Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   31   32   33   34   35   36   37   38   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
80 
ORTA MƏKTƏBDƏ FİZİKADAN LABORATORİYA DƏRSLƏRİNDƏ YENİ 
İNFORMASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏNİN İMKAN VƏ 
YOLLARI 
 
İ.N. İsmayılov 
pedaqoji elmlər namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
S.T. Huseynova 
magistr 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
GİRİŞ 
Şagirdlərdə  praktik  bacarıq  və  vərdişlərin  aşılanması,  tədqiqatçılıq  qabiliyyətinin 
inkişaf  etdirilərək  formalaşdırılmasında  fizika  laboratoriya  işləri  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Бuna baxmayaraq, son vaxtlar orta məktəbdə laboratoriya işlərinin və onların tədrisinə verilən 
saatlar azalmışdır (1970-ci ildə 91, 1990-95-cı ildə 71, 2003-cü ildə isə 47 iş). 
Orta məktəbdə fizikadan laboratoriya işləri ənənəvi olaraq müəyyən tematik mövzular 
öyrənildikdən  sonra,  müvafiq  təlimatlara  uyğun  olaraq  reproduktiv  yerinə  yetirilir. 
Laboratoriya  işlərinin  tədrisinə  bu  cür  yanaşma  fizikanın  müasir  tələblər  baxımından 
öyrənilməsinə, şagirdlərin təfəkkür proseslərinin inkişaf etdirilməsinə, fərdiləşdirmə və  fərdi 
yanaşmadan  lazım  olan  səviyyədə  istifadə  olunmasına  imkan  vermir.  Bundan  başqa, 
müəllimin  eyni  vaxtda  şagirdlərlə  bir  neçə  variantda  iş  aparmaq,  meydana  çıxan  texniki, 
eksperimental çətinlikləri onlarla fərdi müzakirə etmək, işin yerinə yetirilməsi zamanı hər bir 
şagirdin  hazırlığını  müəyyənləşdirmək,  hesablama,  qrafik  və  başqa  standart  əməliyyatları 
yerinə  yetirmək,  hər  bir  spesifik  səhvə  münasibət  bildirmək,  onların  təfəkkürlərinin  idarə 
olunması  və  fərdi  işlərinə nəzarət etmək  imkanı  olmur. Qeyd edilən  hallar  tədris prosesində 
laboratoriya  işlərinin,  keyfiyyətli  yerinə  yetirilməsinə,  fizikanın  evristik  yolla  öyrənilməsinə 
maneçilik törədir. Düzgün nəticə alınana qədər real eksperimenti təkrarlamağa isə vaxt imkan 
vermir. Ona görə də, bir sıra laboratoriya işlərinin modelləşdirilərək EHM-lə idarə olunan real 
qurğularla,  yaxud  fərdi  kompüterlərin  displeyində  yerinə  yetirilməsi  çox  əhəmiyyətlidir. 
Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  laboratoriya  işlərində  kompüterin  tətbiqilə  əlaqədar  son 
vaxtlarda  bir  neçə  vəsait  (3;4)  işlənsə  də,  dövrü  mətbuatda  bu  istiqamətdə  yazılar  yox 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  81 
səviyyəsindədir. Orta məktəblər üçün fizikadan hazırlanmış elektron dərslikdə (2) məsələnin 
praktik həlli qismən də olsa öz əksini tapmışdır. 
TYİTV-nin tətbiqilə keçirilən  laboratoriya məşğələsi  sinif- dərs sistemində  müəllimin 
müxtəlif  formalı işlərinə  nəzərən, şagirdlərin  bilik və bacarıqları müstəqil əldə etmələrinə  və 
mənimsəmələrinə  daha  geniş  imkan  verir.  Bu  zaman  şagirdlərin  dərsə  marağı  artır,  onlarda 
tədqiqatçılıq bacarıqları formalaşır. 
Fizikanın səmərəli mənimsənilməsində laboratoriya təcrübələri kimi çox fəal metodun 
əhəmiyyətinin daha da artırılması üçün, aşağıdakı mülahizələrə görə, nümayişlərin kompüter 
texnologiyası  ilə  aparılmasını  məqsədə  müvafiq  hesab  edirik.  Birinci,  bir  sıra  hallarda 
hadisəni geniş miqyasda (məsələn, mikroaləm proseslərini və müvafiq elementar zərrəciklərin 
yaratdığı  dalğaların  bütöv  spektrlərini,  zərərli  maddələrlə,  şüalanma,  yüksək  gərginlik, 
maqnit, elektrik sahələri  və  istiliyin tələb olunması ilə aparılan təcrübələri), göstərmək  lazım 
gəldikdə.  Bu  cür  nümayişlər  təbiətdə  baş  verən  hadisələri  başa  düşməyə  kömək  edir, 
təsəvvürlərində  uzun  müddət  qalaraq  şagirdlərdə  maraq  hissi  oyadır.  İkinci,  fizika 
kabinetlərində bir nüsxədə olan və ya çox qiymətli cihazlar tələb edən hadisələrin laboratoriya 
şəraitində  təbii  şəkildə  göstərilməsi  mümkün  olmadıqda  kompüterin  ekranında 
canlandırılması.  Üçüncü,  müəllimdə  mövcud  olan,  şagirddə  isə  sadəcə  olaraq  hələ 
formalaşmamış,  böyük  təcrübə  tələb  edən  obyektlərlə  işi  (şagirdin  orqanizminə  mənfi  təsir 
edən güclü maqnit sahələri və şüalanma kimi hadisələr) ekranda nümayiş etdirmək. 
İşin  gedişi.  YİTV-nin  tətbiqilə  keçirilən  laboratoriya  dərslərinə  sərf  olunan  vaxt  iki 
hissəyə bölünür: birinci, müəllimin bütün siniflə birlikdə frontal işinə; digər hissə isə TYİTV 
ilə  şagirdlərin  müstəqil  işinə  ayrılır.  Müstəqil  iş  müddətində  hər  bir  şagird  öyrəniləcək 
material  üzərində  çalışır  və  nəzərdə  tutulan  standartlara  uyğun  bacarıqlara  yiyələnir.  Bu 
baxımdan iki  variantda [məktəblərimizdə  fizika  fənni üzrə mövcud olan elektron dərsliklərlə 
(2)  və  rus  dilində  «Открытая  физика»  2.6.  versiyası  (6)  ilə]  laboratoriya  işlərinin  yerinə 
yetirilməsinə  nəzər  yetirək.  Hər  iki  elektron  dərslik  ozünün texniki  və pedaqoъi  imkanlarına 
görə  bir-birindən  fərqləndiyindən,  onlarla  iş  metodikası  da  fərqlənir.  Bunun  üçün  hər  iki 
diskdə « Naqillərin ardıcıl  birləşdirilməsi» mövzusunda  verilmiş eyni adlı  laboratoriya  işinin 
tədrisinə baxaq. 
I Variant. Fizika. Yeni nəsil multmedia dərsliyi (2) 
Elektron  dərslikdən  istifadə  edərək  sinifdəki  bütün  şagirdlər  fərdi  kompüterlərlə  işi 
eyni  vaxtda,  təlimata  uyğun  ardıcıllıqla,  işlədicilərin  ardıcıl  birləşdirilməsi  sxeminə  (şək.1) 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
82 
uyğun  olaraq  dövrəni  (şək.2)  yığırlar.  İşin  aparılması  ilə  əlaqədar  müvafiq  metodik  göstəriş 
(3) verildiyindən bunun üzərində geniş dayanmayacağıq. 
 
Şək.1   
 
 
 
 
 
Şək.2 
Кompüter  laboratoriya  işinin  hazırlanması  zamanı  seçilmiş  modellə  (Şək.2)  işləmək 
qaydası  şagirdlərə  öyrədildikdən  sonra praktik  işlərin aparılması  onlara  həvalə  olunur.  Onlar 
kursorun  köməyilə  reostatın  sürgüsünü  ortada  saxlamaq  şərtilə  çərəyan  şiddətinin  qiymətini 
ampermetrdən,  işlədicilərin  ayrı-ayrı  və  hər  ikisinin  bir  yerdə  gərginlik  düşkülərini  isə 
voltmetrdən  götürürlər  (Şək.3).  İş  prosesində  reostatın  sürgüsünün  yerini  dəyişməklə,  üç 
dəfədən az olmayaraq ölçmə işləri ampermetr və voltmetrlə yerinə yetirilir, alınmış qiymətlər 
şək.4-dəki  cədvələ  doldurulur.  Hesablama  aparılaraq  ayrı-ayrı  işlədicilərin 
1
,
2
  və 
уm
R
 
müqavimətləri  təyin  edilir.  Daha  sonra 
1
,
2
  və 
ум
I
  -nin  qiymətləri  müqayisə  edilərək 
cərəyan  şiddətinin  hər  üç  qiymətinin  bir-birinə  bərabər  olduğu 
ум
I

1

2
,  ümumi 
gərginliyin  işlədicilərin  gərginlikləri  cəminə,  yəni 
уm
U
=
1
  + 
2
,  ümumi  müqavimətin  isə 
işlədicilərin  müqavimətləri  cəminə 
уm
R

1
+
2
  bərabər  olması,  yəni  ardıcıl  birləşmə 
qanunlarının doğruluğu təsdiq edilir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə