanın
çıxmasını gözlədikdən sonra alınan etileni su üzərində
silindrə toplayın (şəkil 47).
Etilenlə dolu silindrə yanan kibrit çöpü daxil edin və dərhal silindirin içəri
divarı ilə su tökün. Etilenin yanmasından alınan alovun rənginə diqqət edin və
metanın yanmasından alınan alovla müqayisə edin.
Etilen alınan cihazın qazaparan borusunun ucunu ardıcıl olaraq içərisində
bromlu su və kalium-permanqanat məhlulu olan sınaq şüşələrinə daxil edin
(məhlulların rəngi açıq olmalıdır ki, rəngsizləşməyə çox vaxt getməsin). Nə müşahidə
olunur? Etilenin xassəsi barədə nəticə çıxarın və reaksiyaların tənliklərini yazın.
Təcrübə 3. Asetilenin alınması və xassələri. Quru odadavamlı sınaq şüşəsinə
ehtiyatla 1-2 parça kalsium-karbid salıb, ştativin pəncəsinə bərkitdikdən sonra,
içərisinə 1-2 ml su əlavə edin və ağzını dərhal qazaparan borusu olan tıxacla bağlayın.
Qazaparan borunun uçunu içərisində bromlu su olan sınaq şüşəsinə daxil edin və
Şəkil 47. Etilenin alınması.
158
gözləyin. Nə müşahidə edilir? Asetilenin xassəsi barədə nəticə çıxarın və reaksiya
tənliyini yazın.
Asetilen alınan cihazın qazaparan borusunu düz şüşə boru ilə əvəz edin və
alınan qazı onun uçunda yandırın. Alovun rənginə diqqət edin və onun hisli olmasının
səbəbini izah edin. Asetilenin alınması və yanması reaksiyasıyaları tənliklərini
yazın.
2-ci iş. Benzolun xassələri
Ləvazimat və reaktivlər: sınaq şüşələri, kimyəvi stəkanlar, şüşə çubuq,
içərisində buz olan stəkan, konusşəkilli kolba, benzol, kalium-permanqanat məhlulu,
bromlu su.
Təcrübə 1. Benzolun fiziki xassələri.
a)
Benzolun qaynama temperaturunun müəyyən edilməsi. İçərisində 1-2 ml
benzol olan sınaq şüşəsini qaynayan suya salın. Nə müşahidə edilir? Benzolun
qaynama temperaturu barədə nəticə çıxarın.
b)
Benzolun bərkimə temperaturunun təyini. İçərisində 1-2 ml benzol olan
sınaq şüşəsini bir neçə dəqiqə buzlu suda saxlayın və onun bərkimə temperaturu
barədə nəticə çıxarın.
c)
Benzolun sıxlığının təyini. Kiçik stəkanda su üzərinə 4-5 ml benzol tökün.
Nə müşahidə edilir? Benzolun sıxlığı barədə nəticə çıxarın.
Təcrübə 2. Benzolun kimyəvi xassələri.
a)
Benzolun yanması. Şüşə çubuğun ucunu benzola batırıb spirt lampasının
alovuna tutun. Nə müşahidə edilir? Benzolun alovunu digər karbohidrogenlərin alovu
ilə müqayisə edin və nəticə çıxarın. Reaksiyanın tənliyini yazın.
b)
Benzolun doymamışlıq xassəsinin olmamasının sübut edilməsi. İki sınaq
şüşəsinə 1-2 ml benzol töküb, birinə bir qədər bromlu su, digərinə isə kalium-
permanqanat məhlulu əlavə edin. Nə müşahidə edilir? Benzolda doymamış
Dostları ilə paylaş: |