Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   26   27   28   29   30   31   32   33   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
66 
Elektron kitabxanaların abonentləri (istifadəçiləri) qeydiyyat, sifariş və s. kimi formal 
prosedurları  keçmir,  kitabxana  işçilərindən  bilavasitə  asılı  olmurlar.  Onların  fiziki  olaraq 
kitabxanaya  gəlməsi,  tədris  vəsaitlərini  və  elmi  ədəbiyyatı  özləri  ilə  daşımasına  ehtiyac 
qalmır. 
Elektron  kitabxana  –  böyük  həcmli  müxtəlif  növ  elektron  sənədlərin  (mətnlərin, 
qrafiklərin, cədvəllərin, audio və video məlumatların və s.) toplamasına, etibarlı saxlamasına, 
səmərəli emal və istifadə edilməsinə imkan verən, kompyuter şəbəkələri, o cümlədən İnternet 
vasitəsilə girişlə təmin edilən paylanmış informasiya sistemidir.  Elektron kitabxanalarda, bir 
qayda  olaraq,  informasiya  resurslarının  inteqrasiyası,  onlar  üzrə  səmərəli  naviqasiya  və 
intellektual informasiya axtarışı vasitələri reallaşdırılır. 
İnformasiya-axtarış  vasitələri  proqram-texniki  kompleks  olub,  zəruri  informasiyanın 
axtarışının həyata keçirilməsi üçün ən müxtəlif sorğuları tərtib etməyə və elektron kitabxana 
fondunda olan istənilən mənbəni qısa zaman kəsiyində tapmağa imkan verir. 
DİSTANT TƏHSİL – YENİ TƏHSİL FORMASI KİMİ 
Distant  təhsil  respublikanın  təhsil  sisteminə  daxil  olmuş  və  bilavasitə  İKT  üzərində 
reallaşdırılan nisbətən yeni təhsil formasıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının 
yeni qəbul olunmuş Qanununda distant təhsilə xüsusi yer ayrılmışdır. 
Distant  təhsil  –  təhsil  prosesinin  mahiyyətcə  yeni  təhsil  forması  olub  tədris  olunan 
fənlərin müstəqil öyrənilməsi prinsipinə əsaslanır və müasir İKT və multimediya sistemlərinin 
köməyi  ilə  həyata  keçirilən  mükəmməl  təhsil  formasıdır.  Təhsil  mühiti  onunla  xarakterizə 
olunur  ki,  təhsil  alanlar  məsafə  və  zaman  baxımından  muəllimlərdən  (tyutorlardan)  uzaqda 
yerləşmələrinə  baxmayaraq  müasir  texnologiyalar  vasitəsilə  öz  aralarında  istənilən  anda 
dialoq yaratmaq imkanına malik olurlar. Müasir İKT və elektron nəşr vasitələri ənənəvi təhsil 
formalarının  bütün  müsbət  cəhətlərini  saxlamaq  şərti  ilə  onların  mümkün  çatışmazlıqlarını 
aradan qaldırmağa imkan verir. 
Distant  təhsil  ənənəvi  təhsil  formalarından  aşağıdakı  xarakterik  xüsusiyyətləri  ilə 
fərqlənir: 
Çeviklik  (uyuşqanlıq).  Təhsil  alanlar  mühazirələr,  seminarlar  və  s.  şəklində  dərslərə 
müntəzəm  olaraq  gəlmir,  özlərinə  münasib  vaxtlarda,  rahat  olan  yerdə  və  tempdə  məşğul 
olmaq  imkanına  malik  olurlar.  Hər  bir  təhsil  alan  müvafiq  kursun  və  ya  fənnin 
mənimsənilməsi, eləcə də seçilmiş ixtisas üzrə zəruri biliklərin əldə olunması üçün şəxsən ona 
lazım olan qədər məşğul ola bilər. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  67 
Modulluluq. Təhsil alan tərəfindən mənimsənilən ayrılıqda götürülmüş hər bir fənn və 
ya fənlər qrupu öyrənilən predmet sahəsi haqqında tam təsəvvür yaradır. Bu, bir-birindən asılı 
olmayan  tədris  kursları  toplusundan  fərdi  və  qrup  tələblərinə  cavab  verən  tədris  planını 
formalaşdırmağa imkan verir. 
Paralellik. Distant təhsil – təhsil alanın əsas peşə fəaliyyətini tədrislə uyğunlaşdırmaq 
(birləşdirmək) yolu ilə, yəni onu iş yerindən ayırmadan həyata keçirilə bilər. 
Əhatəlilik.  Böyük  sayda  təhsil  alanlar  eyni  zamanda  bir  çox  tədris  informasiyası 
mənbələrinə (elektron kitabxanalara,  məlumat banklarına, biliklər  bazalarına  və s.)  müraciət 
edə  biliərlər.  Təhsil  alanlar  rabitə  şəbəkəsinin  və  ya  digər  informasiya  texnologiyaları 
vasitələrinin köməyi  ilə öz aralarında və müəllimlərlə qarşılıqlı ünsiyyət yaratmaq imkanına 
malik  olurlar.  Bu  zaman  ənənəvi  təhsildən  fərqli  ilaraq,  distant  təhsil  sistemində  təhsil 
alanların sayının çox olması kritik problemə çevrilmir. 
İqtisadi  səmərəlilik.  Xarici,  o  cümlədən  Rusiya  distant  təhsil  sistemlərinin  orta 
qiymətləndirilməsi göstərir ki, ənənvi təhsil sistemlərinə nisbətən distant təhsil 10%-dən 50%-
ə  qədər  ucuz  başa  gəlir.  Belə  ki,  distant  təhsil  sistemində  mövcud  auditoriyaların  və  digər 
tədris  sahə-lərinin,  texniki  və  nəqliyyat  vasitələrinin  səmərəli  istifadəsi,  habelə  tədris 
materiallarının  mərkəz-ləşdirilmiş  vahid  sistem  şəklində  təqdim  olunması  və  onlara  eyni 
zamanda çoxsaylı (multi) girişin verilməsi hesabına mütəxəssislərin hazırlanması üçün xərclər 
xeyli aşağı olur. 
Texnolojilik.  Distant  təhsildə  tədris  prosesində  informasiya  və  telekommunikasiya 
texnologiyalarının  ən  yeni  nailiyyətlərinin  (kompyuterlərin,  audio  və  videotexnikanın, 
telekommunikasiya  sistemlərinin  və  vasitələrinin,  İnternetin,  eləcə  də  informasiya 
sistemlərinin,  məlumat  bazalarının,  informasiya-axtarış  vasitələrinin  və  s.)  istifadəsi 
mümkündür.  Bu,  təhsil  alanların  beynəlxalq  informasiya  fəzasında  işləməsinə,  onlara  lazım 
olan informasiyanın tapılmasına və əldə olunmasına kömək edir. 
Sosial  tarazlıq.  Təhsil  alanların  yaşadıqları  yerdən,  sağlamlıq  vəziyyətindən,  həyat 
səviyyəsindən  və  maddi təminatından asılı olmadan onlara təhsil almaq üçün eyni  imkanlar 
yaradır. 
Beynəlmiləlçilik. Təhsil xidmətləri idxal və ixrac oluna, yəni xarici ölkə vətəndaşlarına 
distant təhsil xidmətləri təqdim edilə bilər  
Müəllimin  yeni  rolu.  Distant  təhsil  müəllimin  rolunu  genişləndirir  və  yeniləşdirir. 
Müəllim tədrislə idrak prosesini əlaqələndirmək, tədris etdiyi kursları daim təkmilləşdirmək, 
yeniliklərə  uyğun  olaraq,  peşə  biliklərini  və  ixtisasını  artırmaq,  məsləhətlər  vermək,  tədris 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə