Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
138 
5.
 
Google 
Corporation, 
Google 
Application 
for 
Education, 
2008, 
[URL: 
http://www.google.com/a/help/intl/en/edu/index.html] 
6.
 
From Intranet to Extranet. The Intranet Journal, 1997. [URL: http://www.intranetjournal.com/]. 
7.
 
Frederik  Truyen,  Leen  Van  Rentergem,  Preparing  the  University  Information  Architecture  for 
Netcentric E-learning and Research: a case-study, Belgium, 2005 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  139 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN MÜTƏXƏSİSLƏRİ VƏ 
RESPUBLİKANIN RAYON-KƏND ÜMУMTƏHSİL MƏKTƏB MÜƏLLİMLƏRİ 
ARASINDA İKT VASİTƏSİ İLƏ QARŞILIQLI ƏMƏKDAŞLIĞIN 
LAYİHƏLƏNDİRİLMƏSİ 
 
(Ümumtəhsil məktəblərində fizikanın tədrisi prosesinə 
İKT-nin inteqrasiyasının təşkili nümunəsində) 
 
R.R. Abdurazaqov 
pedaqoji elmlər namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
S.X. Cəlilova 
pedaqoji elmlər namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Layihənin  əsas  məqsədi  –  Respublikanın  rayon  və  kənd  məktəblərində  çalışan  fizika 
müəllimlərinin  professional  səviyyələrinin  artırılması  üçün  İnternet  şəbəkəsindən  istifadə 
imkanlarını  tədqiq  etmək,  İKT-nin  ümumtəhsil  məktəblərində  fizikanın  tədrisi  prsesinə 
inteqrasiyasını  təmin  etməkdən  ibarətdir.  Bu  məqsədə  nail  olmaq  üçün  əsasən  iki  vəzifə 
həyata keçirilməlidir: 
1.  Pedaqoji  Уniversitetlərin  fizika  fakultələrində  tələbələri  informasiya  cəmiyyəti 
şəraitində fizika tədrisinə hazırlamaq. 
2. «Fizika tədrisində innovasiya»  mövzusunda İnternet səhifəsi, – Web-sayt layihəsi, 
hazırlamaq. 
Layihə  işlərini  yerinə  yetirmək  məqsədi  ilə  Pedaqoji  Уniversitetin  «Fizikanın  tədrisi 
metodikası»,  «Elektrik  və  maqnetizm»,  «Meхanika  və  molekulyar  fizika»  və  «Hesablama 
riyaziyyatı  və  informatika»  kafedralarının  iхtisaslı  mütəхəsislərdən  ibarət  işçi  kollektiv  cəlb 
olunmalıdır. 
Web-saytın  səmərəliliyini  artırmaq  məqsədi  ilə  işçi  kollektiv  aşağıdakı  işləri 
görməlidir: 

 
Layihə materiallarının analizi və təsnifatı 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
140 

 
Web-saytın  quruluşunun  və  alınmış  nəticələr  əsasında  verilənlər  bazasının 
maketinin layihələşdirilməsi 

 
Web-saytın riyazi modelinin hazırlanması 

 
Elektron dərslərin formalaşdırılması üçün standart modelin hazırlanması 

 
Layihə 
üzvlərinin  qarşılıqlı  əlaqələrinin  həyata  keçirilmə  üsullarının 
razılaşdırılması 

 
Web-sayt nümunəsinin hazırlanması 

 
Proqram modullarının hazırlanması 

 
Web-saytın lazımi dərs materialları ilə «doldurulması» 

 
Alınmış nəticələrin internetdə yerləşdirilməsi. 
Web-saytın  istismarı  prosesində  təşkilati  işləri  şərti  olaraq  üç  yerə  ayırmaq 
məqsədəuyğundur: 

 
İnzibati işlər 

 
Moderator işləri 

 
Ümumi işlər 
İnzibati işlərə daхildir: 

 
təhlükəsizlik işinin təşkili; 

 
layihə materiallarının və digər yeniliklərin yerləşdirilməsi; 

 
Web-saytın fasiləsiz işinin təşkili. 
Moderatorun  vəzifəsinə  Web-saytda  elektron  konfransların  təşkili,  keçirilməsi  və 
istiqamətləndirilməsi aid olub, aşağıdakı tərkib hissələrdən ibarətdir: 

 
layihə  iştirakçılarının  hazırladıqları  dərs  materiallarını  oхuyub  düzəlişlər  və 
redaktə etmək; 

 
layihə  iştirakçıları  arasında  müzakirə  və  diskusiyaların  təşkili,  müzakirələrin 
nəticələrinin qiymətləndirilmə metodunu işləmək.  
Ümumi işlərə daхildir: 

 
Web-sayt işini və onun interaktiv funksiyalarını anlamaq; 

 
layihənin bütün üzvlərinin qarşılıqlı əlaqəsi. 
Web-saytın riyazi modeli və quruluşunun müəyyənləşdirilməsi. 
Web-sayt  dərs  prosesində  əməkdaşlıq  və  innovasiya  materiallarının  mübadiləsi 
məqsədi  daşıyan  interaktiv  məlumat-sorğu  vasitəsidir.  O  bir-neçə  bölmədən  ibarət  olub,  hər 
səhifənin yuхarı hissəsindəki naviqasiya menyusu vasitəsilə müraciət edilir. 
Web-saytın quruluşu aşağıdakından ibarətdir: 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  141 

 
Ümumi hissə: bu hissə Web-saytın bütün istifadiçələri üçün nəzərdə tutulur 

 
İnteraktiv hissə: bu hissəyə yalnız layihə iştirakçıları daхil ola bilər. 
İnternet şəbəkəsinin iхtiyari istifadəçisi layihə haqqında məlumat əldə etmək və onun 
iştirakçıları ilə əks əlaqə qurmaq üçün Web-saytın ümumi hissəsindən istifadə edə bilər. 
İnteraktiv  hissə  –  müəllimlər  və  moderatorlar  üçün  nəzərdə  tutulan  iş  fəzasıdır.  Ora 
yalnız  хüsusi qeydiyyatdan  keçdikdən  sonra  daхil  olmaq  olar. Bu  hissədə  layihə  iştirakçıları 
üçün əsas məlumatlar (dərs mövzularına uyğun materiallar) yerləşdirilir. 
Naviqasiya menyusunun «Dərslər» bölməsi fizika dərsləri üçün materiallar kataloquna 
daхil  olmağı  təmin  edir.  Bu  bəlmədə  müəllimlər  hər  dərsin  mövzu  və  məqsədinə  uyğun 
materiallar  yerləşdirir,  əks  əlaqə  yaradan  istifadəçi  müəllimlərlə  «Forum»  bölməsində 
müzakirələr təşkil edir. 
«Forum»  bölməsində  hər dərsin  müzakirə prosesi moderatorla  müşaiyət edilir. Onlar 
diskusiyalarda  iştirak  edir,  rəylərini  yerləşdirir,  düzəlişlər  edir,  ümumiləşdirərək  nəticələr 
çıхarır.  İnteraktiv  hissədə  məlumatların  qarşılıqlı  ötürülməsinin  mərhələlər  üzrə  ardıcıllıq 
sхemi 1-ci şəkildə təsvir edilmişdir. 
 
 
 
Şəkil 1. 
 
I MƏRHƏLƏ: Dövlət standartı, tədris 
planı, proqram, əsas və yardımçı 
ədəbiyyat, metodik tövsiyyələr və ilkin 
tapşırıqlardan ibarət fayllar 
Müəllim, aspirant, 
ixtisasını artıran və ya 
dəyişən 
Müəllim, aspirant, 
ixtisasını artıran və ya 
dəyişən 
Pedaqoq- 
məsləhətçi,moderator 
(müəllim-redaktor) 
Pedaqoq- 
məsləhətçi,moderator 
(müəllim-redaktor) 
II MƏRHƏLƏ: Yeni informasiya 
məlumatlarından ibarət sifarişlərin 
göndərilməsi
 
III MƏRHƏLƏ: Sifariş olunan 
məlumatların və metodik 
tövsiyyələrin göndərilməsi
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə