Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  19 
Test  imtahanlarının  gedişində  tələbələrin  tədrisdə  əldə  etdikləri  biliklərin 
mənimsənilməsi  üzrə  alınan  nəticələr,  fakültə  və  kafedralarda,  tədris  bölmələrində  geniş 
müzakirə olunmuşdur. 
Keçirilən  müzakirələrdə,  tələbələrin  tədrisdə  əldə  etdikləri  biliklərin  elektron  test 
texnologiyaları  əsasında  cari  və  yekun  qiymətləndirilməsinin  nəticələrinin  müzakirəsi  və 
təhlili,  təhsilin  keyfıyyətinin  idarə  edilməsi  sistemlərində  müasir  texnoloji  vasitələrin 
effektliyini bir daha təsbit etmiş oldu. 
Bununla əlaqədar elektron test texnologiyalarının ADPU-da tətbiqinin təhsil prosesinə 
təsirinə dair bir sıra mülahizələrimi qeyd etmək istərdim. 
Ilk  öncə  qeyd  etmək  lazımdır  ki,  tələbələrin  tədris  prosesində  mənimsədikləri 
biliklərin monitorinqi, həm ayrı-ayrı fənnlərin, həm də bütövlükdə konkret pedaqoji ixtisaslar 
üzrə  kadr  hazırlığının  zəif  və  güclü  cəhətlərinin  müəyyən  edilməsinə  zəmin  yaratmış  oldu. 
Belə ki, elektron test texnologiyalarının tətbiqi vasitəsi ilə tələbələrin biliyinin cari və yekun 
qiymətləndirilməsi  əsasında,  təlim-tərbiyə  prosesinin  strukturunın  və  məzmununun, 
bütövlükdə  didaktik  prosesin  adekvat  layihələndirilməsi  və  realizə  olunması  imkanı  əldə 
edildi. 
Göründüyü  kimi,  texnoloji  təlim  modelinin  mühüm  ünsürü  olan  elektron  test 
texnologiyalarının  tətbiqi  təhsilin  keyfıyyətinin  idarə  olunmasına  birbaşa  təsir  edən  effektiv 
pedaqoji attestasiya metodu kimi çıxış etmiş oldu. 
ADPU-da  elektron  test  texnologiyalarının  tətbiqinin  daha  bir  mühüm  nəticəsi  test 
imtahanlarının  keçirilməsinin  pedaqoji  psixoloji,  tərbiyəvi  aspekti  ilə  əlaqədardır. 
Universitetdə  bu  yönümdə  aparılan  müşahidələr  və  elmi-praktik  müzakirələr  göstərdi  ki, 
bütövlükdə  həm  professor-müəllim  heyəti,  həm  tələbələr  kollokviumların,  imtahanların 
elektron test üsulu ilə keçirilməsini, təhsilin keyfıyyətinin yüksəldilməsi, təhsildə şəffaflığın, 
obyektivliyin təmin olunması istiqamətində atılan mühim addım kimi dəyərləndirirlər. 
ADPU-nun  və  Türkiyənin  Hacəttəpə  Universitetinin  alimlərinin  İ.B.Əhmədovun, 
A.R.Bunyatovun,  B.Akkoyunlunun,  H.Yurdugülün  bu  yönümdə  apardıqları  birgə  tədqiqatın 
nəticələri bunu bir daha təsdiq etmişdir. 
2008-2015-ci  illər  üçün  "Azərbaycan  Respublikasında  fasiləsiz  təhsil  və  müəllim 
hazırlğının Konsepsiya və Strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planının" starteji 
istiqamətlərindən biri pedaqoji ixtisaslar üzrə kadr hazırlığında yeni təlim üsulları və İKT-nin 
tətbiqinin təmin olunması ilə bağlıdır. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
20 
Öz  növbəsində,  müəllim  hazırlığında  İKT  yönümlü  tədrisin  layihələndirilməsi  və 
realizə olunması, pedaqoji ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin İKT 
yönümlü  tədris-təlim  prosesinin  təşkili  üzrə  pedaqoji  peşə  kvalifıkasiyasının  artırılmasını 
şərtləndirir. 
ADPU-nun  "Kompüter  Mərkəzi"ndə,  universitetin  professor-müəllim  heyətinin,  İKT 
yönümlü  tədrisin  layihələndirilməsi  və  realizə  edilməsi  üzrə  ixitisas  artınlması  yönümündə 
kompleks tədbirlər planı işlənib hazırlanmış və həyata keçirilməkdədir. 
Bu  plana  əsasən  universitetin  professor-müəllim  heyətinin  tədrisdə  İKT-lərin  tədrisi 
yönümündə ixtisas artırılması, iki səviyyəni özündə ehtiva edir. 
Professor-müəllim  heyətinin  İKT  yönümlü  ixtisasartırmasının  birinci  səviyyəsi 
kompüter savadlılığının təmin olunması ilə bağlıdır. 
Universitetdə  2008-2009-cu  tədris  ilindən  başlayaraq,  professor-müəllim  heyətinin 
İKT  yönümlü  ixtisasartırmasının  birinci  səviyyəsinin  realizə  olunması  istiqamətində, 
kompüter savadlılığının artırılması  yönümündə  mütəmadi olaraq,  müntəzəm şəkildə təlimlər 
keçirilməkdədir. 
Eyni zamanda, universitetdə İKT yönümlü ixtisasartırma hazırlığında, alternativ təhsil 
formalarının  tətbiqi  üzrə  konkret  işlər  görülməkdədir.  Məxsusi  olaraq.  "Mədəd"  humanitar 
təşkilatının dəstəyi əsasında Universitetin professor-müəllim heyəti üçün "İntel. Gələcək üçün 
təhsil" layihəsi üzrə kurslar təşkil olunmuşdur. 
ADPU-da  professor-müəllim  heyətinin  İKT  yönümlü  ixtisasartırmasının  ikinci 
səviyyəsi,  ixtisas  fənnlərinin tədrisində kompüter dəstəkli təlim  metod və üsullarının tətbiqi 
üzrə  zəruri  biliklərin,  vərdiş  və  bacarıqların  əldə  edilməsi  ilə  bağlıdır.  Universi  tetdə  bu 
səviyyə  üzrə  müvafiq  ixtisasartırmanın  təşkili,  ilk  növbədə  ayrı-ayrı  fənnlər  üzrə  tədris 
metodikası  kafedralarının  professor-müəllim  heyətinin,  tədrisin  İKT  təminatı  yönümündə 
zəruri  biliklərə,  peşə  kvalifıkasiyasının  məzmununa  yiyələnməsini,  tədrs  informasiya 
materiallarının  işlənib  hazırlanmasını,  kafedral  və  kafedralar  arası  işçi  seminarların 
keçirilməsini nəzərdə tutur. 
ADPU-nun  "Kompüter  Mərkəzi"ndə  ayrı-ayrı  fakültələrin  tədris  metodikası 
kafedralarında  bu  yönümdə,  konkret  təşkilatı,  metodoloji,  tədris-metodik  hazırlıq  işləri 
görülməkdədir. 
Nəticə  etibari  ilə,  baxılan  zəruri  hazırlıq  mərhələsinin  yekunundan  sonra,  növbəti 
tədris  ilində,  ADPU-nun  professor-müəllim  heyətinin  İKT  yönümlü  tədrisin  təşkili  üzrə 
ixtisasartırmasının həyata keçirilməsi planlaşdırılır. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  21 
Məlumdur ki, ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin pedaqoji 
peşə fəaliyyəti, müxtəlif elm sahələrinə dair elmi  biliklərin sistemləşdirilməsi, aktuallaşması 
ilə sıxı surətdə bağlıdır. 
ADPU-da  çalışan  professor-müəllim  heyətinin  texnoloji  təlim  metodikaları  üzrə 
ixtisasartırılmasından  danışarkən,  təhsilin  informatlaşmasının  elmi-pedaqoji  təminatının 
rolunu xüsusi qeyd etmək lazımdır. 
Bununla əlaqədar təhsilin informatlaşmasının mühüm istiqamətlərindən biri olan elmi-
pedaqoji fəaliyyətin İKT təminatı üzrə görülən işlərə toxunmaq istərdim. 
"Tədbirlər  Planı"nın  35-ci  bəndində,  "Fasiləsiz  pedaqoji  təhsil  və  müəllim  hazırlığı 
üzrə  konfransların,  seminarların  keçirilməsi,  nəşrlərin  hazırlanması  və  fasiləsiz  müəllim 
hazırlığının  kütləvi  informasiya  vasitələrində  işıqlandırılması"  yönümündə  aparılan  işlərin 
konkret istiqamətləri müəyyən edilmişdir. 
ADPU-da "Tədbirlər Planı"nda təsbit olunmuş bu mühüm fəaliyyət istiqaməti üzrə bir 
sıra konkret işlər görülməkdədir. 
Ilk  növbədə,  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyinin,  Pedaqoji  Təhsil  üzrə 
Koordinasiya  Şurasının,  ADPU-nun,  Türkiyə  Cumhuriyyətinin  Hacəttəpə  Universitetinin 
birgə  təşkil  etdiyi  "Təhsildə  qloballaşma  və  İKT"  mövzusunda  beynəlxalq  elmi  konfransın 
xüsusi önəm daşıdığını qeyd etmək istərdik. 
Səciyyəvi haldır ki, ölkənin aparıcı təhsil, elmi-tədqiqat müəssisələrinin qabaqcıl alim 
və  mütəxəssislərinin  geniş  təmsil  olunduğu  bu  Konfransın  işində,  Türkiyə  Cumhuriyyətinin 
Hacəttəpə  Universitetinin,  Dağıstan  Dövlət  Pedaqoji  Universitetinin  tanınmış  tədqiqatçı 
alimləri prof.dr. B.Akkoyunlu, prof.dr. P.Aşkar, prof.dr. A.Altun, dr. H.Yurdugül, prof. T.H. 
Vəzirov və b. fəal iştirak etmişlər. 
Müasir dövrdə təhsilin informatlaşması dünyada gedən qloballaşma prosesləri ilə sıxı 
surətdə  əlaqədardır.  Diqqətəlayiq  haldır  ki,  konfransın  elmi-  tematik  məzmununda,  təhsilin 
informatlaşması və qloballaşma problemləri üzvü vəhdət halında çıxış edir. 
Konfransda  çıxış  edən  məruzəçilər,  təhsildə  qloballaşmanın  və  İKT-lərin  tətbiqinin 
strateji  istiqamətlərindən  danışarkən,  müasir  təhsil  sisteminin  formalaşmasında,  inteqrativ 
proseslərin, beynəlxalq əməkdaşlığın müstəsna rol oynadığını xüsusi olaraq qeyd etmişlər. 
Son  illər,  ADPU-da  elmi  nəşrlərin  fəaliyyəti  sahəsində  ciddi  dönüş  əldə  edilmişdir. 
ADPU-da  nəşr  olunan  "Elmi  xəbərlər"  elmi-metodik  jurnalında  mütəmadi  olaraq, 
universitetin professor-müəllim heyətinin, aspirant və dissertantların, həmçinin digər ali təhsil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə