Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   39   40   41   42   43   44   45   46   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  103 
Burada müasir təlim metodları dedikdə əsasən informasiya teхnologiyalarının tətbiqi keçirilən 
dərslərdə  tətbiq  olunan  metodlar  nəzərdə  tutulur.  Bu  cür  dərslərin  özləri  də  müхtəlif 
kateqoriyalıdır.  Hər  bir  dərsin  хarakterini  müəllim  əvvəlcədən  müəyyən  etməli,  ona  uyğun 
informasiya teхnologiyalarından istifadə üçün material seçməlidir. 
 
 
Şəkil.1. Tədris materialının quruluşu 
 
Yeni  kurrikulumun  konsepsiyasına  görə,  təhsil  sistemində  şagird  nailiyyətinin 
qiymətləndirilməsi  təhsil  məqsədlərinə  uyğun,  etibarlı,  obyektiv  qiymətləndirmə 
vasitələrindən istifadə etməklə monitorinqin keçirilməsidir. Başqa sözlə, təhsilin keyfiyyətinin 
və  nəticələrinin  müəyyənləşdirmək  üçün  şagirdlərin  cari  biliklərinə,  bu  biliklərə  yiyələnmə 
tərzinə və onlardan istifadə etmək bacarığına aid materialın əldə olunması prosesidir. 
Tədris materialı 
Nəzər 
Praktiki 
Biliyiə nəzarət və düzəliş  
Yeni materialla tanışlıq dərsi 
Qanun və qaydalar quran, yeni 
anlayışlar verən dərs 
Giriş dərsi 
mühazirə dərsi 
Ekskursiya dərsi 
məsləhət dərsi 
Öyrən. material. möhkəm. dərsi 
Biliklərin ümumil. və sistemləş. dərsi. 
məşqetdirici dərs 
Praktik хarakterli dərs 
Ənənəvi dərs 
işgüzar oyunlarala dərs 
bilik və bacarıqların yoхlanması və səhvlərin 
düzəldilməsi dərsi 
Bilik və bacarıqların tətbiq olunduğu 
dərs 
məqbulla qiymətləndirilən dərs 
fərdiləşdirlmiş dərs 
 
Yoхlama və testləşdirmə dərsi 
.... 
... 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
104 
Fikrimcə,  informasiya  teхnologiyalarından  istifadə  üçün  şəkil  1-də  göstərildiyi  kimi 
sхem üzrə materialın təşkilini qurmaq olar: 
Tədris  işinin  dərs  şəklində  təşkilinin  əsas  cəhətlərini  aşağıdakı  kimi  əsaslandırmaq 
olar: 
-
 
Yaş  həddi  və  hazırlıq  səviyyələri  eyni  olan  şagirdlərin  daimi  tərkibi  təхmini 
bərabər olmalıdır; 
-
 
Sinif,ixtisar istiqamətinin öz illik planına əsasən işləyir 
-
 
Tədris prosesi, bir-biri ilə ayrı-ayrı qarşılıqlı əlaqəli, ardicil dərslər şəklində həyata 
keçirilir; 
-
 
Hər bir dərs yalnız bir fənnə həsr olunur; 
-
 
Dərslərin daimi yerdəyişməsi ilə həyata keçirilir (cədvəl); 
-
 
Müəllimin rəhbər rolu olmalıdır; 
-
 
Şagirdlərə dərk etmə fəaliyyətinin müxtəlif formaları və növləri tətbiq olunmalıdır. 
Dərs  mənaca  tamamlanmış  və  tədris  prosesinin  təşkilatı  cəhətdən  müvəqqəti  bir 
parçasıdır.  Məktəb  hazırlığının  ümumi  keyfiyyəti  ayrı-ayrı  məşğələlərin  keyfiyyətindən 
asılıdır.  Ona  görə  də  belə  dərs  texnologiyalarının  yaradılması  və  həyata  keçırlməsi  üçün  elə 
daimi  axtarışlar  aparılır  ki,  onlar  mövcud  şagird  kontingenti  ilə  təhsil  müəssələrinin  qısa 
müddətdə və səmərəli inkişafına imkan yaratsınlar. 
Bilirik ki, riyyaziyyatın və eləcə də həndəsənin tədrisi üçün ayrılmış saatların sayı isə 
kifayət qədər məhduddur. Ona görə də şagirdlərin bir hissəsi əsasən riyazi təhsilini bu illərdə 
başa vurduğundan onlar üçün tədris materialının təşkilində yeni yanaşmaya ehtiyac vardır. Elə 
etmək lazımdır ki, onlar indi aldıqlarından da daha geniş riyazi bilik ala bilsinlər. 
İnformasiya  texnologiyalarından  istifadə  olunan  dərslərin  quruluşu  sosial  sifarişlərlə 
təyin  olunan,  şagirdin  şəxsi  tələbatlarından,  təhsilin  məqsəd  və  vəzifələrindən,  təhsil 
prosesinin prinsip və qanunauyğunluqlarından irəli gələn tələblərə əsasən qurulur. 
Bizim  fikrimizcə,  kompüter  təlim  vasitəsi  kimi  çıxış  etdiyi  riyyaziyyat  dərsinin 
təşkilinə olan təlabatı, aşağıdakı kimi göstərmək olar: 
1.
 
Qabaqcıl  pedoqoji  praktikaya  əsasən  dərsin  qurulması,  təlim-tərbiyə  prosesinin 
qanunauyğunluqlarının qurulması. 
2.
 
Dərsdə  elmin  ən  yeni  nailiyyətlərindən,  müasir  dialoq  öyrədici  proqramlarından 
istifadə olunması. 
3.
 
Dərsdə, öyrədici proqramlar üçün ssenarilərin qurulmasında, nəzərə alınması vacib 
olan, bütün didaktik prinsip və qaydaların optimal həyata keçirilməsi. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  105 
4.
 
Şagirdlərin  dərk  etmə  fəaliyyətinin  məhsuldar  olması  üçün  lazım  olan  şəraitin 
yaradılması. 
5.
 
Vacib  olaraq,  şagirdlərin  maraqları,  həvəsləri  və  tələbatları  nəzərə  alınmaqla, 
xüsusi qeyd edilməsi. 
6.
 
Əvvəl  öyrənilmiş  bilik  və  bacarıqlarla  əlaqə  yaratmaq,  şagirdlərin  əldə  etdikləri 
ınkişaf səviyyələrinə istinad edilməsi. 
7.
 
Tədris  əsaslarının  təmin  olunması  və  təlim  olunanların  şəxsiyyətlərindəki  bütün 
sahələr üzrə inkişafların aktivləşdirilməsi. 
8.
 
Təlim-tərbiyə  fəaliyyətinin  bütün  mərhələlərində  məntiqlik  və  emosionallıq 
хüsusiyyətlərinin gözlənilməsi. 
9.
 
Pedoqoji vasitələrdən istifadənin effektivliyi. 
10.
 
Həyatla istehsal fəaliyyəti və şagirdin şəxsi təcrübəsi arasında əlaqə gözlənilməsi. 
11.
 
Praktikada vacib olan bilik, bacarıq və vərdişlərin, təfəkkürün səmərəli üsullarının 
və fəaliyyətinin formalaşması. 
12.
 
Hər  bir  dərsin  diqqətli  diaqnostikası,  proqnozlaşdırılması,  layihələn-dirilməsi  və 
planlaşdırılması. 
13.
 
İnformasiya texnologiyalarının  məqsədyönlü  istifadə  olunduğu  hər bir dərs üçün, 
öyrədici  proqramların  istifadəsi  və  təşkil  olunması  üçün,  ssenarilərin  diqqətlə  və  dəqiq 
yaradılması. 
14.
 
Hər  bir  dərs  öyrətmək,  tərbiyələndirmək,  inkişaf  etdirmək  məqsədinin  əldə 
edilməsinə yönəldilməlidir. 
15.
 
Hər  bir  dərs,  təşkili,  psixoloji,  idarəedici,  müəllimin  şagirdlərlə  optimal 
münasibəti, əməkdaşlıq, sanitar-qiqienik, etik və s. tələblərinə uyğun olmalıdır. 
Yeni  pedaqoji  teхnologiyaların  mahiyyət  və  məzmunu  ilə  yaхından  tanışlıq,  məktəb 
praktikasında  müхtəlif  təlim  teхnologiyalarının  tətbiqi  nəticələlərinin  araşdırılması  deməyə 
əsas verir ki, onların ənənəvi təlim metodlarından üstünlükləri vardır. 
 
ƏDƏBİYYAT 
1.
 
Ə.Q.Pələngov  və  başq.  «İnformasiya-kommunikasiya  sistemlərindən  tədrsi  prosesində  istifadə 
yolları» – Bakı – AMEA–nın Mexanika-Riyaziyyat İnstitutunun Xəbərlər məcmuəsi– 2003, № 1. 
2.
 
Бабанский  Ю.К.  «Школе  в  условиях  информационного  взрыва»,  Периспективы:  Вопросы 
образования. – М.: Прогресс, 1983. -№2. – с. 5-13. 
3.
 
Мехтиев М.Г. Компьютер на уроке геометрии. – Махачкала: Издательство ДНЦ РАН, 2002 г. 
-194 с. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə