TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
66
Elektron kitabxanaların abonentləri (istifadəçiləri) qeydiyyat, sifariş və s. kimi formal
prosedurları keçmir, kitabxana işçilərindən bilavasitə asılı olmurlar. Onların fiziki olaraq
kitabxanaya gəlməsi, tədris vəsaitlərini və elmi ədəbiyyatı özləri ilə daşımasına ehtiyac
qalmır.
Elektron kitabxana – böyük həcmli müxtəlif növ elektron sənədlərin (mətnlərin,
qrafiklərin, cədvəllərin, audio və video məlumatların və s.) toplamasına, etibarlı saxlamasına,
səmərəli emal və istifadə edilməsinə imkan verən, kompyuter şəbəkələri, o cümlədən İnternet
vasitəsilə girişlə təmin edilən paylanmış informasiya sistemidir. Elektron kitabxanalarda, bir
qayda olaraq, informasiya resurslarının inteqrasiyası, onlar üzrə səmərəli naviqasiya və
intellektual informasiya axtarışı vasitələri reallaşdırılır.
İnformasiya-axtarış vasitələri proqram-texniki kompleks olub, zəruri informasiyanın
axtarışının həyata keçirilməsi üçün ən müxtəlif sorğuları tərtib etməyə və elektron kitabxana
fondunda olan istənilən mənbəni qısa zaman kəsiyində tapmağa imkan verir.
DİSTANT TƏHSİL – YENİ TƏHSİL FORMASI KİMİ
Distant təhsil respublikanın təhsil sisteminə daxil olmuş və bilavasitə İKT üzərində
reallaşdırılan nisbətən yeni təhsil formasıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının
yeni qəbul olunmuş Qanununda distant təhsilə xüsusi yer ayrılmışdır.
Distant təhsil – təhsil prosesinin mahiyyətcə yeni təhsil forması olub tədris olunan
fənlərin müstəqil öyrənilməsi prinsipinə əsaslanır və müasir İKT və multimediya sistemlərinin
köməyi ilə həyata keçirilən mükəmməl təhsil formasıdır. Təhsil mühiti onunla xarakterizə
olunur ki, təhsil alanlar məsafə və zaman baxımından muəllimlərdən (tyutorlardan) uzaqda
yerləşmələrinə baxmayaraq müasir texnologiyalar vasitəsilə öz aralarında istənilən anda
dialoq yaratmaq imkanına malik olurlar. Müasir İKT və elektron nəşr vasitələri ənənəvi təhsil
formalarının bütün müsbət cəhətlərini saxlamaq şərti ilə onların mümkün çatışmazlıqlarını
aradan qaldırmağa imkan verir.
Distant təhsil ənənəvi təhsil formalarından aşağıdakı xarakterik xüsusiyyətləri ilə
fərqlənir:
Çeviklik (uyuşqanlıq). Təhsil alanlar mühazirələr, seminarlar və s. şəklində dərslərə
müntəzəm olaraq gəlmir, özlərinə münasib vaxtlarda, rahat olan yerdə və tempdə məşğul
olmaq imkanına malik olurlar. Hər bir təhsil alan müvafiq kursun və ya fənnin
mənimsənilməsi, eləcə də seçilmiş ixtisas üzrə zəruri biliklərin əldə olunması üçün şəxsən ona
lazım olan qədər məşğul ola bilər.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
67
Modulluluq. Təhsil alan tərəfindən mənimsənilən ayrılıqda götürülmüş hər bir fənn və
ya fənlər qrupu öyrənilən predmet sahəsi haqqında tam təsəvvür yaradır. Bu, bir-birindən asılı
olmayan tədris kursları toplusundan fərdi və qrup tələblərinə cavab verən tədris planını
formalaşdırmağa imkan verir.
Paralellik. Distant təhsil – təhsil alanın əsas peşə fəaliyyətini tədrislə uyğunlaşdırmaq
(birləşdirmək) yolu ilə, yəni onu iş yerindən ayırmadan həyata keçirilə bilər.
Əhatəlilik. Böyük sayda təhsil alanlar eyni zamanda bir çox tədris informasiyası
mənbələrinə (elektron kitabxanalara, məlumat banklarına, biliklər bazalarına və s.) müraciət
edə biliərlər. Təhsil alanlar rabitə şəbəkəsinin və ya digər informasiya texnologiyaları
vasitələrinin köməyi ilə öz aralarında və müəllimlərlə qarşılıqlı ünsiyyət yaratmaq imkanına
malik olurlar. Bu zaman ənənəvi təhsildən fərqli ilaraq, distant təhsil sistemində təhsil
alanların sayının çox olması kritik problemə çevrilmir.
İqtisadi səmərəlilik. Xarici, o cümlədən Rusiya distant təhsil sistemlərinin orta
qiymətləndirilməsi göstərir ki, ənənvi təhsil sistemlərinə nisbətən distant təhsil 10%-dən 50%-
ə qədər ucuz başa gəlir. Belə ki, distant təhsil sistemində mövcud auditoriyaların və digər
tədris sahə-lərinin, texniki və nəqliyyat vasitələrinin səmərəli istifadəsi, habelə tədris
materiallarının mərkəz-ləşdirilmiş vahid sistem şəklində təqdim olunması və onlara eyni
zamanda çoxsaylı (multi) girişin verilməsi hesabına mütəxəssislərin hazırlanması üçün xərclər
xeyli aşağı olur.
Texnolojilik. Distant təhsildə tədris prosesində informasiya və telekommunikasiya
texnologiyalarının ən yeni nailiyyətlərinin (kompyuterlərin, audio və videotexnikanın,
telekommunikasiya sistemlərinin və vasitələrinin, İnternetin, eləcə də informasiya
sistemlərinin, məlumat bazalarının, informasiya-axtarış vasitələrinin və s.) istifadəsi
mümkündür. Bu, təhsil alanların beynəlxalq informasiya fəzasında işləməsinə, onlara lazım
olan informasiyanın tapılmasına və əldə olunmasına kömək edir.
Sosial tarazlıq. Təhsil alanların yaşadıqları yerdən, sağlamlıq vəziyyətindən, həyat
səviyyəsindən və maddi təminatından asılı olmadan onlara təhsil almaq üçün eyni imkanlar
yaradır.
Beynəlmiləlçilik. Təhsil xidmətləri idxal və ixrac oluna, yəni xarici ölkə vətəndaşlarına
distant təhsil xidmətləri təqdim edilə bilər
Müəllimin yeni rolu. Distant təhsil müəllimin rolunu genişləndirir və yeniləşdirir.
Müəllim tədrislə idrak prosesini əlaqələndirmək, tədris etdiyi kursları daim təkmilləşdirmək,
yeniliklərə uyğun olaraq, peşə biliklərini və ixtisasını artırmaq, məsləhətlər vermək, tədris
Dostları ilə paylaş: |