Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə24/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
63 
endemik bitkiləri şagirdlərə tanıtmalı olur. Onları adi şəkil, tablolar, herbarilər 
vasitəsilə  öyrədilməsi  çox  çətindir.  Çünki  şagirdlər  bitkinin  əlamətlərini  onu 
müşahidə  edərək  eşitdikdə  daha  yaxşı  öyrənə  bilirlər.  Bu  məsələ    bitkilərin, 
xüsusilə  bitki  birliklərinin  –  meşə,  çəmən,  bataqlıq,  park,  bağ,  bostan  və  s. 
videogörüntülərinin sinfə gətirilməsi ilə həll oluna bilər.Azərbaycan florasından 
istənilən  bitkinin  videogörüntüsünü  müşahidə  etmək  mümkündür.  Məsələn, 
şabalıd, xarı bülbül, nar və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanın  qoruqları,  yasaqlıqları  haqqında  dərslikdə  qisaca  bir 
mövzu  verilməsinə  baxmayaraq  o  çox  geniş  bir  məsələni  əhatə  edir. 
Azərbaycanın  qoruqları,  yasaqlıqları,  park  və  bağları,  nəsli  kəsilmiş, 
kəsilməkdə  olan  bitkiləri,  onların  Azərbaycanın  “Qırmızı  kitabı”nda  əks 
olunması  məsələləri şagirdlərə İKT-nin köməyindən  istifadə edilərək çox asan 
öyrədilə  bilər.  Müəllim  lazım  slaydların,  videogörüntülərin,  prezentasiyaların, 
layihələrin  hazırlanmasına  şagirdləri  də  cəlb  edə  bilər.  O,  “Qırmızı  kitab”la 
bağlı təqdimatın hazırlanmasını bir qrup şagirdə tapşırır [1. s.92-93]. 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
64 
Beynəlxalq Qırmızı kitab 1948-ci ildən yaradılmağa 
başlanmışdır. Bu kitaba dünyada nadir və nəsli kəsilmək 
qorxusu yaranmış bitki və heyvan növləri daxil edilir. Qırmızı
kitabda hər bir növün statusu, əhəmiyyəti, qısaca təsviri, 
yayılması, yaşama yeri, sayı və onun dinamikası, bioloji 
xüsusiyyətləri, süni şəraitdə çoxaldılması, ehtiyatını bərpa 
etmək üçünhəyata keçirilmiş və keçirilməsi vacib olan 
tədbirlər göstərilir. Yuxarıda gördüyünüz kimi Qırmızı kitab 5 
kateqoriyaya ayrılır.
Qırmızı
kitab
II
kateqoriya
IV
kateqoriya
V
kateqoriya
I
kateqoriya
III
kateqoriya
1-ci kateqoriya
 – nəslinin kəsilməsi qorxusu yaranmış,
yəni nəsli kəsilməkdə olan növlərdir. Bunları qoruyub
bərpa etmək üçün xüsusi mühafizə tədbirləri həyata
keçirilməlidir.
Qırmızı
kitab
I
kateqoriya
II
kateqoriya
III
kateqoriya
IV
kateqoriya
V
kateqoriya
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
65 
 
2-ci kateqoriya
 – sayı ardıcıl azalan növlər. Hələ
kifayət qədər olsalar da saylarının getdikcə azalması
gələcəkdə onların nəslinin kəsilməsi təhlükəsi ilə
nəticələnə bilər.
Qırmızı
kitab
I
kateqoriya
II
kateqoriya
III
kateqoriya
IV
kateqoriya
V
kateqoriya
3-cü kateqoriya
 – məhdud ərazidə qalmış və məhdud
saylı nadir növlərdir. Hazırki dövrdə onları məhv olmaq
təhlükəsi gözləmir. Lakin çətin əlverişsiz mühit şəraitinə
düşərsə, təbii və antropogen təsirlər dəyişərsə bu növlər
qısa müddətdə tələf ola bilərlər.
Qırmızı
kitab
I
kateqoriya
II
kateqoriya
III
kateqoriya
IV
kateqoriya
V
kateqoriya
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
66 
4-cü kateqoriya
 – qeyri-müəyyən növlərdir. Onların
biologiyası və populyasiyalarının vəziyyəti zəif
öyrənilmişdir. Ona görə də onları yuxarıdakı
kateqoriyalardan heç birinə aid etmək olmur. Belə 
növlər tam öyrənildikdən sonra əvvəlki
kateqoriyalardan birinə daxil edilə bilər və ya tamam
çıxarılar.
Qırmızı
kitab
I
kateqoriya
II
kateqoriya
III
kateqoriya
IV
kateqoriya
V
kateqoriya
5-ci kateqoriya
 – təsirli tədbirlər görülməsi nəticəsində
təbii ehtiyatı bərpa edilmiş növlərdir. Bunlar qorxulu
vəziyyətdən çıxmasına baxmayaraq, hələlik nəzarət
altında saxlanırlar. Məsələn, Azərbaycanda sultantoyuq
bu kateqoriyaya daxildir.
Qırmızı
kitab
I
kateqoriya
II
kateqoriya
III
kateqoriya
IV
kateqoriya
V
kateqoriya
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
67 
Şagirdlər təqdimatı fərdi şəkildə və ya qrup halında keçirirlər. Bu zaman 
şagirdin  fikirlərini  dəqiq  və  aydın  ifadə  edə  bilmək  kimi  xüsusi  ünsiyyət 
vərdişləri  üzə  çıxır.  Şərhin  aydınlığı,  informasiyanın  təşkili  təqdimatın  zəruri 
şərtlərindəndir. Şagird problemin mahiyyəti üzərində fikrini cəmləməli, faktiki 
informasiyaya əsaslanmalı, münasib nümunə və misallar göstərməli olur. Bitki, 
heyvanların  yayılmasına,  mühafizəsinə,  insanın  sağlamlığına,  ekoloji  prob-
lemlərə  dair  mövzular  prezentasiya  metodu  ilə  tədris  edilməsi  imkanına 
malikdir.  Məsələn,  təbiətin  mühafizəsinə  həsr  olunmuş  mövzuların  tədrisində 
müəllim canlıların  mühafizəsinə dair  nəşr olunan «Qırmızı kitab»la  bağlı pre-
zentasiyanın  hazırlanmasını  və  təqdim  edilməsini  tapşırır.  Şagird  kompüterdə 
slaydlar şəklində «Qırmızı kitab» və orada əks olunan bitkilər və ya heyvanlara 
dair təqdimat hazırlayır və sinif qarşısında təqdim edir. 
 
 
İstifadə olunan ədəbiyyat
1.
 
Hacıyeva  H.,  Abdullayeva  T.,  Hacıbəyova  E.  Ümumtəhsil  məktəblərində 
biologiyanın fəal təlim metodları ilə tədrisi metodikası (Metodik vəsait), Bakı, 
Çaşıoğlu, 2014. 
2.
 
Azərbaycan Respublikasında ümumtəhsilin milli kurikulumu, Bakı, 2006. 
3.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənni üzrə 
təhsil proqramı (kurikulumu), (6-11-ci siniflər), Bakı, 2013. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə