Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   34   35   36   37   38   39   40   41   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  89 
zamanını əlindən almırıqmı?” Başqa sözlə biz uşaqları öz anlamımızda uşaqlıqdan bu qarışıq 
dünyaya cəlb etməklə ayırmırıqmı? 
Şübhəsiz  ki,  bu  suallar  çox  vacibdir.  Bu  sualların  cavabı,  nöqteyi-nəzərimizcə 
informatikanın  əsaslarını  öyrətməyə  çalışdığımız  məktəblilərin  -  bugünkü  uşaqların 
quracaqları gələcək həyat olacaqdır. Biz əvvəlki kimi özümüzə sual verməliyik:  İnformatika 
dərslərində uşaqlara nəyi öyrətməliyik? İnformatika fənni üçün ayrı bir dərs ayırmağa gərək 
varmı?  İnformatikanı  kim  tədris  etməlidir  –  ibtidai  sinif  müəllimləri  və  ya  informatika 
müəllimləri? Lakin əsas sual – uşaqları necə öyrətməliyik? 
Məlumdur ki, istənilən fənnin tədrisinin metodiki sistemi beş tərkib hissəsindən ibarətdir: 
təlimin  məqsədləri,  məzmunları,  metodları,  vasitələri  və  təşkilatı  formaları.  Ümumi  orta 
təhsilin  məzmununu  təşkil  edən  təlim  fənlərinin  metodiki  sistemləri  onillər  ərzində  məktəb 
praktikasında  yoxlanılaraq  və  10-15  illik  bir  dövrdə  nəzərəçarpan  dəyişikliklərə  məruz 
qalaraq əsasən emprik olaraq formalaşmışdır. 
İnformatika  üçün  onun  öyrənilməsinin  metodiki  sisteminin  dəyişməsinin  dinamikliyi 
xarakteriktir.  Keçdiyimiz  illərdə  İnformatika  dərslərində  nəyi  və  necə  öyrətmə  təsəvvürləri 
dəfələrlə dəyişmişdir. 
İBTİDAİ SİNİFLƏRDƏ İNFORMATİKANIN TƏDRİSİ MƏQSƏDLƏRİ NECƏ 
DƏYİŞMİŞDİR? 
İbtidai  siniflərdə  İnformatikanın  tədrisi  məqsədləri  praktik  olaraq  dəyişikliyə  məruz 
qalmamışdır.  Pedaqoq,  psixoloq,  metodistlər  birmənalı  olaraq  bu  kursu  hazırlıq  kimi  qəbul 
edirlər.  Terminologiya  probleminə  aid  olan  yeganə  fərq  isə  “kompüter  savadı”  və 
“informasiya mədəniyyəti” terminlərinin bu və ya digər formada istifadə edilməsidir. Hələ bu 
yaxınlara  qədər  məktəblilərin  “kompüter  savadı”  əldə  etmələri  aktual  idi,  bugün  isə  onların 
“informasiya  mədəniyyəti”nin  formalaşmasının  vacibliyi  bildirilir.  Aparıcı  mütəxəssislər  bu 
anlayışlara  müxtəlif  təriflər  verirlər,  daha  doğrusu,  onları  məktəblinin  qabiliyyətlərinə  olan 
son tələblərlə doldururlar. İbtidai siniflərə münasibətdə, bizə elə gəlir ki, kompüter savadının 
əsaslarının öyrənilməsini söyləmək məqsədəuyğundur. 
İbtidai  məktəbdə  İnformatika  kursunun  əsas  məqsədlərini  qısaca  olaraq  növbəti  şəkildə 
formalaşdırmaq olar: 
-
 
kompüter savadının əsaslarının öyrənilməsi; 
-
 
məntiqi təfəkkürün inkişaf etdirilməsi; 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
90 
-
 
tapşırığın həllində alqoritmik bacarıq və sistemli yanaşmanın inkişaf etdirilməsi; 
-
 
elementar  kompüter  vərdişlərinin  formalaşdırılması  (kompüterlə,  informasiya 
texnologiyaları sahəsində sadə anlayışlarla tanışlıq). 
Anlamaq  lazımdır  ki,  ibtidai  məktəbdə  bütün  təlim  prosesində  formalaşan  kompüter 
savadının məzmununu təyin edərkən “İnformatika” fənni çərçivəsində məhdudlaşmaq olmaz. 
Əksinə,  bu  məsələni,  bütün  məktəb  fənlərinin,  dərsdən  xaric  fəaliyyətlərin  və  valideynlərin 
köməyinin maksimal cəlb edilməsi ilə həll etmək lazımdır. 
Başlanğıcda  İnformatikada  alqoritmləşdirmənin  əsaslarının  kütləvi  tədrisi  orta 
məktəbin  yuxarı  siniflərində  həyata  keçirilirdi.  İndi  aydın  olur  ki,  alqoritmik  dərketmə 
üslubunun 
formalaşması 
üzrə 
məqsədyönlü 
işə 
ibtidai 
siniflərdən 
başlamaq 
məqsədəuyğundur, belə ki, yuxarı sinif şagirdlərində dərketmə üslubu artıq formalaşmışdır və 
yeni dərketmə formaları onlar tərəfindən çətinliklə qəbul edilir. 
Kiçik  yaş  dövrü  məktəblinin  bütün  sonrakı  təhsili  və  həyatı  üçün  vacib  olan  və  öz 
növbəsində alqoritmik dərketmə üslubunun formalaşmasında əsas rol oynayan refleks,  daxili 
fəaliyyət  planı  kimi  psixi  proseslərin  inkişafı  üçün  daha  əlverişlidir.  Əgər  bu  yaş  dövrü 
müvəffəqiyyətlidirsə,  daha  yuxarı  yaş  dövrlərində  bu  keyfiyyətləri  inkişaf  etdirmək  çox 
çətindir, bəzən isə sadəcə mümkün deyildir. 
Nəzəri  informatika  və  kompüter  texnologiyalarının  əsaslarının  təliminin  qarşılıqlı 
əlaqəsi  problemi  ibtidai  siniflərdən  də  yan  ötməmişdir.  Hesab  edirik  ki,  məktəbdə 
kompüterdən  praktik  istifadənin  öyrənilməsinin  vacib  olması  tədricən  informatika  dərsləri 
çərçivəsindən  qırağa  çıxmalıdır.  Kompüterin  təlim  vasitəsi  kimi  istifadəsi  bütün  dərslərə, 
məktəblilərin dərsdən xaric fəaliyyətlərinə və s. daxil edilməlidir. Bunun səbəbləri bir neçədir. 
Son  zamanlar  fərdi  kompüterlər  məktəbdən  çox  məktəblilərimizin  evlərində  peyda 
olur. Bundan  başqa,  hətta ən  imkanlı  məktəb  belə hər  bir  məktəbli üçün kompüter əldə edə 
bilməz.  Ev  şəraitində  uşaqlar  məktəbin  yardımı  olmadan,  maus  və  klaviatura  ilə  iş,  menyu 
əmrinin seçilməsi və hətta faylın saxlanılması kimi texniki problemlərin öhtəsindən asanlıqla 
gələ  bilirlər.  Bunu  bir  çox  valideynlərin  təcrübəsi  göstərir.  Bundan  başqa,  instrumental 
vasitələrin  yenilənməsi  elə  bir  sürətlə  baş  verir  ki,  onların  8-11-ci  siniflərdən  əvvəl 
mənimsənilməsinin elə də bir əhəmiyyəti yoxdur. Məlumdur ki, maraqlı olan istifadəçi mətn 
redaktorunu  bir  neçə  gündə,  yəni  30-40  saat  ərzində  mənimsəmə  imkanına  malikdir.  Əgər 
nəticənin əldə edilməsində motivasiya əskikdirsə, həmçinin saatlar bir neçə aya dağıdılarsa, o 
zaman mənimsəmənin səmərəliliyi çox aşağı olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə