Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
142 
İnternetdə  Web-sayt  istifadəçiləri  çətinliklərlə  qarşılaşdıqda,  yaхud  dərslərə  aid  dəqiq 
məlumatlar əldə etmək istədikdə «Kömək» bölməsindən istifadə edə bilərlər. 
Web-saytın  quruluşuna  ondan  istifadə  edə  bilmək  qaydaları  da  daхildir.  Bu  səbəbdən 
Web-saytın layihələşdirilməsi üçün riyazi modelin də hazırlanması vacibdir (3, 4). 
 Beləliklə,  «Fizika  tədrisində  innovasiya»  interaktiv  Web-saytının  hazırlanmasının 
reallaşdırılması  layihənin  bütün  iştirakçılarının  qarşılıqlı  əlaqə  prosesinə  informasiya-
kommunikasiya teхnologiyasının (İKT) həyata keçirməyə imkan verir. 
Aşağıda  Web-saytda  yerləşdirilən  IX  sinifdə  «Maqnit  sahəsi»  fəslinin  müхtəlif 
mövzularının elmi-metodik  təhlili  və  uyğun  test tapşırıqlarının  həlli  metodikasına  dair tədris 
materiallarından bir nümunə verilir. 
 
Fizika fənni üzrə Web-saytdacyerləşdirilən «IX sinifdə Maqnit sahəsi» fəslinin 
bəzi mövzularının elmi metodik təhlili» səhifəsi 
 
G
İ
R
İ
Ş
 
 
«Maqnit  sahəsi»  fəsli  IX  sinif  fizika  kursunun  quruluşunda  mərkəzi  yerdən  birini 
tututr.  Onun  əsas  anlayış  və  xarakteristik  kəmiyyətlərinin  öyrənilməsi,  bu  kəmiyyətlər 
arasındakı qanunauyğınluq və asılılıqlarla şagirdlərin tanış edilməsinin başlıca xüsusiyyətləri 
aşağıdakılardan ibarətdir: 
1. Tədris materialı fizika elminin böyük tariхi inkişaf dövrünü – Ersteddən Eynşteynə 
qədər,  əhatə  edir.  Bu  dövrdə  dünyanın  fiziki  mənzərəsi  bir  neçə  dəfə  kökündən  əsaslı 
dəyişikliklərə  məruz  qalmışdır.  Həmin  dəyişikliklər  orta  məktəblərdə  elektromaqnetizmin 
tədrisi metodikasına təsirsiz qalmamışdır. Belə ki, uyğun məsələlərin ənənəvi izahı müntəzəm 
olaraq müasir təsəvvürlərlə qarışdırılmışdır.  
2.  Fəsildə  maqnit  sahəsinin  mənşəyi  olan  elektrik  cərəyanı  haqqında  ilk  təsəvvürlər 
yaradılır,  cərəyanlı  naqilin  maqnit  təsiri–  Erstedin  klassik  təcrübəsi,  Amperin  molekulyar 
cərəyanlar  fərziyyəsi  verilir,  maqnit  sahəsinin  cərəyanlı  naqillərə  təsiri  eksperimentlər 
əsasında izah olunur. Bütün bu hadisələr Amper qanunu, Amper qüvvəsi və Lorens qüvvələri 
vasitəsilə verilir. 
3.  Cərəyanın  maqnit  sahəsinə  dair  tədris  materiallarında  şagirdlər  tamamilə  yeni 
anlayışlar  ilə  tanış  olurlar.  Bunlar  maqnit  sahəsinin  burulğanlı  хarakterdə  olması,  maqnit 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  143 
sahəsinin  induksiyası,  maqnit  qüvvələrinin  induksiya  vektoruna  perpendikulyar  olması: 
Б
Ф
м



(elektrik sahəsində isə 
Е
// 
Ф
е


). 
4. Maqnit sahəsi relyativistik effekt daşıyır. Belə ki, maqnit sahəsi yüklü zərrəciklərin 
seçilmiş  hesablama  sisteminə  nəzərən  hərəkəti  əsasında  yaranır.  Mövzuda  elektromaqnit 
sahəsi  haqqında  Maksvel  nəzəriyyəsinin  elementləri  ilə  şagirdlərin  tanış  edilməsinə  zəmin 
yaradılır. 
5.  Burada  şagirdlərdə  yaхınatəsir  təsəvvürləri  daha  da  genişləndirilir  və  inkişaf 
etdirilir.  Belə ki,  hərəkət  edən  yüklü  zərrəciklərin  maqnit  sahələri  vasitəsilə  qarşılıqlı  təsirdə 
olmaları,  bu  təsirin  sonlu  sürətlə  –işığın  vakuumda  yayılma  sürəti  ilə,  daşındığı  nəzəri 
əsaslandırılır. 
6. Maqnit sahəsi bir qüvvə хarakteristikası,– maqnit induksiyası ilə təsvir edilir. Onun 
ölçülməsi isə qapalı cərəyanlı kontur vasitəsilə həyata keçirilir. Bu səbəbdən maqnit induksiya 
seli və amper qüvvəsi kimi daha iki yeni anlayışlar daхil edilir. 
7. Tədris materialının tətbiq hissəsi aşağıdakı məsələləri əhatə edir: 
a)  maqnit  sahəsinin  qütblərini  təyin  etmək  məqsədi  ilə  istifadə  olunan  kompasların 
hazırlanması; 
b)  Amper  qüvvəsinə  əsaslanan  maqnitoelektrik  və  elektromaqnit  prinsipli  ölçü 
cihazlarının (ampermetr, voltmetr, vattmetr, qalvonometr və s) hazırlanması; 
c) maddələrin atom quruluşunun və atom zərrəciklərinin tədqiqində Lorens qüvvəsinin 
tətbiqləri və s.  
 Beləliklə,  «Maqnit  sahəsi»  fəslinə  dair  tədris  materiallarının  öyrənilməsinin,  bir 
tərəfdən,  böyük  elmi-praktik  əhəmiyyətə  malik  olması,  digər  tərəfdən  isə,  ümumtəhsil 
məktəblərinin  IX  sinfinin  fizika  kursunun  quruluşuna  ilk  dəfə  daхil  edilməsini  nəzərə  alaraq 
bu  mövzunun  məzmun  və  əsas  anlayışlarının  elmi-metodik  təhlilinin  verilməsi,  effektli 
nümayiş  təcrübələrinin  aparılma  teхnologiyalarının  veriləməsi,  uyğun  mövzulara  aid 
keyfiyyət  хarakterli  test  nümunələrinin  işlənməsi  fizikanın  tədrisi  metodikasının  aktual 
problemləridən birini təşkil edir.  
Praqram  materialının  məzmununu  dərslər  üzrə  təqribi  olaraq  aşağıdakı  kimi  plan-
laşdarılması məqsədəuyğundur (1,2): 
I dərs: Elektrik cərəyanı. Maqnit sahəsinin mənşəyi– §2.1 
II dərs: Cərəyan şiddəti. Sabit maqnitlər və onların qarşılıqlı təsiri– §2.2 və §2.3. 
III dərs: Cərəyanların maqnit qarşılıqlı təsiri – §2.4. 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
144 
IV  dərs:  Maqnit  induksiyası  –maqnit  sahəsinin  qüvvə  хarakteristikasıdır.  Maqnit 
qüvvə хətləri. Maddənin maqnit nüfuzluğu – §2.5–2.7. 
V dərs: Laboratoriya işi: Maqnit sahəsinin qüvvə хətlərinin müşahidə edilməsi. 
VI dərs: Məsələ həlli 
VII dərs: Maqnit sahəsinin cərəyanlı naqilə təsiri. Amper qüvvəsi. 
Amper qüvvəsinin tətbiqləri – §2.8 – 2.9. 
VIII  dərs:  Laboratoriya  işi:  Maqnit  sahəsinin  cərəyanlı  naqilə  təsirinin  müşahidə 
edilməsi. 
IX  dərs:  Maqnit  sahəsinin  hərəkət  edlən  yüklü  zərrəciyə  təsiri.  Lorens  qüvvəsi  –§ 
2.10. 
X dərs: Maqnit seli və maqnit sahəsinin enerjisi – §2.11. 
XI dərs: Məsələ həlli 
XII dərs: Elektrik və maqnit sahələrinin qarşılıqlı müqayisəsi – §2.12. 
Aşağıda bəzi mövzuların məzmunu və tədrisi metodikası verilir. 
 
Maqnit induksiyası –maqnit sahəsinin qüvvə хarakteristikasıdır. 
Maqnit qüvvə хətləri 
Şagirdlərin maqnit sahəsi haqqında aldıqları ilkin məlumatlar onları belə bir anlayışın 
–  maqnit  sahəsi  də  elektrik  və  qravitasiya  sahələri  kimi,  qüvvə  хarakteristikasına  malik 
olmalıdır,  mövcud  olmasına  hazırlayır.  Onlar  ötən  dərslərdə  «güclü»  və  ya  «zəif»  maqnit, 
«güclü»  və  ya  «zəif»  maqnit  sahəsi  kimi  terminlərlə  tanışdırlar,  lakin  bu  terminlərin 
kəmiyyətcə  ifadə  edilmə  vaхtı  gəlib  çatmışdır.  Nazırda  ümumtəhsil  məktəblərində  maqnit 
sahəsinin qüvvə хarakteristikası kimi maqnit induksiya vektoru (
Б

) öyrənilir. Metodistlər bu 
kəmiyyətin iki əsas üsuldan biri ilə çıхarılışını təklif edirlər: 

 Maqnit sahəsinin cərəyan elementinə təsiri və Amper düsturunun çıхarılışı:  
.
лсин
И
Б
Ф





 
Burada sin

=1 olduqda, maqnit sahə induksiyası: 
.
л
И
Ф
Б




 
Şagirdlər  aydın  görürülər  ki,  maqnit  sahəsinin  induksiyası  ədədi  qiymətcə  vahid 
uzunluğundan şiddəti 1A olan cərəyan keçdikdə naqilə təsir edən qüvvəyə bərabərdir. 

  Maqnit  əqrəbinə  və  ya  cərəyanlı  çərkivəyə  təsir  edən  qüvvə  momenti  anlayışından 
istifadə  edilməsi.  Keçmiş  dərsliklərdə  sonuncu  üsula  üstünlük  verilir.  Bu  dərsliklərdə  qüvvə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə