TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
28
əsaslanaraq onları həm öyrənənə çatdırmaq,həm də mənimsətmək, əslində
qeyri-mümkün işə çevrilir. Əgər əvvəllər bilikləri əldə etmək üçün şagirdi iki
əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə,bu gün həmin mənbələr
çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur.
Bu səbəbdən müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi
öyrətməkdir.Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi böyük
səmərə verə bilər.Bu tələblərin nəzərə alınması yeni biliklərə müstəqil
yiyələnmə üsullarını özündə birləşdirən fəal təlim texnologiyalarına üstünlük
verməyi tamamilə zəruri edir.
Miqyasından, informasiya resurslarının xarakterindən və tətbiq
sahəsindən
asılı
olmayaraq
istənilən
tip
informasiya
sisteminin
ümumiləşdirilmiş strukturunu təsvir etmək olar. Göründüyü kimi, informasiya
sistemi altsistem adlanan bir neçə hissədən ibarətdir.
Altsistem ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir.
Altsistemlər informasiya sisteminin bütövlükdə fəaliyyətinin təmin edilməsinə
xitmət edirlər. Odur ki, onlara təminedici altsistemlər deyilir. Həmin
altsistemlərə texniki, riyazi, proqram, informasiya, təşkilati və hüquqi təminat
altsistemləri aiddir.
Texniki təminat
Texniki təminat –informasiya sisteminin işləməsinə xidmət edən texniki
vasitələr kompleksindən və həmçinin həmin vasitələr və texnoloji proseslər
üçün uyğun sənədlərdən ibarətdir. Texniki vasitələr kompleksinə aşağıdakılar
daxildir.
-
hər hansı modelə aid kompüterlər;
-
informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və əks
etdirilməsi ücün qurğular;
-
kommunikasıya vasitələri (informasiyanı ötürən və qəbul edən
qurğular və rabitə kanalları);
-
təşkilati-texniki vasitələr və s.
Sənədlərdə texniki vasitələrin ilkin seçimi, onların istismarının təşkili,
verilənlərin emalının texnologiyası, texnoloji təchizat kimi məsələlər öz əksini
tapır. Sənədləri şərti olaraq 3 qrupa bölmək olar:
-
texniki təminata aid dövlət və sahə standartlarını əhatə edən
ümumsistem sənədləri;
TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
29
-
texniki təminatın həyata keçirilməsinin bütün mərhələlərinə aid
metodikanı əhatə edən xüsusi sənədlər;
-
texniki təminata aid həsabatların aparılmasında istifadə olunan
normativ arayış sənədləri.
Texniki təminatın təşkilində əsasən 2 formadan istifadə olunur:
mərkəzləşdirilmiş və qismən və ya tam mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş
texniki təminat böyük kompüterlərdən və hesablama mərkəzlərindən istifadə
olunmasına əsaslanır. Mərkəzləşdirilməmiş texniki təminatda isə funksional
altsistemlərin bilavasitə istifadəçilərin iş yərlərində quraşdırılmış fərdi
kompüterlərdə reallaşdırılması nəzərdə tutulur.
Riyazi və proqram təminatı
Riyazi və proqram təminatı İS-in məqsədlərini və vəzifələrini
reallaşdırmaq, həmcinin texniki vasitələr kompleksinin normal fəaliyyətini
təmin etmək ücün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar
toplusudur.
Riyazi təminat vasitələrinə aşağıdakılar aiddir:
-
idarəetmə və informasiya proseslərinin modelləşdirilməsi
vasitələri;
-
tipik idarəetmə məsələləri;
-
riyazi proqramlaşdırma, riyazi statistika, kütləvi xidmət,
coxluqlar və qəyri-səlis coxluqlar nəzəriyyələri və s.
Proqram təminatına ümumsistem və xüsusi proqram vasitələri və
həmcinin proqram sənədləri aiddir.
Ümumsistem proqram təminatı kompüterin və əməliyyat sisteminin
funksional imkanlarını artıran, verilənlərin emalı prosesinin idarə edilməsi və
nəzarət funksiyalarını yərinə yətirən, informasiyanın təhlükəsizliyini təmin edən
və s. proqramlar kompleksindən ibarətdir.
Xüsusi proqram təminatı konkret informasiya sisteminin reallaşdırılması
üçün proqramlar kompleksindən ibarətdir.
Proqram sənədlərində həll olunan məsələlərin təsviri, alqoritmləşdirmə
üçün tapşırıqlar,məsələlərin iqtisadi-riyazi modəlləri, ayrı-ayrı proqram
komponentlərinin funksiyaları və xarakteristikaları, onlarla işləmək ücün
təlimatlar və s. əks olunur.
İnformasiya təminatı
TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
30
İnformasiya təminatı altsisteminin vəzifəsi sistemi vaxtında və lazımi
informasiya ilə təmin etməkdir. Bu altsistem informasiyanın qəbul olunmuş
üsullarla təsnifatı və kodlaşdırılması, sənədləşdirmənin unifikasiya edilməsi,
müəssisədə dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər
bazalarının qurulma metodologiyası əsasında yaradılır.
Sənədləşdirmənin vahid formada aparılması dövlət, sahə və bölgələr
səviyyələrində nəzərdə tutulur. Burada əsas məqsəd istehsalatın müxtəlif
sahələrindəki göstəricilərin müqayisəsinin uyğunlaşdırılmasıdır. Aşağıdakı
tələblərə görə standartlar qəbul olunmuşdur:
-
sənədləşdirmə vahid sistemlə aparılmalıdır;
-
idarəetmənin müxtəlif səviyyələrindəki sənədlər vahid formalarla
tərtib edilməlidir;
-
rekvizitlərin və göstəricilərin strukturu və tərkibi standartlara uyğun
olmalıdır;
-
sənədlərin vahid formalarının hazırlanması, qeydiyyatı və tətbiqi
qaydaları standarta uyğun olmalıdır.
Sənədləşdirmənin vahid sisteminin olmasına baxmayaraq, əksər
təşkilatları araşdıranda bir sıra tipik çatışmazlıqlar rast gəlir, məsələn:
-
əllə emal olunan sənədlərin coxluğu;
-
müxtəlif sənədlərdə əyni göstəricilərin təz-təz təkrarlanması;
-
coxlu sayda sənədlərlə işləmək mütəxəsislərə daha vacib
məsələlərin həllinə mane olur;
-
işlənib hazırlanan, lakin istifadə olunmayan göstəricilərə rast
gəlinir.
İnformasiya
təminatının
əsas
vəzifələrindən
biri
göstərilən
çatışmazlıqların aradan qaldırılmasıdır.
Verilənlər bazalarının qurulma mətodologiyası
verilənlər bazalarının
layihələndirilməsinin nəzəri əsaslarına söykənir. Bu mətodologiyaya görə
verilənlər bazasının layihələndirilməsi «yuxarıdan-aşağıya» prinsipi əsasında
ardıcıl iterasiya ilə yerinə yetirilən mərhələlərlə aparılır. İlkin mərhələdə tətbiq
sahəsinin informasiya baxımından araşdırılması nəticəsində verilənlər bazasına
qoyulan tələblər müəyyənləşdirilir və təhlil olunur. Sonra tətbiq sahəsinin
informasiya-məntiq (infoloji) modeli yaradılır, daha sonra verilənlər bazasının
idarəetmə sistemi seçilir və s.
Təşkilati təminat
Dostları ilə paylaş: |