METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
112
Kompüter təlim texnologiyalarının tətbiqi ilə bağlı digər tədqiqat istiqaməti elektron
təlim texnologiyaları mühitinin yaradılmasının metodoloji, texniki-texnoloji parametrlərinin
müəyyən edilməsi ilə əlaqədardır.
Məlum ki, elektron təlim texnologiyaları mühiti aşağıdakı tərkib hissələrini özündə
ehtiva edir:
-
Texniki infrastruktur;
-
İnstumental proqram vasitələri;
-
Təlimin maddi sahəsi;
-
İnstruktiv metodik vasitələr.
Öz növbəsində elektron təlim texnologiyaları mühitinin texniki-texnoloji
infrastruktunun işlənməsi, yaradılması və istismarı məsələlərinin araşdırılması xüsusi önəm
daşımaqdadır.
Bu yönümdə tədqiqatlar,başlıca olaraq tədris-təlim prosesinin telekommunikativ
sistemlərinin,təhsil müəssisəsinin vahid kompüter şəbəkəsinin yaradılması və istismarı ilə
əlaqədardır.
Təhsil müəssisəsinin vahid kompüter şəbəkəsi (TMVKŞ) özü-özlüyündə elmi-
pedaqoji fəaliyyətin İKT təminatında həlledici rol oynamaqdadır.
Bu baxımdan Təhsil müəssisəsinin Kompüter şəbəkəsinin didaktik imkanlarının
təhlili, elektron təlim texnologiyalarına dair tədqiqatlarda prioritet istiqamət kimi
səciyələndirilməkdədir.
Məlumdur ki, təhsil müəssisəsinin didaktik-pedaqoji potensialı baçlıca olaraq,
kompüter şəbəkəsi vasitəsilə həyata keçirilən təlim-tədris prosesində,biliklərin və
informasiyanın intensiv və effektiv mahiyyətə malik interaktiv rejimdə öyrənənlərə
çatdırılmasının təmin olunması ilə bağlıdır.
Belə ki, TMVKŞ-i avtomatlaşdırılmış qaydada tədris informasiya resuslarına
çıxışın,biliklərin mənimsənilməsində özünnəzarət imkanlarının realizə olunmasında effektiv
vasitə kimi dəyərləndirilir.
TMKVŞ-nin daha bir mühüm didaktik məxsusiyyəti vahid inteqrativ KS-i
çərçivəsində öyrəntikərin elektron seminarlarda kütləvi iştirakının təmin olunmasıdır.
TMKVŞ-nın yuxarıda göstərilən didaktik məxsusiyyətlərinin təhlili əsasında əldə
olunan nəticələr,effektiv tədris texnologiyaları mühitinin layihələndirilməsində və realizə
olunmasında mühüm əhəmiyyətə malikdir.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
113
Ən nəhayət pedaqoji praktikada ETT-nib realizə edilməsininn daha bir mühüm
isdiqaməti, təlim-tədris prosesinin kompüter vasitəsilə idarə olunması ilə bağlıdır.
ETT-nin təlim-tədris prosesində tətbiqi ilə bağlı bu tədqiqat yönümü nisbətən az
tədqiq olunmuş hesab oluna bilər.
Tədqiqatın əsas məqsədi, təlim-tədris prosesinin kompüter vasitəsilə idarə edilməsinin
didaktiv-pedaqoji,metodoloji və metodik xüsusiyyətlərinin araşdırılmasından ibarətdir.
Problemin həllinə dair mövcud elmi ədəbiyyatda təlim-tədris prosesinin kompüter
vasitəsilə idarə edilməsinin əsasən aşağıdakı növləri müəyyən edilmişdir.
1. Təlim-tədris prosesinin kompüter vasitəsilə birbaşa idarə edilməsi.
Baxılan halda tədris kursu üzrə öyrənilən mövzuya dair tədris tapşırığı, kompüter
vasitəsilə öyrəncilərə təqdim olunur.
Belə ki, tələbələrə yalnız mövzu üzrə tədris tapşırığına dair konkret suallar veriləcək.
Bu halda sualların öyrəncilər tərəfindən cavablandırılması, kompüterin özəl funksional
çərçivəsində realizə olunur.
Baxılan idrakı situasiyada təlim tədris prosesi öyrənilən predmet sahəsi ilə
məhdudlaşdırılır.
Burada idrakı situasiyanın digər didaktik məxsusiyyəti, tədris tapşırığı suallarının
tələbələr tərəfindən cavablandırılmasında,kompüterin aparıcı rol oynaması ilə əlaqədarır.
Göründüyü kimi, baxılan idrakı situasiyada, ənənəvi proqramlaşdırılmış təlim,
TMKVŞ halında çıxış edir. Ənənəvi proqramlaşdırılmış təlimdə olduğu kimi TMKVŞ-də
öyrədici subyekt (kompüter) aparıcı rol oynamaqdadır.
2. Təlim-tədris prosesinin vasitəli idarə edilməsi.
Baxılan idrakı situasiyada,didaktik sistemin realizə olunmasında, yuxarıda şərh olunan
birbaşa idarəetmə rejimindən fərqli olaraq,funksional korrelyasiya həyata keçirilir.
Belə ki, təlim-tədris prosesinin baxılan vasitəli idarəedilməsində, kompüter vasitəsilə,
mövzu üzrə problem tapşırığın təqdimatı həyata keçirilir.
Göründüyü kimi,bu halda didaktik problem-yanaşma prinsipi daha qabarıq şəkildə
tətbiq olunur. Baxılan halda didaktik təlim sxeminin qeyd olunan məxsusiyyəti, öyrənən
idrakı aktivliyinin artmasını şərtləndirir.
Nəticə etibarilə, tələbə, kurs üzrə problem tapşırığların mahiyyətini dərk etməklə,
tədris tapşırıqlarını müstəqil şəkildə formulə etmək imkanı əldə edir.
3. Təlim-tədris prosesinin kompüter vasitəsilə idarə dinamik idarəedilməsi.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
114
Baxılan halda təlimin kompüter dəstəyinin mahiyyəti və məzmunu, tələbənin və
kompüterin qarşılıqlı əlaqəli fəaliyyəti zəminində müəyyənləşdirilir.
Bütövlükdə, təlim-tədris prosesinin kompüter vasitəsilə dinamik idarəedilməsi halında
didaktik situasiya,təlimin bütün mərhələlərində öyrənci və kompüterin paritet funksionallığı
ilə xarakterizə olunur.
4. Təlim tədris prosesinin kompüterin idrakı- funksional tərbiqi əsasında idarə
edilməsi.
Baxılan halda tədris-tapşırığı öyrənci tərəfindən müstəqil formulə edilir.
Eyni zamanda tədris tapşırığının yerinə yetirilməsi prosesi,öyrəncinin aparıcı aktiv
fəaliyyəti çərçivəsində həyata keçirilir.
Təlim-tədris prosesinin kompüter vasitəsilə idarə edilməsinin əsas isdiqamətlərinin
qısa təhlilindən göründüyü kimi,müasir pedaqoji təcrübədə,tədrisin kompüter vasitəsilə
birbaşa idarəedilməsi daha əlyetərli və effektiv səciyyə daşıyır.
Eyni zamanda, təlim-tədris prosesinin kompüter vasitəsilə birbaşa idarəe dilməsi
halında intellektual potensialın formalaşması daha yaradıcı və sistemli xarakter kəsb edir.
Təlim-tədris prosesinin kompüter vasitəsilə idarə edilməsinin yuxarıda nəzərdən
keçirilən birbaşa və vasitəli idarə edilməsi rejimlərinin qısa xarakterikası, onların pedaqoji
praktikada funksional təyinatı ilə şərtlənir.
Baxılan nöqtəyi-nəzəri əsaslandırmaq məqsədilə tədris prosesinin kompüter vasitəsilə
idarəetmə rejimində iki oxşar mövzu üzrə aparılan dərsin müqayisəli təhlilini verən pedaqoji
məxsusi olaraq universitetlerdə bakalavr hazırlığında tədris olunan “EHM və
proqramlaşdırma ”kursunun“, alqoritm və onun xassələri, təsvir üsulları növləri”, mövzusu
üzrə aparılan dərsin,magistr hazırlığında “İnformatika elminin nmüasir “problemləri kursunun
”alqoritləşmənin və proqramlaşdırmanın konseptual əsasları” mövzusu üzə aparılan dərsin,
müvafiq olaraq, birbaşa və vasitəli idarəetmə rejimində keçirilməsinin müqayisəli təhlilini
verək.
Bakalavr hazırlığında “EHM və proqramlaşdırma kursunun müaviq mövzusu üzrə
alqoritmləşməyə dair tədris tapşırığı konkret misal üzə alqoritmik blok sxemin qurulması
şəklində formula oluna bilər”
Məxsusi olaraq, tədris tapşırığı aşağıdakı şəkildə formulə edək.
Y=3x
2
-2x+6 funksiyasının qiymətinin hesablaşmasının blok sxem üsulu ilə alqoritmini
tərtib edin:
Dostları ilə paylaş: |