Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə23/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
60 
İstifadə olunan ədəbiyyat
1.  Azərbaycan  Respublikasının  ümumtəhsil  məktəbləri  üçün  həyat  bilgisi  fənn 
kurikulumu (V-IX), Bakı, 2011, s.15-17. 
2.  Azərbaycan  Respublikasının  ümumtəhsil  məktəbləri  üçün  biologiya  fənn 
kurikulumu. Bakı, 2013, səh.8, 9,10. 
3. Hüseynov Ə.M., Hacıyeva H.M. və b. Ümumtəhsil məktəblərində biologiyanın 
tədrisində kurikulumun tətbiqi. Bakı, 2015. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
61 
 
Biologiyanın  tədrisində kompüter videogörüntülərilə 
Azərbaycan florasının öyrədilməsi 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Rafiq Əmrahov 
BTM kafedrasının baş müəllimi 
Pərvin Qafarova 
Zoologiya kafedrasının baş müəllimi 
 
 
Xülasə 
Məqalədə  biologiyanın  tədrisində  elektron  videogörüntülərin  rolu  
aydınlaşdırılmışdır. 
 
Аннотация 
В  данной  работе  исследованы  особенности  методики  применения 
электронных видео показов в преподавании биологии  
 
Аbstract 
T
he  article  is  devoted    for  the   
electronic    video    views  ,on    the  biology 
teaching.  
 
Açar sözlər, biologiyanın tədrisi, elektron videogörüntülər 
Ключевые слова: электронные  видео показы,   преподавание биологии.  
Key words: biology training, electronic video views 
 
 
Elm və texnikanın sürətlə inkişaf etdiyi indiki dövrdə təbii sərvətləri, o 
cümlədən  bitkiləri  tanımaq,  onlardan  qənaətlə  istifadə  etmək,  onlara  diqqətlə, 
qayğı  ilə  yanaşaraq,  mühafizəsinə,  artırılıb  çoxaldılmasına  səy  göstərmək 
zərurətini yaradır. Təbiət və cəmiyyət üçün bitkilərin misilsiz əhəmiyyətini dərk 
etmək, onlara düzgün münasibət bəsləmək şəxsiyyətin biliyindən, bacarığından, 
ekoloji  mədəniyyətindən  çox  asılıdır.  Bunun  üçün  ümumtəhsil  məktəb 
fənlərinin  xüsusilə  biologiyanın  tədrisində  geniş  imkanlar  mövcuddur.  Həmin 
imkanlardan səmərəli istifadə etməklə şagirdlərə floramızın mədəni bitkiləri ilə 
yanaşı, çox faydalı yabanı florasını da öyrətmək mümkündür. Floristik bilik və 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
62 
bacarıqlar verilməsi maarifləndirmə işləri orta məktəblərdə aparılmasını, nəzərə 
alaraq  biologiya  fənn  kurikulumunda  “Canlılar  və  ətraf  mühit”  məzmun  xətti 
müəyyən edilmişdir [3. s.9] 
Biologiya  fənn  kurikulumunda  göstərilir  ki,  “Canlılar  və  ətraf  mühit” 
məzmun  xətti  üzrə  şagirdlər  canlıların  bir-biri  ilə  və  cansız  aləmlə  qarşılıqlı 
münasibətlərini  müəyyənləşdirir,  təbiətlə  təmasda  olmaq  və  ondan  istifadə 
mədəniyyətinə,  ekoloji  amillər  və  bu  amillərin  qarşılıqlı  əlaqələri  haqqında 
biliklərə  yiyələnirlər.  Əldə  olunmuş  bilik  və  bacarıqlar  qlobal  və  regional 
ekoloji  problemləri  doğuran  səbəbləri  araşdırmaqla  yanaşı,  canlılar  aləmindən 
davamlı inkişaf naminə istifadəyə imkan yaradır. 
Şagirdlər  Azərbaycanın  flora  və  faunasına  daxil  olan  canlıları  tanıyır, 
təbiətin  qorunmasında  bilavasitə  iştirak  edirlər.Bu  məzmun  xəttinə  uyğun 
olaraq şagird: 

 
Canlıların bir-birilə və ətraf aləmlə qarşılıqlı əlaqəsini izah edir, 
təqdimatlar hazırlayır; 
Regional  ekoloji  problemlər,  canlılar  aləminin  müxtəlifliyinin 
qorunması ilə bağlı faktlar toplayır, təqdimatlar hazırlayır kimi təlim nəticələri 
nümayiş etdirilməlidir[3. s.11]. 
Müasir dövr üçün vacib sayılan bu zəruri vəzifələrin həyata keçirilməsi 
ilk  növbədə  təbiət  elmlərinin,  o  cümlədən  biologiya  fənnini  tədris  edən 
müəllimlərin nəzəri hazırlığından, tədris etdiyi fənnin tədrisində floramızı İKT 
vasitəsilə  öyrətmək,  təbiətlə,  bitkilərlə  bağlı  slaydlar  hazırlamaq  və  təqdim 
etmək bacarıqlarından çox asılıdır. 
Biologiyanın  məzmununda  Azərbaycan  florasının  öyrədilməsinə, 
canlılar  və  ətraf  mühitlə  bağlı  məzmun  standartlarını  reallaşdırılmasına, 
şagirdlərə  ekoloji  biliklərin  ötürülməsinə  imkan  verən  mövzular  kifayət 
qədərdir.  Bunlara  6-cı  sinifdə  “Vətənimizin  təbiəti”,  “Bitkilərin  qidalanması”, 
“Bitkilərdə  tənəffüs”,  “Bitkilərin  su  buxarlandırması.  Xəzan”,  “Çiçəkli 
bitkilərdə  vegetativ  çoxalma”,  “Tozlanma”,  “Orqanizmlərin  mühitlə  qarşılıqlı 
əlaqəsi”, “Təbii birliklər”, “Azərbaycan qoruqları”, “Dərman bitkiləri” və başqa 
mövzuları  göstərmək  olar.  Bu  mövzuların  tədrisində,  müəllim  müxtəlif 
resurslardan,  xüsusilə  bitki  herbarilərindən  istifadə  etməli  olur.  Lakin 
Azərbaycan  florası  o  qədər  zəngindir  ki,  müəllim  onlarla  şagirdləri  tanış 
etməsində resurs çətinlikləri ilə qarşılaşır. Bu çətinliyin aradan qaldırılmasında 
ona İKT vasitəsilə hazırlanmış videgörüntülər kömək edir[1. s.91] 
7-ci  sinifdə  “İbtidai  və  ali  sporlu  bitkilər”,  “Ali  toxumlu  bitkilər” 
bəhslərinin  tədrisində  müəllim  Azərbaycan  florasına  məxsus  bir  çox  relikt, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə