Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  135 
 
 
 
 
04 
01 
03  019 
 
 
 
 
Qeyd: Fakültə və Bölməni göstərən kodlar “LS-010-QU BİRİM KODLARI VE İSİMLERİ” 
sənədində göstərilmişdir. 
5.2. Məlumat Mənbələri İdarəedicisinin Vəzifəsi 
Hər hansı bir müəssisə Məlumat Sistemi Layihəsini həyata keçirməyə başlayarkən ilk 
atacağı addımlardan biri Məlumat Mənbələri İdarəedicisinin Vəzifəsinin müəyyənləşdirilməsi 
və  təyinatıdır.  Amerika  və  Avropada  bu  vəzifə  CIO  (Chief  Information  Officer) 
adlandırılmaqdadır.  Universitetdə  bu  vəzifəyə  təyin  olunan  şəxs  ümumiyyətlə  aşağıdakı 
mövzulara cavabdehdir: 
1.
 
Qurumların iş prosesini informasiya texnologiyaları baxımından gözdən keçirmək 
və lazım gəldiyində səmərəliliyini artırmaq üçün iş prosesinin dəyişdirilməsi təklifini verərək 
bu qurumların avtomatlaşdırılması üçün infrastrukturun hazırlamması; 
2.
 
Qurumların  işlərini  asanlaşdırmaq  üçün  və  qurumlararası  informasiya 
mübadiləsini  təmin  etmək  üçün  uyğun  qurumlara  koordinasiya  şəklində  lazım  olan 
proqramların hazırlanması; 
3.
 
Hesablama  Mərkəzi tərəfindən  hazırlanan  bütün  proqramların  bir-biri  ilə uyumlu 
olmaları (bir proqramın çıxışı digər proqramın girişi olaraq istifadə edilə bilməlidir); 
4.
 
Bütün  layihələr  Hesablama  Mərkəzi  və  Universitet  tərəfindən  qəbul  edilmiş 
standartlara uyğun gəlməsinə nəzarət edər; 
5.
 
Hesablama Mərkəzi üçün yaxın və uzaq gələcəkdə strateji planlaşdırma aparar və 
günün şərtlərinə uyğun olaraq yeniləyər; 
6.
 
Planda  olan  layihələrin  Universitet  üçün  əhəmiyyətini  tam  bilir  və  buna  görə 
layihələrin prioritetini təyin edər; 
Fakültə Kodu 
 
Bölmə Kodu 
Qeydiyyat İli 
Sıra Nömrəsi 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
136 
7.
 
Universitet  mənsubları  tərəfindən  yeni  informasiya  və  telekommunikasiya 
texnologiyalarından faydalanmaları üçün lazım olan infrastrukturun hazırlanmasını təmin edər 
və ehtiyac olduğu zaman lazım olan təlimin verilməsini tələb edər; 
8.
 
Universitet  fəaliyyətlərində  informasiya texnologiyalarının  istifadə  edilməsi üçün 
baza  təşkil  edəcək  təlimatların  və  sənədlərin  hazırlanması  və  təsdiqlənməsi  üçün  təkliflər 
verər. 
5.3.  Qafqaz  Universitetində  Məlumat  Sistemində  tətbiq  edilmiş  Akademik 
Fəaliyyətlərin Sxemi 
 
 
Şəkil 4. Qafqaz Universiteti Akademik Fəaliyyətlərin Sxemi 
Qeyd: 
1.
 
Dərs proqramlarında dəyişikliklər yalnız Senat qərarları ilə edilə bilər. Yeni təyin 
edilən  və  ya  verilən  fənlər  digər  fakültələrdə  də  verilirsə,  ortaq  qərar  qəbul  edilməlidir 
(Fənnin Kodu, Krediti, Sinif/Semestr, İmtahan/Məqbul Tipli olması); 
Transkriptlerin tələbələrə 
verilməsi 
(6) 
 
İmtahan Nəticələrinin 
Sistemə Daxil Edilməsi 
(5) 
Tələbə Dərs 
Qeydiyyatlarının Aparılması 
(4) 
Sinif Rəhbərlərinin – Tələbə 
Siyahılarının Hazırlanması 
(3) 
 
Bölmə Dərs Proqramlarının 
Sabit olması 
(1) 
Dərs Proqramlarına uyğun 
Dərslərin Açılması 
(2) 
Bölmələr Tərəfındən Tədris 
Hissəsinə Məlumat 
Verilməsi 
Tədris Hissəsi Tərəfındən 
Tələbələrin Məlumatlarının 
Yenilənməsi
3
 
 
Dərs Proqramlarında 
Dəyişiklik Etmə Proseduru
1
 
 
Bölmələr və Dekanlıqlar 
Nəzarətdən Cavabdehlər 
 
Sistem Tərəfindən 
Xəbərdarlıqlar 
 
Zamanında daxil edilməmiş 
imtahan nəticələrinin 
Sistemə daxil edilməsi 
proseduru
4
 
 
Dərs Proqramlarında 
dəyişiklik bir mərkəzdən 
olmalıdır
2
 
 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  137 
2.
 
Dərs  Proqramlarında  dəyişikliklər  Senatın  uyğun  qərarı  əsasında  Tədris  Hissəsi 
Müdirliyi tərəfində edilir; 
3.
 
Rəhbərlik  tərəfindən  tələbələr  haqqında  alınan  bütün  qərarlar  sistemə  daxil 
edilməli  (məsələn:  məzun  olmuş,  xaric  olunmuş,  təhsilini  “dondurmuş”,  başqa  universitetə 
keçmiş və s.); 
Vaxtında  daxil  edilməmiş  imtahan  nəticələrinin  sistemə  daxil  edilməsi  üçün  qiymət 
dəyişdirilməsi  KYK  tərəfindən  təsdiqlənmiş  Forma  əsasında  uyğun  üç  qurum  tərəfindən 
(Dekanlıq,  Tədris  Hissəsi  Müdirliyi,  Hesablama  Mərkəzi  Müdirliyi)  təsdiqləndikdən  sonra 
qiymətlərin sistemə daxil edilməsi cavabdeh şəxs tərəfindən yerinə yetirilir. 
NƏTİCƏ 
Bugünkü  informasiya  əsrində  rəqabət  aparan  müəssisələr  üçün  doğru  informasiyanı 
zamanında  və  nəzarət  edilmiş  şəkildə  əldə  etməyi  təmin  etmək  artıq  zamanın  tələblərinə 
cavab  verə  bilməsi  və  hətta  ayaqda  dura  bilməsi  üçün  vaz  keçilməz  şərtdir.  Digər  tərəfdən 
müəssisələr  daxilindəki  bölmələr  arasındakı  informasiya  axınının  artması  ilə  və  əlaqənin 
kompleksləşməsi ilə əlaqədar bunların bir-birindən mümkün olduğu qədər asılı olmamağının 
təmin  edilməsi  də  əhəmiyyətlidir.  Eyni  zamanda  artıq  universitetlərin  də  ən  azından 
müəssisələr  qədər  səmərəli  fəaliyyət  göstərmələri  vacibdir.  Bologqa  prosesinin  tələb  etdiyi 
xüsusiyyətlərə  sahib  olmağın  qısa  yolu  informasiya  texnologiyalarının  verdiyi  imkanlardan 
düzgün  yararlanmaqdır.  Bu  baxımdan  Universitet  Elektron  İnformasiya  Sistemi  hazırlama 
layihələri  və  bunların  nəticəsi  alaraq  e-Universitetin  yaradılması  universitetlərin  bugünü  və 
xüsusilə gələcəyi üçün çox əhəmiyytlidir. 
 
ƏDƏBİYYAT 
1.
 
Abzetdin  Adamov,  "Distance  Education  through  the  “eyes  of  the  developer”//  The  IEEE 
International Conference Artificial Intelligence Systems, VOL 1, pg , Russia-Taganrog, 2008 
2.
 
Abzetdin  Adamov,  "Information  Technologies  as  the  Base  of  the  Business  Process  Management 
Implementation",  International  Kyrgyz-Kazakh  Electronics  &  Computer  Conferences,  VOL  1,  pg  75, 
Kazakhstan-Almaty, 2008 
3.
 
Abzetdin  Adamov,  "Business  Process  Management  or  How  to  Improve  the  Efficiency  of  your 
Company?"   Application  of  Information-Communication  Technologies  in  Science  and  Education,  Baku, 
Azerbaijan, 2007 
4.
 
The  Education  and  Skills  Committee,  UK  e–University  -  Third  Report  of  Session  2004–05, 
London, March 2005 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə