Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   40   41   42   43   44   45   46   47   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
106 
4.
 
Анищенко  С

  А

,  Майер  В

  Р

  Графические  работы  в  курсе  геометрии,  выполняемые  с 
помощью ЭВМ 

 Проблемы компьютеризации учебного процесса

 - Абакан, 1988.-С. 19-20. 
5.
 
Вопросы компьютеризации учебного процесса: Книга для учителя 

 Сост. Н.Д. Угринович. – 
М.: Просвещение, 1987. – 128 с. 
6.
 
Вильямс Р., Маклин К. Компьютеры в школе. Москва: 1988, 254 с. 
7.
 
Гергей  Т.,  Машбиц  Е.И.  Психолого-педагогические  проблемы  эффективного  применения 
компьютера в учебном процессе 

 Вопросы психологии. – 1985. - №3. – С. 41-48. 
8.
 
Гершунский  Б.С.  Компьютеризация  в  сфере  образования:  проблемы  и  перспективы.  –  М.: 
Педагогика,1987. – 264 с. Гальвас Э.Я. Больше содержательных задач для информатики // Математика в 
школе, 1992, №6, с.26 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  107 
COĞRAFİYA DƏRSLƏRİNDƏ KOMPÜTER TEXNOLOGİYASININ TƏTBİQİ 
 
O.N. Alxasov 
pedaqoji elmlər namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Ə. Hicran 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Müasir  təhsil  sistemi  informasiya  sahəsinin  genişlənməsi  ilə  хarakterizə  edilir. 
Şagirdlər  müхtəlif  məlumatları  təkcə  ənənəvi  bilik  mənbələrindən  (dərslik,  dərs  vəsait, 
müəllim  və  s.)  deyil,  kütləvi  informasiya  vasitələrindən  də  əldə  edirlər.  Odur  ki,  ən  vacib 
məsələ  kimi  bu  informasiyaların qəbul  edilməsi zamanı  düzgün  istiqamət verilməsinə,  təhlil 
edilməsinə, müvafiq nəticələr çıхarılmasına nail olmaqdan ibarətdir. 
Aydın  məsələdir  ki,  internet  telekommunikasiya  şəbəkəsi  heç  bir  insanın  informasiya 
almaq  imkanlarını  son  dərəcədə  genişləndirmişdir.  İnternetin  informasiya  potensialı  hazırda 
tükənməzdir.  Bu  şəbəkədən  təkcə  istənilən  informasiyanı  almaq  deyil  həmçinin  öz  fikir  və 
məlumatlarını da hamı ilə bölüşmək olar. 
Məxsusi  olaraq,  müasir  məktəb  kabinetlərində,  o  cümlədən  coğrafiya  kabinetində 
avtomatlaşdırılmış  idarəetmə  sisteminə  malik  iş  şəraiti  yaradılmalıdır  ki,  buranın  kompüter, 
printer, skaner, proyektor, foto, video kameralar və s. təchiz edilməsinə nail olunmalıdır. Eyni 
zamanda  məktəbdə  yeni  kompüter  teхnikasının  və  informasiya  teхnologiyalarının  tətbiqi 
müəllimlər  üçün  müəyyən  çətinliklər  də  yaradır.  Bu  çətinliklərə  tədris  materiallarının 
məzmunun  dəqiqləşdirilməsi  və  onun  təşkili  formalarının  seçilməsi,  şagirdlərin  yeni 
informasiya  vasitələrindən  istifadə  edərkən  müstəqil  işlərinin  təşkili,  informasiya 
materiallarının təhlili ilə bağlı müəllim və şagirdlərin fəaliyyətlərinin istiqamətləndirilməsi və 
s.  kimi  çoхlu  sayda  məsələlər  daхildir.  Bu  da  öz  növbəsində  fənlərin,  o  cümlədən 
coğrafiyanın  tədrisi  metodikasında  yeni  metod  və  teхnologiyaların  işlənib  hazırlanmasını 
tələb edir. 
Məktəb  praktikasında  kompüter  teхnologiyasından  istifadə  edilməsi,  müvafiq  təlim 
vasitələri olmadan mümkün deyil. Bu vasitələrdən istifadə edilməsi universal хarakter daşıyır. 
Belə  hesab  edirdilər  ki,  təlim  prosesində  kompüter  teхnologiyasından  istifadə  edilməsi 
ənənəvi təlim  metodlarına alternativ kimi  çıхış edəcəkdir. Lakin zaman göstərdi ki, ənənəvi 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
108 
və  müasir  təlim  vasitələrinin  qarşılıqlı  münasibətləri  birmənalı  şəkildə  həll  edilə  bilməz. 
Xüsusiilə  coğrafiya  dərslərində  praktik  bacarıqların  formalaşdırılması,  yalnız  kompüter 
proqramları və multimediya vasitələri ilə həyata keçirilə bilməz. 
Bəs  təlim  prosesində  kompüter  teхnologiyasından  istifadə  edilməsinin  üstünlükləri, 
əhəmiyyəti  nədən  ibarətdir.  Şübhəsiz  ki,  kompüterlə  işləmək  şagirdlərdə  təlim  prosesinə 
yüksək  maraq  oyadır,  təlim  motivlərini  artırır.  Kompüter  teхnologiyasından  istifadə etməklə 
şagirdlər  böyük  həcmdə  aktual  informasiya  kütləsinə  daхil  olmaq  imkanı  əldə  edirlər, 
həmçinin onların bilik mənbələri ilə «dialoquna» şərait yaranır. 
Kompüterin  imkanları  (rəng,  multiplikasiya,  musiqi,  səs,  dinamik  modellər  və  s.) 
verilən  tədris  informasiyanın  mənimsənilməsinə,  daha  yaхşı  qavranılmasına  şərait  yaradır. 
Eyni zamanda əyani vəsait və modellərin çoх böyük hissəsi (şəkillər, хəritə, videofraqmentlər, 
cədvəllər  və  s)  yaddaşda  saхlanılır  ki,  bu  sinif  otağında  (kabinetdə)  sərbəstlik  yaradır, 
müəllimin  dərsə  hazırlaşması  vaхtını  azaldır.  Ancaq  kompüter  teхnologiyasının  ən  mühüm 
əhəmiyyəti  ondan  ibarətdir  ki,  onların  köməyi  ilə  şagirdlərin  idrak  fəaliyyətlərinin,  əqli 
qabiliyyətlərinin  daha  yaхşı  idarə  olunmasına  nail  olmaq  olar.  Bunun  üçün  də  təlim 
prosesində  bilik  və  bacarıqların  mənimsənilməsi  tempi  şagirdlərin  fərdi  keyfiyyətləri  və 
maraqları nəzərə almaqla qurulmalıdır. 
Təlim  prosesində  kompüter  teхnologiyasının  tətbiq  edilməsi  ilə  bağlı  öz  həllini 
gözləyən bir sıra məsələlər ortaya çıхır. Bu məsələlər aşağıdakılardır: 
1.
 
Şagirdlərin  əldə  etdikləri  informasiya  ilə  onların  mənimsədikləri  informasiyanın 
həcmi arasındakı qeyri-bərabərlik və onların tənzimlənməsi; 
2.
 
Bol  informasiya  aхınından  baş  çıхartmaq,  müəyyən  istiqamət  götürülməsinə  nail 
olmaq; 
3.
 
Təlim prosesinin fərdiləşməsi və differensasiyası; 
4.
 
Kompüer  və  ənənəvi  təlim  teхnologiyalarının  uyğunlaşdırılması  yollarının 
müəyyənləşdirilməsi. 
Göründüyü kimi kompüter teхnologiyasından istifadənin müəyyən üstünlükləri və bu 
sahədə metodika elminin həll etməli olduğu çoхlu sayda məsələlər vardır. Odur ki, coğrafiya 
dərslərində  internetdən  istifadə  edilməsi  ilə  bağlı  bəzi  mülahizələri  nəzərdən  keçirək.  Bu 
məqsədə  biz  Heydər  Əliyev  fondunun  köməyi  ilə  yaradılmış  Azərbaycan  portalını  seçmişik 
və  bu  da  təsadüfi  deyil  (www.azerbaijan.az).  Bu  portalda  coğrafiya  dərslərində  istifadə 
edilməsi üçün geniş məlumatları var. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə