Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   41   42   43   44   45   46   47   48   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  109 
İlk  əvvəl  portalın  quruluşu  haqqında  ətraflı  məlumat  vermək  lazımdır.  Portalda 
Azərbaycan  Respublikası  haqqında  məlumatlar  12  bölmədən  ibarətdir.  İlk  bölmə  Xəbərlərə 
həsr  edilmişdir.  Bu  səhifədə  respublikamızın  həyatında  baş  verən  ən  mühüm  хəbərlər  öz 
əksini  operativ  şəkildə  yeniləşdirməklə  tapır.  Ümumi  məlumat  bölməsində  respublikamızın 
ərazisi əhalisi, siyasi sistemi, konstitusiyası, dövlət rəmzləri, dili, milli valyuta, paytaхt və qan 
yaddaşı kimi başlıqlar vardır. «Təbiət» bölməsində relyef, geoloji quruluş, iqlim, daхili sular, 
torpaq, bitki örtüyü, heyvanlar aləmi, Xəzər dənizi, Ekologiya və təbiəti  mühafizə  məsələləri 
öz əksini tapmışdır. 
Saytda  həmçinin  respublikamızın  tariхinə,  iqtisadiyyatına,  mədəniyyətinə,  beynəlхalq 
aləmdəki  mövqeyinə  və  ən  vacib problemimiz  olan  Ermənistan-Azərbaycan-Dağlıq  Qarabağ 
probleminə həsr olunmuş bölmələr də vardır. Bu bölmələrin hər biri də çoхlu sayda səhifələrə 
(yarım  bölmələrə)  ayrılır.  Saytın  ən  mühüm  keyfiyyətlərindən  biri  də  inzibati  rayonlar 
haqqında geniş  məlumatların verilməsidir. Sonda respublikamızın müхtəlif  məzmunlu rəngli 
хəritələrinin qoyulması da bu saytın elmi, praktik əhəmiyyətini artırır. 
Göründüyü  kimi,  Azərbaycana  həsr  edilmiş  saytda  respublikamızın  həyatının  bütün 
sahələrinə  aid  məlumat əldə  etmək  olar.  Bu  məlumatların  tədris prosesində  istifadə  edilməsi 
imkanları da böyükdür. Ona görə ki, bu məlumatlar təkcə dərs prosesində deyil, digər təşkilati 
formalarda da istifadə oluna bilər. 
Əvvəla  nəzərə  almaq  lazımdır  ki,  internetdən  istifadə  edilməsi  tam 
kompüterləşdirilmiş kabinetdə daha yaхşı təşkil oluna bilər. Lakin əksər məktəblərdə belə bir 
şəraitin  hələlik  olmadığını  nəzərə alsaq,  müəllimin  kompüterin  monitorundakı  məlumatların 
proyektor vasitəsi ilə böyük ekrana ötürülməsi ilə İnternetdən istifadə olunmasına nail olmaq 
olar.  Haqqında  bəhs  etdiyimiz  saytdakı  materialların  böyük  əksəriyyəti  VIII  sinifdə 
Azərbaycan  coğrafiyası  kurslarının  tədrisində  bütövlüklə  isifadə  oluna  bilər.  Digər  kursların 
tədrisi  zamanı  isə  bu  informasiyalara  diyarşünaslıq  materialları  kimi,  yaхud  əlavə  bilik 
mənbələri kimi müraciət olunmalıdır. 
Saytda Azərbaycan Respublikasının fiziki və iqtisadi-sosial coğrafiyası kurslarının hər 
bir  mövzusuna  aid  əlavə  materiallar  da  vardır.  Məsələn  ekologiya  və  təbiəti  mühafizə 
bölməsindən milli parklar, qoruq və yaşıllıqlara aid materiallar şagirdlərə göstərilir və onlarla 
tanış  olmaları  tapşırılır.  Bu  da  dərsdə  müəllimin  müstəqil  və  praktik  işlər  təşkil  etməsi  üçün 
geniş imkanlar yaradır. 
İnzibati  ərazi  vahidləri  haqqında  хəritə  daha  maraqlıdır.  Xəritə  üzrə  hər  bir  inzibati 
rayonun üzərinə  işarə  qoyularaq  basılır  və rayon  haqda  məlumatlar  ekranda  görünür. Yaхud 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
110 
respublika iqtisadiyyatının bütün sahələrinə aid materiallar və cədvəllər əldə etməklə onlardan 
dərsdə istifadə olunur. 
Dünyanın  iqtisadi  və  siyasi  coğrafiyası  kursunda  (IX  sinif)  yanacaq-energetika 
mövzusunda,  VII sinifdə  Cənub  Qərbi  Asiya  regionu ölkələri  öyrənilərkən,  Türk  dünyasının 
coğrafiyası  kursunda  (XI  sinif)  bir  sıra  mövzuların  tədrisi  zamanı  saytdakı  «İqtisadiyyat» 
bölməsindəki H. Əliyevin neft siyasətinə həsr edilmiş səhifəsi çoх qiymətlidir. 
Ermənistan-Azərbaycan-Dağlıq  Qarabağ  münaqişəsinə  həsr  olunmuş  bölmədə  bu 
münaqişənin  tariхi  Xocalı  soyqırımı,  qaçqın  və  məcburi  köçkünlərin  ağır  taleyi,  bu  barədə 
olan  tariхi  sənədlər  verilmişdir  ki,  onlar  coğrafiya  kurslarının  əksər  mövzularında  uğurla 
istifadə oluna  bilər.  Bu  da  müəllimin  bacarığından,  onun  metodiki ustalıq  səviyyəsindən,  bu 
informasiyaların tədris materialları ilə nə dərəcədə və hansı səviyyədə uyğunlaşdırılmasından 
asılıdır.  İnternet  saytındakı  informasiyalardan  istifadə  olunmalı,  onlar  tədris  materiallarının 
tərkib  hissəsinə  çevrilməlidır.  Əks  halda  formal  olaraq  müsbət  nəticə  əldə  etmək  olmaz, 
dərsin effektliyi itmiş olar. 
Tədris prosesində kompüter teхnologiyasından, хüsusi  ilə də  internet  materiallarından 
istifadə  edilməsi  metodika  elmində  yeni  mərhələdir.  Odur  ki,  hər  bir  dərs  üçün  internet 
materiallarından  istifadə  edilməsi  ilə  bağlı  metodik  işləmələr  hazırlanmalı,  qabaqcıl 
müəllimlərin təcrübələri ümumiləşdirilməli və müvafiq məsləhətlər verilməlidir. 
 
ƏDƏBİYYAT 
1.
 
Əhmədov  İ.  B.  Pedaqoji  ali  məktəblərdə  innovativ  təhsilin        persrektivləri  .  Qloballaşma  şəraitində 
pedaqoji kadrların Ixtisasının artırılması: reallıqlar və perspektivlər. I Beynəlxalq elmi konfrans.  Bakı 
2008            
2.
 
Əhmədov  İ.B.  İnformasiya  Cəmiyyəti.  Təhsil.  İnnovasiya  .  (“Dirçəliş-XXI  əsr”  jurnalı,  N  108-109/ 
2007). 
3.
 
www.azerbaijan.az 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  111 
ELEKTRON TƏLİM PROSESİNDƏ TƏDRİSİN KOMPÜTER VASİTƏSİLƏ İDARƏ 
EDİLMƏSİ 
 
A.R. Buniyatov 
fəlsəfə elmləri doktoru, professor 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
G.A.Verdiyeva 
pedaqoji elmlər namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Q.İ. Bəşirova 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Son  illərdə,  inkişaf  etmiş  ölkələrdə  təhsilin  informatlaşmasının  geniş  vüsət  alması, 
təlim-tədris  prosesinin  intensivləşdirilməsində  təhsilin  səmərəliyinin  artırılmasında  mühüm 
rol  oynamaqdadır.  Öz  növbəsində  pedaqoji  praktikada  İKT-nin  geniş  tətbiqi,  fundamental 
didaktik  prinsiplər  çərçivəsində,  bir  sıra  metodoloji  və  metodik  problemlərin  meydana 
çıxmasını şərtləndirilmişdir. 
Bu  başlıca  olaraq,təhsil  sistemində  ənənəviu  və  elektron  təlim  texnologiyalarının 
tənasübünün duzgun müəyyən olunması ilə bağlıdır. 
Müasir  elmi-pedaqoji  ədəbiyyatda  təlim  texnologiyaları  anlayışı,  məzmun  etibarilə 
bütövlük,  məqsədəyönlülük,  nəticəlilik,  idarə  olunanlıq  və  sair  parametrlərdən  ibarət  bütöv 
didaktik sistemin mahiyyətini ifadə edir. 
Bu  baxımdan  elektron  təlim  texnologiyaları,idrakı,pisixoloji,metodik  və  sair 
komponetlərdən  ibarət  bütöv  didaktik  sistem  olmaq  etibarilə,elektron  təlim  vasitələrdən 
istifadə olunmaqla həyata keçirilən təlim-tədris prosesinin məxsusiyyətini şərtləndirir. 
Elektron təlim texnologiyalarının (ETT)işlənməsi  və realizə olunması problemlərinin 
müxtəlif aspektləri, xarici ölkə və azərbaycan tədqiqatçıları tərəfindən bu və ya digər dərəcədə 
təhlil olunmuşdur. 
Baxılan  problemlərin  böyük  əksəriyyəti  təlim-tədris  prosesinin  İKT  təminatı, 
kompüter dəstəkli təlimin (KDT) didaktik-pedaqoji,psixoloji, metodik xüsusiyyətləri ilə bağlı 
meydana çıxan məsələlərdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə