Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
56 
dəyişməsinə böyük təsir edir. Virtual və real kompüterlər dünyası ilə təmasda olduqca, insan 
həyat tərzinin, ətraf mühitlə qarşılıqlı münasibətlərin  xarakterinin dəyişməsinin zəruriliyi ilə 
üzləşir. 
İnformasiyalaşdırmanın  gələcək  inkişafı  təkcə  kompüter  savadının  yox,  həm  də 
informasiya  cəmiyyətinin 
inkişafı  qanunauyğunluqlarına  əsaslanmış 
informasiya 
mədəniyyətinin  müəyyən  səviyyəsini  də    tələb  edir.  Burada  birinci  növbədə,  informasiya 
texnologiyalarının,  cəmiyyətin  müxtəlif  həyat  sahələrinə  təkcə  tətbiqi  yox,  həm  də 
informasiyalaşdırmanın  inkişafı,  informasiya  kanallarının  genişlənməsi,  əlaqələrin 
dərinləşməsi, onların insana və cəmiyyətə təsirinin gücləndirilməsi başa düşülür. 
Cəmiyyətdə informasiyanın yaranması və inkişafı qanunuyğunluqlarını və nəticələrini, 
informasiya  cəmiyyətinin  fəlsəfəsini  və  metodologiyasını  və  bir  sosial  hadisə  kimi 
informasiyalaşdırmanın  özünü  öyrənən  bir  elm  kimi,  humanitar  informatika  sahəsində 
mutəxəssislərin-kadrların hazırlanması sistemini yaratmaq vacibdir. 
Müxtəlif elm sahələrində müxtəlif qüvvələrin birləşməsi yolu ilə informasiyalaşdırma 
sahəsində elmi tədqiqatların qoyulması və təşkili zəruridir. 
Yeni təhsil paradiqması informasiyalaşdırmada təbiət problemlərin tədqiqi ilə əlaqədar 
fənlərin tədris prosesinə daxil edilməsini tələb edir.  
Sübutsuz qəbul etməliyik ki, biz bu gün kompüterlər erasında yaşayırıq. Yaşadığımız 
müasir  həyatın  elə  sahəsi  yoxdur  ki,  orada  kompüterdən  istifadə  olunmasın.  Kompüter 
texnologiyası  insan  fəaliyyətinin  bütün  sahələrinə  nüfuz  etmişdir.  O,  insanı  ağır,  yorucu  və 
yeknəsək əqli  əməkdən azad edir, onun intellektual imkanlarını inkişaf etdirir. 
Müasir İC-nin tam hüquqlu üzvü olmaq üçün ümumi mədəniyyətlə yanaşı informasiya 
mədəniyyətinə də yiyələnmək lazımdır. 
Məlumdur ki,  ilkin  informasiya  müəssisəsi  məktəbdir. İnsan gələcək  fəaliyyəti üçün, 
cəmiyyətə zəruri olan elmləri məhz məktəbdə öyrənir. 
Bu  gün  hər  bir  məktəbli  kompüterdən  praktikada  müstəqil  istifadə  etmək  bacarığına 
malikdir. 
Kompüter texnologiyası praktik olaraq qeyri-məhdud informasiyanın əldə edilməsinə 
və onların analitik olaraq işlənməsinə şərait yaradır. 
Kompüter nəinki insanın intellektual imkanlarını gücləndirir, eləcə də onun yaddaşına 
və maraq dairəsinə təsir göstərir. Eyni zamanda idrak fəaliyyətinin strukturunu dəyişir və onu 
yenidən qurur. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  57 
İnformasiyalaşdırma  inkişaf  etmiş  ölkələrin  sosial-iqtisadi  inkişafının  aparıcı 
istiqaməti kimi təhsil sahəsində mühüm rol oynayır. 
Yeni biliklərin meydana çıxması, insanların onları qavrama qabiliyyətlərinin müxtəlif 
olması  bu  məsələlərin  müxtəlif  şəkildə  həll  edilməsinə  səbəb  olur.  Təhsil  şəbəkəsində 
informasiyalaşdırmanın  elmi-metodiki  təchiz  mexanizminin  yaranması  üçün  ilkin  şərtlər 
aşağıdakılardan ibarədir. 
Qəbul 
olunmuşdur 
ki, 
təhsilin 
informasiyalaşdırılması 
cəmiyyətin 
informasiyalaşdırılması prosesinin təyinedici elementlərindən biridir. 
Bu gün bəşər tərəfindən elm və təhsil sahəsində yığılmış bütün informasiya resuslarını 
hər  bir  təhsil  müəssəsində  toplamaq  mümkün  deyil.  Məsələ  bundan  ibarətdir  ki,  biliklərin 
tədrisi  üçün  təşkil  olunmuş  hər  bir  coğrafi  nöqtədən  informasiya,  informasiya  resurslarına 
(telekommunikasiyaların  koməyilə)  distant  şəkildə,  istənilən  digər  coğrafi  nöqtələrdən  giriş 
təmin  edilsin.  Beləliklə,  distant  təhsil  ərazilər  üzrə  bölünmüş  informasiya  resurslarını  aktiv 
edir. 
Ali təhsilin informasiyalaşdırılması konsepsiyası aşağıdakı istiqamətləri nəzərdə tutur: 
1.
 
Ali məktəb sisteminin informasiya obyekti kimi idarə olunması; 
2.
 
Təlim prosesinin informasiyalaşdırılması; 
3.
 
Elmi tədqiqatların informasiyalaşdırılması; 
4.
 
Təhsil və elm sahəsində müasir informasiya mühitinin yaradılması; 
5.
 
Cəmiyyətin informasiyalaşdırma prosesinin nizamlı infrastukturunun yaradılması; 
6.
 
İnformatikanın texniki vasitələri və təchizatı; 
7.
 
Azərbaycanın ali məktəblərinin dünya təhsil sisteminə inteqrasiyası. 
İstənilən  ölkədə  və  istənilən  səviyyədə  (dövlət,  rayon,  universitet)  cəmiyyətin 
informasiyalaşdırılması  prosesi  öz-özünə  effektiv  ola  bilməz.  O  kortəbii  olmamalıdır.  Əsas 
budur ki, o konseptual, elmi-metodiki və təşkilatlanmış olsun.  
Təhsilin  və  ilk  növbədə  distant  təhsilin  informasiyalaşdırılması  struktur  şəkildə 
olmalıdır.  Artıq  bir  cox  ölkələrdə  ali  təhsil  sistemində  informasiyalaşdırmanın  strukturunun 
yaradılması üzrə praktik işlər gedir.   
Təhsilin  struktur  şəkildə  informasiyalaşdırması  anlayışının  həyata  keçirilməsi  təhsil 
sisteminin  inkişafına  kömək  edəcəkdir.  Bu  struktur  inteqral  informasiyalaşdırmanı  təmin 
etməlidir.  


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
58 
İnformasiyalaşdırmanın 
strukturları 
arasında 
müxtəlif 
informasiya 
(telekommunikasiya) əlaqələri olmalıdır. Buna görə də qlobal informasiyalaşdırma prosesi elə 
ondan başlamalıdır.  
Təhsildə  informasiya  texnologiyalarının  sistemli  inteqrasiyasının  həyata  keçirilməsi 
üçün balans və dinamika strategiyası seçilir. 
Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycan  Respublikasında  ümumtəhsil 
məktəblərinin  informasiya  və  kommunikasiya  texnologiyaları  ilə  təminatı  Proqramı” 
haqqında  sərəncamı  ilə  2005-2007-ci  illər  ərzində  təhsilin  keyfiyyətinin  yüksəldilməsində, 
gənclərin inkişafında və bütövlükdə Azərbaycanın gələcəyi üçün müasir texnologiyaların rolu 
bir  daha  təsbit  olundu.  Dünyanın  dinamik  dəyişməsi,  getdikcə  mürəkkəbləşən 
texnologiyaların daim inkişafı və geniş istifadə olunması şəraitində təhsil sahəsində aparılan 
islahatlar  fundamental  əhəmiyyətə  malikdir.  Təhsilin  məzmunu  və  keyfiyyəti,  həlledici 
səviyyədə  konkret  şəxsiyyətin  tələblərinə  uyğunluğu  müasir  cəmiyyətin  intellektual 
potensialının 
vəziyyətini 
müəyyənləşdirir. 
İnformasiya 
və 
telekommunikasiya  
texnologiyalarının  geniş  istifadə  edilməsi  əsasında,  təhsilin  bütün  sferasının  intensivləşməsi 
vacib milli prioritetə çevrilir. 
Bununla bağlı yeni  informasiya texnologiyalarının təhsil sahəsində tətbiqi, bu sahədə 
çalışan mütəxəssislərin pedaqoji və İKT sahəsində biliklərin artırılması  məsələlərinin həllini 
tələb  edir.  Tədris  prosesində  şəraitində  informasiya  texnologiyalarının  geniş  istifadə 
olunmasına  təhsilin  informasiyalaşdırılması  üçün  maddi  texniki  bazanın,  internetdə 
Azərbaycan dilində elektron dərs vəsaitlərinin azlığı mane olur. 
İnformatikanın  son  dövrdəki  inkişafı,  təbiətdə  və  cəmiyyətdə  informasiya 
proseslərinin  emalı  haqqında  fundamental  elmə  çevrir,  bir  sıra  fənlərə  nteqrasiya  etməsinə, 
yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur. 
İnfomatika  fənninin  fundamental  anlayışları  və  məlumatları,  digər  elmlərin 
öyrənilməsi  üçün  zəruri  bilik,  bacarıq  və  vərdişləri  formalaşdırır,  şagirdləri 
informasiyalaşdırılmış  cəmiyyətdə  praktik  həyati  fəaliyyətə  hazırlayır.  İnfomatika  fənninin 
interaktiv  təlimi  şagirdlərin  hərtərəfli  inkişafına,  onların  peşə  hazırlığına,  istənilən  peşəni 
mənimsəmələrinə  kömək  məqsədi  daşıyır.  İnformatika  fənninin  predmet  və  vəzifələrinə 
uyğun olaraq onun əsas məzmun xətləri aşağıdakı kimi müəyyənləşdirilir: 
1.
 
İnformasiya və informasiya prosesləri. 
2.
 
Formallaşdırma, modelləşdimə, alqoritmləşdirmə və proqramlaşdırma. 
3.
 
Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə