Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
62 
-
 
informasiyanın  axtarışını  səmərəli  və  keyfiyyətli  şəkildə  həyata  keçirmək  üçün 
müvafiq mexanizmlər reallaşdırılır; 
-
 
informasiya  fəzasında  istifadəçilər  üçün  sadə  və  səmərəli  naviqasiya  vasitələrini 
reallaşdırmaq mümkündür. 
İnternetə qoşulmuş informasiya sistemlərində ayrı-ayrılıqda lokal resurslara daxilolma 
mexanizmlərinin  reallaşdırılmasına  baxmayaraq,  istifadəçilər  lazım  olan  informasiyanın 
axtarılması zamanı xeyli çətinliklərlə qarşılaşırlar. Ona görə də bu sistemlərdə, əlavə olaraq, 
informasiya massivindən arzu olunan informasiyanın tapılmasına imkan verən xüsusi axtarış 
vasitələrinin işlənib hazırlanması vacibdir. 
Qeyd  olunmalıdır  ki,  Azərbaycan  Respublikasında  elm  və  təhsil  sisteminin 
informasiyalaşdırılması,  o  cümlədən  informasiya  ilə  təmin  edilməsi  sahəsində  də  müəyyən 
layihələr həyata keçirilmişdir. Bu layihələrdən bir çoxu respublikada elm və təhsil sahəsində 
vahid  informasiya  və  şəbəkə  infrastrukturunun  yaradılması,  genişləndirilməsi  və  elmi-
pedaqoji  mühitdə  istifadə  olunması  məsələlərinin  reallaşdırılmasına  xidmət  etmişdir.  Belə 
layihələrə nümunə kimi aşağıdakıları göstərmək olar: 
-
 
"Akademik  şəbəkə  bazasında  Azərbaycan  Respublikasında  ali  təhsilin  şəbəkə 
infrastrukturunun genişləndirilməsi" (layihə NATO-nun Elm Komitəsinin dəstəyini almışdır). 
Qeyd  olunmalıdır  ki,  respublikanın  elm  və  təhsil  sahəsinin  şəbəkə  infrastrukturunun 
yaradılmasına və gələcək inteqrasiyasına məhz bu layihə əhəmiyyətli təkan vermişdir. Layihə 
çərçivəsində  Azərbaycan  Elmi-Tədqiqat  və  Təhsil  Şəbəkələri  Assosiasiyası  (AzRENA) 
yaradılmışdır.  İlk  öncə  assosiasiyanın  tərkibinə  onun  təsisçisi  olan  10  aparıcı  universitet  və 
elmi-tədqiqat  institutu  daxil  idi.  Hazırda  AzRENA  digər  elm  və  tədris  müəssisələrinin 
hesabına genişlənmışdir. 
-
 
"Azərbaycanın  elmi-tədqiqat  və  təhsil  müəssisələrinin  İnternet  vasitəsilə 
informasiya mübadiləsinin təkmilləşdirilməsi" (layihə BMT-nin İnkişaf Proqramından dəstək 
almışdır).  Bu  layihə  çərçivəsində  elm  və  təhsil  müəssisələrinin,  kitabxanaların  AzRENA 
şəbəkəsinə  qoşulması,  milli  informasiya  resurslarının  yaradılması,  regional  şəbəkə 
seqmentlərinin  inkişaf  etdirilməsi,  distant  təhsil  mərkəzlərinin  yaradılması,  AzRENA 
şəbəkəsinin  AZNET  (Açıq  Cəmiyyət  İnstitutu)  şəbəkəsinə,  habelə  transavropa  elmi 
məlumatların ötürülməsi şəbəkələrinə inteqrasiyası məsələlərinin həlli nəzərdə tutulmuşdur.  
-
 
"Virtual  İpək  Yolu"  (layihə  NATO-nun  Elm  Komitəsinin  dəstəyini  almışdır). 
Layihədə  Cənubi  Qafqazın  və  Mərkəzi  Asiyanın  səkkiz  dövlətini  birləşdirən  regional 
şəbəkənin yaradılması qarşıya qoyulmuşdur. Bu ölkələrin elm və tədris müəssisələri arasında 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  63 
informasiya  mübadiləsini  təmin  etmək  məqsədilə  onların  yaradılan  bu  şəbəkəyə  qoşulması 
planlaşdırılmışdır. Layihədə şəbəkənin yüksək sürətli peyk rabitə kanalları ilə təmin edilməsi 
nəzərdə tutulmuşdur. 
-
 
"Kitab.org"-  elektron  kitabxana  şəbəkəsi.  Layihə  Tədris  prosesinin  informasiya 
təminatının  həyata  keçirilməsi  istiqamətində  2003-cü  ildə  Gələcək  Naminə  İnformasiya 
Texnologiyaları  Təşkilatı  tərəfindən  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  kompyuter 
şəbəkəsinin  bazasında  elektron  kitabxana  şəbəkəsinin  yaradılması  məqsədilə  həyata 
keçirilmişdir.  "Kitab.org"  bir  sıra  aparıcı  ali  təhsil  müəssisələrinin  və  ixtisaslaşdırılmış 
kitabxanaların  elektron  kataloqunu  və  elektron  fondlarını  özündə  birləşdirən  elektron 
kitabxana  şəbəkəsidir.  Layihənin  ilkin  mərhələsində  "Kitab.org"  elektron  kitabxana 
şəbəkəsinə  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin,  Bakı  Dövlət  Universitetinin, 
Azərbaycan  Xarici  Dillər  Universitetinin  və  Azərbaycan  Dövlət  Neft  Akademiyasının 
kitabxanalarının,  eləcə  də  informasiya  texnologiyaları,  fransız  dili  və  iqtisadi  elmlər  üzrə 
ixtisaslaşmış  kitabxanaların  fondları  daxil  idi.  "Kitab.org"  elektron  kitabxanası  azərbaycan, 
rus,  ingilis,  fransız,  alman  və  ispan  dillərində  nəşr  olunmuş  on  minlərlər  kitab  haqqında 
məlumatı  özündə  saxlayır.  "Kitab.org"  elektron  kitabxana  şəbəkəsinin  elektron  kataloqu  və 
elektron  kitabxana  fondu  daim  genişlənir,  qeyd  olunan  kitabxanalara  daxil  olan  yeni 
ədəbiyyatlar  elektron  fonda  da  əlavə  edilir,  eləcə  də  layihəyə  digər  universitetlər  və 
kitabxanalar qoşulurlar. 
İKT VƏ TƏHSİLİN İNFORMASİYALAŞDIRILMASI 
Müasir  dövrdə  ali  təhsil  müəssisələrinin  əsas  vəzifələrindən  biri  də  İKT-nin  sürətli 
inkişafı  və  tez-tez  dəyişməsi  şəraitində  gələcək  mütəxəssislərə  ixtisaslarından  asılı  olmada 
peşə biliklərini müsair şəraitə uyğunlaşdırmaq və yeniləşdirmək bacarığının öyrədilməsindən 
ibarətdir.  Bu  zaman  İKT  sahəsində  biliklərin  astronomik  sürətlə  artması  və  yeniləşməsi 
mütləq  nəzərə  alınmalıdır.  Tədqiqatlar  göstərir  ki,  tətbiqi  elmlər  sahəsində  mütəxəssislərin 
peşəkar biliklərinin hər il 20-30 faizi qiymətini itirir (köhnəlir), hər 5-6 ildən bir isə onların 
əhəmiyyətli dərəcədə təzələnməsi tələb olunur. 
Bu  baxımdan  İKT-nin  təhsildə  tətbiqi  tədris  prosesini  keyfiyyətcə  tamamilə  yeni 
səviyyədə qurmağa imkan verir. Bu gün inkişaf etmiş ölkələrdə müasir ali məktəblərdə tədris 
prosesinin təşkilində və planlaşdırılmasında İKT-nin tətbiqi əsas müəyyənedici amillərdən və 
tələblərdən  biri  kimi  qiymətləndirirlir.  Belə  ki,  İKT-nin  tətbiqi  təhsil  sisteminin 
informasiyalaşdırılması, tədris prosesinin informasiya təminatı, distant təhsil texnologiyasının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə