Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə33/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
91 
əməkdaşlığın yaradılması aiddir. Həmin qabiliyyətlərin formalaşdırılması tələbi 
fəal təlimi zəruri etmişdir. 
Fəal  təlim  metodlarının  tədris  prosesinə  daxil  edilməsi  şagirdlərin 
passivliyinin  aradan  qaldırılmasına,  lazım  olan  təfəkkür  xüsusiyyətlərinin 
inkişafına  və  təlim  keyfiyyətinin  yüksəldilməsinə  şərait  yaradaraq  Azərbycan 
Respublikasının  Təhsil  İslahatı  Proqramında  göstərilən  demokratikləşdirmə, 
humanistləşdirmə, 
diferensiallaşdırma, 
fərdiləşdimə, 
inteqrasiya 
və 
humanitarlaşdırma  prinsiplərini  həyata  keçirməyə  imkan  verir.Fəal  təlimin 
həyata  keçirilməsi  Azərbaycanın  intellektual  potensialın  qurulmasına  və 
inkişafına şərait yaradır. 
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərindətəhsil islahatının 
əsas  məqsədlərindən  biri  olan  fəal  təlimin  tətbiq  edilməsi  dərsi  maraqlı  edir, 
şagirdləri fəallaşdırır. Ona görə də təlimin keyfiyyətinin yüksəldilməsinə şərait 
yaradan  fəal  təlim  metodları  həm  müəllimlər,  həm  də  məktəb  rəhbərliyi 
tərəfindən  dərindən  dərk  edilməlidir.  Onlar  fəal  təlimə  məxsus  xüsusiyyətləri 
diqqətdə saxlamalıdırlar. Fəal təlimi əsaslandıran xüsusiyyətlərə: 

 
Təlimin subyekt – subyekt xarakter daşıması; 

 
İştirakçıların bütün dərs zamanı fəallığı; 

 
Dərsin  əvvəlində  problem  situasiyanın  yaradılması  və  onun 
gedişinin problemin həllinə yönəldilməsi; 

 
Dərsdə tədqiqatın təşkili, təlimin tədqiqat xarakterli olması; 

 
Şagirdlərin  düşündürücü  və  istiqamətləndirici  suallar  vasitəsi  ilə 
yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi; 

 
Dərsdə dialojitəlimə üstünlük verilməsi; 

 
Müəllim  və  şagirdlər  arasında  qarşılıqlı  əməkdaşlığın,    əks 
əlaqənin yaradılması; 

 
Qrup işindən geniş istifadə olunması, şagirdlərin birgə fəaliyyəti; 

 
Təlim vasitələrinin, tapşırıqların müxtəlifliyi və yeniliyi; 

 
İş vərəqlərinin istifadəsi; 

 
Biliklərin yaradıcı tətbiqi və s. aiddir (1.s.6,10). 
Fəal dərs motivasiya mərhələsi ilə başlayır. Motivasiya – insanı hərəkətə 
gətirən  güc  və  hərəkətlərin  istiqamətini  müəyyənləşdirən,  onların  düşüncələri, 
ümüdləri,  inamları,  qısası  arzu,  tələbat  və  qorxularıdır.Motivləşdirmə  anlayışı 
çox aspektli və çox istiqamətli olub, latın sözü olmaqla “sövqetmə”, “oyatmaq” 
mənasını  verir.Motivasiya  insan  münasibətlərinə  istiqamət  verən  ən  önəmli 
faktorlardan  biridir.  Ona  görə  də  fəal  dərsdə  şagirdləri  fəallaşdırmaq,  diqqəti 
mövzuya cəlb etmək məqsədilə motivasiya yaradılır. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
92 
Müəllim  motivasiyanı  düz  qurubsa,  bu  uğurlu  başlanğıc  deməkdir. 
Şagirddə maraq yaranır, onun diqqəti mövcud məsələyə və onun həllinə yönəlir. 
Motivasiya iki cür təşkil edilir: 
1.
 
Şagird əvvəllər öyrəndiyi bilik və bacarıqları yada salıb cavab verir. 
2.
 
Şagird ona tanış olmayan məsələ haqqında fərziyə irəli sürür (2.s.52). 
Müəllim  motivasiyanı  elə  yaratmalıdır  ki,  şagirdlərin  fəaliyyət 
mexanizmini  işə  salan  sövqedici  qüvvə  kimi  çıxış  etsin.  O,  dərsin  təfəkkür 
prosesini  hərəkətə  gətirərək,  şagirdlərin  idrak  fəallığına  təkan  verən  vacib 
komponentdir.  Motivasiya  qismində  ortaya  gətirilmiş  problemin  həlli    tələbat 
kimi çıxış edir. Motivasiya bir neçə mərhələlərlə təşkil edilir. 
Motivasiyanın mərhələləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dərsdə motivasiyanın yaradılmasına bir sıra amillər təsir edir. Fəal dərsin 
ən  mühüm  və  mürəkkəb  mərhələlərindən  biri  olan  motivasiya  dərsin  bütün 
sonrakı gedişinə təsir göstərir. Dərsin ardıcıl mərhələləri məhz motivasiyanın nə 
dərəcədə  uğurla  yaradılması  və  həyata  keçirilməsindən  asılı  olur.  Bir  sıra 
fərziyyələr  törədən  problemli  vəziyyət  idrak  motivasiyasının  meydana 
gəlməsinə  təsir  göstərən  əsas  amillərdəndir.  Motivasiyanın  uğurla 
yaradılmasındadigər amillər də nəzərə alınmalıdır: 

 
Motivasiya qismində istifadə olunan material öz xüsusiyyətləri ilə 
diqqəti cəlb etməli (qeyri-adi, gözlənilməz  və  müstəqil təfəkkürü 
inkişaf etdirən olmalı); 
PROBLEM 
Fərziyyə 1 
Tədqiqat sualı 
Fərziyyə 3 
Fərziyyə 2 
FƏRZİYYƏLƏRİN YOXLANILMASI 
İrəli sürülmüş fərziyyələri təsdiq və ya təkzib edən faktların 
tapılması 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
93 

 
Materialın  müxtəlif  təqdim  olunma  üsulları  və  formalarından 
istifadə edilməli; 

 
Fərziyyələri  yoxlamaq  və  təqdimat  aparmaq  imkanının 
mövcudluğu; 

 
Yaradıcılıq xüsusiyyəti; 

 
Müəllim  tərəfindən  düzgün  fasilitasiya  (yönəldici  suallar, 
fərziyyələrin  irəli  sürülməsi  zamanı  həvəsləndirmə  və 
dəstəkləmə); 

 
Fərziyyələrin  irəli  sürülməsi  ilə  bağlı  müsbət  emosiyaların 
yaranması və s.  (3. s.22). 
Müəllim motivasiyanın yaradılması yollarını da bilməlidir. Motivasiyanın 
yaradılmasının bütün mümkün olan üsulları 3 əsas qrupda təsnif olunur. 
1.
 
Rəmzi  materialın  şərhi  (rəsm,  foto-şəkil,  simvol,  melodiya,  ədəbi 
əsərdən  parça,  əşya,  tapmaca,  qrafik,  sxem  və  s.  ola  bilər).  Müəllim 
materialı  təqdim  edir  və  şagirdləri  bir  neçəsuala  cavab  verməyə 
yönəldir.  Canlıların  quruluşuna,  müxtəlifliyinə,  bioloji  proseslərinə 
dair  materialı  göstərərkən  aşağıdakı  sualları  verir:  “Bu  nəyi  bildirir? 
Bunun bizim fənlə, öyrəndiyimiz mövzuyla nə əlaqəsi var?”. 
2.
 
Sual verməyə həvəsləndirmə. Təfəkkür prosesini aktuallaşdıran sualların 
3 növü mövcuddur: 

 
Sual: “Canlılar (yaxud onların bir qrupu, növü) haqqında biz nəyi 
bilirik  və  nəyi  bilmirik?  Onlar  haqqında  daha  nələri  bilmək 
istərdik?”  Sual  vermə  zamanı  müəllim  fasilitasiyanın  köməyi  ilə 
şagirdlərin təfəkkürünü lazımi istiqamətə yönəldir. Suallar verilib 
qurtardıqdan  sonra  onların  arasından  mövcud  tədqiqata  uyğun 
olanlar  seçilir.  Müəllim  tədqiqat  sualını  dəqiqləşdirir,  şagirdlərin 
diqqətini bu sualı daha dürüst ifadə etməyə yönəldir. Bunun üçün 
açıq  suallardan,  yəni  iki  və  daha  çox  cavab  variantı  olan 
suallardan  istifadə  olunur.  Öyrənilən  mövzuya  aid  suallar  təməl 
sözlərin  köməyi  ilə  verilir  (xassə,  xüsusiyyət,  funksiya,  növ,  tip, 
rol,  əhəmiyyət,  səbəb,  nəticə,  əlaqə,  qarşılıqlı  əlaqə,  qüsur  və 
üstünlük, struktur, qayda və s. 
1.
 
Məsələnin,  problemin  birmənalı  olmayan  həlli  (birmənalı  olmayıb, 
müxtəlif  yollarla  təşkil  edilmiş  təsnifat,  məsələnin  müxtəlif  üsullarla 
uğurlu  həlli,  yaxud  həlli  imkanı,  hansısa  hadisənin  bir  neçə 
bərabərdəyərli səbəbinin olması və s.). 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə