Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
22 
və elm müəssisələrinin alim və mütəxəssislərinin, pedaqogika elminin aktual problemləri üzrə 
nəzəri və tətbiqi yönümlü elmi yazıları dərc olunmaqdadır. 
Universitetdə 2008-ci il dekabr ayında dövlət qeydiyyatından keçmiş "Təhsildə İKT" 
elmi-metodik  jurnalının  təsis  olunması,  təhsilin  informatlaşmasının  konseptual,  metodoloji, 
texniki-texnologi  aspektlərinə  dair  elmi-metodik  tədqiqatların  nəticələrinin  pedaqoji 
ictimaiyyətə çatdırılması, elmi ideyaların mübadiləsinin aktivləşməsi məqsədini daşıyır. 
"Təhsildə İKT" elmi-metodik jurnalının redaksiya heyətinin tərkibinə ölkənin pedaqoji 
elm  və  təhsil  sahəsinin  qabaqcıl  elm  xadimləri,  pedaqoqlar  ilə  yanaşı,  Türkiyə 
Cumhuriyyətinin, Avropanın, MDB ölkələrinin alim və mütəxəssisləri cəlb olunmuşdur. 
Hal-hazırda,  "Təhsildə  İKT"  elmi-metodik  jurnalının  birinci  nömrəsi  çapa 
hazırlanmaqdadır.  Ümüdvaram  ki,  "Təhsildə  İKT"  elmi-metodik  jurnalının  nəşri,  ölkədə 
pedaqoji təhsilin inkişafına öz töhfəsini verəcəkdir. 
ADPU-da 
pedaqoji  təhsilin  informatlaşmasının  mövcud  vəziyyətinə  və 
perspektivlərinə  dair  yuxarıda  deyilənlərə  yekun  vuraraq,  bir  daha  qeyd  etmək  istərdim  ki, 
Universitetin  inzibati  və  professor-müəllim  heyəti,  milli  təhsil  sisteminin  modernləşməsi  və 
dünya  təhsil  sisteminə  inteqrasiyası  yönümündə,  Dövlət  rəhbərliyinin,  təhsil  idarə 
orqanlarının  müəyyən  etdikləri  strateji  kursun  həyata  keçirilməsi  üzrə  bütün  səy  və 
bacarıqlarını əsirgəməyəcəklər. 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  23 
ALİ PEDAQOJİ KADR HAZIRLIĞINDA KEYFİYYƏTİN İDARƏOLUNMA 
MODELİ 
 
A.O. Mehrabov 
texnika elmləri doktoru, professor 
Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü 
 
M. Məmmədova 
“Tərəqqi” liseyinin direktoru 
 
İdarəetmə  mədəniyyəti  bütün  mədəniyyətlər 
içərisində ən mürəkkəbi və ən çətinidir. 
İ.KANT 
Keyfiyyət  istənilən  obyektin  müəyyənliyini  bildirən  fəlsəfi  kateqoriya  olub,  onun 
xassələrinin məcmusunda təzahür edən obyektiv və ümumi xarakteristikadır. Təhsil sferasında 
isə  keyfiyyət,  təhsilin  nəticələrinə  uyğun  əvvəlcədən  müəyyən  edilmiş  normativlərə 
(standartlara)  müvafiq  öyrənənlərin  səviyyəsini,  ümumi  halda  təhsil  sisteminin  durumunu 
müəyyən  edən  ən  vacib  göstəricidir.  Təhsilin  nəticələri  təkcə  öyrənənin  təhsilini  başa 
vurduqda yiyələndiyi bilik və bacarıqların səviyyəsi deyil, həm də onun dünyaya, cəmiyyətin 
inkişafına  baxışını  və  münasibətlərini  göstərən  müəyyən  şəxsi  keyfiyyətlərdir.  Deməli, 
təhsidə  keyfiyyətə  öyrənənlərə  verilən  bilik,  bacarıq  və  vərdişlərin  müvafiq  dövlət 
standartlarına  və  cəmiyyətin  tələbatına  hansı  səviyyədə  uyğunluğunu  müəyyənləşdirən  və 
inkişafa xidmət edən başlıca meyar kimi baxmaq lazımdır. 
Araşdırmalar  göstərir  ki,  təhsil  müəssisələrində  keyfiyyətli  təhsil  sisteminin 
qurulmasına  və  onun  idarəedilməsinə  yanaşmalar  müxtəlifdir.  Bir  qrup  mütəxəssislər 
idarəetmənin  müxtəlifliyini  bürokratiyaya  yol  vermədən  dəqiqliyə  və  operativliyə  əməl 
etmədə,  digərləri  onu  idarəetmə  aparatının  minimum  xərclə  işləməsində,  üçüncü  qrup  isə 
idarəetmədə  riyazi  metodlardan  və  kompyuter  texnologiyalarından  geniş  istifadə  etməkdə 
görürlər.  Bu  yanaşmaların  hər  üçündə  qismən  də  olsa,  idarəetmədə  demokratik  prinsiplərin 
tətbiq  olunması  istiqamətində  müsbət  fikirlər  vardır.  Müasir  yanaşmalara  görə  təhsil 
müəssisələri  elə  bir  pedaqoji  sistem  olmalıdır  ki,  şəxsiyyətin  inkişafı,  meyl,  maraq  və 
qabiliyyətlərinin  formalaşması,  həmçinin  onların  mənəvi  və  əxlaqi  cəhətdən  layiqli  bir 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
24 
vətəndaş kimi yetişməsi üçün maksimum şərait yarada bilsin və bu prosesi səmərəli idarə edə 
bilsin [1.2]. 
Hazırda təhsil müəssisələrində keyfiyyətin idarə olunması, aşağıdakı üç texnologiyaya 
əsaslanır : 
-
 
məqsədə görə idarəetmə; 
-
 
prosesə görə idarəetmə; 
-
 
son nəticəyə görə idarəetmə. 
Keyfiyyətin  idarəedilməsində  əvvəlcədən  bütün  təsiredici  amillərin  nəzərə  alınması 
mümkün  olmadığından,  eyni  zamanda  təhsil  müəssisəsinin  ümumi  işinə  xarici  amillər  və 
daxili mühit, hər bir tələbə qrupunun səviyyəsi, özünəməxsus xüsusiyyətləri təsir etdiyindən, 
istənilən  vəziyyətdən uğurla çıxmaq üçün  müəllimlərin ustalığı, onların  normativlərə uyğun 
yaradıcı  fəaliyyət  göstərməsi  ardıcıl  olaraq  izlənilməli,  vaxtında  müvafiq  tədbirlər 
görülməlidir [2]. 
Təhsildə  keyfiyyətə  nəzarət,  onun  idarəolunmasının  təşkili  xüsusiyyətləri,  eyni 
zamanda  ümumtəhsil  məktəblərində  idarəetmə  və  təhsilvermənin  inkişaf  modelləri 
tərəfimizdən  nəzəri,  pedaqoji-psixoloji  baxımdan  geniş  araşdırılmış,  alınmış  nəticələr 
pedaqoji  mətbuatda  və  monoqrafiya  formasında  çap  olunaraq  geniş  oxucu  kütləsinə 
çatdırıldığından,  bu  məqalədə  araşdırılan  problemlər  üzərində  bir  daha  geniş  dayanmağı 
məqsədəmüvafiq hesab etdik [2]. 
Bu  məqalədə  pedaqoji  yönümlü  təhsil  müəssisələrində  peşə  təlimində  keyfiyyətin 
idarəolunmasının  yeni  konseptual  modelinin  əsas  prinsiplərinin  araşdırılmasına  üstünlük 
verilmişdir. 
Müasir  dövrdə  təhsilşünaslıqda  idarəetmədə  innovasiyaların  tətbiqi  problemlərinin 
araşdırılması  xüsusi  yer  tutur.  Professional-pedaqoji  təhsil  sistemində  innovasiya 
proseslərinin  inkişafının  məqsədli,  proqram  xarakterli  məsələlərin  qoyuluşu  vasitəsilə 
idarəedilməsi problemi daha da aktuallaşdırır. 
Professional-pedaqoji  təhsil,  gənc  nəslin  tərbiyəsi  ilə  məşğul  olan  peşəkar  kadr 
hazırlığında  innovasiya  xarakterli  nadir  təhsil  sferası  kimi  qəbul  olunur.  Ona  görə  də 
professional-pedaqoji təhsildə innovasiya prosesləri təhsilin inkişafının və təhsil, təlim-tərbiyə 
prosesinin 
demokratikləşməsi, 
humanistləşməsi, 
regionlaşması, 
təhsil 
mühitinin 
təbiətəmüvafiqlik  prinsipləri  və  təhsil  sahəsinin  inteqrasiyası  ilə  bağlı  ideyalar  əsasında 
qurulmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə