Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   47   48   49   50   51   52   53   54   ...   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  127 
Avropa universitetləri bir sıra ortaq layihələr həyata keçirməkdədirlər. Bunlardan: TERENA, 
Gartner Group, CAUDIT, EKMA, EDUCAUSE, HUMANE kimi layihələri göstərmək olar. 
2. MƏLUMAT SİSTEMİNİN KEYFİYYƏTİN ARTIRILMASINDAKI ROLU 
Bologna prosesi bu standartlara qoşulmaq istəyən hər bir universitet üçün bir hədəfdir. 
Bu prosesi məqsəd kimi seçdikdən sonra davamlı olaraq cavablandırılması lazım olan bir neçə 
suallar vardır: 
1.
 
Haraya gedirik? 
2.
 
Düşündüyümüz yerə necə getmək olar? 
3.
 
Düşündüyümüz yerə çatdığımızı necə anlayacağıq? 
4.
 
Daha öncə o yerdə olduqmu? 
5.
 
Hazırda yolumuzun harasındayıq? 
Bu  suallara  doğru  və  ətraflı  cavab  yalnız  lazım  olan  biliklərə  sahib  olduqdan  sonra 
verilə  bilər.  Bu  ehtiyacı  bir  çox  səbəblərə  görə  kağız  üzərindəki  statik  məlumatlar  ödəyə 
bilməz, bunun üçün dinamik, ən son vəziyyəti əks etdirən mərkəzləşdirilmiş elektron məlumat 
sistemi əvəzedilməzdir. 
Universitet  olaraq  adlandırılan  hər  hansı  bir  müəssisə  bu  üç  xüsusiyyətə  sahib 
olmalıdır:  mükəmməllik,  səmərəlilik  və  obyektivlik.  Universitetlərin  ticarət  deyil,  ictimai 
müəssisələr  olduğunu  nəzərə  alarıqsa,  bu  xüsusiyyətlərin  vacib  olduğu  görünəcəkdir,  eyni 
zamanda  bunları  əldə  etmək  imkanları  maddi  baxımdan  məhduddur.  Minimum  xərclərlə 
maksimum  keyfiyyət  əldə  etməyin  ən  qısa  yolu  müəssisənin  daima  özünü 
qiymətləndirməsidir.  Ümumi  keyfiyyət  qaydası  belədir:  “Planla,  tətbiq  et,  nəticəni 
qiymətləndir,  lazım  gələrsə  dəyişdir”  (Şəkil  1.).  Bu  qayda  sonsuz  dövri  olaraq  tətbiq 
edilməlidir.  Universitet  məlumat  sistemi  bu  qaydanın  hər  addımını  həyata  keçirməyə  və 
minimum xərclərlə maksimum nəticə əldə etməyə kömək edəcəkdir. 
 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
128 
 
 
Şəkil 1. Keyfiyyətə Nəzarət Sxemi 
 
3. “QARA QUTU” YANAŞMASI 
Universitet  məlumat  sistemini  layihələndirmə  mərhələsində  universitetə  informasiya 
texnologiyaları  sahəsində  çox  istifadə  edilən  “qara  qutu”  şəklində  baxa  bilərik.  Bu 
yanaşmaya  görə  universiteti  məlumat  giriş  (material)  və  çıxışları  (məhsul)  olan  şəklində 
düşünə  bilərik.  Universitet  baxımından  girişlər  bunlardır:  orta  məktəb  məzunları,  insan 
resursları və maliyyə. Çıxışlar isə: məzunlar, nəşrlər, texnologiya və xidmətlərdir (Şəkil 2.). 
Universitetin  yuxarıda  göstərilən  üç  xüsusiyyətə  (mükəmməllik,  səmərəlilik  və 
obyektivlik)  sahib  olduğunu  çıxışlardakı  məhsulların  keyfiyyəti  göstərir.  Məhsulun 
keyfiyyətini  artırma  yollarından  biri  materialın  keyfiyyətli  olmasıdır,  lakin  bu  hər  zaman 
mümkün  deyil.  Digər  yol  isə  “qara  qutu”  daxilində  işlərə,  proseduralara,  qaydalara  daha 
diqqətlə  baxmaq  və  bunların  keyfiyyətini  artırmaqdır.  Müəssisə  daxilindəki  işləri  nəzarətdə 
saxlaya  bilmək,  işin  gedişini  məmurların  öhdəsinə  buraxmamaq,  işin  məhsuldarlığını  analiz 
etmək  və  müştərilərin  məmnuniyyətini ölçə bilmək üçün ən düzgün  yol:  bütün kritik  işlərin 
informasiya texnologiyası baxımından gözdən keçirilməsi, lazım olan dəyişikliklərin edilməsi 
və  bunların  məlumat  sistemində  tətbiq  edilməsidir.  Bunun  nəticəsində  aşağıdakılar  əldə 
ediləcəkdir: 
1.
 
Təsdiqlənmiş proseduraların tam tətbiq edilməsi; 
2.
 
Proseduraların mövzu və təlimatlar əsasında işləmələri; 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  129 
3.
 
Görülən bütün işlərin təqib edilməsi və qiymətləndirilməsi; 
4.
 
Müəssisənin asanlıqla dəyişə bilməsi. 
 
 
 
Şəkil 2. Universitetə məlumat sistemi nöqteyi-nəzərindən baxış 
 
4. UNİVERSİTET MƏLUMAT SİSTEMİNİN TEXNOLOJİ 
İNFRASTRUKTURU 
Universitet  öncə  ifadə  edildiyi  kimi  məhdud  gəlir  qaynaqları  olan  bir  müəssisə 
olduğundan  universitet  məlumat  sistemi  layihələndirilərkən  infrastruktur  üçün  qoyulan 
investisiyadan  maksimum  dərəcədə  faydalanma  imkanları  ön  planda  durmalıdır. 
İnfrastrukturu təşkil edən ölçülər qiymət-səmərəlilik baxımından ən münasib olmalıdır (Şəkil 
3.). 
4.1. Modul yanaşması 
Universitet  məlumat  sistemi  layihələndirilərkən  modul*  yanaşmasından  istifadə 
edilməlidir.  Bina  daşlardan  ibarət  olduğu  kimi  məlumat  sistemi  inteqrasiya  olunmuş 
modullardan  ibarətdir.  Dolayısı  ilə  bütün  modullar  bir-biri  ilə  inteqrasiya  oluna  biləcək 
(Application  Integration)  şəkildə  layihələndirilməlidir:  eyni  yanaşma,  texnologiya, 
standartları və mərkəzləşdirilmiş verilənlər bazasını istifadə etməlidirlər. Bundan başqa modul 
yanaşması çox etibarlılıq imkanı verir. 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
130 
Qeyd:  Modul  müəyyən  vəzifələndirilmiş  şəxsin  və  ya  qurumun  cavabdehliyini 
(proseduranı) yerinə yetirmək üçün istifadə edilən proqramdır. 
4.2. Əməliyyat sistemi 
İstifadəçilər  tərəfindən  hansı  əməliyyat  sisteminin  istifadə  edilməsi  çox  əhəmiyyət 
daşımasa da, xidmətçi kompüterlər üçün (xüsusilə Web Server, Verilənlər Bazası Serveri) bu 
çox  əhəmiyyətlidir.  Xidmətçi  kompüterlərin  əhəmiyyətini,  bunlar  məlumat  sisteminin 
“ürəyini” və “beynini” təşkil etdiklərini diqqətə alaraq, bu kompüterlər üçün mümkün olduğu 
qədər etibarlı  və  mübadilə  mühitində  maksimum  məhsuldarlığı təmin edə  biləcək əməliyyat 
sisteminə üstünlük verilməlidir. Bu cür istəklərə cavab verə biləcək əməliyyat sistemi UNIX 
əsaslı sistemlərdir. Universitetimiz tərəfindən Novell şirkətinin Linux SUSE Enterprise Server 
əməliyyat  sistemi  istifadə  edilməkdədir.  UNIX  əsaslı  əməliyyat  sistemlərinin  dəstəklənməsi 
və istifadəsinin Windows sisteminə nisbətən daha bahalı olduğunu da unutmamaq lazımdır. 
4.3. Texniki vasitələr 
Müştəri/Xidmətçi (Client/Server) arxitekturasının istifadə edildiyi mühitlərdə əsas yük 
xidmətçi  kompüterlər  üzərinə  düşdüyündən  müəssisədə  istifadə  edilən  bütün  kompüterlərin 
yüksək  məhsuldarlığa  sahib  olması  vacib  deyildir.  Lakin  xidmətçi  kompüterlərin 
məhsuldarlığının  kifayət  qədər  artırılması  çox  əhəmiyyət  daşıyır.  Buna  görə  də  xidmətçi 
kompüter kimi adı fərdi kompüter (FK) deyil, əsil xidmətçi kompüter kimi layihələndirilmiş 
bir  kompüterin  istifadə  edilməsi  tövsiyə  olunur.  Unudulmamalıdır  ki,  xidmətçi  kompüterlər 
7x24

qaydasına uyğun olaraq işləməlidirlər. İstifadəçi kompüterlər isə çox hallarda İnternet 
Tədqiqatçısını (məsələn, Internet Explorer) işlədə bilmə xüsusiyyətinə sahib olmalıdır. 
Qeyd: Həftənin yeddi günü və günün 24 saatı. 
4.4. Verilənlər bazası idarəetmə sistemi 
Universitet  məlumat  sisteminin  əsas  məqsədi  istifadəçilərə  mərkəzləşdirilmiş 
məlumatları  əldə  etmə  imkanını  vermək  olduğundan  və  məlumatlar  verilənlər  bazasında 
saxlanıldığından  Verilənlər  Bazası  İdarəetmə  Sisteminin  (VBİS)  seçilməsi  informasiya 
sisteminin əsasını təyin edəcək qərarlardandır. VBİS-ni seçərkən Universitetin daima böyüyən 
və  informasiya  həcminin  artdığı  bir  müəssisə  olduğunu  nəzərdən  qaçırmamaq  lazımdır. 
Bundan başqa  informasiya  sistemi çərçivəsində  işləyən proqramların ağır (çox  məhsuldarlıq 
tələb  edən)  işlərin  istifadəçi  kompüterində  deyil,  xidmətçi  kompüterdə  işləməsi  lazımdır, 
çünki  istifadəçi kompüterinin  yaddaşı kifayət etməyə  bilər  və  informasiya sisteminin tətbiqi 
kompüterlərin  yenilənməsi  ilə  bağlı  universitetə  əlavə  xərclər  gətirməməlidir.  Bu  şərtə 
əsaslanaraq  xidmətçi  kompüterdə  proqramlaşdırma  imkanı  verən  və  geniş  istifadə  edilən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə