Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   37   38   39   40   41   42   43   44   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  97 
MƏQSƏDLİ VƏ ZAMAN ƏLAMƏTLƏRİ 
1.
 
Məqsədli  oyunlar  -  Bu  sinifdən  olan  oyunların  ssenarisində  oyunçu  qrupunun 
müəyyən  məqsədə  nail  olması  zamanı  onların  qalib  elan  olunacaqları  əvvəlcədən  öz  əksini 
tapır. Oyun bununla da tamamlanır; 
2.
 
Açıq  sonluqlu  oyunlar  -  Bu  sinifdən  olan  oyunların  ssenarisi  keçirilmə  vaxtına 
görə  məhduddur.  Oyun  gedişatının  mümkün  istiqamətlərini  ehtimal  edən  ssenarinin  səylə 
işlənməsi  lazımdır.  Hər  bir  oyunçunun  (ən  azı  bir)  öz  məqsədi  vardır.  Lakin  bu  məqsədin 
yerinə  yetirilməsi  onun  üçün  oyunun  sonu  deyildir.  Yeni,  daha  qlobal  məqsədlər  meydana 
gələ bilər. Oyun iştirakçısının hazırlanmasının əsas kriteriyası onun oyun obrazını yaşama və 
onu sona çatdırma qabiliyyətidir; 
3.
 
Fasiləsiz  oyunlar  -  Bu  sinifdən  olan  oyunların  ssenarisi  elə  hazırlanır  ki, 
oyunçular  oyunu  qaldıqları  yerdən  başlayaraq  sona  qədər  davam  etdirə  bilsinlər. 
Modelləşdirilmiş  dünya  təkmilləşdirilir  və  inkişaf  etdirilir,  onunla  birlikdə  oyunçular  da 
təkmilləşir. 
OYUNDA İŞTİRAK SƏVİYYƏLƏRİ 
Oyunçuların rollu oyunlarda iştirakını onların iştirak səviyyəsinə görə sinifləndirmək 
olar. İştirak səviyyəsi oyunçunun hazırlıq və təcrübəsinə görə artırıla bilər: 
1.
 
Passiv iştirak (ekskursant) - Bu mərhələdə iştirakçılar fəal fəaliyyət göstərmirlər, 
oyun-texnik  qrupunun  və  ya  daha  təcrübəli  oyunçuların  oynadıqları  süjetin  inkişafını 
izləyirlər; 
2.
 
Məhdudlaşdırılmış iştirak (məlum) - Oyunçular bilavasitə oyuna daxil edilirlər, 
lakin  onların  təşəbbüsləri  aparıcılar  tərəfindən  məhdudlaşdırılmış  olur.  Oyun-texnik  qrupu 
əsas  anların  əvvəlcədən  yazıldığı  ssenariyə  uyğun  olaraq  səhnələri  oynayırlar,  hansı  ki, 
onların köməyi ilə yaranmış sütuasiya şərh edilir və oyunun növbəti gedişatına təkan verilir; 
3.
 
Sərbəst iştirak (oyunçu) - Bu səfiyyəli iştirakı həyata keçirmək üçün oyunçuların 
təcrübələrinin  və  aparıcıların  dəqiq  işinin  olması  vacibdir.  Oyunçular  sərbəst  olaraq  öz 
fəaliyyətlərini  təyin  edirlər,  şəxsi  və  komandalı  əfsanə-süjetlərini  hazırlayırlar.  Oyunun 
gedişatı əsasən iştirakçıların özlərindən asılıdır, aparıcılar qaydalara əməl olunmasına nəzarət 
edir və oyunun gedişatını nizamlayırlar. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
98 
OYUNUN HAZIRLANMASI 
Rollu oyunların təşkilinin  birinci  mərhələsi  növbəti tərkib  hissələrindən  ibarət nəzəri 
işlərdir: 
1.
 
modelləşdirlən dünyanın təsviri; 
2.
 
oyun qaydaları; 
3.
 
komandalı və ya fərdi giriş. 
Bütün  oyunun  gedişatı  oyunun  hazırlanmasının  bu  mərhələsinin  nə  dərəcədə  ətraflı 
düşünülməsindən asılıdır: 
1.
 
Modelləşdirlən dünyanın təsviri - modelləşdirlən dünyanın mövcudluq şərtlərini 
və  qanunlarını  şərh  etmək  lazımdır.  Onlar  nə  qədər  dolğun  və  aydın  şərh  edilərlərsə, 
oyunçuların fəaliyyətləri də bir o qədər rəngarəng və düşünülmüş olar. 
Şərh etmə sxemi belədir: 
-
 
fəaliyyətin yeri; 
-
 
fəaliyyət zamanı; 
-
 
fəaliyyət göstərən şəxslər və onların tutduqları mövqelər; 
-
 
modelləşdirilən zaman müddətində baş verən vacib hadisələr; 
-
 
oyunun əvvəlində yaranan situasiya. 
2.
 
Oyun  qaydaları  -  oyunun  əsas  qanunlarıdır,  ona  görə  də  onlar  müxtəlif 
qarşıdurmalardan qaçmaq üçün hüquqi dəqiqliklə hazırlanmalıdır; 
3.
 
Komandalı  və ya fərdi  giriş - oyunun təşkilatçıları,  ya da təşkilatçıların razılığı 
ilə  oyunçuların  özləri  tərəfindən  hazırlanır.  Komandalı  və  ya  fərdi  girişlər  iştirakçılara  öz 
rollarını  yaxşı  dərk  etməkdə,  modelləşdirilmiş  dünyada  öz  yerləni  müəyyənləşdirməkdə  və 
fəaliyyət xəttini göstərməkdə kömək edirlər. Yaxşı rollu oyun yaratmaq üçün oyunun növbəti 
tərkib hissələri haqqında dəqiq təsəvvürə malik olmaq lazımdır: 
-
 
rollu modelləşdirmə; 
-
 
rollu oyunun alqoritmi; 
-
 
rollu oyunun fəaliyyət mühiti; 
-
 
oyun ustasının etikası; 
-
 
standart qaydalar və onların oyunda istifadəsi. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  99 
İlk iki blok oyunun təməlini təşkil edir. Onlar iştirakçıların dinamikasını və marağını 
təmin edirlər. Oyunun aparılması zamanı qaydalara riayiət olunmasına daimi nəzarət lazımdır. 
Onların  hər  hansı  birinin  pozulması  anında  və  əməli  olaraq  cəzalandırılmalıdır.  Təbii  ki, 
buraxılmış səhv və veriləcək cəza uyğunlaşdırılmalıdır. 
Hətta yaxşı təşkil edilmiş RO-nun aparılması zamanı gözlənilməz situasiyalar yarana 
bilər. Oyunçular qaydalarda uyğunsuszluq qeydə ala bilər, qeyri-adi gediş müəyyənləşdirə və 
ya qaydanı poza bilər. İstənilən halda situasiya üzərində nəzarəti bərpa etmək lazımdır. Çox 
vaxt oyunçular aparıcılara qarşı təzyiq göstərməyə  və təşəbbüsü əla almağa  çalışırlar. Buna 
yol vermək olmaz. Aparıcılar yaranmış situasiyanı ətraflı aydınlaşdırmalı və onu qaydalara və 
modelləşdirilən dünyanın təsvirinə uyğun sınaqdan keçirməlidirlər. 
RO-nun  axırıncı  mərhələsi  onun  analizidir.  Yaxşı  olardı  ki,  bu  mərhələdə  bütün 
oyunçular və aparıcılar iştirak etsinlər. Əgər bu mümkün deyilsə, aparıcılar oyunun təşkilinin 
və  aparılmasının  bütün  mərhələlərini  ətraflı  analiz  etməli,  bütün  müvəffəqiyyətləri  və 
müvəffəqiyətsizlikləri  nəzərə  almalı,  onların  səbəblərini  anlamalıdırlar.  Ən  yaxşısı  oyunun 
bitməsindən bir müddət sonra, (həyacanlar səngidikdən sonra) tam analiz aparmaq lazımdır. 
Aparıcılar  oyunçulara  özlərinin  ilkin  fikirləri  haqqında  söyləməli,  onlar  tərəfindən  həyata 
keçirilən  bu  və  ya  digər  fəaliyyətləri  aydınlatmalı,  keçirilmiş  oyuna  öz  qiymətlərini 
verməlidirlər.  Oyunçular  da  öz  növbələrində  oyunun  gedişatını  və  ondkı  öz  fəaliyyətlərini, 
həmçinin oyunun təşkilini tam şəkildə analiz etməlidirlər. 
Bütün bunlar oyunçularda təcrübənin toplanmasına, ümumilikdə oyun mədəniyyətinin 
və səviyyəsinin artırılmasına kömək edir. Hətta əgər oyun ümumi anlamda baş tutmamış olsa 
belə,  onun  analizi  qarşılıqlı  incikliklərə  və  ya  aparıcıların  fəaliyyətinin  sadəcə  tənqidinə 
gətirib çıxarmamalıdır. 
İBTİDAİ  SİNİFLƏRDƏ  İNFORMATİKANIN  TƏDRİSİNDƏ  HANSI  OYUN 
TİPİNDƏN İSTİFADƏ ETMƏK MƏQSƏDƏUYĞUNDUR? 
İbtidai  siniflərdə  İnformatika  dərslərində  müəllim  həmişə  rollu  oyuna  əsaslanan 
ozünün  yeni,  uyğunlaşdırılmış  oyun  tipini  qurmaq  məcburiyyətindədir.  Məsələn,  verilmiş 
çoxluqdan  cismin  xüsusiyətlərinə  görə  seçilməsi  ilə  əlaqədar  biliklərini  möhkəmləndirmək 
üçün növbəti oyun dərsini aparmaq olar: Bütün sinif qruplara bölünür. Hər bir qrupa rəsmlər 
dəsti (məsələn, pişik, qənd, bint, duz, kran) paylanılır. Uşaqlar nağıl-oyun fikirləşirlər. Bunun 
nəticəsində  təqdim  olunmuş  çoxluqdan  cisimlərdən  biri  seçilir,  bu  zaman  onlar  “pişik”, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə