Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   42   43   44   45   46   47   48   49   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
112 
Kompüter təlim texnologiyalarının tətbiqi  ilə  bağlı digər tədqiqat  istiqaməti elektron 
təlim  texnologiyaları  mühitinin  yaradılmasının  metodoloji,  texniki-texnoloji  parametrlərinin 
müəyyən edilməsi ilə əlaqədardır. 
Məlum  ki,  elektron  təlim  texnologiyaları  mühiti  aşağıdakı  tərkib  hissələrini  özündə 
ehtiva edir: 

Texniki infrastruktur; 

İnstumental proqram vasitələri; 

Təlimin maddi sahəsi; 

İnstruktiv metodik vasitələr. 
Öz  növbəsində  elektron  təlim  texnologiyaları  mühitinin  texniki-texnoloji 
infrastruktunun  işlənməsi,  yaradılması  və  istismarı  məsələlərinin  araşdırılması  xüsusi  önəm 
daşımaqdadır. 
Bu  yönümdə  tədqiqatlar,başlıca  olaraq  tədris-təlim  prosesinin  telekommunikativ 
sistemlərinin,təhsil  müəssisəsinin  vahid  kompüter  şəbəkəsinin  yaradılması  və  istismarı  ilə 
əlaqədardır. 
Təhsil  müəssisəsinin  vahid  kompüter  şəbəkəsi  (TMVKŞ)  özü-özlüyündə  elmi-
pedaqoji fəaliyyətin İKT təminatında həlledici rol oynamaqdadır. 
Bu  baxımdan  Təhsil  müəssisəsinin  Kompüter  şəbəkəsinin  didaktik  imkanlarının 
təhlili,  elektron  təlim  texnologiyalarına  dair  tədqiqatlarda  prioritet  istiqamət  kimi 
səciyələndirilməkdədir. 
Məlumdur  ki,  təhsil  müəssisəsinin  didaktik-pedaqoji  potensialı  baçlıca  olaraq, 
kompüter  şəbəkəsi  vasitəsilə  həyata  keçirilən  təlim-tədris  prosesində,biliklərin  və 
informasiyanın  intensiv  və  effektiv  mahiyyətə  malik  interaktiv  rejimdə  öyrənənlərə 
çatdırılmasının təmin olunması ilə bağlıdır. 
Belə  ki,  TMVKŞ-i  avtomatlaşdırılmış  qaydada  tədris  informasiya  resuslarına 
çıxışın,biliklərin  mənimsənilməsində  özünnəzarət  imkanlarının  realizə  olunmasında  effektiv 
vasitə kimi dəyərləndirilir. 
TMKVŞ-nin  daha  bir  mühüm  didaktik  məxsusiyyəti  vahid  inteqrativ  KS-i 
çərçivəsində öyrəntikərin elektron seminarlarda kütləvi iştirakının təmin olunmasıdır. 
TMKVŞ-nın  yuxarıda  göstərilən  didaktik  məxsusiyyətlərinin  təhlili  əsasında  əldə 
olunan  nəticələr,effektiv  tədris  texnologiyaları  mühitinin  layihələndirilməsində  və  realizə 
olunmasında mühüm əhəmiyyətə malikdir. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  113 
Ən  nəhayət  pedaqoji  praktikada  ETT-nib  realizə  edilməsininn  daha  bir  mühüm 
isdiqaməti, təlim-tədris prosesinin kompüter vasitəsilə idarə olunması ilə bağlıdır. 
ETT-nin  təlim-tədris  prosesində  tətbiqi  ilə  bağlı  bu  tədqiqat  yönümü  nisbətən  az 
tədqiq olunmuş hesab oluna bilər. 
Tədqiqatın əsas məqsədi, təlim-tədris prosesinin kompüter vasitəsilə idarə edilməsinin 
didaktiv-pedaqoji,metodoloji və metodik xüsusiyyətlərinin araşdırılmasından ibarətdir. 
Problemin  həllinə  dair  mövcud  elmi  ədəbiyyatda  təlim-tədris  prosesinin  kompüter 
vasitəsilə idarə edilməsinin əsasən aşağıdakı növləri müəyyən edilmişdir. 
1. Təlim-tədris prosesinin kompüter vasitəsilə birbaşa idarə edilməsi. 
Baxılan  halda  tədris  kursu  üzrə  öyrənilən  mövzuya  dair  tədris  tapşırığı,  kompüter 
vasitəsilə öyrəncilərə təqdim olunur. 
Belə ki, tələbələrə yalnız mövzu üzrə tədris tapşırığına dair konkret suallar veriləcək. 
Bu halda sualların öyrəncilər tərəfindən cavablandırılması, kompüterin özəl funksional 
çərçivəsində realizə olunur. 
Baxılan  idrakı  situasiyada  təlim  tədris  prosesi  öyrənilən  predmet  sahəsi  ilə 
məhdudlaşdırılır. 
Burada  idrakı  situasiyanın  digər  didaktik  məxsusiyyəti,  tədris  tapşırığı  suallarının 
tələbələr tərəfindən cavablandırılmasında,kompüterin aparıcı rol oynaması ilə əlaqədarır. 
Göründüyü  kimi,  baxılan  idrakı  situasiyada,  ənənəvi  proqramlaşdırılmış  təlim, 
TMKVŞ  halında  çıxış  edir.  Ənənəvi  proqramlaşdırılmış  təlimdə  olduğu  kimi  TMKVŞ-də 
öyrədici subyekt (kompüter) aparıcı rol oynamaqdadır. 
2. Təlim-tədris prosesinin vasitəli idarə edilməsi. 
Baxılan idrakı situasiyada,didaktik sistemin realizə olunmasında, yuxarıda şərh olunan 
birbaşa idarəetmə rejimindən fərqli olaraq,funksional korrelyasiya həyata keçirilir. 
Belə ki, təlim-tədris prosesinin baxılan vasitəli idarəedilməsində, kompüter vasitəsilə, 
mövzu üzrə problem tapşırığın təqdimatı həyata keçirilir. 
Göründüyü  kimi,bu  halda  didaktik  problem-yanaşma  prinsipi  daha  qabarıq  şəkildə 
tətbiq  olunur.  Baxılan  halda  didaktik  təlim  sxeminin  qeyd  olunan  məxsusiyyəti,  öyrənən 
idrakı aktivliyinin artmasını şərtləndirir. 
Nəticə  etibarilə,  tələbə,  kurs  üzrə  problem  tapşırığların  mahiyyətini  dərk  etməklə, 
tədris tapşırıqlarını müstəqil şəkildə formulə etmək imkanı əldə edir. 
3. Təlim-tədris prosesinin kompüter vasitəsilə idarə dinamik idarəedilməsi. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
114 
Baxılan  halda  təlimin  kompüter  dəstəyinin  mahiyyəti  və  məzmunu,  tələbənin  və 
kompüterin qarşılıqlı əlaqəli fəaliyyəti zəminində müəyyənləşdirilir. 
Bütövlükdə, təlim-tədris prosesinin kompüter vasitəsilə dinamik idarəedilməsi halında 
didaktik  situasiya,təlimin  bütün  mərhələlərində  öyrənci  və  kompüterin  paritet  funksionallığı 
ilə xarakterizə olunur. 
4.  Təlim  tədris  prosesinin  kompüterin  idrakı-  funksional  tərbiqi  əsasında  idarə 
edilməsi. 
Baxılan halda tədris-tapşırığı öyrənci tərəfindən müstəqil formulə edilir. 
Eyni  zamanda  tədris  tapşırığının  yerinə  yetirilməsi  prosesi,öyrəncinin  aparıcı  aktiv 
fəaliyyəti çərçivəsində həyata keçirilir. 
Təlim-tədris  prosesinin  kompüter  vasitəsilə  idarə  edilməsinin  əsas  isdiqamətlərinin 
qısa  təhlilindən  göründüyü  kimi,müasir  pedaqoji  təcrübədə,tədrisin  kompüter  vasitəsilə 
birbaşa idarəedilməsi daha əlyetərli və effektiv səciyyə daşıyır. 
Eyni  zamanda,  təlim-tədris  prosesinin  kompüter  vasitəsilə  birbaşa  idarəe  dilməsi 
halında intellektual potensialın formalaşması daha yaradıcı və sistemli xarakter kəsb edir. 
Təlim-tədris  prosesinin  kompüter  vasitəsilə  idarə  edilməsinin  yuxarıda  nəzərdən 
keçirilən  birbaşa  və  vasitəli  idarə  edilməsi  rejimlərinin  qısa  xarakterikası,  onların  pedaqoji 
praktikada funksional təyinatı ilə şərtlənir. 
Baxılan nöqtəyi-nəzəri əsaslandırmaq məqsədilə tədris prosesinin kompüter vasitəsilə 
idarəetmə rejimində iki oxşar mövzu üzrə aparılan dərsin müqayisəli təhlilini verən pedaqoji 
məxsusi  olaraq  universitetlerdə  bakalavr  hazırlığında  tədris  olunan  “EHM  və 
proqramlaşdırma  ”kursunun“,  alqoritm  və  onun  xassələri,  təsvir  üsulları  növləri”,  mövzusu 
üzrə aparılan dərsin,magistr hazırlığında “İnformatika elminin nmüasir “problemləri kursunun 
”alqoritləşmənin  və  proqramlaşdırmanın  konseptual  əsasları”  mövzusu  üzə  aparılan  dərsin, 
müvafiq  olaraq,  birbaşa  və  vasitəli  idarəetmə  rejimində  keçirilməsinin  müqayisəli  təhlilini 
verək. 
Bakalavr  hazırlığında  “EHM  və  proqramlaşdırma  kursunun  müaviq  mövzusu  üzrə 
alqoritmləşməyə  dair  tədris  tapşırığı  konkret  misal  üzə  alqoritmik  blok  sxemin  qurulması 
şəklində formula oluna bilər” 
Məxsusi olaraq, tədris tapşırığı aşağıdakı şəkildə formulə edək. 
Y=3x
2
-2x+6 funksiyasının qiymətinin hesablaşmasının blok sxem üsulu ilə alqoritmini 
tərtib edin: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə