Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
36 
olan  -islahat  deyə  bilməyəcəyimiz-  bir  “yenilənmə”  hərəkətidir.  Çünki  ortada  təklif  edilən 
yeni  bir  “sistem”  yoxdur,  təşkilatlararası  hərəkətlilik,  tədris  planlarının  inkişaf  etdirilməsi, 
dərəcələrin  tanınması,  strateji  planlaşdırma  və  tanınmağı  təmin  etmək  üçün  ortaq  təhsil 
müddətləri  yaradılması  kimi  bir  silsilə  “yenilik”  təklif  edilməkdədir.  Bu  yeniliklər,  mövcud 
olan sistem və ya sistemlərin köklü dəyişdirilməsi ilə deyil, qarşılıqlı öyrənmə içində gözdən 
keçirilməsi və bir-birinə yaxınlaşdırılması ilə həyata keçirilməkdədir. 19 İyun 1999 tarixində 
Bolognada  29  Avropa  ölkəsinin  Təhsil  Nazirləri  səviyyəsində  təsdiqlənən  Bologna 
bəyannaməsi prosesə adını da verən əsas dayaqdır. AB-nin, 17-18 mart 2000 tarixində edilən 
Lissabon  xüsusi  yığıncağında  aldığı  əsas  strateji  qərar,  Bologna  prosesinin  təhsil  və  təhsil 
hədəflərini  meydana  gətirməkdədir.  Bologna  bəyannaməsindən  etibarən  prosesə  daxil  olan 
ölkələrin  ali  təhsildən  məsul  nazirləri  iki  ildə  bir  müxtəlif  ölkələrdə  toplaşmaqda  və 
məqsədlərə  nə  ölçüdə  yaxınlaşıldığını  müzakirə  etməkdədir.  Ancaq  prosesin  əvvəlində 
mənimsənən orijinal hədəflər ehtiyaclar istiqamətində daim genişləndirilməkdədir (González 
& Wagenaar, 2003). 
Bologna Müddəti iki ildə bir "Trends Hesabatları ilə" inkişafların ölkələr səviyyəsində 
və Avropa daxilində izlənilməsini nəzərdə tutmaqdadır. Bu məqsədlə 1999-cu ildəki Bologna 
iclasından sonra Avropa Universitetlər Birliyi (European University Association-EUA) 2001-
ci  idə  Salamancada  və  Praqada  iki  müxtəlif  yığıncaq  təşkil  etmişdir.  2003-cü  il  Bologna 
Prosesi  yığıncaqları  isə  Graz  və  Berlində  reallaşdırılmışdır.  Salamanca  Konqresində  (2001) 
Avropa Universitetlər Birliyi (EUA) qurulmuşdur (köhnə adı ilə Rektorlar Konfransı  -CRE). 
Bugün  təxminən  750  universitet  bu  birlikdə  təmsil  edilməkdədir  və  Avropa  Universitetlər 
Birliyi  Avropa  Universitetlərinin  ən  güclü  nümayəndəsi  olaraq  qəbul  edilə  bilər.  Praqa 
Xülasəsi  (2001)  32  ölkənin  təhsil  nazirləri  tərəfindən  imzalanmış  və  EUA-nın  və  Avropa 
Tələbə Birliyinin (ESIB) işlərinə diqqət çəkərək üç yeni mövzu gündəmə gətirmişdir. Bunlar, 
-
 
Həyat boyu öyrənmə; 
-
 
Ali təhsildə tələbə iştirakı; 
-
 
Avropa ali təhsilinin daha cazibədar hala gətirilməsidir. 
2003  Graz  yığıncağında  isə,  universitetlərin  ictimai  məsuliyyəti  vurğulanmış, 
araşdırma  və  təhsil  fəaliyyətlərinin  universitetlərin  imtina  edilməz/bir-birini  əvəz  edə 
bilməyən  funksiyaları  olduğu  ifadə  edilmiş,  təşkilati  strukturların  gücləndirilməsi  surəti  ilə 
akademik  keyfiyyət  artırılması  üzərində  dayanaraq,  şagird  mərkəzli  və  elastik  öyrənmə 
imkanları  (həyat  boyu  təhsil)  təmin  edən  bir  sistemin  tətbiq  olunması  lazım  olduğu 
vurğulanmışdır (Soruşan, Akkoyunlu və Qovaq, 2006). 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  37 
Aralarında  Türkiyənin  də  olduğu  33  ölkənin  Təhsil  Nazirlərinin  iştirakı  ilə  reallaşan 
Berlin  (2003)  Konfransında  alınan  qərarlarda  da  həyat  boyu  təhsil  imkanlarının 
dəstəklənməsinin əhəmiyyəti vurğulanmışdır. 
HƏYAT BOYU ÖYRƏNMƏ VƏ PEDAQOJİ FAKÜLTƏLƏRİN ROLU 
Həyat  boyu  öyrənmə  yalnız  ali  təhsil  sahəsində  deyil,  ümumiyyətlə  bütün  təhsil 
sistemində mənimsənən yeni paradiqmalardan biridir. Həyat boyu öyrənmə, insana və biliyə 
daha çox sərmayə qoyma, rəqəmsal oxuma/yazma da daxil olmaqla baza bilik və bacarıqların 
əldə edilməsini təşviq etmə, elastik və yenilikçi öyrənmə imkanlarını genişləndırmə mənasını 
verməkdədir. Həyat boyu öyrənmə, məktəbəqədər dövrdən təqaüd sonrası dövrə qədər bütün 
qabiliyyət,  maraq,  bilik  və  xüsusiyyətləri  əldəetmə  və  yeniləmə  ilə  əsas  bacarıqların 
aktuallaşması  yolu  ilə  şəxslərə  ikinci  bir  fürsət  yarada  bilmək  və  daha  irəli  səviyyələrdə 
öyrənmə imkanları təqdim etmə mənasına da gəlməkdədir (Avropa Komissiyası, 2001). 
2000-ci  ildə  Avropa  Komissiyası  Həyat  Boyu  Öyrənmə  Memorandumunu  nümayiş 
etdirmişdir. Bu memorandum altı əsas ismarici mesajı ehtiva etməkdədir. Bu altı əsas ismarıc 
aşağıda şərh edilmişdir: 
1.  Hər kəs üçün yeni təməl bacarıqlar; 
2.  İnsan qaynaqlarına daha çox sərmayə, 
3.  Öyrətmə və öyrənmədə yenilik; 
4.  Öyrənməyə dəyər vermə; 
5.  Rəhbərlik və məsləhətçiliyin yenidən düşünülməsi; 
6.  Öyrənmənin evlərə yaxınlaşdırılması (Avropa Komissiyası, 2000). 
Bu memorandumdan sonra edilən müzakirə və qiymətləndirmələr nəticəsində 2001-ci 
ilin  noyabr  ayında  "Həyat  Boyu  Öyrənmə  Avropa  Sahəsini  Bir  Həqiqətə  Çevirmə"  adlı  bir 
məqalə olaraq nümayiş olunmuşdur. Yenə 2000-ci ildə Avropa Şurası Lizbon Strategiyası ilə 
birlikdə aşağıdakı strateji məqsədini "daha çox sayda və daha yaxşı işlər təqdim edən və daha 
çox  ictimai  uyğunlaşma  təmin  edən,  davam  etdirilə  bilər  iqtisadi  inkişafı  təmin  edəcək, 
dünyadakı ən rəqabətçi və dinamik məlumat-əsaslı iqtisadiyyat halına gəlinməsi" olaraq təyin 
etmişdir. Şura, təhsil və təhsil sistemlərinin informasiya cəmiyyətinin tələblərinə uyğunlaşma 
təmin  etməsi  və  həyatlarının  fərqli  mərhələlərindəki  hədəf  qruplara  uyğun  təhsil  və  təhsil 
imkanları təqdim etməsi lazım olduğu qərarına çatmışdır (Avropa Şurası, 2000). 
Həyat  boyu  öyrənmə  ilə  məqsəd  bütün  yaş  qruplarındakı  insanların  fərdi  öyrənmə 
imkanlarına  və  müxtəlif  öyrənmə  təcrübələrinə  bərabər  və  açıq  şəkildə  istifadə  etmələrini 
asanlaşdırmaqdır.  Bu  vizionun  reallaşdırılmasında  təhsil  sistemləri  açar  rol  oynamaqdadır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə