Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   27   28   29   30   31   32   33   34   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
68 
layihələrinə rəhbərlik etmək  və s. kimi  funksiyaları  yerinə  yetirmək  imkanı qazanır. Distant 
təhsildə  müəllimi  çox  vaxt  "tyutor"  adlandırırlar.  O,  təhsil  alanlarla  qarşılıqlı  əlaqəni  rabitə 
sistemlərinin, kompyuter şəbəkələrinin, İnternet xidmətlərinin, o cümlədən elektron poçtunun 
və s. köməyi ilə, əsasən, asinxron (of-line) şəkildə həyata keçirir.  
Təhsil alanın yeni rolu. Distant təhsil sistemində təhsil almaq və onu müvəffəqiyyətlə 
başa  vurmaq  üçün  təhsil  alandan  özünütəşkiletmə,  əməksevərlik  və  müəyyən  ilkin  təhsil 
səviyyəsi tələb olunur.  
Distant  təhsilin  tədris  və  metodiki  bazasının  əsas  hissəsini  özündə  elektron  tədris-
metodiki  fondu,  elektron  kataloqları,  elektron  kitabxanaları  və  s.  birləşdirən  virtual 
informasiya-təhsil  mühiti  təşkil  edir.  İKT-nin,  o  cümlədən  İnternetin  bazasında  belə  virtual 
informasiya-təhsil  mühitinin  yaradılması  distant  təhsilin  əsasını  təşkil  edir.  Ona  görə  də 
İnternet  vasitəsi  ilə  əldə  oluna  bilən  elektron  mühazirələr,  laboratoriya  işləri,  seminar 
tapşırıqları, eləcə də onların yerinə yetirilməsi üçün metodiki göstərişlər və s. olmadan distant 
təhsili həyata keçirmək mümkün deyil. 
Bu  mənada  tədris  prosesinin  elektron  tədris  materialları  ilə  təchiz  olunması,  habelə 
təhsil  alanların  bu  tədris  materiallarından  istifadə  etmək,  müəllimlərlə  ünsiyyət  yaratmaq, 
məsləhətlər  almaq,  yoxlama  və  laboratoriya  tapşırıqlarını  yerinə  yetirmək  və  s.  imkanları 
yaradan  proqram-texniki  vasitələrlə  effektiv  təmin  edilməsi  üçün  paylanmış  informasiya 
sisteminin yaradılması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir.  
 
ƏDƏBİYYAT 
1.
 
Abbasov  Ə.M.,  Qasımov  V.Ə.,  Quliyeva  A.Ç.  Kitabxana-informasiya  sistemlərində  informasiya 
axtarışının təşkili. //  AMEA-nın xəbərləri. Fiziki-texniki və riyazi elmlər seriyası. XXI cild. İnformatikanın və 
idarəetmənin problemləri. №3. 2003. Səh.3-10.  
2.
 
Qasımov  V.Ə.  Elm  və  təhsilin  informasiya  təminatı  sistemləri.  Monoqrafiya.  Bakı:  Elm,  2005,   
116 s. 
3.
 
Алгулиев Р., Алиев Э. Беспроводные технологии для исследовательских и образовательных 
сообществ в Азербайджане. AzRENA. 2002. http://www.azrena.org. 
4.
 
Алиев Э. AzRENA и научно-образовательная сеть Азербайджана: состояние и перспективы 
развития. AzRENA. 2002. http://www.azrena.org. 
5.
 
Гусев. В.Ф., Залялов Р.Г., Дьячков В.В. Система концепций информационного пространства. 
// Труды  Международной  Академии  Связи.  (Приложение  к  журналу  «Электросвязь»).  №1(25).  Москва. 
2003. стр.2-7. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  69 
6.
 
Касумов В.А. Поисковые механизмы библиотечно-информационных систем İnternet. // VI 
Международная  конференция  Крым-2000.  Судак.  Автономная  Республика  Крым.  3-11  июня  2000. 
стр.240-244. 
7.
 
Касумов  В.А.  Создание  цифровой  библиотеки  для  университетов  на  базе  Internet-
технологий.  //  Республиканская  научно-практическая  конферен-ция  по  проблемам  заочного  и 
дистанционного образования. Баку.17 мая 2001 г. стр.29-34.  
8.
 
Касумов  В.A.  Создание  эффективных  структур  распределенных  компьютерных  сетей.  // 
Отчет о НИР ИТНЦ АНА. № гос.рег. 0100Az00036, инв. №0200Az00183. АзНИИНТИ. Баку. 1999. 22 с. 
9.
 
"Kitab.org - Electron Китабхана Шябякяси". Inter-net sайт – http://www.kitab.org. 
10.
 
Пантелеев Е.Р., Ковшова И.А., Малков И.В., Пекунов  В.В., Первовский М.А., Юдельсон 
М.В.  Среда  разработки  программ  дистанционного  обучения  Гипертест:  интрументальные  средства.  // 
Информационные технологии. №8. 2001. стр.34-40. 
11.
 
Роберт  И.В.  Современные  информационные  технологии  в  образовании.  -  М.:  Школа-
Пресс. 1994. 205 с. 
12.
 
Романова  Е. В.,  Романов  М.В.,  Некрестьянов  И.С.  Использование  интеллектуальных 
сетевых роботов для построения тематических коллекций. // Программирование. 2000. №3. стр.63-71.  
13.
 
Шрайберг  Я.Л.  Основные  положения  и  принципы  разработки  автоматизированных 
библиотечно-информационных систем и сетей. -М.: ГПНТБ России, 2000. 130 с.  
14.
 
Gasimov V.A. The informatization of educational process by means of information technology. 
//  Proceeding  of  WISTCIS  Workshop  "E-working,  distant  training,  environmental  monitoring:  new 
opportunities". Baku. 13-14 Dec. 2001. Pp. 64-66.  
15.
 
Gasimov  V.,  Gasimova  K.  Education  on  base  of  the  Internet  technologies  in  Azerbaijan.  // 
Proceedings  of  the  1
st
  International  Conference  on  Informatics  –  ICI  2004.  Izmir.  Turkey.  01-04  September 
2004. p.29. Məqalənin tam mətninin elektron versiyası (8 səh.) nəşr olunmuşdur. 
16.
 
Schatz B.R. Information retrieval in digital libraries: Bringing search to the net. // Science. 1997. 
275. №5298. p.327-334.  
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
70 
DÜNYANI BÜRÜYƏN ŞƏBƏKƏ – WWW’nin TƏLİM-TƏDRİS PROSESİNDƏ 
İSTİFADƏSİ 
 
Prof. Dr. Buket Akkoyunlu 
Hacettepe Universiteti Pedaqoji Fakültəsi 
 
Prof. Dr. Ayhan Yılmaz 
Hacettepe Universitesi Pedaqoji Fakültəsi 
 
XÜLASƏ 
Texnologiyanın  günlük  həyatda  istifadəsinin  sürətlə  artması  ilə  kompüter  və  İnternet 
həyatımızın  bir  parçası  olmuş  və  çox  erkən  yaşlarda  istifadə  edilməyə  başlanılmışdır.  İnternet 
həyatımıza  bir  çox  yeni  xidmətlərlə  daxil  olmuşdur.  Mövzunun  əhəmiyyəti,  21-ci  əsrdə  müəllim  və 
şagirdlərin rolu nəzərə alınaraq bu işdə WWW-nin təlim tədrisi prosesində istifadəsi şərh edilmişdir. 
Açar sözlər: İnternet, şagirdlər, müəllimlər. 
 
GİRİŞ 
21-ci  əsrin  ehtiyacları  nəzərə  alındığında  təhsil  anlayışının  dəyişdiyi,  təhsili  yığılmış 
informasiyanın  axtarılmasından  çox  informasiyanı  əldə  etmə  və  ondan  istifadə  bacarıqları 
qazandırmanın  ölçüsünün  ön  plana  çıxdığı  görünür  [1].  Müasir  informasiya  cəmiyyətində 
yaşamaq üçün həm şagirdin, həmdə müəllimin rolu dəyişmişdir. 
ŞAGİRDİN DƏYİŞƏN ROLU 
İnformasiya  cəmiyyətində  informasiyanı  əldə  edə  bilən,  əldə  etdiyi  informasiyanı 
istifadə edə bilən, informasiya emal edə bilən və informasiyanı paylaşa bilən cəmiyyət və ya 
fərdlər güclü olaraq qəbul edilməkdədir. Cəmiyyətin ehtiyac duyduğu insan faktoru dəyişmiş, 
fərqli xüsusiyyətə sahib olmuşdur. 
[2,  3].  Elm  və  texnologiyadakı  inkişaf  informasiya  cəmiyyətinin  tələb  etdiyi  insan 
gücü profilini müəyyən edən əsas faktorlar olmuşdur. 
Müasir  dövrdə  təhsilin  artıq  məktəblərlə  məhdudlaşmadığı  məlumdur.  “Ömür  boyu 
öyrənmə”, “zaman və məkandan asılı olmadan öyrənmə” kimi anlayışlar ön plana çıxmışdır. 
Bu  hal  cəmiyyətlərin  və  təhsil  sistemlərinin  fərdlərin  ehtiyaclarını  yenidən  sorğulamalarına 
səbəb  olmuşdur.  Çünki,  müasir  cəmiyyətlər  ömür  boyu  öyrənmə  qabiliyyətlərinə  sahib 
fərdlərə  ehtiyac  duymaqdadır.  “Öyrənməyi  öyrənmə”  təməl  bacarığının  şagirdlərə 
qazandırılmasında  müxtəlif  mənbələrdən  informasiya  əldə  etmə,  informasiyanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə