Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə21/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
55 
üzrə  şagirdlərin  əldə  etdikləri  bilik  və  bacarıqlar  da  digər  elmlərlə  məntiqi 
əlaqəyə  əsaslanmalıdır.  Bu  baxımdan  biologiya  fənn  kurikulumunun 
hazırlanması zamanı  canlı orqanizmlərin quruluşu, bioloji  proseslər, canlıların 
bir-birilə  və  ətraf  aləmlə  əlaqəsi  haqqında  bilik  və  bacarıqların  fizika,  kimya, 
coğrafiya,  həyat  bilgisi  və  s.  elmlərlə  əlaqəli  şərhi  diqqət  mərkəzində 
saxlanılmalıdır. 
Fənlərarası  inteqrasiyanın  nəzərə  alınması  biologiya  fənninin  digər 
fənlərlə 
əlaqə 
imkanlarını 
meydana 
çıxarır. 
Zəruri 
məzmunun 
mənimsənilməsində  rolu  və  əhəmiyyəti  olan  həyat  bilgisi,  coğrafiya,  kimya, 
fizika, riyaziyyat, texnologiya  və s.  fənlər üzrə anlayışların  müəyyənləşməsinə 
şərait yaradır. 
Canlılar  aləmi  maddi  gerçəkliyin  tərkib  hissəsi  olmaqla  kimyəvi 
maddələrdən  təşkil  olunmuşdur.  Orqanizmlərdə  baş  verən  proseslər  də  məhz 
fizikanın  və kimyanın qanunlarına əsaslanır. Canlılar coğrafi  mühitdə  mövcud 
olmaqla  daim  mühitin  təsiri  ilə  qarşılıqlı  əlaqədə  olur.  Bioloji  hadisələrin 
aydınlaşdırılmasında  riyazi  hesablamaların,  diaqramların  qurulmasının, 
məlumatların  toplanması  və  təqdim  edilməsinin  də  əhəmiyyəti  olduqca 
böyükdür.  Elə  buna  görə  də  biologiya  fənn  kurikulumunun  məzmunu 
hazırlanarkən  ayrı-ayrı  fənlərin  məzmununun  nəzərə  alınması  zəruri  hesab 
edilərək, onlarla əlaqə imkanları genişləndirilmişdir.  
Biologiya  fənninin  məzmunu  həyat  bilgisi  fənni  ilə  çox  yaxındır. 
Xüsusilə  hər  ikisində  öyrədilməsi  tələb  olunan  tibbi-gigiyenik  məsələlərə  dair 
məzmun xətlərinin, mövzuların olması onlar arasında əlaqələrin yaradılmasına 
imkanlar açır. 
Biologiya  fənni  kurikulumunun  (2)  üçüncü  məzmun  xətti  “İnsan  və 
onun  sağlamlığı”dır.  Həmin  məzmun  xəttinə  dair  mövzularda  siniflər  üzrə 
şagirdlərin yaş səviyyəsi nəzərə alınaraq tibbə, gigiyenaya dair mövzular daxil 
edilir.  Onların  tədrisi  prosesində  şagirdlərə  tibblə,  sağlamlıqla,  gigiyenik 
qaydalarla  bağlı  bilik  və  bacarıqlar  aşılanır.  Onlara  insanların  sağlamlığında 
bitkilərin,  heyvanların,  digər  canlıların  əhəmiyyəti,  xəstəliklər,  onlardan 
qorunma  qaydaları,  xüsusilə  şəxsi  gigiyena  məsələləri,  ilk  tibbi  yardımların 
göstərilməsi  kimi  problemlərin  həllinə  dair  məsələlər  öyrədilir.  Sağlamlıq  və 
onun  qorunması  istiqamətində  olan  mövzular  şagirdlərə  tibbi-gigiyenik 
anlayışların öyrədilməsinə geniş imkanlar açır.  
Kurikulumda  göstərilir  ki,  “İnsan  və  onun  sağlamlığı”  məzmun  xətti 
üzrəşagirdlər insanın psixi xüsusiyyətləri, sosial mahiyyəti ilə tanış  olur, insan 
orqanizmindəki  bəzi  pataloji  halları,  onları  doğuran  səbəbləri  və  aradan 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
56 
qaldırılma  yollarını,  sağlamlığın  şərtlərinə  əməl  etmək,  xəstəliklər, 
zədələnmələr zamanı özünə və ətrafındakılara ilk yardım göstərmək bacarığına 
yiyələnmiş  olurlar.Ümumi  orta  təhsil  səviyyəsində  insan  və  onun  sağlamlığı 
məzmun xətti üzrə təlim nəticələrinə aiddir: Şagird

 
insanın  biososial  təbiəti  haqqında  bilik  və  bacarıqlar  nümayiş 
etdirir; 

 
sağlam  həyat  tərzini  nümunələrlə  şərh  edir,  təqdimatlar 
hazırlayır; 

 
xəstəliklər  və  zədələnmələr  zamanı  özünə  və  başqalarına  ilk 
yardım göstərir. 
  Tam orta təhsil səviyyəsində  insan və onun sağlamlığı məzmun xəttində 
nəticələr aşağıdakı kimi müəyyənləşdirilmişdir. Şagird

 
insanın fərdi və tarixi inkişafını əlaqələndirir; 

 
insanın psixi  xüsusiyyətləri  və onlarda  baş  verən  dəyişikliklərin 
mexanizminə dair materiallar toplayır, təqdimatlar edir; 

 
ailənin  formalaşmasında  sağlam  həyat  tərzinin  rolunu  və 
əhəmiyyətini izah edir, məruzə və təqdimatlar hazırlayır; 

 
xəstəliklər,  onlardan  qorunma  yolları  haqqında  materiallar 
toplayır, təqdimatlar hazırlayır. (2, s.8, 9). 
Tibbi  gigiyenik  anlayışların  öyrədilməsi  imkanları  Həyat  bilgisinin 
məzmununda  da  mövcuddur.  Belə  ki,  Həyat  bilgisi  fənn  kurikulumunun 
dördüncü məzmun xətti “Sağlamlıq və təhlükəsizlik” kimi müəyyən edilmişdir. 
Məzmun  xəttinin  standartlarının  reallaşdırılmasına  istiqamətlənən  mövzularda 
insanınsağlam  həyat tərzi,  həyatın təhlükəsizliyi,  fövqəladə  hallarda  insanların 
mühafizəsi  məsələləri  öz  əksini  tapır.  Bu  mövzuların  tədrisində  şagirdlərə 
həyatda  zəruri  olan  tibbi-gigiyenik  anlayışların  öyrədilməsinə  geniş  imkanlar 
açılır. 
Kurikulumda  məzmun  xətlərinin  ayrı-ayrılıqda  izahı  verilir.  Sağlamlıq 
və  təhlükəsizlik  məzmun  xəttinin  aktuallığı  əsaslandırılır.  Göstərilir  ki,  XX 
əsrdə  başlamış  və  getdikcə  sürətlənməkdə  olan  coşqun  elmi-texniki  inkişaf 
insanlar üçün   rifah  və rahatlıq gətirməklə  yanaşı, həm də təhlükə  mənbəyinə 
çevrilməkdədir.  Artıq  texnogen  xarakterli  qəzalar  ekoloji  tarazlığı  yalnız 
regional  deyil,  həm  də  qlobal  miqyasda  pozmaqdadır.  Bu  isə  yoluxucu 
xəstəliklərin və təbii fəlakətlərin intensivləşməsi ilə müşayiət olunur. Ona görə 
də  şagirdlərin  hələ  ibtidai  məktəb  pilləsindən  başlayaraq  öz  sağlamlıqları  və 
təhlükəsizlikləri  ilə  bağlı  bilik  və  bacarıqlara  sistematik  şəkildə  yiyələnməsi 
zəruri həyati tələb kimi meydana çıxır. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə