METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
94
prinsipial fərqli cəhətləri də vardır. Bütün oyunlar, bu və ya digər şəkildə iştirakçılara öz təsiri
ilə üç əsas məsələni həll edir:
-
tərbiyəvi;
-
maarifləndirmə;
-
əyləncə.
Lakin oyunların funksiyaları arasında dəqiq sərhədlər çəkmək mümkün deyildir. Hər
bir oyun nəyi isə öyrədir, oyunçularda xüsusi keyfiyyətlər tərbiyə edir və eyni zamanda
əyləncəli məqsədə çatmağı təmin edir (işgüzar oyunlardan başqa).
Öyrədici və məşqetdirici oyunlar daha ciddi oyunlardır. Adından da göründüyü kimi,
bu oyunlar əslində təlimin oyun formasında (yəni, sadə, əyani, canlı, praktiki və əyləncəli
şəkildə) verilməsidir. Hətta hər hansı bir tapşırığın da oyun formasında yerinə yetirilməsi
təlim alan şəxsi yormur, əksinə, daha da həvəsləndirir. Beləliklə, öyrədici və məşqetdirici
oyunların əsas məqsədi – müəyyən biliyin və ya faydalı vərdişlərin əldə edilməsinə nail
olmaqdır [2].
TƏŞKİLATİ OYUNLAR
Təşkilati-fəaliyyət oyunları (TFO) problemin həllinə yönəlmiş kollektiv zehni
fəaliyyətin xüsusi təşkili forması və stimullaşdırma metodu kimi 80-ci ilərdə meydana gəlmiş
və yaradıcılıq məsələlərinin həlli sahəsində olduğu kimi, həmçinin intellektual idarəetmə
sistemlərində də geniş yayılmışdır.
TFO “klassik” variantda müəssisə və təşkilatların həqiqi şəraitdə mürəkkəb texniki,
təşkilati və idarəetmə problemlərinin optimal həllərinin kollektiv tapılması kimi istifadə edilir.
TFO-nun mahiyyəti ondan ibarətdir ki, bu onun gedişatında qoyulmuş və ya şərh edilmiş
problemin həllindən ibarət olan “oyun məhsulunun” – mətnin yaradılmasına istiqamətlənmiş
müxtəlif növ kollektiv, qrup, mikroqrup fəaliyyətlərinin məntiqi əsaslanmış əvəzlənməsini
təmin edən qarşılıqlı əlaqədə olan metodika və texnikalar (mütəfəkkir- intellektual, ictimai-
psixoloji və s.) kompleksindən ibarətdir. Problemin həlli elə bu oyunun mövzusunu təşkil
edir.
Təşkilati-öyrədici oyunlar (TÖO) yaşlı insanların peşəkar təhsili və ümumi ictimai
inkişafı problemlərini şəxsiyyətin inkişafını təmin edən və insanda ətraf gerçəkliyə olan
münasibəti dəyişdirən tədqiqati və yaradıcılıq qabiliyyətləri formalaşdıran vasitə və
metodlarla həll edir.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
95
Yaşlıların təlimi inkişafetdirici təlim prinsiplərinin həyata keçirilməsi ilə səmərəli ola
bilər. Bu o deməkdir ki, təlim prosesi yalnız bilikləri çatdırmaqla kifayətlənməməli, eyni
zamanda şəxsiyyətin inkişafını idarə etmə prosesi olmalıdır.
İŞGÜZAR OYUNLAR
Son zamanlar işgüzar oyunlar müxtəlif sahələrdə: əsasən iqtisadiyyat və siyasət,
həmçinin sosiologiya, ekologiya, şəhər planlaşdırılması, tarix və s. geniş tətbiq olunur.
İşgüzar və ya təqlidedici oyunlar uyğun sahələrdə mütəxəssislərin hazırlanması, həmçinin
tədqiqat, proqnoz, nəzərdə tutulan yeniliklərin təsdiq edilməsi kimi məsələlərin həlli üçün
istifadə edilir.
Bu metodu şərh etmək üçün müxtəlif terminlərə rast gəlinir. Adətən əgər oyun
iqtisadçılar tərəfindən aparılırsa, onda o işgüzar oyun (business game), bəzən idarəedici
(managment game) və ya əməliyyat adlandırılır. Siyasət sahəsində, şəhər planlaşdırılmasında,
bir qayda olaraq, “təqlidedici oyun” (simulation game) termini istifadə edilir. “Təqlidedici
oyun” termininin istifadə edilməsi bu metodun əhəmiyyətli xarakteristikalarının seçilməsi ilə
bağlıdır. Təqlidedici oyun real həyatdan götürülmüş müəyyən şəraitlərə əsaslanır və
sadələşdirilmiş gerçəkliyin dinamik modelidir. Yəni, işgüzar oyunun əsasında oyun
iştirakçılarının fəaliyyətləri ilə həyata keçirilən immitasiya modeli durur. Onlar özlərinə
inzibati işçilər və ya siyasi xadimlər rolunu götürürlər və oyunun məzmunundan asılı olaraq
bu təsərrüfat, idarəetmə və ya siyasi şəraiti oynayırlar.
İşgüzar və ya təqlideici oyunların fərqli əlamətləri təqlidedici modelin nə təşkilati-
fəaliyyətdə, nə də rollu oyunda qurulmamasıdır.
ROLLU OYUNLAR
Rollu oyunlar (RO) olduqca çoxmənalıdır. Milli psixoloji baxışlara uyğun olaraq rollu
oyunlar uşaq oyununun inkişafının yüksək forması sayılır. O öz çiçəklənmə dövrünə
məktəbəqədər dövrdə başlayır, bu dövrdə aparıcı fəaliyyət kimi çıxış edir, sonra isə öz aparıcı
rolunu təhsilə verir və bir daha gələcək inkişafın sərbəst hərəkətverici qüvvəsi kimi baxılmır.
Rollu oyunlarda şagirdlər rola girərək öz duyğu və düşüncələrini daha rahat ifadə etmə imkanı
əldə edirlər. Başqaları ilə daha rahat əlaqə qurma bacarıqlarını inkişaf etdirirlər. Rollu oyunlar
şagirdləri müəyyən mövzularda tədqiqat aparmağa və birgə işləməyə sövq edir [4].
Bəs daha yuxarı yaşlardakı uşaqların rollu oyunlarına (həmçinin yaşlıların oyunlarına)
necə münasibət bəsləməli? RO-nun təsnifatını müxtəlif əlamətlərinə görə aparmaq olar. RO
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
96
onların yaradılma üsullarına, keçirilmə yerlərinə, mürəkkəblik səviyyələrinə, zaman və ya
məqsəd əlamətinə görə siniflərə bölünürlər. Hətta sadə RO-nun aparılması üçün təşkilatçının
onun müəyyən təsnifati əlamətlərini müəyyənləşdirməsi lazımdır.
MƏHƏLLİ ƏLAMƏTLƏR
1.
Masa RO - Bu cür oyunların əksəriyyətində hazırlıqlı aparıcının olması nəzərdə
tutulur, oyunçuların ilkin hazırlanması vacib deyildir;
2.
Pavilyonlu RO - Bu cür oyunlar otaq şəraitində aparılır, ərazi və proseslərin
ölçüsünə görə modelləşdirilməsinə istiqamətlənir. Bu oyunlar üçün oyunun aparıcı,
nizamlayıcı gedişatının olması lazımdır;
3.
Məkana görə RO – Bu oyunlar onların texniki tələblərinə görə daha mürəkkəbdir,
əsasən də onlar bir necə gün ərzində aparılarsa və nəqliyyat və məişət problemlərinin həllini
tələb edərsə. Bir qayda olaraq, yerlərdə RO aparmaq üçün şərait elementi, iştirakçılar üçün
kostyumlar, oyun və səyahət təchizatları lazımdır. İri həcmli RO-nun aparılması üçün
əvvəlcədən tədbirin keçirilməsinə hazırlaşan və iştirakçıların hazırlanmasını təşkil edən
hazırlıqlı oyun-texniklərin və idarəçi qrupların olması lazımdır.
MÜRƏKKƏBLİK SƏVİYYƏSİ
1.
Hərbi oyunlar - Əsasən hərbi strateji xarakter daşıyan oyunlardır;
2.
Nağıl oyunları - Bu, nağıl və cadugər personajlarının olduğu oyunlardır;
3.
Tarixi-etnoqrafik oyunlar – Bu cür oyunlar həm tarixi hadisələrin, həm də ədəbi
əsərlərin mövzusuna və ya təşkilatçıların xüsusi hazırladıqları mövzuya əsasən aparıla bilər.
Tarixi, xüsusilə də tarixi-etnoqrafik oyunlar, oyun üçün seçilmiş əfsanənin ətraflı
hazırlanmasını, siyasi, iqtisadi, mənəvi mühit, maddi mənəvi elementlərin və həyatın digər
sahələrinin modelləşdirilməsini tələb edir;
4.
İnformasiya oyunları – Bu oyunlar daha sakit oyun sinifləridir. Onun
iştirakçılarının imkanları fəal oyun fəaliyyətlərinin seçilməsində məhdudlaşdırılır. Bu cür
oyunların digər adı – intellektual oyunlardır, belə ki, oyun məsələləri siyasi, iqtisadi,
fövqalədə təsir vasitələrilə həll edilir. İntellektual oyunların hazırlanması zamanı iştirakçı və
oyun-texniklərin müxtəliv istiqamətdə (nəzəri, teatral, psixoloji) hazırlanması lazımdır.
Dostları ilə paylaş: |