METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
103
Burada müasir təlim metodları dedikdə əsasən informasiya teхnologiyalarının tətbiqi keçirilən
dərslərdə tətbiq olunan metodlar nəzərdə tutulur. Bu cür dərslərin özləri də müхtəlif
kateqoriyalıdır. Hər bir dərsin хarakterini müəllim əvvəlcədən müəyyən etməli, ona uyğun
informasiya teхnologiyalarından istifadə üçün material seçməlidir.
Şəkil.1. Tədris materialının quruluşu
Yeni kurrikulumun konsepsiyasına görə, təhsil sistemində şagird nailiyyətinin
qiymətləndirilməsi təhsil məqsədlərinə uyğun, etibarlı, obyektiv qiymətləndirmə
vasitələrindən istifadə etməklə monitorinqin keçirilməsidir. Başqa sözlə, təhsilin keyfiyyətinin
və nəticələrinin müəyyənləşdirmək üçün şagirdlərin cari biliklərinə, bu biliklərə yiyələnmə
tərzinə və onlardan istifadə etmək bacarığına aid materialın əldə olunması prosesidir.
Tədris materialı
Nəzər
Praktiki
Biliyiə nəzarət və düzəliş
Yeni materialla tanışlıq dərsi
Qanun və qaydalar quran, yeni
anlayışlar verən dərs
Giriş dərsi
mühazirə dərsi
Ekskursiya dərsi
məsləhət dərsi
Öyrən. material. möhkəm. dərsi
Biliklərin ümumil. və sistemləş. dərsi.
məşqetdirici dərs
Praktik хarakterli dərs
Ənənəvi dərs
işgüzar oyunlarala dərs
bilik və bacarıqların yoхlanması və səhvlərin
düzəldilməsi dərsi
Bilik və bacarıqların tətbiq olunduğu
dərs
məqbulla qiymətləndirilən dərs
fərdiləşdirlmiş dərs
Yoхlama və testləşdirmə dərsi
....
...
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
104
Fikrimcə, informasiya teхnologiyalarından istifadə üçün şəkil 1-də göstərildiyi kimi
sхem üzrə materialın təşkilini qurmaq olar:
Tədris işinin dərs şəklində təşkilinin əsas cəhətlərini aşağıdakı kimi əsaslandırmaq
olar:
-
Yaş həddi və hazırlıq səviyyələri eyni olan şagirdlərin daimi tərkibi təхmini
bərabər olmalıdır;
-
Sinif,ixtisar istiqamətinin öz illik planına əsasən işləyir
-
Tədris prosesi, bir-biri ilə ayrı-ayrı qarşılıqlı əlaqəli, ardicil dərslər şəklində həyata
keçirilir;
-
Hər bir dərs yalnız bir fənnə həsr olunur;
-
Dərslərin daimi yerdəyişməsi ilə həyata keçirilir (cədvəl);
-
Müəllimin rəhbər rolu olmalıdır;
-
Şagirdlərə dərk etmə fəaliyyətinin müxtəlif formaları və növləri tətbiq olunmalıdır.
Dərs mənaca tamamlanmış və tədris prosesinin təşkilatı cəhətdən müvəqqəti bir
parçasıdır. Məktəb hazırlığının ümumi keyfiyyəti ayrı-ayrı məşğələlərin keyfiyyətindən
asılıdır. Ona görə də belə dərs texnologiyalarının yaradılması və həyata keçırlməsi üçün elə
daimi axtarışlar aparılır ki, onlar mövcud şagird kontingenti ilə təhsil müəssələrinin qısa
müddətdə və səmərəli inkişafına imkan yaratsınlar.
Bilirik ki, riyyaziyyatın və eləcə də həndəsənin tədrisi üçün ayrılmış saatların sayı isə
kifayət qədər məhduddur. Ona görə də şagirdlərin bir hissəsi əsasən riyazi təhsilini bu illərdə
başa vurduğundan onlar üçün tədris materialının təşkilində yeni yanaşmaya ehtiyac vardır. Elə
etmək lazımdır ki, onlar indi aldıqlarından da daha geniş riyazi bilik ala bilsinlər.
İnformasiya texnologiyalarından istifadə olunan dərslərin quruluşu sosial sifarişlərlə
təyin olunan, şagirdin şəxsi tələbatlarından, təhsilin məqsəd və vəzifələrindən, təhsil
prosesinin prinsip və qanunauyğunluqlarından irəli gələn tələblərə əsasən qurulur.
Bizim fikrimizcə, kompüter təlim vasitəsi kimi çıxış etdiyi riyyaziyyat dərsinin
təşkilinə olan təlabatı, aşağıdakı kimi göstərmək olar:
1.
Qabaqcıl pedoqoji praktikaya əsasən dərsin qurulması, təlim-tərbiyə prosesinin
qanunauyğunluqlarının qurulması.
2.
Dərsdə elmin ən yeni nailiyyətlərindən, müasir dialoq öyrədici proqramlarından
istifadə olunması.
3.
Dərsdə, öyrədici proqramlar üçün ssenarilərin qurulmasında, nəzərə alınması vacib
olan, bütün didaktik prinsip və qaydaların optimal həyata keçirilməsi.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
105
4.
Şagirdlərin dərk etmə fəaliyyətinin məhsuldar olması üçün lazım olan şəraitin
yaradılması.
5.
Vacib olaraq, şagirdlərin maraqları, həvəsləri və tələbatları nəzərə alınmaqla,
xüsusi qeyd edilməsi.
6.
Əvvəl öyrənilmiş bilik və bacarıqlarla əlaqə yaratmaq, şagirdlərin əldə etdikləri
ınkişaf səviyyələrinə istinad edilməsi.
7.
Tədris əsaslarının təmin olunması və təlim olunanların şəxsiyyətlərindəki bütün
sahələr üzrə inkişafların aktivləşdirilməsi.
8.
Təlim-tərbiyə fəaliyyətinin bütün mərhələlərində məntiqlik və emosionallıq
хüsusiyyətlərinin gözlənilməsi.
9.
Pedoqoji vasitələrdən istifadənin effektivliyi.
10.
Həyatla istehsal fəaliyyəti və şagirdin şəxsi təcrübəsi arasında əlaqə gözlənilməsi.
11.
Praktikada vacib olan bilik, bacarıq və vərdişlərin, təfəkkürün səmərəli üsullarının
və fəaliyyətinin formalaşması.
12.
Hər bir dərsin diqqətli diaqnostikası, proqnozlaşdırılması, layihələn-dirilməsi və
planlaşdırılması.
13.
İnformasiya texnologiyalarının məqsədyönlü istifadə olunduğu hər bir dərs üçün,
öyrədici proqramların istifadəsi və təşkil olunması üçün, ssenarilərin diqqətlə və dəqiq
yaradılması.
14.
Hər bir dərs öyrətmək, tərbiyələndirmək, inkişaf etdirmək məqsədinin əldə
edilməsinə yönəldilməlidir.
15.
Hər bir dərs, təşkili, psixoloji, idarəedici, müəllimin şagirdlərlə optimal
münasibəti, əməkdaşlıq, sanitar-qiqienik, etik və s. tələblərinə uyğun olmalıdır.
Yeni pedaqoji teхnologiyaların mahiyyət və məzmunu ilə yaхından tanışlıq, məktəb
praktikasında müхtəlif təlim teхnologiyalarının tətbiqi nəticələlərinin araşdırılması deməyə
əsas verir ki, onların ənənəvi təlim metodlarından üstünlükləri vardır.
ƏDƏBİYYAT
1.
Ə.Q.Pələngov və başq. «İnformasiya-kommunikasiya sistemlərindən tədrsi prosesində istifadə
yolları» – Bakı – AMEA–nın Mexanika-Riyaziyyat İnstitutunun Xəbərlər məcmuəsi– 2003, № 1.
2.
Бабанский Ю.К. «Школе в условиях информационного взрыва», Периспективы: Вопросы
образования. – М.: Прогресс, 1983. -№2. – с. 5-13.
3.
Мехтиев М.Г. Компьютер на уроке геометрии. – Махачкала: Издательство ДНЦ РАН, 2002 г.
-194 с.
Dostları ilə paylaş: |