Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   29   30   31   32   33   34   35   36   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
74 
WWW-NİN TƏHSİL PROSESİNƏ TƏSİRİ 
WWW,  şagirdlərə  həyat boyu öyrənmə  bacarıqlarının qazandırılmasında əhəmiyyətli 
bir  yerə  malikdir.  Şagirdlərin  ehtiyacı  olan  informasiyanı  təmin  etmədə  köməkçi  olacaq  bir 
vasitə olan İnternet onların informasiya əldə etmələri üçün məsuliyyət daşımalarını da təmin 
etməkdədir.  WWW,  təqdim  etdiyi  bir  çox  imkanla  buna  imkan  verməkdə  və  şagirdlərin 
öyrənmə ehtiyaclarını qarşılaya  bilməkdədir. Şagirdlərə, sinif  mühitində əməkdaşlığı  inkişaf 
etdirmə və biliklərini formalaşdırma mövzusunda ənənəvi mühitə görə daha elastik imkanlar 
təqdim etməkdədir. 
WWW-dəki  qaynaqlar  müəllimlərə  də  yeni  təhsil  mühitləri  təmin  etməkdə, 
texnologiyanın  siniflərə  daxil  olması  və  təhsil  prosesi  ilə  inteqrasiya  olunması  təlim 
metodlarına  da  təsir  etməkdədir.  Ancaq,  yeni  təlim  metodlarının  istifadə  edilməsi,  sinifdən 
xaric  qaynaqları  əldə  edilməsi  müəllimin  işini  daha  da  artırmışdır.  Bundan  başqa,  təhsil 
hədəflərini  reallaşdırmaq  üzrə  texnologiyanın  necə  istifadə  ediləcəyini  də  diqqətlə 
planlaşdırmaq lazımdır. 
İnternetin təlim prosesində harada istifadə edilə biləcəyi aşağıdakı şəkildə sinifləndirə 
bilərik: 
-
 
Məktəb/sinif kitabxanasında, kitablardan ya da başqa materiallardan məlumat əldə 
etmək; 
-
 
İnternet  xaricində  asanlıqla  əldə  edilə  bilməyən  dövlət  (rəsmi  təşkilat)  nəşrlərini 
əldə etmədə; 
-
 
Aktual məlumat əldə etmədə istifadə edilə bilər [8]; 
İnternetin təhsil müddətində istifadə edilməsi ilə də: 
-
 
Bir çox material ödənişsiz olaraq sinfə gətirilərək öyrənmə mühiti zənginləşdirilə 
bilər; 
-
 
Dünyanın  hər  yerindən  informasiya  əldə  edə  bilər.  Bu  vəziyyət,  şagirdləri 
kitabların  məhdudluqlarından  qurtaracaq.  Məsələn;  şagirdlər  NASA-nı  ziyarət  edərək  Ayda 
həyat  olub  olmadığını  araşdıra  bilər,  bir  muzeydəki  sənət  əsərlərini  görə  bilərlər.  Beləcə, 
öyrənmə  yalnız  8.30  -  17.00  saatları  arasında  sinif  mühitində  qalmaz,  zaman  və  məkan 
sərhədi  ortadan  qalxar.  Bundan  başqa  şagirdlər  üçün  virtual  səyahətlər  reallaşdırıla  bilər. 
Virtual səyahət, hər hansı bir yerdə fiziki olaraq olmadan, veb saytını ziyarət edərək o yerdə 
olmaq  kimi  təyin  oluna  bilər  [9].  Virtual  səyahətə  çıxmaq  üçün  lazımlı  olan  yalnız  bir 
kompüter və İnternet əlaqəsidir. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  75 
WWW  sürətlə  böyüməkdədir.  İnternetdə  müxtəlif  xidmətlər  üzərindən  haradasa 
sərhədsiz  deyilə  biləcək  böyüklükdə  məlumat  vardır.  1998-ci  ildə  26  milyon  səhifə  ilə 
məhdudlaşan  veb  dünyası,  2000-ci  ildə  milyarda  çatmış  bu  gün  isə  1  trilyon  səhifə 
indekslənmişdir.  Bu  səbəblə,  axtarılan  məlumatı  tapmaq  getdikcə  çətinləşməkdədir.  Bu 
həqiqət qarşısında ağla gələn ilk sual isə bu qədər məlumat arasından doğru, bir başqa sözlə 
məqsədəuyğun  məlumatın  necə  əldə  edilə  biləcəyidir.  Müxtəlif  qurumlar  və  firmalar 
tərəfindən inkişaf etdirilmiş və hər kəsin istifadəsinə açıq olan axtarış vasitələri, bu işi bizlər 
üçün asanlaşdırıb məlumatı tapmaqda kömək etməkdədir. 
Müəyyən  bir  nizamı,  mündəricat hissəsini  və  indeksi olmayan, çox qalın  bir kitabda 
axtarılan mövzu ilə əlaqədar məlumat əldə etmək nə qədər güc və zaman tələb edirsə, axtarış 
vasitələri olmadan  WWW üzərində  informasiya əldə  etmək  bir o qədər güc  və zaman tələb 
edir.  Axtarış  vasitələri,  ehtiyac  duyulan  məlumatı,  İnternetdəki  qaynaqları  daranaraq  yığıb 
təşkil edən və təsnif edərək təqdim edən vasitələrdir. 
WWW, öyrənməyi və öyrətməyi daha cazibədar hala gətirmişdir. Məlumat əldə etmək 
və paylaşmaq üçün WWW-i istifadə edə bilərik. Bu, Atatürklə, Heydər Əliyev ilə əlaqədar bir 
məlumat ola  biləcəyi kimi  Louvre  muzeyinin açılış/bağlanış saatları  ilə,  ya da  hər  hansı  bir 
məktəbin tarixçəsi ilə də əlaqədar ola bilər. Şagirdlər, aktual bir hadisəni, bir təcrübəni izləyə 
biləcəyi kimi keçmişə səyahət edə bilər, ya da bir muzeyi gəzə bilər. 
WWW,  ənənəvi  sinif  materiallarını  (yazılı/vizual/audio)  tamamlayan  əhəmiyyətli  bir 
qaynaqdır.  Bu  gün,  ümumiyyətlə  məktəblərin  böyük  çətinliyi,  büdcə  əskikliyi  səbəbi  ilə 
lazımlı və kifayət qədər qaynaq əldə edə bilməməkləridir. WWW ilə bu çətinlik bir az da olsa 
aradan qaldırıla bilər. 
Müəllimlər  olaraq  WWW-i  siniflərimizdə  necə  səmərəli  istifadə  edə  biləcəyimizi 
bilsək, bunları necə tətbiq edəcəyimizə də asanlıqla qərar verə bilərik. 
WWW SİNİFLƏRİMİZƏ NƏLƏR TƏQDİM EDƏR? 
Sinfimizdə  hər  gün  bir  çox  mövzuda  qərar  vermək  vəziyyətində  qala  bilərik.  "Bu  iş 
üçün  şagirdləri  qruplara  bölə  bilərəmmi?",  "Burada  hansı  metod  daha  səmərəli  olar?",  "Bu 
mövzu  ilə  əlaqədar  bir  video  filmi  tapa  bilərəmmi?",  "Bu  mövzu  ilə  əlaqədar  hansı  növ 
tapşırıqlar hazırlamalıyam?", "Şagirdləri necə motivasiya edə bilərəm?" 
Bu  prosesdəki  əsas  məqsəd  səmərəli  öyrənməni  təmin  etməkdir.  Öyrənmə  mühitləri 
isə, təhsil  prosesini zənginləşdirmək, şagirdləri  motivə  edərək onlar üçün öyrənmə  mühitini 
daha anlaşılan hala gətirmək, ya da daha yaxşı öyrənmələrini təmin etməkdir. Bu müddətdə 
bir çox vasitədən faydalana bilərik. Bunlardan bəziləri daha sadə və daha etibarlı (yazıtaxtası 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
76 
və  tabaşir  kimi),  bəziləri  isə  daha  kompleksdir  (İnternet  kimi).  Bunlar  öyrənmə  mühitini 
rəngləndirmək  üçün  istifadə  edə  biləcəyimiz  vasitələrdir.  Veb  səhifələrinin  planlaşdırılması, 
seçilməsi  və  istifadə edilməsinin proqramınızda  yer verdiyimiz digər  fəaliyyətlərdən heç bir 
fərqi yoxdur. Yaxşı bir planlaşdırma ilə veb üzərindən əldə etdiyimiz məlumatı siniflərimizdə 
istifadə  edə  bilərik.  Ancaq  hədəflərimizi,  hansı  üsul  və  texnikaları  istifadə  edəcəyimizi,  bu 
hədəflərə  hansı  vasitə  və  vəsaitləri  istifadə  edərək  çata  biləcəyimizi,  zamanı  necə  istifadə 
edəcəyimizi təyin etməmiz və planlaşdırmamız lazımdır. 
Veb  səhifələri  uyğun  şərtlərdə  istifadə  etdiyimiz  təqdirdə  təhsil  prosesini 
zənginləşdirəcək,  daha  qısa  müddətdə  daha  çox  qaynaq  əldə  etməyimizi  təmin  edəcək,  edə 
biləcəklərimizin  sərhədlərini  genişləndirə  biləcək  bir  vasitədir.  WWW,  siniflərimizin 
divarlarını  ortadan  qaldıraraq,  bizlərin  zaman,  məkan  və  yer  asılılığı  olmadan  dünyanın  hər 
yerindən informasiya əldə etməyimizə imkan verir [8]. 
WWW şagirdlər üçün: 
-
 
İnformasiya əldə etmə bacarıqlarını inkişaf etdirəcəkləri; 
-
 
Veb layihələri meydana gətirəcəkləri; 
-
 
Veb layihələrində iştirak edə biləcəkləri; 
-
 
Tədqiqatları üçün informasiya əldə edə biləcəkləri; 
-
 
İnformasiyanı ilk mənbədən əldə edə biləcəkləri; 
-
 
Bir mövzu üzərində fərqli fikirləri tapa biləcəkləri bir qaynaqdır. 
Biz müəllimlər üçün isə: 
-
 
Həmkarlarımızın hazırladıqları dərs planlarını əldə edə biləcəyimiz; 
-
 
Həmkarlarımızla əməkdaşlıq edə biləcəyimiz; 
-
 
Peşə inkişafımız üçün müxtəlif imkanlarından faydalana biləcəyimiz; 
-
 
Ehtiyacımız olan informasiyadan faydalana biləcəyimiz bir qaynaqdır; 
-
 
Daha əvvəl də qeyd edildiyi kimi çağımızın ehtiyacı olan insan profili dəyişmişdir. 
Şagirdlərin;  tənqidi  düşünmə,  informasiya  yığını  arasından ehtiyacı olan  informasiyanı  seçə 
və istifadə edə bilmə bacarıqlarına sahib olması lazımdır. 
WWW-ni: 
-
 
Şagird mərkəzli təhsil; 
-
 
Layihə əsaslı öyrənmə; 
-
 
Əməkdaşlığa söykənən öyrənmə; 
-
 
Qrup  çalışması  kimi  bacarıqların  qazandırılmasında  səmərəli  bir  vasitə  olaraq 
istifadə edə bilərik [8]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə