METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
100
“qənd” və s. rollarını oynayırlar. Müxtəlif uşaq qrupları müxtəlif cavablar verə bilərlər,
məsələn, pişik – canlı varlıqdır və ya qənd bir hecadan ibarətdir.
Müəllimin vəzifəsi – uşaqlara, məqsədi verilmiş yığından cismin seçilməsi olan, kiçik
səhnəcik (rollu oyun) oynamalarına kömək etməkdir. Oyun bitdikdən sonra müəllim onun
analizini aparmalı, hansı qrupun qoyulan məsələni doğru həll etdiklərini (oynadıqlarını),
kimin öz rolunu müvəffəqiyyətlə apardığını, kimin fikirlərin (modelləşdirilən dünyasının)
daha maraqlı olmasını və s. qeyd etməlidir.
İBTİDAİ SİNİFLƏRDƏ İNFORMATİKANIN EVRİSTİK METODLA
TƏDRİSİNİN MAHİYYƏTİ NƏDƏN İBARƏTDİR?
Məntiqi və alqoritmik təfəkkürün formalaşması üçün tətbiq olunan evristik metod
oyun metoduna çox oxşayır, əsas vərqi isə dərsin gedişatında təşəbbüsün tamamilə müəllimin
əlində olmasından ibarət. Şagirdlər isə “passiv oyunçular”dır.
Evristik metodda şagirdlərin sinifdəki fəaliyyətlərinin təşkilini beş əsas mərhələyə
ayırmaq nəzərdə tutulur [10]:
1.
motivə etmə;
2.
quruluşçu;
3.
xüsusi məhsulun hazırlanması;
4.
nümayişetdirmə;
5.
refleksiya.
Evristik metodun məqsədi – xüsusi yaradıcı məhsulun (alqoritm, nağıl, proqram və s.)
hazırlanmasıdır.
Motivasiya metodunun məqsədi iştirakçıları tanış alqoritmlərin və tanış icraçıların
fəaliyyətlərinin müzakirəsinə cəlb etməkdir.
İkinci mərhələdə məsələ qoyulur. Şagirdlərə qoyulan məsələni həll edə biləcək
icraçıları seçmək təklif olunur (seçim hər bir icraçının imkanları müzakirə olunaraq həyata
keçirilir).
Üçüncü (əsas) mərhələ ondan ibarətdir ki, şagirdlər, bir qayda olaraq seçilmiş icraçı
üçün qoyulan məsələnin həlli alqoritmi olan özlərinin şəxsi yaradıcı məhsulunu
hazırlamalıdırlar.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
101
Dördüncü mərhələ şagird məhsullarının dərsdə və ya xüsusi yaradıcı mühitlərdə
nümayiş etdirmələrindən ibarətdir.
Refleksiya mərhələsində şagirdlər özlərinin fəaliyyətlərini və işin nəticəsini
qiymətləndirirlər.
Nəticə olaraq qeyd etmək lazımdır ki, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf
etdirilməsinin yeni yollarının axtarılması, artıq mövcud olan və yeni oyun formalarının
kompüter mühitində tətbiq edilməsi məqsədəuyğun və səmərəlidir.
Cəmiyyətin inkişafı bukün yeni informasiya texnologiyalarının həyatın bütün
sahələrində istifadə edilməsini diktə edir. Müasir məktəb zamanın tələbindən geri
qalmamalıdır, deməli müasir müəllim öz fəaliyyətində yeni informasiya texnologiyalarından
istifadə etməlidir, belə ki, məktəbin başlıca vəzifəsi – yeni nəsli savadlı, düşünən, bilikləri
sərbəst əldə etməyi bacaran vətəndaş kimi yetişdirməkdir. Artıq müəllimləri yeni vasitələrlə
təchiz etmə vaxtı gəlmişdir və nəticə gələcək nəsillərdə öz bəhrəsini verəcəkdir.
ƏDƏBİYYAT
1.
Seyidzadə E.V., Kompüter oyun proqramları kiçikyaşlı məktəblilərin inkişafının vasitəsi kimi. //
İbtidai məktəb və məktəbəqədər tərbiyə, Bakı, 2006, № 1 (174), s. 44.
2.
Bəşirov N.Ə., Kompüter oyunları, ADN, Bakı, 1996, ss. 6-7.
3.
Özcan Demirel, S.Sadi Seferoğlu, Esed Yağcı, “Öğretim Teknolojileri ve Materyal Geliştirme”,
Pegem A Yayınları, 2005, s. 141.
4.
İsa Halis, Öğretim Teknolojileri ve Materyal Geliştirme, Mikro Yayinevi, 2001, s. 172.
5.
Zeki Kaya, Öğretim Teknolojileri ve Materyal Geliştirme, Pegem A Yayınları, 2005, s. 213.
6.
Mustafa Karaağaclı, Eğitimde Teknoloji ve Materyal, Pelikan Yayıncılık, 2004, s. 113.
7.
Брыксина О.Ф., Информационные минутки на уроках в начальной школе. // Информатика,
№ 6, 2000.
8.
Булгакова Н.Н., Знакомство с компьютером в детском саду. // Информатика, № 18, 2001.
9.
Талызина Н.Ф. Педагогическая психология. М.: Академия, 1998.
10.
Эльконин Д.Б. Психология игры. М., 1978.
11.
Первин Ю.А. Зимние вечера. Информатика для начинающих. // Информатика, № 1, 14/2001.
12.
Коляда Е.П. Развитие логического и алгоритмического мышления учащихся второго класса
// Информатика и образование, № 1, 1996.
13.
Хуторской А.В., Галкина О.Н. Эвристический подход к обучению информатике. //
Информатика и образование, № 6, 1996.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
102
HƏNDƏSƏ DƏRSLƏRİNİN KOMPÜTERLƏ TƏDRİSİ ÜÇÜN ÖYRƏDİLƏCƏK
TƏDRİS MATERİALININ SEÇİLMƏSİ QAYDASI
Ə.Q. Pələngov
pedaqoji elmlər namizədi, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
XÜLASƏ
Məqalədə həndəsə fənninin kompüterlə tədrisi üçün lazım olan apparat sisteminin
qurulmasınını ümumi nəzəri məsələləri şərh edilmişdir. Burada öyrədiləcək materialın mənimsənilməsi
üçün lazım olan koməkçi materialın seçilməsi qaydası verilmişdir. Tədris materialının strukturlaşması
və hər yeni dərsə hazırlaşan müəllim üçün bundan istifadənin əhəmiyyəti göstərilmişdir. Burada
kompüter təlim vasitəsi kimi iştirak etdiyi riyyaziyyat dərslərinin təşkilinə olan təlabat təsnif edilmişdir.
GİRİŞ
Həndəsə poqramının tələblərinə əsasən tədris materialının məzmununda seçmə
aparmaq zəruridir. İnformasiya texnologiyalarından istifadə ideyalarının özü əslində təlim
üsulları kimi meydana gəlir və həyata keçirilməsi üçün tədris materialının məzmunu
xarakterik quruluşlu növlərə bölünür. Daha sonra komputerlərin köməyi ilə tədrisi daha
səmərəli olan , davamlılığı və qarşılıqlı məlumatlılığı ilə seçilən, öz sturukturuna və təyinatına
görə müxtəlif olan dərslər müəyən olunur.
Bütün tədris materialı nəzəriyyəyə, təcrübəyə, biliyin nəzarəti və düzəldilməsinə
bölünür. İnformasiya texnologiyalarından istifadə olunan təlim dərslərini təşkilindəki
müxtəlifliyi istiqamətləndirməyə imkan vermək üçün dərslərin quruluşlarındakı xüsusiyyətləri
nəzərə almaq və bölgü aparmaq zəruridir. Belə dərslərin bədii formaya salınması, şagirdlərin
diqqətinin cəlb edilməsi, onlarda maraq yaradılması məqsədini güdməlidir. Hər bir konkret
halda material elə araşdırılır ki, o mövzunun məqsədinə və dərsin təyinatına görə tam uyğun
olsun. Bu halda müəllim sinfin imkanlarını, hər bir şagirdin qabiliyyətini və marağını nəzərə
almalıdır.
TƏDQİQATIN NƏZƏRİ MÜDDƏALARI
Məlumdur ki, hər bir dərsin özünün məqsədi və özəllikləri vardır. Elə dərs ola bilər ki,
onu ənəvi üsulla tədris etmək daha məqsədəuyğundur. Elə dərslər də vardır ki, onların tədrisi
zamanı təkcə ənənəvi metodlardan istifadə etməklə kifayətlənmək olmaz. Burada ənənəvi
metodların tətbiqi ilə yanaşı, hökmən müasir təlim metodlarından da istifadə olunmalıdır.
Dostları ilə paylaş: |