Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
64 
reallaşdırılması,  elektron  kitabxanaların  və  elektron  kataloqların  yaradılması,  onların  tədris 
prosesində istifadəsi kimi yeni imkanlar və istiqamətlər yaranır. 
Təhsilin  informasiyalaşdırılması  –  tədris  prosesinin  informasiya  ilə  təmin  edilməsi, 
elmi  işçilərə,  müəllim  və  tələbələrə  səmərəli  informasiya  dəstəyinin  göstərilməsi  məqsədini 
güdür, cəmiyyətin elm və təhsil potensialının inkişafına yönəlmişdir. Ona görə də müasir ali 
təhsil  müəssisələrində  tədris  prosesində  kompyuterlərin,  ixtisaslaşdırılmış  öyrədici 
proqramların  istifadəsi,  testlərin  və  laboratoriya  işlərinin  keçirilməsi  üçün  müvafiq  proqram 
təminatının  işlənib  hazırlanması  və  tətbiqi,  kafedra  və  fakültələrdə  elektron  tədris 
materiallarının,  elektron  kitabxana  fondlarının  və  elektron  kataloqlarının  yaradılması  günün 
tələbidir.  
Reallaşdırılması,  təyinatı  və  tədris  prosesində  istifadəsi  baxımından  elektron  tədris 
materiallarını üç kateqoriyaya bölmək olar: 
-
 
ali təhsil müəssisələri daxilində ayrı-ayrı ixtisaslar üzrə yaradılan, müvafiq fakültə 
və  kafedralar  səviyyəsində  lokal  (daxili)  istifadə  edilən  ixtisaslaşdırılmış  elektron  tədris 
materialları; 
-
 
ali  təhsil  müəssisələri  səviyyəsində  bir  çox  fakültə  və  kafedraların  iştirakı  ilə 
yaradılan, müxtəlif fakültə və kafedralar (o cümlədən digər ali təhsil müəssisələri) tərəfindən 
istifadə edilən elektron tədris materialları; 
-
 
müxtəlif  ali  təhsil  müəssisələrinin  birgə  iştirakı    ilə  yaradılan,  əksər  ali  təhsil 
müəssisələri  tərəfindən  istifadə  oluna  biləcək  ümumrespublika  səviyyəli  ümumi  təyinatlı 
elektron tədris fondları. 
Təhsilin  informasiya  təminatı  sistemləri  istifadəçilərə,  o  cümlədən  tələbələrə, 
müəllimlərə və s. aşağıda imkanları təqdim edir:  
-
 
Axtarış vasitələri. Yeni texnologiyaların köməyi ilə universitetlərin elektron tədris 
fondlarından  və  elektron  kitabxanalardan,  eləcə  də  İnternetin  informasiya  fəzasından  lazımi 
tədris,  tədris-metodiki,  elmi,  texniki  və  s.  informasiyanın  axtarılması  üsulları  və  vasitələri 
reallaşdırılır.  
-
 
Elektron  kataloq.  Kompyuter  texnikasının  bazasında  reallaşdırılır  və  müəyyən 
rekvizitlərə görə lazım olan tədris materiallarını axtarıb tapmağa imkan verir. 
-
 
Web-texnologiya.  Tədris  materiallarının  istifadəsi  zamanı  başlıqlar,  fəsillər, 
paraqraflar,  terminlər,  açar  sözlər  və  s.  üzrə  avtomatik  keçidləri  və  qeyri-xətti  naviqasiyanı 
təmin edir.  


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  65 
-
 
Audio  və video informasiyanın istifadəsi. Multimediya texnologiyasının  istifadəsi 
audio  və  video  fraqmentlərin,  şəkillərin,  animasiyaların,  təqdimatların  və  digər  növ 
informasiyanın elektron tədris sənədlərinə daxil edilməsini təmin edir. 
-
 
Dəyişikliklərin  operativliyi.  Xüsusi  çətinlik  və  əlavə  xərclər  olmadan  tədris 
materiallarında  operativ  dəyişikliklər  aparmaq  mümkündür.  Bu  zaman  istifadəçilər  daim 
materialların sonuncu redaktə olunmuş yeganə aktual surətindən istifadə edirlər.  
-
 
Şəxsi  nişan  və  qeydlər.  Tədris  materiallarının  istifadəsi  zamanı  istifadəçilər 
sənədlərdə şəxsi nişanlar qoya (yeri nişanlaya) və qeydlər apara bilirlər.  
-
 
Sənədlərdə  şəxsi  stil.  Tədris  materiallarının  istifadəsi  zamanı  sənədlərin  stillərini 
(şriftin və ya şəklin ölçüsünün böyüdülməsi, fonun və ya şriftin rənginin dəyişdirilməsi və s.) 
seçmək imkanına malik olurlar.  
-
 
Sənədlərin  tirajı.  Bir  nüsxədə  olan  tədris  sənədləri  çoxlu  sayda  istifadəçi 
tərəfindən eyni zamanda istifadə edilə bilir.  
İnternet xidmətlərinin tədris prosesində istifadəsi təhsilin səviyyəsinin və keyfiyyətinin 
artırılmasına,  universitetlər  və  elmi-tədqiqat  institutları  arasında  qarşılıqlı  əlaqələrin 
genişlənməsinə bilavasitə yardım edir, müəllimlərə və tələbələrə xarici ölkələrin informasiya 
sistemlərindən, məlumat bazalarından və banklarından, kitabxanalarından, dövri nəşrlərindən 
istifadə etmək, xarici  həmkarlarla  işgüzar əlaqələr saxlamaq  və təcrübə  mübadiləsi aparmaq 
imkanı verir. Tədris materiallarının universallığını və beynəlxalq aləmdə olan digər elektron 
tədris fondlarına inteqrasiyasını təmin etmək məqsədilə bu materialların hazırlanması zamanı 
mövcud standartlara riayət olunması tələb kimi qoyulur.  
ELEKTRON KİTABXANALAR 
Müasir  təhsil  müəssisələrinin  əsas  atributlarından  biri  olan  elektron  kitabxana 
texnologiyası ötən əsrin 80-ci və 90-cı illərindən formalaşmağa başlamışdır. Həmin dövrlərdə 
müxtəlif  növ,  o  cümlədən  mətn  tipli  informasiyanı  özündə  saxlayan  nəhəng  informasiya 
massivlərinin  yaradılmasına,  məlumatların  etibarlı  saxlanmasına,  operativ  emalına  və 
səmərəli istifadəsinə imkan verən İKT-nin meydana gəlməsi buna təkan vermişdir. Çox vaxt 
“elektron kitabxana" anlayışı ilə yanaşı sinonim kimi "rəqəmsal kitabxana" (digital library) və 
"virtual kitabxana" (virtual library) anlayışlarından da istifadə olunur.  
Elektron informasiya resurslarının yaradılması və saxlanması, informasiyanın İnternet 
vasitəsilə,  habelə  rəqəmsal  informasiya  daşıyıcılarında  (disklərdə,  disket-lərdə  və  CD-
disklərdə)  əldə  olunması  electron  kitabxana  fondunu  kəskin  surətdə  genişləndirməyə  imkan 
verir. Elektron kitabxana fonduna giriş, ondan istifadə daha rahat və asandır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə