Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   48   49   50   51   52   53   54   55   ...   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  131 
VBİS  MS  SQL  və  Oracle-dır.  MS  SQL  VBİS  sadəcə  Microsoft  Windows  əməliyyat 
sistemində  işləyir.  Yuxarıda  isə  müəyyən  səbəblərdən  dolayı  UNIX  əməliyyat  sisteminin 
istifadə edilməsi tövsiyə olunmuşdur. Dolayısı ilə kriteriyalarımıza uyğun gələn VBİS Oracle-
dır. 
4.5. Proqramlaşdırma mühitləri və dilləri 
İstifadəçi kompüterlərində Microsoft Windows əməliyyat sistemi istifadə edildiyi üçün 
Windows proqramlarını  hazırlamaq üçün  hər hansı  bir RAD IDE mühiti  istifadə edilə  bilər. 
Məsələn, Borland Delphi və ya Microsoft Visual Studio tövsiyə oluna bilər. 
Web mühitində istifadə olunan proqramlar üçün tövsiyə olunan proqramlaşdırma dili 
və  mühitləri  əməliyyat  sistemindən  asılıdır.  Məsələn,  xidmətçi  kompüterdə  Windows 
əməliyyat  sistemi  istifadə  edilərsə,  ASP  istifadəsi  daha  məqsədəuyğundur.  Xidmətçi 
kompüterlər üçün UNIX (Linux) əməliyyat sisteminə üstünlük verildiyi üçün PHP və ya JSP 
istifadə edilməlidir. Bu iki İnternet texnologiyasını müqayisə edəriksə: PHP daha asan və ya 
geniş yayılmış, lakin JSP daha etibarlıdır. 
Universitetimizdə Windows proqramları üçün Delphi, Web proqramlaşdırma dili kimi 
isə PHP istifadə olunmaqdadır. 
RAD – Sürətli Proqram Hazırlama (Rapid Application Development) 
IDE – Tam Proqram Hazırlama Mühiti (Integrated Development Environment) 
ASP – Aktiv Xidmət Səhifələri (Active Server Pages) 
PHP – Şəxsi Ev Səhifələri (Personal Home Page) 
JSP – Java Xidmət Səhifələri (Java Server Pages) 
4.6. Rabitə infrastrukturu 
Müasir  məlumat sistemi ən azı  ikimərtəbəli (müştəri/xidmətçi) arxitekturasına uyğun 
hazırlanmış İnternet və İntranet mühitlərində informasiya yayma xidmətlərini təmin edə bilən 
bir sistemdir.  Bu arxitekturanın tətbiq edilməsi üçün kompüter şəbəkəsinin olması  vacibdir. 
Müəssisənin kompüter şəbəkəsində  məlumat sistemi  xaricindəki  verilənlər də (audio,  video, 
böyük həcmli verilənlər) olduğuna görə informasiya sisteminin məhsuldarlığını təmin etmək 
üçün kompüter şəbəkəsinin ötürmə sürəti 100 Mb/s olmalıdır. Məlumat sisteminin istifadəsi 
İnternet üzərindən olarsa, ümumi İnternet əlaqəsindən asılı olmayan bir xətt (BS) ayrılmalıdır. 
Bu  əlaqənin  xarici  ötürmə  sürəti  ən  azı  512  –  1024  Kb/s  olmalıdır.  Qafqaz  Universitetində 
İntranet  kompüter  şəbəkəsi  1024  Mb/s  (1  Gb/s)  olaraq  Fiber  Optik  texnologiyası  əsasında 
CISCO Systems avadanlıqları üzərində qurulmuşdur. 
 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
132 
 
Şəkil 3. Qafqaz Universiteti Elektron Məlumat Sistemi 
 
5. UNİVERSİTET MƏLUMAT SİSTEMİNİN TƏŞKİLİ İNFRASTRUKTURU 
Universitet  məlumat  sisteminin  reallaşdırılması  layihəsinin  ilk  addımları  lazım  olan 
infrastrukturun hazırlanması ilə bağlı olmalıdır. İnfrastruktur aşağıdakılardan ibarət olmalıdır: 
 
1.
 
Universitet məlumat mənbələri idarəedicisinin vəzifəsinin təyin edilməsi; 
2.
 
Lazımi mövzu və təlimatların hazırlanması və təsdiqlənməsi; 
3.
 
Məlumat standartlarının təyin olunması; 
4.
 
Hazırlanacaq  modulların  əhəmiyyətinə və  vacibliyinə görə sıralanması (layihənin 
planlaşdırılması); 
5.
 
Müdiriyyətdən geniş dəstəyin alınması. 
5.1. Qafqaz Universiteti məlumat standartları 
Qurum Kodu Standartı 
 
Qurum Kodu 5 (beş) rəqəmdən ibarətdir. Bu rəqəmlərin mənası şərhdə və sxemdəki kimidir: 
 
Nümunə: 10103 – Kompüter Sistemləri və Şəbəkələri Bölməsi 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  133 
 
Şərh: 
1 – Akademik Qurum; 
01 – Mühəndislik Fakültəsi; 
03 – Kompüter Sistemləri və Şəbəkələri Bölməsi; 
 
 
 
 

01 
03 
 
 
 
Qeyd:  Qurum  Kodları  “LS-010-QU  BİRİM  KODLARI  VE  İSİMLERİ”  sənədində 
göstərilmişdir. 
 
Fənni Kodlaşdırma Standartı 
 
Fənn Kodu 8 (səkkiz) rəqəmdən ibarətdir. Bu rəqəmlərin mənası şərhdə və sxemdəki kimidir: 
 
Nümunə: 01030125 
 
Şərh: Fənn kodu dörd hissədən ibarətdir. 
01 – Mühəndislik Fakültəsi; 
03 – Kompüter Sistemləri və Şəbəkələri Bölməsi; 
01 – Birinci Semestr Fənni (Hazırlığın 1-ci semestri); 
25 – Fənn siyahısındakı sıra nömrəsi. 
Üst Qurum No/Fakültə No 
Qurum No/Bölmə No 
Qurum 
Tipi 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
134 
 
 
 
 
01 
03 
01  25 
 
 
 
Qeyd: 
1.
 
Semestri göstərən rəqəmin 01 olması hazırlığın birinci semestrinin fənlərini ifadə edir 
və Dil Tədrisi Koordinatorluğu tərəfindən təyin edilməlidir; 
2.
 
Semestri göstərən rəqəm 10 olarsa, 5-ci sinfin ikinci semestrinə aid fənni ifadə edir; 
3.
 
Semestri göstərən rəqəm 11 olarsa, qeyri ixtisas dərsi olduğunu ifadə edir; 
4.
 
Daha sonra fənnin tədris olunduğu semestr dəyişərsə də fənnin kodu dəyişməz (Fənnin 
kodu sabit olmalıdır); 
5.
 
Fakültə və Bölməni göstərən kodlar “LS-010-QU BİRİM KODLARI VE İSİMLERİ” 
sənədində göstərilmişdir. 
 
Tələbə Nömrəsi Standartı 
 
Fənnin  Kodu  9  (doqquz)  rəqəmdən  ibarətdir.  Bu  rəqəmlərin  mənası  şərhdə  və  sxemdəki 
kimidir: 
 
Nümunə: 040103019 
 
Şərh: Tələbə Nömrəsi kodu dörd hissədən ibarətdir. 
04 – Qeydiyyat ili 2004; 
01 – Mühəndislik Fakültəsi; 
03 – Kompüter Sistemləri və Şəbəkələri Bölməsi; 
019 – Sıra nömrəsi (maks. 999) 
Fakültə Kodu 
Bölmə Kodu 
Semestr (01 - 10 arası) 
Dərsin Sıra Nömrəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə