METODİKA VƏ TƏCRÜBƏ
57
1.Bərk cisimlərin və mayelərin kütlələri necə təyin edilir?
3.Tədqiqatın aparılması – 10 dəq.
Şagirdlər 4 qrupa bölünürlər: “Bərk cisim”, “Maye”, “Qaz” və “Plazma” qrupları. Hər
bir qrupa mövzu ilə bağlı ölçmə aparmaq üçün avadanlıqlar verilir. Qruplara müxtəlif
cisimlərin kütlələrini təyin edib qeydiyyat aparmaları və işçi vərəqlərində sualları
cavablandırmaqları tapşırılır.
“Bərk cisim” qrupu
1.
Kütlə vahidləri hansılardır?
2.
Qollu tərəzidə cismin kütləsini necə təyin etdiniz?
3.
Verilmiş metal kürəciyin kütləsini təyin edin.
“Maye” qrupu
1.
Eyni ölçülü metal və taxta tircik verilmişdir. Elektron tərəzi vasitəsilə onların
kütlələrini tayin edin.
2.
Kütlənin BS-də vahidi nədir?
3.
Filin kütləsi 1,32 tondur. Onun kütləsi neçə kiloqramdır?
“Qaz” qrupu
1.
Eyni ölçülü tennis və plastilindən hazırlanmış topun kütlələrini yaylı tərəzidə çəkin.
2.
Müxtəlif cisimlərin ağırlığı onların həcmlərinin böyük yaxud kiçik olmasından
aslıdırmı?
3.
Müxtəlif vahidlərlə verilmiş kütlələri kiloqramla ifadə edin
11t = ...
200q = ...
7s = ...
“Plazma” qrupu
1.
Metal tirciyin kütləsini təyin edin.
2.
Kütlə hansı cihazla ölçülür?
3.
Müxtəlif vahidlərlə verilmiş kütlələri kiloqramla ifadə edin
15s = ...
13,5t = ...
25q = ...
4.
Məlumat mübadiləsi – 5 dəq.
Kiçik qruplar öz aralarında aparılmış tədqiqat nəticələrini məlubat mübadiləsi edir, gəldikləri
nəticələri işçi vərəqlərində qeyd edirlər və həmin vərəqlər lövhədən asılır.
5.
Məlumatın müzakirəsi və təşkili – 5 dəq.
Məlumatın müzakirəsi üçün şagirdlərin fiziki düşüncələrini inkişaf etdirmək
məqsədilə aşağıdakı suallar verilir.
M: Biz bu gün nəyi öyrəndik?
Ş: Biz bu gün kütlə və onun ölçülməsini öyrəndik.
M: Kütlə dedikdə nə başa duşuruk?
Ş: Kütlə cisimlərin ağırlıq dərəcəsini ifadə edir.
M: Kütləni necə təyin edirik?
Ş: Kütləni tərəzi vasitəsilə çəkirik.
M: Hansı tərəzilərlə tanış olduq?
Ş: Qollu tərəzi, yaylı tərəzi və elektron tərəzi.
METODİKA VƏ TƏCRÜBƏ
58
M: Kütlənin BS-də vahidi nədir,
Ş: BS-də kütlənin vahidi 1 kiloqramdır.
M: Daha hansı vahidlərlə kütləni ifadə etmək olar7
Ş: Ton (t), sentner (s), qram (q).
6.
Nəticə və ümumiləşdirmə - 5 dəq
Biz maddələrin kütləsini və onun təyin edilməsini öyrəndik. Öyrəndik ki, maddələrin mühüm
xassələrindən biri kütlədir. Kütlə cismin ağırlıq dərəcəsini ifadə edir. Cismin ağırlığı ondakı
maddənin miqdarından aslıdır. Belə ki, cisimdəki maddənin miqdarı nə qədər çox olarsa, o
daha ağır olar. Cisimlərin kütləsini tərəzi vasitəsilə ölçüldüyünü öyrəndik. BS-də kütlənin
vahidi 1kq-dır. Cisimlərin kütləsi müxtəlif vahidlərlə də ifadə oluna bilər: 1t, 1s, 1q.
1t = 1000kq
1s = 100kq
1t = 10s
1kq = 1000q
7.
Yaradıcı və tətbiqetmə - 6 dəq.
1.
Kütlə nədir?
2.
Kütləni necə təyin edirlər?
3.
Kütlə hansı vahidlərlə ifadə olunur?
8.
Özünüqiymətləndirmə və qiymətləndirmə - 3 dəq.
Yekunlaşdırmaq məqsədilə sinfə aşağıdakı suallar verilir:
-Yoldaşlarınızın çıxışlarında sizin ən çox xoşunuza nə gəldi?
-Hansı fikirlə razı deyilsiniz?
-Nə kimi əlavələr edərdiniz?
Sonra şagirdlər yoldaşlarının fəaliyyətlərini qiymətləndirirlər. Əvvəlcə əla, sonra yaxşı,
daha sonra kafi və pis fəaliyyət göstərən şagirdlər qeyd edilir. Nəhayət, müəllim elan edilmiş
qiymətlərə öz münasibətini bildirir və yekun qiymət elan edilir.
Ev tapşırığı – 4 dəq.
Evinizdə olan tərəzidən istifadə edərək 1 stəkan mərciməyin və 1 stəkan noxudun kütləsini
təyin edin.
METODİKA VƏ TƏCRÜBƏ
59
Planlaşdırmadan alqoritmlərə keçid riyaziyyat tədrisində
yenidənqurma yoludur
Gəncə Dövlət Universiteti
K. Qaybalıyeva
magistrant
Məktəbdə «informatika» fənninin fasiləsiz tədrisinin daxil edilməsi riyaziyyat
təliminin məzmununa və təlim formalarına təsir göstərməyə bilməz. Ona görə ki, kompyuter
texnikasının tədris prosesinə daxil edilməsi məsələ həllinin və teoremlərin isbatının tərtib
edilməsinə yeni tələblər irəli sürür. İnformatikanın aşağı siniflərdən başlayaraq tədris
olunması onun və proqramlaşdırmanın ayrı-ayrı elementlərinin V sinifdən başlayaraq
riyaziyyat dərslərində daxil edilməsi məqsədəuyğundur. Fikrimizcə, ənənəvi sual-cavab və
təlimdə planlaşmanın təsvir, izah formalarını adqoritmlərin tərtibi ilə əvəz etmək zəruridir.
Mürəkkəb məsələlərin həllinə şagirdlər o zaman başlayırlar ki, onlar istənilən məsələni
daha sadə məsələyə, bir əməlin yerinə yetirilməsinə aid məsələyə gətirməyi öyrənmiş
olsunlar. Konkret məsələ nümünəsində planlaşdırmada sual-cavab formasından istifadə
etmədən məsələnin alqoritmləşdirilməsinin həyata keçirilməsini göstərək.
Məsələ 1. Teploxod axın üzrə 2, 5 saat, axına qarşı 3,2 saat üzmüşdür. Teploxodun
sürəti 22 km/saat, axının sürəti 3 km/saat olarsao, nə qədər məsafə üzmüşdür?
Həlli: Məsələni aşağıdakı kimi bir neçə sadə sməsələyə ayıraq.
1)
bütün yolu (s) axın üzrə və axına qarşı yolların cəmi kimi tapaq;
2)
axın üzrə yol (s
1
) bu istiqamətdə hərəkət sürətin qiymətinin ona sərf olunan vaxtın
qiymətinin hasilinə bərabərdir;
3)
axın üzrə sürət (v
1
) teploxodun sürəti ilə axın sürətinin cəminə bərabərdir;
4)
axına qarşı gedilən yol (s
2
) bu istiqamətdə hərəkət sürətin (v
2
) qiymətinin hərəkət
vaxtının qiymətinin hasilinə bərabərdir;
5)
axına qarşı sürət (v
2
) teploxodun sürəti ilə axına qarşı sürətin fərqi kimi təyin edilir.
Bu sahədə məsələləri axırdan əvvələ doğru nəzərdən keçirsək, həllin planını alarıq.
Həllin özünü isə alqoritm şəklində (cədvəl 1) yazmaq olar.
cədvəl 1
№
Həlli
Dostları ilə paylaş: |