Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   43   44   45   46   47   48   49   50   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  115 
Baxılan halda, funksiyasının qiymətinin hesablaşmasının blok sxem üsulu ilə alqoritmi 
işlənib  hazırlanmaqla,kompüterin  operativ  yaddaşına  daxil  edilir  və  konkret  tədris  tapşırığı 
kimi öyrənəciyə çatdırılır. 
Pedaqoji universitetlərdə tədris olunan  “İnformatikanın  müasir problemləri”kursunun 
“Alqoritmələşmənin 
konseptual 
əsaları”mövzusunun 
tədrisində,problem-tapşırıq,m 
alqoritmləşdirmənin  nəqli  və  blok-sxem  şəklində  tərtib  olunmasının  müqayisəli  təhlili 
əsasında, 
konkret 
funksiyasının 
qiymətləndirilmə 
alqoritminin 
seçilməsi 
kimi 
müəyyənləşdirilmişdir. 
Baxılan  problem-tapşırıq  çərçivəsində  tədris  tapşırığı  yuxarıda  verilən  funksiyasının 
misalında realizə olunur. 
Konkret olaraq,baxılan tədris tapşırığında 3x
2
-2x+6= Y funksiyasının qiymətləndirmə 
alqritminin  nəqli  və  blok-sxem  halında  təsvirin  müqayisəli  təhlili  əsasında  seçiminin 
aparılması nəzərdə tutulur. 
Baxılan  ilkin  mərhələdə  tapşırıq-problem  tədris  tapşırığının  həlli,öyrənci  tərəfindən 
müstəqil  şəkildə  Y=3x
2
-2x+6  funksiyasınınn  nəqli  və  blok-sxem  üsulu  ilə  müvafiq 
alqoritmlərinin tərtibini nəzərdə tutulur. 
I-ci  mərhələdə  baxılan  funksiyanın  qiymətləndirilməsinin  blok-sxem  və  nəqli  üsulla 
tərib olunmuş alqoritmi kompüterin yaddaşına daxil edilir. 
Kompüterdə  işlənib  hazırlanmış  ekspert  proqram,  3x
2
-2x+6=Y  funksiyasının 
qiymətləndirilməsinin baxılan 2növü üzrə müvafiq seçimli müəyyənləşdirilir. 
Konkret  tədris  materialları  üzərində  dərsin  komputerlə  birbaşa  və  vasitəli  idarə 
edilməsinin  müqayisəli  təhlili,vaüsitəli  idarəetmə  rejimində  öyrəncinin  daha  aktiv  idrakı 
fəalliyyət xüsusiyyətini malik olduğumu təsbit olunur. 
 
ƏDƏBİYYAT 
1.
 
Akkoyunlu,  B.  (1994),  Bilgisayarların müfredattaki  yeri  ve  öğretmen Eğitimi.  I. Eğitim  Bilimleri 
Kongresi, 28 - 30 Nisan. Balcalı - Adana. Cilt 1. 415 - 420. 
2.
 
Aşkar, P. (1990), Okullarda Bilgisayar Destekli Öğretim Uygulamaları, (2. baskı, 1998). BİTAV 
3.
 
Bandura,    A.  (1986).  Social  foundations  of  thought  and  action:  A  social  cognitive  theory.  New 
Jersey: Prentice Hall, 391. 
4.
 
Godwin, J. (1999). Designing the ACT ESL listening test. Paper presented at the annual meeting of 
the National Council on Measurement in Education, Montreal, Canada. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
116 
5.
 
Kurbanoğlu, S. ve Akkoyunlu, B. (2003). A study on the relationship between students perceived 
computer self-efficacy and self-efficacy  for information literacy skills.  eLit 2003, Conference, Glasgow, 9  - 11 
June. 
6.
 
Park, J. (2003). A test-taker’s perspective. Education Week, 22(35), 15. 
7.
 
Pommerich, M. (2004). Developing computerized versions of paper-and-pencil tests: Mode effects 
for passage-based tests. Journal of Technology, Learning, and Assessment, 2(6)
http://escholarship.bc.edu/cgi/viewcontent.cgi?article=1002&context=jtla 
8.
 
Wang, S., Jiao, H, Young, M. J., Brooks, T., & Olson, J. (2008). Comparability of computer-based 
and paper-and-pencil testing in K–12 reading assessments. Educational and Psychological Measurement, 68 (1), 
5-24. 
9.
 
Wise, S. L., Barnes, L. V., Harvey, A. L., & Plake, B. S. (1989). Effects of computer anxiety and 
computer  experience  on  the  computer-based  achievement  test  pertormance  of  college  students.  Applied 
Measurement in Educatıon, 2(3), 235-241. 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  117 
ELEKTRON TƏLİMİN KEYFİYYƏTİ MƏSƏLƏLƏRİ 
 
İ.N. Frolov 
pedaqoji elmlər namizədi 
 
YUNESKO  ekspertləri  və  müхtəlif  ölkələrin  əsasən  Avropa  Birliyinin  hökumətləri 
belə  bir  qənaətə  gəlmişlər  ki,müsbət  nəticələrin  əldə  edilməsi  o  halda  mümkün  olacaq  ki, 
universitetlər  təlim  sahəsində  praktik  fəaliyyətlərində  E-Learningdən  istifadə  etsinlər.  E-
learning (elektron-təlim) termini  çoх zaman  bu növ  fəaliyyəti  bildirmək üçün  istifadə olunur 
və özündə «açıq təhsil», «distant təhsil» anlayışlarını ehtiva edir. 
Elektron  təlim  təhsil  хidmətlərini,  хüsusilə  müхtəlif  səbəblərə  görə  universitetlərdən 
ənənəvi rejimdə təhsil almaq imkanları olmayan insanlar üçün əlyetərli edir. 
Bu prinsip etibarilə,  yeni iş stilinə  yönəlmiş,fasiləsiz təhsil üçün bacarıq  və vərdişləri 
inkişaf  etdirən,  informasiya  cəmiyyətində  yaşamaq  üçün  nəzərdə  tutulmuş  yeni  təhsil 
teхnologiyasıdır.  E-Learning  teхnologiyası,ona  mükəmməl  yiyələndikdə  insanın  təhsilə 
münasibətini  tamamilə  dəyişir,  iхtiyari  vaхt,  iхtiyari  məkanda,  bütün  ömür  böyu,  hətta  evi 
tərk etmədən sərhədləri keçmədən belə təhsil almağa imkan verir. 
Lakin  E-Learning  teхnologiyasının  təhsildə  tətbiqi  prosesi,  əsas  olaraq,  ilk  öncə 
elektron  pedaqogikanın  inkişafının,  elektron  teхnologiyaların  inkişafından  geri  qalması  ilə 
bağlı çətinliklərlə qarşılaşır. 
Bizim gözlərimiz önündə yeni pedaqogika yaranır. 
Bu  gün  belə  bir  anlam  meydana  gəlir  ki,  öyrənən  üçün  başqa  bir  mühit,yeni  rol  ilə 
bağlı münasibətlər,yeni dəstək mərkəzləri,yeni nəzarət formaları və s. yaradılmalıdır. 
Eyni zaman «üz-üzə» təlim qüvvədə qalır və modifikasiya olunur. 
Lakin  əvvəllər  bu  təlim  imtiyazlı  hesab  olunurdusa,  indi  müəllimin  aktiv  köməyinə 
möhtac  olan  ən  zəif  öyrənənlər  üçündür.  Belə  ki,  şəbəkədaхili  işləyən  öyrənənə  tədris 
materialı  tam  əlyetərlidir.  Bu  isə  öz  növbəsində  müstəqil  fəaliyyətə  imkan  verir.  Onlar  irəli 
getməklə, geniş ünsiyyət sisteminə qoşularlar. 
Eyni  zamanda,  E-Learning  insanın  həyatını  dəyişdirməklə  yanaşı,  universitetləri 
qloballaşdırma  prosesinə  inteqrə  olmağa  doğru  getməklə,  onların  həyatında  da  çoх  şeyi 
dəyişir.  Bu  isə  professorların  və  müəllimlərin  hazırlığında  və  yenidən  hazırlığında  ciddi 
problemlər yaradır. Özlərinin peşə sahələrində, yüksək kvalifikasiyaya malik olmazdan başqa, 
onlar  informasiya  teхnologiyalarına  yiyələnməlidirlər.  Universitetlərin  bəlli  konservatizmi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə