METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
55
üzrə şagirdlərin əldə etdikləri bilik və bacarıqlar da digər elmlərlə məntiqi
əlaqəyə əsaslanmalıdır. Bu baxımdan biologiya fənn kurikulumunun
hazırlanması zamanı canlı orqanizmlərin quruluşu, bioloji proseslər, canlıların
bir-birilə və ətraf aləmlə əlaqəsi haqqında bilik və bacarıqların fizika, kimya,
coğrafiya, həyat bilgisi və s. elmlərlə əlaqəli şərhi diqqət mərkəzində
saxlanılmalıdır.
Fənlərarası inteqrasiyanın nəzərə alınması biologiya fənninin digər
fənlərlə
əlaqə
imkanlarını
meydana
çıxarır.
Zəruri
məzmunun
mənimsənilməsində rolu və əhəmiyyəti olan həyat bilgisi, coğrafiya, kimya,
fizika, riyaziyyat, texnologiya və s. fənlər üzrə anlayışların müəyyənləşməsinə
şərait yaradır.
Canlılar aləmi maddi gerçəkliyin tərkib hissəsi olmaqla kimyəvi
maddələrdən təşkil olunmuşdur. Orqanizmlərdə baş verən proseslər də məhz
fizikanın və kimyanın qanunlarına əsaslanır. Canlılar coğrafi mühitdə mövcud
olmaqla daim mühitin təsiri ilə qarşılıqlı əlaqədə olur. Bioloji hadisələrin
aydınlaşdırılmasında riyazi hesablamaların, diaqramların qurulmasının,
məlumatların toplanması və təqdim edilməsinin də əhəmiyyəti olduqca
böyükdür. Elə buna görə də biologiya fənn kurikulumunun məzmunu
hazırlanarkən ayrı-ayrı fənlərin məzmununun nəzərə alınması zəruri hesab
edilərək, onlarla əlaqə imkanları genişləndirilmişdir.
Biologiya fənninin məzmunu həyat bilgisi fənni ilə çox yaxındır.
Xüsusilə hər ikisində öyrədilməsi tələb olunan tibbi-gigiyenik məsələlərə dair
məzmun xətlərinin, mövzuların olması onlar arasında əlaqələrin yaradılmasına
imkanlar açır.
Biologiya fənni kurikulumunun (2) üçüncü məzmun xətti “İnsan və
onun sağlamlığı”dır. Həmin məzmun xəttinə dair mövzularda siniflər üzrə
şagirdlərin yaş səviyyəsi nəzərə alınaraq tibbə, gigiyenaya dair mövzular daxil
edilir. Onların tədrisi prosesində şagirdlərə tibblə, sağlamlıqla, gigiyenik
qaydalarla bağlı bilik və bacarıqlar aşılanır. Onlara insanların sağlamlığında
bitkilərin, heyvanların, digər canlıların əhəmiyyəti, xəstəliklər, onlardan
qorunma qaydaları, xüsusilə şəxsi gigiyena məsələləri, ilk tibbi yardımların
göstərilməsi kimi problemlərin həllinə dair məsələlər öyrədilir. Sağlamlıq və
onun qorunması istiqamətində olan mövzular şagirdlərə tibbi-gigiyenik
anlayışların öyrədilməsinə geniş imkanlar açır.
Kurikulumda göstərilir ki, “İnsan və onun sağlamlığı” məzmun xətti
üzrəşagirdlər insanın psixi xüsusiyyətləri, sosial mahiyyəti ilə tanış olur, insan
orqanizmindəki bəzi pataloji halları, onları doğuran səbəbləri və aradan
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
56
qaldırılma yollarını, sağlamlığın şərtlərinə əməl etmək, xəstəliklər,
zədələnmələr zamanı özünə və ətrafındakılara ilk yardım göstərmək bacarığına
yiyələnmiş olurlar.Ümumi orta təhsil səviyyəsində insan və onun sağlamlığı
məzmun xətti üzrə təlim nəticələrinə aiddir: Şagird:
insanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş
etdirir;
sağlam həyat tərzini nümunələrlə şərh edir, təqdimatlar
hazırlayır;
xəstəliklər və zədələnmələr zamanı özünə və başqalarına ilk
yardım göstərir.
Tam orta təhsil səviyyəsində insan və onun sağlamlığı məzmun xəttində
nəticələr aşağıdakı kimi müəyyənləşdirilmişdir. Şagird:
insanın fərdi və tarixi inkişafını əlaqələndirir;
insanın psixi xüsusiyyətləri və onlarda baş verən dəyişikliklərin
mexanizminə dair materiallar toplayır, təqdimatlar edir;
ailənin formalaşmasında sağlam həyat tərzinin rolunu və
əhəmiyyətini izah edir, məruzə və təqdimatlar hazırlayır;
xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar
toplayır, təqdimatlar hazırlayır. (2, s.8, 9).
Tibbi gigiyenik anlayışların öyrədilməsi imkanları Həyat bilgisinin
məzmununda da mövcuddur. Belə ki, Həyat bilgisi fənn kurikulumunun
dördüncü məzmun xətti “Sağlamlıq və təhlükəsizlik” kimi müəyyən edilmişdir.
Məzmun xəttinin standartlarının reallaşdırılmasına istiqamətlənən mövzularda
insanınsağlam həyat tərzi, həyatın təhlükəsizliyi, fövqəladə hallarda insanların
mühafizəsi məsələləri öz əksini tapır. Bu mövzuların tədrisində şagirdlərə
həyatda zəruri olan tibbi-gigiyenik anlayışların öyrədilməsinə geniş imkanlar
açılır.
Kurikulumda məzmun xətlərinin ayrı-ayrılıqda izahı verilir. Sağlamlıq
və təhlükəsizlik məzmun xəttinin aktuallığı əsaslandırılır. Göstərilir ki, XX
əsrdə başlamış və getdikcə sürətlənməkdə olan coşqun elmi-texniki inkişaf
insanlar üçün rifah və rahatlıq gətirməklə yanaşı, həm də təhlükə mənbəyinə
çevrilməkdədir. Artıq texnogen xarakterli qəzalar ekoloji tarazlığı yalnız
regional deyil, həm də qlobal miqyasda pozmaqdadır. Bu isə yoluxucu
xəstəliklərin və təbii fəlakətlərin intensivləşməsi ilə müşayiət olunur. Ona görə
də şagirdlərin hələ ibtidai məktəb pilləsindən başlayaraq öz sağlamlıqları və
təhlükəsizlikləri ilə bağlı bilik və bacarıqlara sistematik şəkildə yiyələnməsi
zəruri həyati tələb kimi meydana çıxır.
Dostları ilə paylaş: |