Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   35   36   37   38   39   40   41   42   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  91 
İBTİDAİ  SİNİFLƏRDƏ  İNFORMATİKANIN  TƏDRİSİ  MÜHİTLƏRİ  VƏ 
VASİTƏLƏRİ NECƏ DƏYİŞMİŞDİR? 
Sirr  deyil  ki,  ibtidai  siniflərdə  İnformatika  əsasən  litsey  və  təmayüllü  məktəblərdə 
tədris olunur. Bu məktəblərdə bir qayda olaraq müasir hesablama texnikası ilə təchiz olunmuş 
kompüter sinifləri vardır. Bu cür məktəblərdə İnformatikanın tədrisi əsasən “maşın” xarakteri 
daşıyır,  yəni  uşaqlar  kifayət  qədər  vaxtlarını  kompüterlərin  arxasında  keçirirlər,  təlim 
prosesində  inkişafetdirici  intellektual  mühitlər  istifadə  edilir.  Təlimin  mühit  və  vasitələrinin 
bu şəkildə dəyişməsinin müsbət və mənfi tərəfləri vardır və əgər müsbət nəticələrini müəllim 
və  valideynlər  praktik  olaraq  tez  görürlərsə  də,  mənfi  nəticələr,  bəlkə  də  uzun  illər  təxirə 
salınmış olur. Biz müəllimlərə, “xələl gətirmə” prinsipini təbliğ edərək, psixoloqlar, həkimlər, 
pedaqoq-yenilikçilərin məsləhətlərinə qulaq asmaq lazımdır. 
İbtidaii  siniflərdə  şagirdlərin  kompüterdən  istifadə  etməsinin  öyrənilməsi  ilə  məşğul 
olan  yerli  və  xarici  tədqiqatçılar  bu  prosesin  növbəti  mənfi  tərəflərini  qeyd  edirlər.  İbtidai 
sinif  şagirdlərinin  təlimində  kompüterlərdən  istifadə  edilməsi  uşağı  ətraf  həqiqətlərə 
istiqamətlənmədən  yayındıra,  onun  təfəkkürünün  formalaşmasında  assimilyasiya  prosesinin 
pozulmasına gətirib çıxara bilər. Kompüterlə iş zamanı uşaqlarda həqiqətlə fantaziya və arzu 
olunanla  gerçəklik  arasında  uçurum  baş  verir.  Uşaqlar  inkişaf  səviyyələrinə  görə  simvol  və 
mücərrəd  informasiya  ilə  bilavasitə  işləmə  təcrübəsindən  faydalanmağa  hazır  deyillər,  bu 
zaman kompüterlə işləmək üçün lazım olan bacarıq və vərdişlər uşağın əməli qabiliyyətlərinə 
uyğun gəlmir. 
Belə  fikirlər  də  vardır  ki,  kompüterlər  uşaqların  həqiqi  obyekt  və  hadisələri  analiz 
etmək  üçün  lazım  olan  təcrübə  əldə  etməsinə  əngəl  ola  bilər,  uşaqların  fiziki  fəallığını  və 
inkişafını  məhdudlaşdıra  bilər.  Buna  görə  də  ibtidai  siniflərdə  təlim  mühitləri  elə  təşkil 
olunmalıdır  ki,  kompüter  əyaniliyinin  istifadəsi  onun  material  ekvivalentinin  olması  ilə 
tarazlaşdırılmış olsun. 
İBTİDAİ  SİNİFLƏRDƏ  İNFORMATİKA  TƏLİMİNİN  HANSI  METOD  VƏ 
FORMALARINDAN İSTİFADƏ ETMƏK MƏQSƏDƏUYĞUNDUR? 
Hələ  bir  neçə  il  əvvəl  pedaqoqların  əsas  səyləri  proqram,  dərslik  və  təlim-metodik 
vəsaitlərinin, həmçinin ibtidai məktəblər üçün də hazırlanmasına yönəldilmişdir. Hazırda isə 
daha  çox  diqqət  təlimin  vasitə  və  təşkili  formalarının  dəyişməsinə  yönəldilir.  Təlim 
prosesində kompüterlərdən istifadənin yüksək payı ilə əlaqədar olaraq kompüterlə işin mənfi 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
92 
nəticələrinin qarşılığını ödəyən ibtidaii siniflərdə informatikanın tədrisi metodikasının işlənib 
hazırlanması məsələsi xüsusilə çiddi şəkildə qoyulur. 
İbtidai  məktəblərdə tətbiq olunan təlim  metod və  formaları 1-4-cü sinif şagirdlərinin 
psixi, fiziki və əqli inkişaf xüsusiyyətlərini nəzərə almalıdır. 
İbtidai  məktəbdə  İnformatika  dərslərində  ənənəvi  sinif-dərs  sistemi  şəraitində  təlim 
prosesini,  məktəblinin  şəxsiyyətinin  spesfik  xüsusiyyətlərini  nəzərə  alaraq  səmərəli  şəkildə 
qurmağa  imkan  verən  növbəti  təlim  metod  və  formaları  müəllimlər  tərəfindən 
müvəffəqiyyətlə istifadə olunur: 
-
 
dialoqlar; 
-
 
qruplarla iş; 
-
 
oyun metodikaları; 
-
 
informasiya dəqiqələri; 
-
 
evristik yanaşmalar. 
Əhalinin  sosial  tərkibi  və  bölgənin  informatlaşdırılması  səviyyəsini  nəzərə  alaraq 
səmərəli  təlimin  qurulmasının  vacibliyi  informasiya  dəqiqələri  kimi  təlim  formasını 
doğurmuşdur  [7].  Psixi  kommunikativliyin  inkişaf  etdirilməsinin  vaçibliyi  “şagird-şagird”, 
“şagird-müəllim” dialoqu kimi təlim metodunu dərsə daxil edir [7, 8]. 
Məlumdur  ki,  istənilən  biliklərin  müvəffəqiyyətlə  formalaşması  ilk  növbədə 
məktəblilərin  bu  bilikləri  əldə  etmə  istəklərindən  asılıdır.  Təlimin  motivasiyasının 
formalaşması prosesi təlimin  forması  ilə  birbaşa bağlıdır. Psixologiyada sübut edilmişdir ki, 
təlim motivasiyası iki yolla inkişaf edir: 
-
 
məktəblilərin təlimin ictimai məqsədini mənimsəməsi vasitəsilə; 
-
 
məktəbliləri nə iləsə maraqlandıran təlim fəaliyyətinin özü vasitəsilə. 
Pedaqoji  ədəbiyyatda  göstərilmişdir  ki,  qrupla  iş  formasının  istifadə  edilməsi  tədris 
olunan fənnə olan marağı artırmaq üçün böyük əhəmiyyət daşıyır [9]. İbtidai sinif şagirdləri 
üçün kiçik qruplarla iş təşkil etmək məqsədəuyğundur, bu zaman qrupların formalaşdırılması 
motivasiya  prinsipi  əsasında  aparılmalıdır:  əgər  dərsə  biganə  olan  uşaqlar  bu  dərsi  sevən 
uşaqlarla  eyni  qrupda  birləşdirilərsə,  onda  birgə  iş  nəticəsində  birincilər  fənnə  olan 
maraqlarını əhəmiyyətli dərəcədə artırmış olurlar. 
İbtidai  siniflərdə  şagirdləri  qruplara  ayırarkən  onların  istəklərini  nəzərə  almaq 
lazımdır.  Bu  yaş  dövründə  “yaxşı”,  “güclü”,  “mehriban”  xarakteristikaları  uşağın  şüurunda 
“fənni bilir”, “əlaçı”, “səliqəli” və s. xarakteristikalarından üstün olur. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  93 
OYUN METODİKALARI 
Hazırda  ibtidai  siniflərdə  İnformatikanın  tədrisi  zamanı  dərslərin  oyun  metodikaları 
əsasında aparılması ön plana çıxır. Bu onunla əlaqədardır ki, bu metodikalara, demək olar ki, 
bütün iş formaları (dialoq, qruplarla iş və s.) daxildir və uşağın yaradıcı fəaliyyəti, intellektual 
inkişafı üçün geniş imkanlar verir. 
Oyun  qaydalar  qoyur.  Oyundaki  qaydalar  sistemi  mütləq  və  yəqindir.  Qaydaları 
pozaraq oyunda olmaq  mümkün deyildir. Bu qaydalar  xüsusiyyəti bizim qeyri-sabit, qarışıq 
dünyamızda çox  vacibdir. Oyun kollektiv  yaratmağa  və  birləşdirməyə  imkan  verir. Oyunun 
cəlbediciliyi o qədər böyük və insanların bir-biri ilə oyun əlaqəsi o qədər dolğun və dərindir 
ki, oyun həmrəyliyi hətta ondan sonra da, onun xaricində də qalır. 
-
 
Oyun  şüuru  inkişaf  etdirən  və  fəallaşdıran  qeyri-müəyyənlik  elementi  verir, 
optimal həllərin tapılmasına kökləyir; 
-
 
Oyun  şərəf,  kollektivin  xeyrinə  öz  tələbatını  məhdudlaşdırma  və  fədəkarlıq 
haqqında anlayış verir; 
-
 
Oyun psixoloji ahəngdarlıq verir. 
Oyun yalnız sadəcə yarış deyildir, həmçinin teatr sənəti, surəti yaşamaq və onu sona 
qədər  aparmaq  qabiliyyətidir.  Təsadüfü  deyildir  ki,  daha  müvəffəqiyyətli  kompüter  təlim 
proqramları  oyun  metodikalarının  istifadə  edilməsi  əsasında  qurulmuşdur.  Müasir  müəllim 
təlim prosesində istifadə olunan oyunların təsnifatı və qurulma nəzəriyyəsi ilə yaxından tanış 
olmalıdır. 
Oyunun  növbəti  tərifini  verməyə  çalışaq.  Oyun  –  o  fəaliyyətdir  ki,  mövzusu  onun 
özündədir.  Yəni,  elə  fəaliyyət  növüdür  ki,  nəticə  üçün  deyil,  prosesin  özü  üçün  həyata 
keçirilir.  Kompüter  oyun  proqramları  tədris  olunan  mövzuya  oyun  fəaliyyətləri  qataraq 
əyləndirərək təlim imkanı verən proqramlardır [6]. 
Öyrədici  oyunlar  qurluşca  “simulyasiya”  proqramları  ilə  “problem  həll  etmə” 
proqramlarının  birləşmiş  halıdır  və onların  xüsusiyyətlərini özündə saxlayırlar [3]. Öyrədici 
oyunların  əsasını  çox  zaman  modellər  təşkil  edir.  Oyunlarda  istifadə  edilən  modellərin 
qanunauyğunluğu  dəyişə  bilər.  Öyrədici  oyunlarda  müxtəlif  hədəflər,  xal  toplama,  rəqabət 
kimi elementlər olur [5]. 
Təlim  prosesində  istifadə  olunan  oyunlar  rollu,  təşkilati  və  işgüzar  oyunlara 
bölünürlər.  Oyunun  tipini  müəyyənləşdirmədə  xüsusi  çətinlik  yaranır,  belə  ki,  müxtəlif 
oyunların qurulma prinsipi demək olar ki, eynidir, lakin bununla yanaşı onların əhəmiyyətli, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə