TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
59
4.
Cəmiyyətin informasiyalaşdırılması.
İnformatika fənninin interaktiv təlimi zamanı “İnformasiya və informasiya
prosesləri”nin məzmun xətti, şagirdlərdə ətraf aləmin analiz edilməsində, ona sistemli
yanaşamada,və müxtəlif təbiətli informasiya proseslərinin ümumi qanunauyğunluğu haqqında
təsəvvürlərə malik olmağa yardım edir.
Şagirdlərdə elmi dünyagörüşün tamlığı, tədrisdə fənlərarası qarşılıqlı əlaqələrin
vasitəsi ilə yaradılır. İnformatika fənninin fənlərarası əlaqələri eyni əşya, hadisə, hadisə və ya
prosesi müxtəlif nöqteyi-nəzərdən görməyə, ətraf aləm haqqında tam təsəvvürlərə malik
olmağa, öyrənilən obyektin bütün xüsusiyyət və əlaqələrini əhatə etməyə imkan verir.
İnformatika fənninin interaqrativ təlimində cəmiyyətin informasiyalaşdırılmasının
məzmun xəttinin əsas məqsədi, bütövlükdə cəmiyyətin və ayrı-ayrı şəxslərin informasiya
tələbatını ödəmək üçün, müasir informasiya texnologiyaları bazasında müxtəlif təyinatlı
informasiya resurs və fəzalarının formalaşmasıdır.
Cəmiyyətin informasiyalaşdırılmasının məzmun xəttinin digər fənlərlə inteqrasiyası,
informasiya cəmiyyətinin qurulmasının əsas vəzifələrinə, İC-nin hüquqi əsaslarının
yaradılması, insan amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə
etmək hüquqları, elektron hökümətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi,
sosialvə intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan,
rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və digər
vacib məsələlər daxildir.
Qeyd edək ki, İKT-nin tətbiq sahəsiningenişlənməsinin məntiqi nəticəsi,
Azərbaycanda informasiyalaşmış cəmiyyət yaradılmasıdır ki, onun da əsas xüsusiyyətlərinə
qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının
(məsafədən təhsil alma, elektron ticarət, teleiş, elektron demokratiya, elektron hökümət və s.)
meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya
mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və ictimai təşkilatların istənilən məlumatı almaq,
onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aid etmək
olar.
ƏDƏBİYYAT
1. “Azərbaycanda İnformasiyalı Cəmiyyətin İnkişafının Beynəlxalq Səviyyədə Təhlili və
Qiymətləndirilməsi Məsələləri” Ə. Q. Əliyev (AMEA İnformasiya Texnologiyaları İnistitutu) Bakı ş. 2006-cı
il.
2. Ş. C. Mahmudova “ Təhsilin İnformasiyalaşdırılmasının Müasir Cəmiyyətin İnkişafında rolu”
AMEA İnformasiya Texnologiyaları İnistitutu) Bakı ş. 2006-cı il.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
60
ELM VƏ TƏHSİLİN VAHİD İNFORMASİYA FƏZASININ FORMALAŞMASINDA
İKT-NİN ROLU
V.A. Qasımov
texnika elmləri doktoru
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası
XÜLASƏ
Məqalə Azərbaycan Respublikasında elm və təhsilin vahid informasiya fəzasının formalaşması
probleminin tədqiqinə həsr olunmuşdur. Məqalədə elm və təhsilin informasiyalaşdırılması, bu sahədə
informasiya və şəbəkə infrastrukturunun formalaşması, inkişafı və müasir vəziyyəti, həyata keçirilən
layihələr barədə məlumat verilir, elm və təhsil sistemində İKT-nin tətbiqi, informasiya təminatı,
elektron kitabxanalar, elektron kataloq, distant təhsil texnologiyası və s. məsələlər araşdırılmışdır.
GİRİŞ
Müasir dövrdə dövlət və hökumət orqanlarında, eləcə də özəl təşkilatlarda informasiya
texnologiyalarının tətbiqinin və tələb olunan səviyyədə istifadəsinin təmin edilməsi üçün
məsələyə kompleks elmi yanaşma, bunun üçün isə öz növbəsində yüksək ixtisaslı kadrlar
tələb olunur. Bu isə elmi-tədqiqat və təhsil müəssisələrində kadr hazırlığı prosesində İKT-nin
öyrənilməsi və tətbiqi səviyyəsindən bilavasitə asılıdır.
Elm və təhsil müəssisələrinin fəaliyyətinin səmərəliliyi və nəticəliliyi onların
informasiya təminatı dərəcəsi ilə müəyyən edilir. Bu baxımdan zəruri elmi ədəbiyyatın, tədris
materiallarının və digər elmi-texniki informasiyanın vaxıtnda əldə olunması böyük əhəmiyyət
kəsb edir. Bunun üçün isə elm və təhsilin informasiya təminatının həyata keçirilməsi üçün
elektron informasiya resurslarının yaradılması, onlardan istifadə mexanizmlərinin və
vasitələrinin reallaşdırılması, bir sözlə informasiya və şəbəkə infrastrukturunun yaradılması
və vahid məkanda inteqrasiyası zəruridir.
ELM VƏ TƏHSİL SAHƏLƏRİNDƏ İNFORMASİYA VƏ ŞƏBƏKƏ
İNFRASTRUKTURLARININ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Müasir dövrdə elm və təhsil sahələrində İKT-nin intensiv tətbiqi nəticəsində sürətlə
elmi-texniki və tədris informasiya sistemləri, məlumat bazaları, Web-saytlar, elektron
kitabxanalar, elektron tədris materialları və s. yaradılır. Qeyd olunmalıdır ki, əksər
informasiya resursları Web-texnologiyanın bazasında reallaşdırılır və ya İnternetin Web-
fəzasına inteqrasiya olunur. Son illərdə respublikada elm və təhsil sahəsində informasiya
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
61
resurslarının, ümumi (vahid) informasiya və şəbəkə infrastrukturunun yaradılması
istiqamətində ciddi işlər həyata keçirilir.
Bu sahədə indiyədək görülmüş işləri bir neçə mərhələyə bölmək olar:
Elmi-tədqiqat fəaliyyətinin və tədris prosesinin kompüterləşdirilməsi. Universitetlərin
və elmi-tədqiqat institutlarının strkuktur bölmələrində (fakültələrdə, kafedralarda, şöbələrdə
və laboratoriyalarda) avtomatlaşdırılmış iş yerləri yaradılmış, elm və təhsil müəssisələri
kompyuterləşdirilmişdir.
Kompyuter şəbəkələrinin yaradılması. Təhsil və elmi-tədqiqat məqsədləri üçün lokal
kompyuter hesablama şəbəkələri, kompyuter sinifləri, məlumat bazaları, korporativ
informasiya sistemləri, kompyuter şəbəkələri yaradılmış və istifadəyə verilmiş, daxili sənəd
dövriyyəsinin hissə-hissə avtomatlaşdırılması işləri həyata keçirilmişdir.
İnternet xidmətlərinin istifadəsi. Akademiya və universitet şəbəkələri, eləcə də elm və
təhsil müəssisələrində ayrı-ayrı kompyuterlər İnternetə qoşulmuş, İnternet qovşaqları
yaradılmış, İnternet xidmətlərinin elmi-tədqiqat və tədris fəaliyyətində istifadəsi təmin
edilmişdir.
İnformasiya və şəbəkə infrastrukturlarının inteqrasiyası. Universitetlərin və elmi-
tədqiqat müəssisələrinin səylərinin birləşdirilməsi, eləcə də elm və təhsil sahəsində mövcud
kompyuter şəbəkələrinin inteqrasiyası və vahid informasiya fəzasının yaradılması
istiqamətində işlər həyata keçirilmişdir.
Elektron informasiya resurslarının yaradılması, emalı və ötürülməsi, elektron
nəşrlərin, elektron kolleksiyaların və elektron kitabxanaların təşkili, istifadəçilərin
informasiya resurslarına kütləvi, o cümlədən uzaq məsafədən girişinin təmin edilməsi elm və
təhsilin informasiya təminatı ilə bağlı ən vacib məsələlərdəndir. İnformasiyanın elektron
formada təqdim olunması texnologiyası informasiya resurslarının daha etibarlı və kompakt
saxlanmasına, daha operativ və geniş yayılmasına, onların üzərində müəyyən zəruri
əməliyyatların aparılmasına (dəyişdirilməsinə, köçürülməsinə və s.), istifadəçilər tərəfindən
asan başa düşülən interfeysin və intellektual axtarışın təşkilinə imkan verir. Bununla bağlı
aşağıdakı müsbət məqamları qeyd etmək olar:
-
reallaşdırılması üsullarından və vasitələrindən asılı olmadan informasiyanı adekvat
şəkildə təqdim etmək mümkündür;
-
informasiyanın əldə olunması, istifadəsi, köçürülməsi və ötürülməsi sadə və rahat
şəkildə həyata keçirilir;
Dostları ilə paylaş: |