Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
99 
3.1.
 
Əsas  standartların  (məzmun  xətlərinin)  məzmun  və  mahiyyəti 
haqqında tövsiyələr 
3.2.
 
Məzmun  standartları  əsasında  tədris  materiallarının  planlaşdırılması 
barədə nümunələr 
3.3.
 
Təlim  texnologiyalarının  seçilməsi  və  tətbiqi  barədə  metodik 
göstərişlər 
3.4.
 
Dərs  formatlarının  müəyyən  olunması  və  müvafiq  dərs 
nümunələrinin hazırlanması üçün metodik göstərişlər 
3.5.
 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
3.6.
 
Qiymətləndirmə prinsipləri 
3.7.
 
Şagird nailiyyətlərində irəliləyişlərin monitorinqi 
3.8.
 
Kurikulum üzrə qiymətləndirmə 
3.9.
 
Təhsil səviyyələri üzrə yekun qiymətləndirmə  
Kurikulumları  təsnif  edərkən,  onlara  müxtəlif  prinsiplərlə  yanaşılır,  ya 
xarakterinə,  ya  təyinatına,  ya  da  məzmun  strategiyasına  görə  münasibət 
bildirirlər.  Ayrı-ayrı  fənlərin  bütünlüklə  xüsusiyyətlərini  əhatə  edən 
kurikulumlar  isə  fənn  kurikulumları  kimi  tanınır  və  dəyərləndirilir.Fənn 
kurikulumu  fənn  üzrə  fəaliyyətləri  istiqamətləndirən  konseptual  sənəddir.  İlk 
fənn  kurikulumları  1918-ci  ildə  ABŞ-da  meydana  gəlmişdir.  Azərbaycanda 
onlardan  keçən  əsrin  90-cı  illərinin  axırlarından  başlayaraq  istifadə  olunur. 
“Kurikulum” latın sözü olub, “kurs”, “elm” deməkdir. 
Fənn  kurikulumlarında,  o  cümlədən  biologiya  fənn  kurikulumunda 
məzmun  təlim  nəticələri,  məzmun  xətləri,  məzmun  standartları  kimi  verilir. 
Onun  məzmun  xətlərini  “Canlıların  quruluşu  və  müxtəlifliyi”,  “Bioloji 
proseslər”,  “İnsan  və  onun  sağlamlığı”,  “Canlılar  və  ətraf  mühit”  təşkil  edir. 
Hər  bir  məzmun  xətti  siniflər  üzrə  məzmunun  əsas  və  alt  standartlar  kimi 
verilir. Məsələn, VI sinifdə birinci məzmun xəttində əsas standart 1.1-də qeyd 
edilir  ki,  şagird  “Canlıların  quruluşu  və  müxtəlifliyi  haqqında  biliklərə  malik 
olduğunu  nümayiş  etdirir”.  Şagirdin  bilik  və  bacarığını  əks  etdirən  bu  əsas 
standart  dörd  alt  standart  əsasında  reallaşdırılır.  1.1.1.-də  “Canlılar  aləmini 
öyrənən  elm  sahələrini  fərqləndirir”,  1.1.2.  alt  standartında  isə“Canlıların 
quruluşunu  təsvir  edir”  kimi  verilmişdir.  1.1.3.  alt  standartında  “Canlıların 
quruluşunu  öyrənmək  üçün  lazım  olan  əsas  laboratoriya  avadanlıqlarını 
fərqləndirir”,  1.1.4.  alt  standartında  isə  “Canlıların  təsnifatının  rol  və 
əhəmiyyətini  izah  edir”  kimi  formalaşdırılmışdır.  Əsas  və  alt  standartlar 
məzmun  xətləri  əsasında  hər  bir  sinif  (6-cı  11-ci  siniflər)  üçün  müəyyən 
edilmişdir. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
100 
Fənnin tədrisində nəzərdə tutulan mövzu hər hansı bir və ya bir neçə alt 
standartı  reallaşdırmalıdır.  Canlıların  quruluşuna,  kimyəvi  tərkibinə, 
müxtəlifliyinə,  təsnifatına,  biologiyanın  müxtəlif  elm  sahələrinə,  laboratoriya 
avadanlıqları  və  onlardan  istifadə  qaydalarına  dair  mövzular  birinci  məzmun 
xəttinin  əsas  standartının  dörd  alt  standartını  reallaşdırır.  Bioloji  proseslərin 
məzmun xəttinin bir əsas, üç alt standartı, 3-cü məzmun xəttinin 2 əsas və hər 
birinin 2 alt standartı, dördüncü məzmun xəttinin 2 alt, birincinin bir, ikincinin 
iki alt standartı müəyyən edilmişdir. Dərsliklərdə alt standartların reallaşmasını 
həyata  keçirən  mövzu  və  mətnlər  işlənilmişdir.  Müəllim  dərsə  hazırlaşarkən 
mövzunun hansı alt standartı reallaşdırdığını müəyyən edir, ona uyğun məqsədi, 
motivasiyanı, tədqiqat sualını  müəyyənləşdirir.  Alt standartda tələb olunanlara 
uyğun  tədqiqatın  aparılmasını  kollektiv,  yaxud  qruplarla,  cütlərlə  iş  formasını 
seçir. Tədqiqatın təşkili üçün iş vərəqlərini və resursları hazırlayır. 
Universitetdə  yaradılmış  elektron  təlim  resursları  təlim  prosesinin 
proqram  məlumat  vasitələrinə  aiddir,  istifadəçiləri  tələbələr,  müəllimlər  və 
universitetin idarəciləridir.Elektron təlim nəşrinin məzmunundan və həcmindən 
asılı  olmayaraq  istifadəçilər  üçün  üç  əsas  tələb  göstərilə  bilər:  məzmunun 
adekvatlığı, təqdimat formasının keyfiyyəti, ekonomik effektivlik (keyfiyyət)  
Elektron  təlim  sistemlərinin  inkişafında  birinci  növbədə  proqram  və 
aparat vasitələrindən istifadə  zamanı təklif olunur;  
Komputer  texnikası,  periferik  qurğular  (Skanerlər,  rəqəmsal  foto  və 
videokameralar, mikroskop  və digər qurğular )üçün;  

 
Elektron  təlim  nəşrinin  oxunması  və  yaradılması  üçün  proqram  qabığı 
(üzlüyü) ;  

 
Test  materiallarının  inkişafı  və  komputer  testləşməsinin  aparılması  üçün 
proqram (SunRav Test Office pro);  

 
Elektron  təlim materiallarının və test tapşırıqlarının internet şəbəkəsində 
nəşri üçün proqram vasitələri (Book OfficeProWeb, TestOfficeProWeb) 
 
Mövzunun  tədrisinə  dair  gündəlik  planlaşmanı  aparır.  Kurikulumda 
mövzuya  uyğun  məzmun  xəttini  əsas  və  alt  standartı  müəyyənləşdirir,  qeyd 
edir. Sonra onlar əsasında məqsədi yazır. Planlaşdırdığı metod və ya iş üsulunu, 
yaxud  iş  formasını  seçir.Fəndaxili  və  fənlərarası  inteqrasiyanı  qeyd  edir. 
Əlaqələndiriləcək  mövzunu,  yaxud  alt standartın  nömrəsini göstərir. Mövzuya 
uyğun  resursların,  mənbələrin  adlarını  yazır.  Bütün  bu  vacib  məsələləri 
müəyyən  etdikdən  sonra  dərsin  mərhələləri  ardıcıl  olaraq  göstərilir.  Birinci 
mərhələ  motivasiya  olduğundan  ona  müəllim  ciddi  hazırlaşmalı  olur.  Belə  ki, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə