Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
38 
Praqa Xülasəsində qey edilən Həyat boyu öyrənmə ilə vurğulanmaq istənən, universitetlərin, 
təhsil  və  iş  sistemləri  arasında  hərəkətliliyi  və  əməkdaşlığı  inkişaf  etdirməyi  və  beləcə  bu 
mövzuda bütün dünyanın ən yaxşılarından olmağı hədəflər. Ayrıca, universitetlərin vəzifəsi, 
təhsil sahəsində yenilikçiliyi və yüksək məhsuldarlığı təmin etmək və keyfiyyətli həyat boyu 
təhsilin inkişafına dəstək olmaq, həyat boyu təhsilin cazibədarlığını, əldə edilə biləcəyini və 
keyfiyyətini artırmaqdır. 
Belə bir anlayış içərisində təhsil qrumları həyat boyu öyrənmə maraq və qabiliyyətini 
inkişaf  etdirməli,  müxtəlif  məzmun  və  öyrənmə  formaları  hazırlamalı  və  bu  anlayışa  görə 
məktəbə, təhsilin  ictimai  funksiyasını  fərdin gizli  gücünü ən üst səviyyəyə çıxarmaq,  yalnız 
öyrətmək deyil öyrənməyi öyrətmək kimi yeni funksiyalara yüklənməlidir (Okçabol, 2006, s. 
22). 
Nəticə olaraq, həyat boyu öyrənməyi həyata keçirmək üçün, ali təhsilin rolu olduqca 
əhəmiyyətlidir. Ali Təhsil Müəssisələri, hədəfləri reallaşdırmaq üçün ənənəvi təlimi də ehtiva 
edən  həyat  boyu  öyrənməklə  əlaqədar  imkanları  inkişaf  etdirmək  məcburiyyətindədirlər. 
Həyat boyu öyrənmə ali təhsilin fəaliyyətləri arasında öz əksini tapmaq məcburiyyətindədir. 
Xüsusilə,  şagird  mərkəzli  və  elastik  öyrənmə  imkanları  (həyat  boyu  təhsil)  təmin  edən 
mühitlərin  hazırlanmasında  universitetlərə  böyük  məsuliyyətlər  düşməkdədir.  Belə  bir 
məsuliyyət,  (şagird  mərkəzli  və  elastik  öyrənmə  imkanları,  həyat  boyu  öyrənmə) 
universitetlərin  təhsil  proqramlarının  yenidən  nəzərdən  keçirilməsini,  həyat  boyu  təhsil 
imkanlarının dəstəklənməsini zəruri hala gətirmişdir. 
Bu  nöqtədə  universitetlərə  və  xüsusilə  pedaqoji  fakültələrə  böyük  məsuliyyətlər 
düşməkdədir. Universitetlər, bu sahədə: 
-
 
peşə  savadını  aktuallaşdırmaq  istəyən  universitet  məzunlarının,  həyat  boyu 
öyrənmə  anlayışına  təsir  göstərməklə  bərabər  daim  dəyişən  biliklərin  aktuallaşmasını  təmin 
edə  bilər.  Bu  yeniyetmələr  ənənəvi  bir  tələbə  kimi  məzuniyyət  mərhələsini  tamamladıqdan 
sonra universitetə gəlir və peşə savadlarını yeniləyə bilərlər; 
-
 
həm məzunlar həm də peşə xüsusiyyətləri üçün yeni bilik və bacarıqlar təqdim edə 
bilər.  Bu  ehtiyac,  şəxsin  peşə  və  fərdi  həyatında  indiyə  qədər  bilmədiyi  bir  sahədə  bilik  və 
bacarığa ehtiyac duyması, texnoloji inkişaf və ya şəxsin karyerində bir kəsilmə nəticəsi ortaya 
çıxa bilər. 
Universitetlər  ənənəvi  rollarından  qırağa  çıxaraq,  tələbələrdən  başqa  insanları  da 
ehtiva edəcək şəkildə genişlədər, müəllim mərkəzli anlayışdan şagird mərkəzli anlayışa keçsə, 
ixtisaslararası yanaşmanı mənimsəsə, fasiləsiz təhsildə professional bacarıq əldə etmək üçün 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  39 
fərqli  ixtisaslararası  əməkdaşlığı  təmin  etsə,  konfrans  salonlarını  və  siniflərini  bağlı  sahələr 
olmaqdan çıxarsa, həyat boyu təhsil üçün ilk addımı atmış olacaq. 
Ancaq, universitetlərin həyat boyu öyrənmə üçün əvvəlcə öz strukturunda dəyişikliklər 
etməsi lazımdır. Yeniyetmələrin universitetə dönüşü hər bir akademik qurum və ya bölməyə 
də  müəyyən  mövzularda  xüsusi  məsuliyyət  verməkdədir.  Bundan  başqa,  universitetlərin 
təlim-tədris  proseslərinin  yenidən  tənzimləməsi,  proqramlarını  dəyişdirməsi  və  əvvəlcə  öz 
tələbələrinə həyat boyu öyrənmə bacarıqları təmin edəcək mühitləri təmin etməsi lazımdır. 
Pedaqoji  Fakültələrin  əvvəlcə  öz  müəllim  və  tələbələrinə  bu  bacarıqların 
qazandırılması üçün mühitlər yaratması, daha sonra digər bölmələrə yardım etməsi lazımdır. 
Bunla  bərabər,  universitetlər  cəmiyyətdə  bu  bacarıqların  yayılmasında  iştirak  edəcəkdir 
(Soruşan, Akkoyunlu və Qovaq, 2006). 
HACETTEPE UNİVERSİTETİ NÜMUNƏSİ 
Hacettepe  Universitetində  illərdir  davam  etdirilən  işlərdə  və  strateji  planlamaların 
universitetlərin ənənəvi funksiyaları ilə üst-üstə düşən iki ana hədəfin ön plana çıxdığı diqqəti 
çəkmişdir.  Bunlardan  biri  "araşdırma  və  nəşr"  imkanlarının  artırılması,  digəri  də  "təhsil" 
imkanlarının  artırılmasıdır.  Universitetimiz,  araşdırma  və  nəşr  imkanlarının  artırılması 
mövzusunda  son  illərdə  əhəmiyyətli  atdımlar  atmışdır.  Bir  ali  təhsil  müəssisəsini 
qiymətləndirmə  meyarları  yalnız  araşdırma  və  nəşrlərlə  məhdud  olmayıb,  bir  universitetin, 
tam  inkişafı,  araşdırma  yanında  təhsil  imkanlarının  genişləndirilməsini  də  tələb  etməkdədir. 
Təhsil  imkanlarının  genişləndirilməsi  prosesi  müəllimlərin  "öyrətmə"  imkanlarının  inkişaf 
etdirilməsi, təlim proqramlarının  yaxşılaşdırılması, öyrənmə  mühitlərinin zənginləşdirilməsi, 
tədris  materiallarını  təmin  edilməsi,  həyat  boyu  öyrənmə  bacarıqlarının  qazandırılaraq, 
tələbələrdə  də  bu  bacarıqların  qazandırılmasının  təmin  edilməsi  komponentlərini  ehtiva 
etməlidir.  Digər  tərəfdən,  "Bologna  Prosesi"nə  uyğunlaşdırılma  paralelindəki  işlər  üçün 
universitetimizdə  2002-ci  ildən  bu  yana  Avropa  Kredili  Transfer  Sistemi  (AKTS/ECTS), 
Diplom Əlavəsi (DS) işləri icra edilməkdədir. Bu işlərin nəticəsində, proqramlarımızın şagird 
mərkəzli  olmaqdan  çox  müəllim  mərkəzli  olduğu,  bir  çox  bölmələrimizin,  təhsil 
proqramlarının  ECTS-ə  uyğunlaşması  mövzusunda  çətinliklərlə  qarşılaşdığı  müşahidə 
edilmişdir. Bu müddətin sürətləndirilməsi və müəyyən bir təqvim çərçivəsində tamamlanması 
lazımdır. Bu səbəblər universitetimizdə "təhsil" imkanlarının inkişaf etdirilməsi istiqamətində 
yeni  cəhdləri  zəruri  etməkdədir.  Hacettepe  Universiteti  müəllimlər  üçün  Pedaqoji  Fakültəsi 
tərəfindən  "Təlimçilərin  Təlimi  Proqramı"  təşkil  edilmişdir.  Proqramın  əsas  məqsədi  təhsil 
işçilərinin  "təlimçilik"  rolları  mövzusunda  dəyişiklik  yaratmaqdır.  Proqramda  "Təhsildə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə