METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
63
asanlıqla daxil olmaq olar. Bu zaman sağ pəncərədə testlərin 1-dən 4-ə qədər nömrələri görünən
zolaq aktivləşir. Uyğun nömrəni açmaq üçün, həmin nömrə mausun sol düyməsi ilə sıxılır (şəkil 5).
Uyğun paraqrafın diskdə verilən seçilmiş ixtiyari testi müəllim tərəfindən tərtib edilən yeni
testlə əvəz olunur (bu məqsədlə 3.1 bəndindəki təlimata uyğun hərəkət etmək olar).
4. Testlərin mətninin dəyişdirilməsi və redaktə edilməsi.
4.1. Test iki hissədən ibarətdir: sual və 5 distraktordan ibarət cavab hissəsi. Yeni test
tapşırığının hazırlanması bu hissələrin yazılması və redaktəsindən ibarətdir. Mətn və düsturların
yığılması, şəkil və sxemlərin çəkilməsi Mikrocoft Word mətn redaktorunda yerinə yetirilir. Bu
proqram kompüterinizdə yoxdursa, onu qabaqcadan yükləmək lazımdır.
4.2. Diskdəki testin mətnini redaktə etmək lazımdırsa, test pəncərəsinin sual-cavab hissəsin-
də mausun sağ düyməsi sıxılır və istənilən əməliyyat seçilir (bunu mausun sol düyməsinin iki dəfə
sıxılması yolu ilə də etmək olar).
Word mətn redaktorunun pəncə-
rəsi açıldıqdan sonra mətn yığılır.
Bu zaman mausu açılan pəncə-
rənin işçi panelinə gətirib, sağ
düyməni sıxmaqla redaktorun
ixtiyari funksiyasından (mətn, cə-
dvəl, formul, şəkil və s.) istifadə
etmək olar. Məsələn, düstur yığı-
larkən «Equation Editor» (Düs-
turlar redaktoru) işçi panelə çıxa-
rılır və sonra tələb olunan əməliyyat aparılır.
Şəkil 5.
Şəkil 4.
Şəkil 6.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
64
4.3. Düzgün cavabı qeyd etmək üçün mausu düzgün cavabın üzərinə gətirib, sıxır və
qarşısına - (ulduz) işarəsi qoyulur.
4.4. Şəkil, qrafik yerləşdirmək lazımdırsa, onu istənilən qrafik redaktorda yerinə yetirib
uyğun testin mətninə gətirilə bilər.
4.5. Tərtib olunan test silinə, yaxud üzü köçürülüb başqa bir paraqrafın testlər blokuna
əlavə oluna bilər. Bu məqsədlə «Fayl» menyusunun müvafiq alt-menyularından istifadə etməklə
həyata keçirilə bilər (alt menyuları kursoru testlərin nömrələr zolağına gətirib mausun sağ düy-
məsini sıxmaqla da açmaq olar, bax: şəkil 6).
4.6. Test tapşırığının sahəsinin tənzimlənməsi test nömrələrinin sıralandığı zolaqdan
aşağıdakı əmrələr vasitəsilə həyata keçirilir. Burada yerləşdirilən «Sualın hündürlüyü», «Ümu-
mi hündürlük», «Sualın fonu», «Cavabların fonu», «Stil», «Şablon» və «Nizamlama» əmrləri
vasitəsilə test mətninin və cavabların yerləşdikləri sahələrin həndəsi ölçüləri, arxa fonların rəng-
ləri, cavabların yerləşdirilmə
strategiyası (şaquli və ya üfiqi),
şriftlərin ölçüləri və.s.tənzimlə-
mək olar. Effektli hesab olunan
parametrlər şablonlar vasitəsilə
yadda saxlanılır. Bu məqsədlə
tərtib olunan test açılır «Şablon
+» düyməsi sıxılmalı və yeni
adla saxlanmalıdır.«Şablon–»
düyməsi vasitəsilə cari şablon silinir (şəkil 7).
4.7. Test tapşırıqlarının hazırlandığı layihə faylını (testlər paketi) yadda saxlamaq
lazımdır, bu zaman fayl «. tdp» genişlənməsini qəbul edir. Yalnız bundan sonra testlər paketi
mövcud multimedia proqram təminatına
əlavə edilərək, keçmiş test paketini yenisi
ilə əvəz etmək olar, bu məqsədlə «Test
paketini yenilə» düyməsi sıxılır.
Testlər iki üsulla yeniləşdirilə bilər:
a)
yeni
paketin
istifadəçinin
kompüterində birbaşa yeniləşdirilməsi;
b) yeni paketin ayrıca «.exe» tipli
yerinə yetirilə bilən proqram formasında.
Şəkil 7.
Şəkil 8.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
65
Qeyd edək ki ikinci üsulla yaradılmış poqram sonradan istənilən kompüterdə test paketinin
yeniləşdirilməsinə tətbiq oluna bilər (şəkil 8). Hazırlanan test paketi yeni adla da saxlanıla bilər.
Adi şəbəkə rejimi üçün şagirdlərin kompüterində test paketi yeniləşdirilməlidirsə, sadəcə olaraq
«.exe» faylı şagird kompüterində işə buraxılır. Proqram özü həmin kompüterdə bütün testləri
yeniləri ilə əvəzləyir.
Qeyd edək ki, istifadəki «Fizika. Ümumi kurs» multimedia elektron dərsliyində verilən
test paketini hər zaman bərpa edə bilər. Bunun üçün aşağıdakı əməliyyat ardıcıllığından istifadə
edilir:
a) «Aç» düyməsi işə salınır;
b) «Testlərin ilkin variantını yüklə» düyməsi işə salınır, uyğun əmr seçilir və testlərin
yüklənmə prosesi başlayır;
c) «Test paketini Yenilə» əmri verilir.
ƏDƏBİYYAT
1.
Abdurazaqov R.R. Fizika. Yeni nəsil multimedia dərsliyi. Elektrodinamika. Optika. Kvant fizikası.
Metodik vəsait. 2-ci hissə. Bakı, Bakınəşr, 2007, 48 səh.
2.
Abdurazaqov R.R. Fizika. Yeni nəsil multimedia dərsliyi. Mexanika. Molekulyar fizika. Metodik vəsait.
1-ci hissə. Bakı, Bakınəşr, 2007, 64 səh.
3.
Murquzov M.İ., Abdurazaqov R.R. Fizika. Yeni nəsil multimedia dərsliyi. Elektrodinamika. Optika.
Kvant fizikası. 2-ci hissə. 2 SD diski. Bakı, Bakınəşr, 2007
4.
Murquzov M.İ., Abdurazaqov R.R. Fizika. Yeni nəsil multimedia dərsliyi. Mexanika. Molekulyar fizika.
1-ci hissə. 2 SD diski. Bakı, Bakınəşr, 2007
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
66
RESPUBLİKA TƏHSİL SİSTEMİNDƏ YİTV-NİN TƏTBİQİ
MƏRHƏLƏLƏRİ VƏ TEXNOLOGİYALARI
İ.N. İsmayılov
pedaqoji elmlər namizədi, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
A.S. Əhmədli
FTM kafedrasının magistri
Öyrədici texnologiya müəyyən pedaqoji özül üzərində qurulmaqla, məzmunca onu
tamamlamalıdır. Bu texnologiya müxtəlif növ biliklərin təqdim olunması və mənimsənilməsi
üçün adekvat üsulları özündə ehtiva edən müasir kompüter texnikasına əsaslanır. Hazırkı
dövrdə təlimdə kompüter texnologiyasının (TKT) tətbiqinin üç mərhələsi xüsusilə fərqlənir.
TKT-nin birinci mərhələsi ənənəvi təlimin forma və metodlarına, məzmununa
əsaslanan bütöv tədris prosesidir. O, klassik dərsliklərə, məsələ kitablarına və metodik
vəsaitlərə əsaslanır. Bu prosesdə kompüterdən hazır biliklərin təqdim edilməsi və
mənimsəmənin yoxlanmasının gücləndirilməsi üsullarını yaxşılaşdırmaq, intensivləşdirmək
üçün istifadə olunur. Deməli, birinci nəsil TKT fənlərin tədrisi üzrə istiqamətlənmiş təlim
sistemi üçün müəyyən edilmişdir, başqa sözlə, kompüter ənənəvi tədris prosesini dəyişmir,
klassik dərslik, məsələ və suallar kitablarının məntiqinə tabe olaraq köməkçi funksiyanı
yerinə yetirir. Yəqin ki, bu, kompüterin təhsildə qəflətən meydana çıxması ilə əlaqədar olmuş
və ilkin dövrləri əhatə edir. Həmin dövr üçün alim və metodistlər tərəfindən yazılmış
dərsliklərdə tədris prosesində kompüterdən istifadə nəzərdə tutulmamışdır. Birinci mərhələdə
tədris prosesinin tələbləri bu yeni vasitənin imkanlarına uyğun gəlmədiyi üçün kompüterin
çoxsaylı və müxtəlif funksiyaları tam istifadə edilməmişdir. Əvvəlcə onun yalnız repetitor
(öyrədici və yoxlayıcı) və trenajer kimi iki funksiyası tətbiq olunurdu. Kompüterin böyük
həcmli informasiyaların illüstrasiyası, saxlanması və işlənməsi, modelləşdirmə, konstruksiya
etmə, tədqiqat və çoxlu digər imkanları praktik olaraq istifadəsiz qalırdı. Bu təxminən 2000-ci
illərə qədər olan dövrləri əhatə edirdi.
TKT-nın ikinci mərhələsndə – təlimin klassik və modelləşdirilmiş forma və
metodlarının (bir-biri ilə ziddiyyət təşkil edən sistemlərin mübarizəsi şəraitində
kompüterləşmə) sistemsiz kombinasiyası ənənəvi məzmuna əsaslanaraq istifadə edilirdi. O,
Dostları ilə paylaş: |