Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   23   24   25   26   27   28   29   30   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  59 
4.
 
Cəmiyyətin informasiyalaşdırılması. 
İnformatika  fənninin  interaktiv  təlimi  zamanı  “İnformasiya  və  informasiya 
prosesləri”nin    məzmun  xətti,  şagirdlərdə  ətraf  aləmin  analiz  edilməsində,  ona  sistemli 
yanaşamada,və müxtəlif təbiətli informasiya proseslərinin ümumi qanunauyğunluğu haqqında 
təsəvvürlərə malik olmağa yardım edir. 
Şagirdlərdə  elmi  dünyagörüşün  tamlığı,  tədrisdə  fənlərarası  qarşılıqlı  əlaqələrin 
vasitəsi ilə yaradılır. İnformatika fənninin fənlərarası əlaqələri eyni əşya, hadisə, hadisə və ya 
prosesi  müxtəlif  nöqteyi-nəzərdən  görməyə,  ətraf  aləm  haqqında  tam  təsəvvürlərə  malik 
olmağa, öyrənilən obyektin bütün xüsusiyyət və əlaqələrini əhatə etməyə imkan verir.  
İnformatika  fənninin  interaqrativ  təlimində  cəmiyyətin  informasiyalaşdırılmasının 
məzmun  xəttinin  əsas  məqsədi,  bütövlükdə  cəmiyyətin  və  ayrı-ayrı  şəxslərin  informasiya 
tələbatını  ödəmək  üçün,  müasir  informasiya  texnologiyaları  bazasında  müxtəlif  təyinatlı 
informasiya resurs və fəzalarının formalaşmasıdır. 
Cəmiyyətin  informasiyalaşdırılmasının  məzmun  xəttinin  digər  fənlərlə  inteqrasiyası, 
informasiya  cəmiyyətinin  qurulmasının  əsas  vəzifələrinə,  İC-nin  hüquqi  əsaslarının 
yaradılması,  insan  amilinin  inkişafı,  vətəndaşların  məlumat  almaq,  onu  yaymaq  və  istifadə 
etmək  hüquqları,    elektron  hökümətin,  elektron  ticarətin  formalaşması,  ölkənin  iqtisadi, 
sosialvə  intellektual  potensialının  möhkəmləndirilməsi,  informasiya  və  biliklərə  əsaslanan, 
rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və digər 
vacib məsələlər daxildir. 
Qeyd  edək  ki,  İKT-nin  tətbiq  sahəsiningenişlənməsinin  məntiqi  nəticəsi, 
Azərbaycanda  informasiyalaşmış  cəmiyyət  yaradılmasıdır  ki,  onun  da  əsas  xüsusiyyətlərinə 
qlobal  informasiya  mühitinin  yaradılması,  sosial  və  iqtisadi  fəaliyyətin  yeni  formalarının 
(məsafədən təhsil alma, elektron ticarət, teleiş, elektron demokratiya, elektron hökümət və s.) 
meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya 
mübadiləsi  sistemlərinin  inkişafı, vətəndaş  və  ictimai  təşkilatların  istənilən  məlumatı almaq, 
onu  yaymaq  və ondan  istifadə etmək kimi  hüquqlarının tam təmin edilməsi  və  s. aid etmək 
olar. 
ƏDƏBİYYAT 
1.  “Azərbaycanda  İnformasiyalı  Cəmiyyətin  İnkişafının  Beynəlxalq  Səviyyədə  Təhlili  və  
Qiymətləndirilməsi Məsələləri”  Ə. Q. Əliyev  (AMEA  İnformasiya Texnologiyaları İnistitutu)  Bakı ş. 2006-cı 
il. 
2.  Ş.  C.  Mahmudova    “  Təhsilin  İnformasiyalaşdırılmasının  Müasir  Cəmiyyətin  İnkişafında  rolu”  
AMEA  İnformasiya Texnologiyaları İnistitutu)  Bakı ş. 2006-cı il. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
60 
ELM VƏ TƏHSİLİN VAHİD İNFORMASİYA FƏZASININ FORMALAŞMASINDA 
İKT-NİN ROLU 
 
V.A. Qasımov 
texnika elmləri doktoru 
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası 
XÜLASƏ 
Məqalə Azərbaycan Respublikasında elm və təhsilin vahid informasiya fəzasının formalaşması 
probleminin tədqiqinə həsr olunmuşdur. Məqalədə  elm və təhsilin informasiyalaşdırılması, bu sahədə 
informasiya  və  şəbəkə  infrastrukturunun  formalaşması,  inkişafı  və  müasir  vəziyyəti,  həyata  keçirilən 
layihələr  barədə  məlumat  verilir,  elm  və  təhsil  sistemində  İKT-nin  tətbiqi,  informasiya  təminatı, 
elektron kitabxanalar, elektron kataloq, distant təhsil texnologiyası və s. məsələlər araşdırılmışdır. 
 
GİRİŞ 
Müasir dövrdə dövlət və hökumət orqanlarında, eləcə də özəl təşkilatlarda informasiya 
texnologiyalarının  tətbiqinin  və  tələb  olunan  səviyyədə  istifadəsinin  təmin  edilməsi  üçün 
məsələyə  kompleks  elmi  yanaşma,  bunun  üçün  isə  öz  növbəsində  yüksək  ixtisaslı  kadrlar 
tələb olunur. Bu isə elmi-tədqiqat və təhsil müəssisələrində kadr hazırlığı prosesində İKT-nin 
öyrənilməsi və tətbiqi səviyyəsindən bilavasitə asılıdır.  
Elm  və  təhsil  müəssisələrinin  fəaliyyətinin  səmərəliliyi  və  nəticəliliyi  onların 
informasiya təminatı dərəcəsi ilə müəyyən edilir. Bu baxımdan zəruri elmi ədəbiyyatın, tədris 
materiallarının və digər elmi-texniki informasiyanın vaxıtnda əldə olunması böyük əhəmiyyət 
kəsb  edir.  Bunun  üçün  isə  elm  və  təhsilin  informasiya  təminatının  həyata  keçirilməsi  üçün 
elektron  informasiya  resurslarının  yaradılması,  onlardan  istifadə  mexanizmlərinin  və 
vasitələrinin  reallaşdırılması,  bir  sözlə  informasiya  və  şəbəkə  infrastrukturunun  yaradılması 
və vahid məkanda inteqrasiyası zəruridir. 
ELM  VƏ  TƏHSİL  SAHƏLƏRİNDƏ  İNFORMASİYA  VƏ  ŞƏBƏKƏ 
İNFRASTRUKTURLARININ İNKİŞAF MƏRHƏLƏLƏRİ 
Müasir  dövrdə  elm  və  təhsil  sahələrində  İKT-nin  intensiv  tətbiqi  nəticəsində  sürətlə 
elmi-texniki  və  tədris  informasiya  sistemləri,  məlumat  bazaları,  Web-saytlar,  elektron 
kitabxanalar,  elektron  tədris  materialları  və  s.  yaradılır.  Qeyd  olunmalıdır  ki,  əksər 
informasiya  resursları  Web-texnologiyanın  bazasında  reallaşdırılır  və  ya  İnternetin  Web-
fəzasına  inteqrasiya  olunur.  Son  illərdə  respublikada  elm  və  təhsil  sahəsində  informasiya 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  61 
resurslarının,  ümumi  (vahid)  informasiya  və  şəbəkə  infrastrukturunun  yaradılması 
istiqamətində ciddi işlər həyata keçirilir.  
Bu sahədə indiyədək görülmüş işləri bir neçə mərhələyə bölmək olar:  
Elmi-tədqiqat fəaliyyətinin  və tədris prosesinin kompüterləşdirilməsi. Universitetlərin 
və  elmi-tədqiqat  institutlarının  strkuktur  bölmələrində  (fakültələrdə,  kafedralarda,  şöbələrdə 
və  laboratoriyalarda)  avtomatlaşdırılmış  iş  yerləri  yaradılmış,  elm  və  təhsil  müəssisələri 
kompyuterləşdirilmişdir. 
Kompyuter  şəbəkələrinin yaradılması. Təhsil  və  elmi-tədqiqat  məqsədləri üçün  lokal 
kompyuter  hesablama  şəbəkələri,  kompyuter  sinifləri,  məlumat  bazaları,  korporativ 
informasiya  sistemləri,  kompyuter  şəbəkələri  yaradılmış  və  istifadəyə  verilmiş,  daxili  sənəd 
dövriyyəsinin hissə-hissə avtomatlaşdırılması işləri həyata keçirilmişdir. 
İnternet xidmətlərinin istifadəsi. Akademiya və universitet şəbəkələri, eləcə də elm və 
təhsil  müəssisələrində  ayrı-ayrı  kompyuterlər  İnternetə  qoşulmuş,  İnternet  qovşaqları 
yaradılmış,  İnternet  xidmətlərinin  elmi-tədqiqat  və  tədris  fəaliyyətində  istifadəsi  təmin 
edilmişdir. 
İnformasiya  və  şəbəkə  infrastrukturlarının  inteqrasiyası.  Universitetlərin  və  elmi-
tədqiqat  müəssisələrinin  səylərinin  birləşdirilməsi, eləcə də elm  və təhsil  sahəsində  mövcud 
kompyuter  şəbəkələrinin  inteqrasiyası  və  vahid  informasiya  fəzasının  yaradılması 
istiqamətində işlər həyata keçirilmişdir. 
Elektron  informasiya  resurslarının  yaradılması,  emalı  və  ötürülməsi,  elektron 
nəşrlərin,  elektron  kolleksiyaların  və  elektron  kitabxanaların  təşkili,  istifadəçilərin 
informasiya resurslarına kütləvi, o cümlədən uzaq məsafədən girişinin təmin edilməsi elm və 
təhsilin  informasiya  təminatı  ilə  bağlı  ən  vacib  məsələlərdəndir.  İnformasiyanın  elektron 
formada  təqdim  olunması  texnologiyası  informasiya  resurslarının  daha  etibarlı  və  kompakt 
saxlanmasına,  daha  operativ  və  geniş  yayılmasına,  onların  üzərində  müəyyən  zəruri 
əməliyyatların  aparılmasına  (dəyişdirilməsinə,  köçürülməsinə  və  s.),  istifadəçilər  tərəfindən 
asan  başa  düşülən  interfeysin  və  intellektual  axtarışın  təşkilinə  imkan  verir.  Bununla  bağlı 
aşağıdakı müsbət məqamları qeyd etmək olar: 
-
 
reallaşdırılması üsullarından və vasitələrindən asılı olmadan informasiyanı adekvat 
şəkildə təqdim etmək mümkündür; 
-
 
informasiyanın əldə olunması, istifadəsi, köçürülməsi və ötürülməsi sadə və rahat 
şəkildə həyata keçirilir;  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə