Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   32   33   34   35   36   37   38   39   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  83 
Şək.3   
 
 
 
 
Şək.4 
Göründüyü kimi iş  bir qədər sadə  və  mexaniki  yerinə  yetirilir. Daha sonra  şagird  işlə 
əlaqədar  müvafiq  suallara  çavab  verməklə  özünü  yoxlayır.  Bu  iş  müəlimin  tələbindən  asılı 
olaraq dərsin əvvəlində və sonunda aparıla bilər. 
Elə  elektron  dərsliklər  də  vardır  ki,  onlarla  laboratoriya  işlərinin  aparılması  başqa 
metodikanın işlənməsini tələb edir. Bu baxımdan rus dilində hazırlanmış «Открытая физика» 
2.6.  elektron  diskində  (6)  verilmiş  laboratoriya  işləri  üç  hissədən  ibarət  olmaqla  müvafiq 
düymələrin  köməyilə  yerinə  yetirilir.  Burada  laboratoriya  işinin  modelinin  hərəkətə 
gətirilməsi  «Старт»(başla),  «Стоп»(dayan)  və  «Сброс»(sil)  kimi  düymələrlə  həyata 
keçirilir.  Bizim  məqsədimiz  bu  elektron  dərslikləri  müqayisə  etmək  deyil,  sadəcə  mümkün 
imkan  və  yolları canlandırmaq, gələcək  işlərdə  bunlardan  istifadə qaydası  haqqında  məlumat 
verməkdir.  Bu  məqsədlə  «Открытая  физика»  2.6.  elektron  dərslikdən  həmin  mövzuda 
laboratoriya işinin yerinə yetirilməsi üçün istifadə olunan metodika və müvafiq texnologiyaya 
nəzər yetirək. Həm də nəzərə almaq lazımdır ki, bu modellə (paralel və qarışıq birləşmələri, 
sadə  elektrik  dövrələrində  görülən  iş  və  gücün  hesablanmasını  və  s.)  bir  neçə  mövzunun 
tədrisini həyata keçirmək mümkündür.  
«Naqillərin  ardıcıl  birləşdirilməsi»  mövzusu  üzrə  kompüter  laboratoriyasında  işin 
yerinə yetirilməsi ilə əlaqədar texnoloъi prosesə baxaq. Şagird və müəllim üçün iki variantda 
nəzərdə  tutulmuş  metodikaya  uyğun  təlimatı  müəyyənləşdirib,  onlara  təqdim  etdik.  Mövzu 
üzrə kompüter laboratoriyasının şagirdlər üçün təklif olunmuş variantına nəzər yetirək. 
Mövzu: «Naqillərin ardıcıl birləşdirilməsi» üzrə kompüter laboratoriya işi. 
Məqsəd:  Şagirdlərin  sabit  cərəyan  qanunlarına  aid  biliklərinin  yoxlanması  və 
möhkəmləndirilməsi,  onların  sinifdə  əməkdaşlıq  şəraitində  işləmək  bacarıqlarının  və 
yaradıcılıq keyfiyyətlərinin inkişaf etdirilməsi. 
Forma: Fərdi və kicik qruplarla aparılan interaktiv laboratoriya işi. 
Üsul:  Frontal  laboratoriya  işi,  fəal  təlim  metodu  «Кloz-  qapalı  sual».  Təchizat
Fizikadan  elektron  dərslik  «Elektrodinamika»  (az.  dilində),  «Открытая  физика»  2.6.  (rus 
dilində); kompüter dəsti, mediaproyektor. 
Variant 
1. 
«Naqillərin  ardıcıl  birləşdirilməsi»  mövzusu  üzrə  kompüter 
laboratoriyasının yerinə yetirilməsinə aid şagirdlər üçün təlimat və onun tədrisi metodikası. 
Sinif_____Soyadı_________________Adı ______________ 
Praktik tapşırıqlar və suallar. Elektron dərslikdən «Открытая физика» 2.6. diskindən 
«Elektromaqnetizm» bölməsindən «Сabit cərəyan dövrəsi»nə aid kompüter modelinin tərtibi 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
84 
üçün  nəzərdə  tutulmuş  elektron  lövhə  (  Şək.5.)  üzərində  ardıcıl  birləşdiriləcək  dövrədə 
istifadə olunacaq bütün hissələrin (rezistor, ampermetr, voltmetr, birləşdirici naqillər və açar) 
şərti  işarələri  verilmişdir.  Şək.5-dəki  panelin  üzərindəki  oxu  aktivləşdirərək  şagirdlərə 
dərslikdən  öyrəndikləri  sxemə  əsasən  Şək.6  –dakı  dövrəni  yığmaq  tapşırılır.  Сonra  iş 
aşağıdakı ardıcıllıqla aparılır. 
1.
 
Dövrəni  yığdıqdan  sonra  müvafiq  düymənin  köməyilə  rezistorların  Р- 
müqavimətlərini  dəyişərək  hesablama  əmrini  verməklə,  ampermetr  və  voltmetrin 
göstərişlərini  müvafiq cədvələ (şək.4) qeyd edir, növbəti əməliyyatı aparmaq üçün təlimatın 
ikinci bəndinə keçirlər. 
2.
 
Кompüterin  ekranında  əks  olunan  dövrədəki  (Şək.6)  rezistorların 
1
=  8  Om  və 
2
=  2  Om  qiymətlərini  verərək,  gərginliyi  U=  6V  olan  batareya  vasitəsilə  ampermetr  və 
voltumetrlərdən  istifadə  edib,  hər  bir  işlədicinin  gərginliyini  və  onlardan  keçən  cərəyan 
şiddətini qeyd edin. 
 
Şək.5    
 
 
 
 
Şək.6 
3.
 
Dövrədəki  ümumi  cərəyanı  ölçərək,  nəticəni
ум
I
=  _____  yazın:  Necə 
fikirləşirsiniz, 
ум
I
-  cərəyanla 
1
(
1
  –rezistorundan  keçən), 
2
(
2
–rezistorundan  keçən) 
cərəyanları arasında nə kimi əlaqə vardır? Bu əlaqəni yazın: 
ум
I
 = ____________ 
Кompüterin  displeyindəki  modellə  eksperiment  apararaq  aldığınız  cavabın 
doğruluğunu yoxlayın. 
4.
 
Dövrəni  açaraq  ampermetri  açmadan  hər  bir  rezistorun  və  ümumi  dövrənin 
gərginliyini  ölçmək  üçün  üç  ədəd  voltmetr  qoşun. 
1
  (
1
-  rezistorundakı), 
2
  (
2



METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  85 
rezistorundakı),  həmçinin 
уm
U
-  dövrənin  ümumi  gərginliyini  ölçmək  üçün  voltmetrləri 
dövrəyə daxil edin. 
5.
 
Gərginlikləri ölçərək nəticələri 
1
 = _____, 
2
= ______, 
уm
U
=_______ yazın. 
Bu üç gərginliyi bir düstur formasında necə birləşdirməyi fikirləşin. Onda, 
ümumi gərginliyin ifadəsi, 
уm
U
=_______ olar. 
6.
 
Ekranında alınmış elektrik dövrəsinin sxemini dəftərinizə çəkin. 
7.
 
Om  qanunundan  istifadə  edərək  iki  ardıcıl  birləşdirilmiş  rezistordan  ibarət 
dövrənin ümumi müqavimətini təyin edin. 
уm
R
 = ______________ 
İki ardıcıl birləşdirilmiş rezistorun ümumi müqavimətini hesablamaq üçün düsturu 
yazın: 
_______

em
R
___ 
уm
R
-nin qiymətini 
1
 və 
2
- nin qiymətləri ilə muqayisə edərək, aralarında müvafiq 
işarələri yazın: 
уm
R
________
1
 və 
уm
R
_____
2
 
8.
 
Сuallara cavab verin. 
Hansı rezistorda gərginlik düşgüsü azdır? _____ rezistorunda. 
Hansı rezistorda gərginlik düşgüsü çoxdur? ______ rezistorunda. 
İzah edin nə üçün? _____________________________________________ 
___________________________________________________________________________
_________________________________________________________ 
Göründüyü  kimi,  şagirdlər  əvvəlki  laboratoriya  işindən  fərqli  olaraq  burada  müvafiq 
elementlərdən  istifadə  edərək  dövrəni  özləri  müstəqil  yıgır  və  təlimata  uyğun  olaraq 
addımbaşı qoyulmuş problemi həll edərək son nəticəyə doğru irəliləyirlər. Onlar rezistorların 
müqavimətlərinin (Şək.6-dakı Р- düyməsinin köməyilə) qiymətlərini bir neçə dəfə dəyişməklə 
təcrübəni istədikləri qədər apara bilərlər (müəllimin arzusuna müvafiq). 
Laboratoriya  işini  müvəffəqiyyətlə  yerinə  yetirmiş şagird (kiçik qrup) verilmiş xüsusi 
tapşırıq,  yaxud  suallara  cavab  verir.  Verilmiş  tapşırıq  və  suallar  ayra-ayrı  qeydiyyatdan 
keçirildikdən sonra xüsusi proqramın köməyilə əks əlaqə kanalı işə düşərək, onlara verdikləri 
cavabların doğruluğu haqqında məlumat verilir. Bu məlumatdan asılı olaraq şagirdlər işlərini 
davam etdirirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə