Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  53 
-
 
Aralıq  mərhələ.  Bu  mərhələdə  DPT-nin  respublikada  əhatəli  inkişafı  üçün  şərait 
yaradılır,  müxtəlif  səviyyəli  DPT  kurslarının  sayı  artırılır,  müvafiq  infrastruktur  yaradılır, 
zəruri bilik-bacarığa malik pedaqoji və texniki kadrlar hazırlanır. 
-
 
Vahid  DTS-nin  Tam  İnkişaf  Mərhələsi.  Bu  mərhələ  DPT–nin  qismən 
özünümaliyyələşdirmə rejiminə keçməsilə  xarakterizə olunur. Təhsil  xidmətlərinin  bir qismi 
müsabiqə əsasında həyata keçirilir. 
Beynəlxalq  təcrübədə  distant  təhsil  texnologiyalarından  nəinki  müəllim  kadrları 
hazırlanmasında,  ümumiyyətlə  müxtəlif  istiqamətlər  və  ixtisaslar  üzrə  kadr  hazırlığında  da 
istifadə  edilir.  Bu  sahədəki  beynəlxalq  təcrübəni  öyrənməli  və  respublikada  səmərəli  tətbiq 
etməliyik. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  qeyd  etdiyi  kimi“... 
dünyada  mövcud olan  ən qabaqcıl texnologiyaları tətbiq  etməliyik ki,  Azərbaycanda  virtual 
dərslər,  yeni  texnologiyalar  geniş  yayılsın,  bütün  məktəbləri  əhatə  etsin.  Bu  çox  böyük, 
mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz 
gələcəyə baxmalıyıq”. 
ƏDƏBİYYAT 
1.    Əhmədov  İ.B.  Kompüter  texnikasının  tədris  prosesində  tətbiqi  .    “Azərbaycan  məktəbi”    jurnalı, 
1985, № 7 , s.36-42. 
2.  Əhmədov    İ.B.  Elektron  tədris    vəsaitləri  .  İdarəetmə  və  Optimallaşmanın  Sənaye  Tətbiqi  2-ci 
Beynəlxalq  Konfrans.  Konfransın  materialları.  Tətbiqi  Riyaziyyat  İnstitutu.  BDU,  iyun    2-4,  2008,  Bakı-
Azərbaycan, Səh 42-53 
3. Əhmədov İ. B. Pedaqoji ali məktəblərdə innovativ təhsilin    persrektivləri . Qloballaşma şəraitində 
pedaqoji kadrların Ixtisasının artırılması: reallıqlar və perspektivlər. I Beynəlxalq elmi konfrans.  Bakı 2008            
4. Əhmədov İ.B. İnformasiya Cəmiyyəti. Təhsil. İnnovasiya . (“Dirçəliş-XXI əsr” jurnalı, N 108-109/ 
2007). 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
54 
İNFORMASİYA CƏMİYYƏTİNİN FORMALAŞMASINDA TƏHSİLİN ROLU 
 
A.R. Buniyatov 
fəlsəfə elmləri doktoru, professor 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
A.M. Səfərova 
Bakı Dövlət Universiteti 
Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu 
 
Müasir  demokratik  dövlət  yüksək  səviyyəli  telekommunikasiya  infrastrukturu 
şəraitində  yaxşı  inkişaf  edə  bilər.  Belə  ki,  cəmiyyətin  informasiyalılığı  ictimai  yüksək 
intellekt amili kimi çıxış edərək, sistemli və məqsədyönlü şəkildə ölkəni irəli aparır. Ona görə 
də  güclü  olmaq  istəyən  dövlət    möhkəm  iqtisadi  əsaslara,  aşağı  səviyyəli  işsizliyə,  yüksək 
səviyyəli  infokommunikasiya  şəbəkələrinə,  sistemlərinə  və  digər  rabitə  vasitələrinə  malik 
olmalıdır.  
Məlumdur  ki,  100-dən  artıq  telekommunikasiya  xidmətləri  növü  mövcud  olduğuna 
baxmayaraq,  Beynəlxalq  Telekommunikasiya  İttifaqının  (BTİ  və  yaxud  İTU)  tövsiyələrinə 
görə, istənilən ölkədə telekommunikasiyanın inkişaf səviyyəsi həmin ölkədə 100 nəfərə düşən 
telefon aparatlarının sayı ilə ölçülür. 
İnformasiya səmiyyətinin (İC) formalaşması və inkişafı aşağıdakı tərkib elementlərinə 
əsaslanır:  
1)  İC-nin  iqtisadi  əsasını  təşkil  edən  elektron  biznes,  elektron  ticarət,  elektron 
kommersiyası və rəqəm iqtisadiyyatı; 
2)  İC-nin  sosial  əsası  olan  texnologiyalara  istiqamətlənmiş  biliyə,  yüksək  ixtisaslı 
mütəxəssislərə,  inkişaf  etmiş  təhsil-tədris  sisteminə  malik  olması  və  əhalinin  rifah 
səviyyəsinin yüksəlməsi; 
3) İC-nin siyasi əsası olan elektron seçki, elektron  hökümət və elektron demokratiya 
texnologiyaları. 
Hazırda rəqəm iqtisadiyyatının və İC-yə doğru inkişaf tempinin öyrənilməsi və təhlili 
zəruri bir məsələyə çevrilmişdir. Bu isə həmin sahədə çoxlu sayda monitorinqin aparılmasını, 
böyük  həcmli  ölçmələrin  və  bir  sıra  kəmiyyət-keyfiyyət  qiymətləndirmələrin  həyata 
keçirilməsini  tələb  edir.  Bununla  əlaqədar  olaraq,  müvafiq  metodologiyaların  və  göstərişlər 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  55 
sisteminin işlənməsinə tələbat artmaqdadır. Bu isə iqtisadi inkişaf tempinin yüksəldilməsində, 
dünya,  milli  və  regional  səviyyədə  rəqəmli  geriliyin  (fərqin,  boşluğun,  ziddiyyətin, 
uçurumun,..) aradan qaldırılmasında, İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) 
rolunun,  yerinin  və  imkanlarının  təhlilində  çox  vacib  məsələlərdən  hesab  edilməkdədir. 
Dünya İKT sənayesinin inkişaf təhlili sübut edir ki, İKT-in müasir inkişafı, iqtisadi artıma çox 
ciddi təsir edir. Hal-hazırda İKT sferası internet, rəqəm iqtisadiyyatı, E-biznes, E-kommersiya 
ətrafında  cəmlənməkdədir.  Ona  görə  də  müvafiq  sahədə  işləniləcək  kompleks  göstəricilər  
sistemi,  İC  və  rəqəmsal  iqtisadiyyatın  formalaşmasına  ciddi  təsir  göstərən  amillər,  şərtlər 
interaqtiv  olaraq  nəzərə  alınmalıdır.  Həmçinin  bu  göstərişlər  sistemı  lazımi  hesablamaların 
aparılması üçün şəffaf qiymətləndirilə bilən və tapılan olmaqla, öz aralarında müxtəlif şərait 
və regionlar üçün də uyuşan və müqayisə oluna bilən olmalıdırlar.  
İC-nin  inkişafı  prosesi  yeni  təhsil  paradiqmasının  intensiv  yaranma  prosesləri  ilə 
bağlıdır. Yeni təhsil modelinə  (paradiqma)  zərurət İC-inin dayanıqlı və təhlükəsiz inkişafa 
əsaslanaraq reallaşmasınqdan doğmuşdur.  
Müasir  təhsil  sisteminin  proritet  məsələlərindən  biri  də  təhsilin,  elmi  fəaliyyətin  və 
onların  elmi-metodiki  təminatının  informasiyalaşdırılmasının  konseptual  modellərinin 
işlənməsidir. İnformasiya proseslərinə 1990-cı illərdə bir sıra elmi sahələrdə (sosial, iqtisadi  
və s.)  “sahə” informatikalarının yaradılmasını misal göstərmək olar. 
Cəmiyyətin  informasiyalaşdırılması  və  onun  nəticələrinin,  metodoloji  problemlərin 
həllinin  tədqiqi  getdikcə  daha  cox  aktual  olur.  Belə  tədqiqatların  zəruriliyi  və  vacibliyi  bir 
neçə faktorla təyin olunur. Birincisi, informasiya məfhumu müasir cəmiyyətin iqtisadi inkişaf 
konsepsiyasının  əsas  kateqoriyalarından  biridir.  İnformasiya,  biliklər  ictimai  dəyərlər 
sistemində birinci yerə çıxır, onların əldə olunması isə cəmiyyətin əsas qayəsi olur. Bununla 
əlaqədar  olaraq,  informasiyalaşdırma  informasiya  cəmiyyətinə  keçiddə  əsas  mexanim  kimi 
cox geniş mütəxəssis dairəsinin tədqiqat obyektidir. 
İkincisi,  cəmiyyətin  informasiyalaşdırılması  insanlar  arasında  sosial  əlaqələrin  və 
münasibətlərin  dəyişdirilməsinə  gətirib  çıxarır.  Kompüter  kommunikasiyalarının  yaranması 
və  inkişafı  kommunikasiya proseslərinin, kommunikasiya qarşılıqlı əlaqələrinin  xarakterinin 
dəyişdirilməsinə    gətirib  çıxarır.  Kütləvi  kommunikasiyalar,  informasiyanın  sosial-mədəni 
dərk  edilməsi  sistemini  dəyişdirir,  xarakteristikasını  dəyişərək,  insanın  intellekti  ilə  əslində 
manipulyasiya etməyə imkan verir. 
Üçüncü, 
fərdi 
kompüterlərin 
tətbiqi, 
informasiya 
və 
kommunikasiya 
texnologiyalarının inkişafı insanın inkişafına, onun dünyagorüşünün, şəxsi dəyərlər sisteminin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə