Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
67 
ənənəvi  dərslik,  məsələ  kitabları  və  metodik  vəsaitlərə,  həmçinin  real  aləmin  modelinin 
hərtərəfli tədqiqi prosesinə istiqamətlənmiş müasir kompüter proqramlarına və təhsil mühitinə 
əsaslanırdı. Bunlar təxminən 2007-ci illərə qədər olan vaxtı əhatə edirdi. 
TKT-nin sonrakı inkişafı qeyri standart ideyaların və yeni bütöv kursların yaradılması 
əsasında  məzmunun  islahatı  yolu  ilə getdi. Qeyd  etdiyimiz  hal  layihələndirmə, konstruksiya 
və  ya  modelləşdirmə  obyektləri  ilə  tədris  işləri  üçün  müxtəlif  fənlər  üzrə  biliklərin 
inteqrasiyasını təşkil etməlidir. 
TKT-nın  üçüncü  mərhələsi  –  təlimin  fənlərarası  inteqrasiyasının  qeyri  ənənəvi 
məzmununa,  forma,  metod  və  vasitələrinə  əsaslanan  vahid  tədris  prosesidir.  O,  yeni  tip 
dərsliklərə verilənlər bazasını və ətraf aləmin bütöv dərk edilməsi üçün vasitələri birləşdirən 
xüsusi layihəli tədris kompüter mühitinə əsaslanır. Bu nəsil TKT-lər prosesdə yalnız biliklərin 
mənimsənilməsinin  yoxlanmasını  deyil,  hər  şeydən  əvvəl  onların  fəal  istifadəsi  prosesini 
həyata  keçirən  layihəli-istiqamətlənmiş  təlim  sistemi  üçün  nəzərdə  tutulmuşdur.  Bunlar  isə 
2007-ci illərdən sonrakı vaxtları əhatə edir. Bütün qeyd edilənlər şək.1 –də göstərilmişdir. 
 
 
Şəkil1. TKT-nin tətbiqi mərhələlərinin xarakterizə edən sxem. 
 
Hazırkı  dövrdə  tədris  prosesində  istifadə  olunan  bütün  yeni  informasiya  texno-
logiyalarını üç əsas qrupa bölmək olar: 
1) reseptiv (resepsiya sözündən götürülüb-hiss üzvləri ilə məlumatın qəbul edilməsini 
nəzərdə  tutur)  –  televiziya  və  digər  auidiovizual  vasitələrin  köməyi  ilə  verilən  səs  və  ya 
təsvirlər, rəqəmsal çevricilər vasitəsi ilə canlandırılan biliklərin qəbul edilək mənimsənməsi; 
Kalassik dərsliklər, 
məsələ və metodik 
vasitələr 

mər. 
Kompüter dərslikləri, 
məsələ və metodik 
vasitələr 
 
Klassik məzmun, forma və 
üsullar 
Kompüter üçün məzmun, forma 
və üsullar 
 

mər. 

mər. 
ziddiyyətlər 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
68 
2)  interaktiv  (qarşılıqlı  fəaliyyət)  –  şagirdlərin  və  öyrədici  sistemin  insan  və  maşın 
dialoqu  formasında qarşılıqlı  fəaliyyətidir. Ən  mükəmməl  interaktiv sistemlər kompüterdən, 
multmediadan  təşkil  olunmuşdur.  Belə  sistemlə  öyrənən  şagird  vəziyyətin  fəal  iştirakçısına 
çevrilir və kompüterin köməyilə onun gedişinə və nəticəsinə təsir edə bilir; 
3)  sorğu  -  informasiya  texnologiyası,  şagirdlərin  lazım  olan  informasiyanı  verilənlər 
bazasından  və  bankından  alması,  həmçinin  lokal  və  qlobal  şəbəkələrlə  (telekommunikasiya 
şəbəkəsi, CD-ROM və s.) işdə nəzərdə tutulur. 
Kompüter texnologiyasında tətbiq olunan öyrədici və yoxlayıcı proqramların tiplərinə 
və öyrətmə siteminin strukturuna görə, müasir texnologiya xətti və qeyri xətti kimi iki növə 
bölünür  (şək.1).  Bu  onunla  əlaqədardır  ki,  yeni  informasiya  texnologiyaları  öz  xüsu-
siyyətlərinin  gücü  ilə  ənənəvi  təhsil  sisteminin  öyrədici  potensialını  tam  aça  bilmir,  burada 
hazır biliklərin verilməsinin didaktik xətti texnologiyası üstünlük təşkil edir. 
Çox  sürətli  nəhəng  informasiya  axını  təlim  prosesində  bütün  toplanmış  biliklərin 
ötürülməsi  prinsipini  tam  həyata  keçirməyə  imkan  vermir.  Ona  görə  də,  informasiya 
texnologiyaları  informasiyaların  hipermətn,  hipermedia  formasında  verilənlər  və  biliklər 
bankında  yerləşdirilmiş qeyri  xətti quruluşuna  istiqamətlənir. Bu tipli  informasiya  modelləri 
WWW texnologiyalı İnternet sistemində də geniş istifadə olunur. 
Müasir təhsil sistemi öyrənəndə məsələnin qoyuluşu, modelləşdirmə, optimallaşdırma, 
qeyri  müəyyən  şəraitdə  qərar  qəbul  etmək,  bilikləri  müstəqil  əldə  etmək  bacarığı  kimi 
vərdişlərin  inkişaf  etdirilməsi  üçün  şəraiti  təmin  etməlidir.  Bucür  təhsilin  quruluşunu 
aşağıdakı kimi təsvir etmək olar. 
Elmdə  fənn  sahələrinə  aid  biliklər  elmi  məqalələr,  məruzə  və  məlumatlar  şəklində 
toplanır. Təfəkkürdə bu elementlərin toplusu elmi biliklərin mənbəyini yaradır və qeyri xətti 
texnologiyanı  əks  etdirir  (şək.2).  Qeyri  xətti  model  –  çoxcədvəlli  verilənlər  bazasından, 
hipermətn  və  multmedialı  informasiya  sistemindən  ibarətdir.  Elmi  ekspertlər  nəzəriyyə 
yaradaraq  biliklərin  istifadə  olunmasının  praktik  təcrübəsini  toplayır,  fənn  sahəsinə  aid 
bilikləri  ümumiləşdirərək  sistemləşdirir.  Biliklərin  sistemləşdirilməsi  xətti  modelə,  başqa 
sözlə,  izahın  ardıcıl  və  nizamlı  formasına  gətirilir.  Biliklərin  xətti  modeli  fənn  sahələrinin 
tematik bölmələrinin nizamlı ardıcıllığını özündə əks etdirir. Belə sistemlər əsasında ekspert 
qurupları məqsədli ekspert modelləri (təhsil minimumunun dövlət standartı – 3) yaradırlar. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
69 
 
Şəkil 2. Təlimdə xətti və qeyri xətti texnologiyaların strukturu modeli
 
 
Öyrədici  sistem  öyrənənlərdə  bilik  modelini  formalaşdırır.  Təlimə  nəzarət  ekspert 
modelinə uyğunluğunun qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Təhsilin ənənəvi sistemi 
öyrədici  mühiti  (müəllimi,  təlim  texnologiyası  və  vasitələrini)  aşağıdakı  sxem  üzrə  (Şək.3) 
biliklərin xətti modelinə istiqamətləndirir. 
 
Şəkil 3. 
Lakin  bir çox  hallarda, xüsusilə  fənn  sahələrində, qeyri  xətti  modellərdən də  istifadə 
etmək məqsədə uyğundur. Bu, metodikadan təlim elementlərini problemli istiqamətləndirmə 
yönümünü inkişaf etdirən analitik məktəblərdə geniş istifadə olunur. Burada təlim aşağıdakı 
sxem üzrə (Şək.4) aparılır. 
 
Şəkil 4. 
Fənn sahəsi 
Мягаляляр мярузяляр
 
(биликлярин гейри хятти 
модели
 
Məqsəmodeli (biliklərin xətti 
modeli) 
Şəxsiyyət yönümlü biliklər 
elmi 
Öyrədici sistem (müəllim, vasitə və 
mexanizmlər) 
Dövlət
 
стандарты
 
Məqalələr məruzələr 
(biliklərin qeyri-xətti modeli) 
Q
eyri
 xə
tti
 
te
x
nol
og
iy

X
ətt
i te
xnol
og
iy
ala





 
biliklər 
dekompazisiya 
təlim 
sintez 
biliklər 
nəzarət 
Məsələlər 
Tədqiqat / təfəkkür 
Nəzarət 
Biliklər 
Məqsəd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə