Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə31/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
86 
görə  də  dərsliklər  işlənərkən  əlaqəli  mövzuların  eyni  vaxtda,  paralel 
olaraq  tədrisi  nəzərə  alınmalıdır.  Belə  olduqda  şagirdlər  kimyadan  üzvi 
maddələrin  xassələrini  öyrənir,  biologiyadan  isə  üzvi  maddələrin  canlı 
orqanizmlərin tərkibində miqdarını və əhəmiyyətini mənimsəyirlər. Onlar 
üzvi maddələrin öyrənilməsinin mahiyyətini və əhəmiyyətini dərk edərək  
dərslərdə fəallıq göstərirlər. 
2.
 
Birtərəfli  əlaqə.  Burada  başqa  fənlərdən  keçilən  biliklərdən  istifadə 
etməklə  mövzuya  dair  bilik  və  bacarıqlar  möhkəmlənir,  dərinləşir. 
Kimyadan  oksigen,  karbon  qazının  xassələri  öyrənilir.  Həmin  bilik  və 
bacarıqlardan  istifadə  etməklə  biologiyadan  canlıların  tənəffüsü  və 
onlarda  gedən  qazlar  mübadiləsinin  daha  yaxşı  mənimsənilməsinə  nail 
olunur. Bu növ əlaqə elmi-metodik baxımdan çox əlverişlidir. 
3.
 
Tamamlayıcı əlaqə. Bu əlaqədə biologiyada kimyəvi anlayışlar kimyadan 
tədris  olunanadək  öyrədilir.  Bu  zaman  kimyəvi  maddələrə  dair  sadə 
biliklər verilir, əsasən onların adı çəkilir. Kimyadan həmin maddələrə dair 
mövzular  tədris  olunduğundan  sonra  yuxarı  siniflərdə  biologiyanın 
tədrisində  həmin  mövzuların  dərindən  öyrədilməsi  imkanları  yaranır. 
Şagirdlərin  mövzuya  dair  sadə  anlayışıları  daha  mürəkkəb  anlayışlarla 
əvəz olunur, bilikləri tamlanır, bütövlənir. Bitki və heyvanların tərkibində 
üzvi  və  qeyri-üzvi  maddələrin  olduğu  bir  neçə  mövzunun  tədrisində 
öyrədilir, təcrübələr əsasında bitki və heyvanların kimyəvi tərkibində olan 
su,  mineral  duzların,  üzvi  maddələr  olan  zülal,  karbohidrat  və  yağların 
olduğu  sübut  edilir.  Lakin  onların  xassələri,  orqanizmdə  funksiyaları 
açıqlanmır.  Kimyanın  tədrisində  qeyri-üzvi  və  üzvi  maddələr,  onların 
xassələri öyrədildikdən sonra X-XI siniflərdə canlı orqanizmlərin kimyəvi 
tərkibi  haqqında  tam  biliklər  alırlar.  Müəllim  aşağı  sinifdə  keçilən  belə 
anlayışların  öyrədilməsinə  bir  daha  qayıdacaqlarını  şagirdlərə  çatdırır. 
Onların  üzvi  və  qeyri-üzvi  maddələri  kimyadan  daha  yaxından 
öyrənəcəklərini  bildirir.  Şagirdlərin  öyrəndikləri  məsələlərin  hər  iki 
fənnin  materialları  ilə  tamamlandığından  fənlərarası  əlaqə  tamamlayıcı 
adlandırılır.  
4.
 
Koordinasiya əlaqəsi. Мüxtəlif fənlərdə eyni mövzunun tədrisinə təsadüf 
olunur. Şagirdlər biologiyadan oksigen qazının yanmaya kömək etdiyinə 
və  karbon  qazının  yanmanı  dayandırması  məsələlərini  təcrübələrlə 
öyrənirlər.  Kimya  dərslərində  yenidən  həmin  məsələnin  öyrənilməsi 
lazım  gəlir.  Eyni  təcrübələrin  aparılması,  şagirdlər  qarşısında  heç  bir 
problemin  qoyulmaması  onların  materialın  öyrənməsinə,  təcrübələrin 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
87 
təşkilinə  marağını  azaldır.  Onlar  bunları  bildiklərinə  görə  dərsdə 
fəallıqları  aşağı  düşür.  Buna  görə  də  müəllim  hər  bir  dərsdə  şagirdlərin 
mövzuya  dair  biliklərini  üzə  çıxarmağı  bacarmalı,  şagirdlərin  bilik  və 
bacarıqlarından  istifadə  etməklə  daha  maraqlı  təcrübələrin  aparılmasına, 
yeni  maraqlı  şagird  tədqiqatlarının  təşkilinə  səy  göstərməlidir.  Bunun 
üçün  müəllim  dərs  apardığı  sinifdə  keçilən  fənlərin  məzmunu  ilə  tanış 
olmalı,  yeri  gəldikcə  həmin  fənlərdən  nə  keçdiklərini  şagirdlərdən 
soruşmalıdır.  Belə  olduqda  şagirdlərin  fənnə,  onun  tədrisinin  forma  və 
metodlarına maraqları artır, bilik əldə etmək səyləri, fəallıqları yüksəlir.  
5.
 
İnteqrasiya  əlaqəsi.  Bu  əlaqə  formasından  müxtəlif  fənlərdə  eyni  və  ya 
oxşar  mövzuların  keçilməsində  istifadə  olunur.  Həmin  əlaqə  müxtəlif 
yollarla həyata keçirilir: 
-
 
yaxın  fənlərdə  keçilən  eyni  mövzuların  tədrisindən  sonra 
materialların  ümumiləşdirilməsinə  həsr  olunan  ümumiləşdirici 
dərslərin təşkili; 
-
 
yaxın  fənlərdə  verilmiş  anlayış  və  təriflərin  müqayisə  edilməsi, 
nəticə çıxarılması; 
-
 
müxtəlif  fənlərdən keçilən  yaxın  mövzular üzrə  məsələ,  misal  və 
testlərin  hazırlanması,  həll  edilməsi,  şagirdin  müstəqil  işlərinin 
təşkili; 
-
 
əlaqəli  mövzular  arasında  əlaqəni  əks  etdirən  tədqiqat 
tapşırıqlarının,  iş  vərəqlərinin  hazırlanması  və onlardan dərslərdə 
istifadə edilməsi; 
-
 
müxtəlif  fənlər  üzrə  mövzulararası  əlaqəyə  dair  əyaniliklərin 
hazırlanıb onlardan dərslərdə istifadə olunması; 
-
 
mövzunu həyatla, istehsalatla əlaqələndirərək obyekt və hadisənin 
yaxın fənlər baxımından qiymətləndirilməsi; 
-
 
əlaqələndirilən  fənlərdəki  eyni  və  ya  oxşar  mövzulara  həsr 
olunmuş  şagird  konfranslarının,  biologiya  gecələrinin,  ortaq 
əyanilikləri əks etdirən sərgilərin, kompleks ekskursiyaların təşkili 
və s. 
İnteqrasiya əlaqəsinin digər əlaqə növlərindən fərqi ondadır ki, o fənləri 
bir-birinə  yaxınlaşdırır.  Yeni  elm  sahələrinin  yaranmasına  istiqamət  verir. 
İnteqrasiya  əlaqəsinin  həyata  keçirilməsi  yaxın  fənlərdə  öyrədilən  eyni  bir 
obyekt  və  ya  hadisə  haqqında  şagirdlərdə  real  təsəvvür  yaradır,  ziddiyyətə, 
uyğunsuzluğa  yol  verilmir,  dəqiqlik  təmin  olunur.  İki  və  ya  daha  çox  fənnin 
iştirakı ilə həll edilən məsələlərdə də inteqrasiya əlaqəsi xüsusi əhəmiyyət kəsb 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə