Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
104 
mənimsənilmiş  nəzəri  biliklərini  laboratoriya  və  praktik  işlərdə  tətbiq 
etməklə, həyati bacarıq və vərdişlərin inkişafına nail olmaqdır.Vəzifələrin 
həyata  keçirilməsində  təbiət  elmlərinin,  o  cümlədən,  biologiya  fənninin 
imkanları  genişdir.  Fənnin  tədrisində  nəzəri  məsələlərin  təcrübədə 
yoxlanması, nümayiş etdirilməsi, praktikada tətbiqi nəzərdə tutulmuşdur. 
Hazırda  biologiyanın  tədrisinə  verilən  tələblərdən  biri  şagirdlərə 
öyrənməyi  öyrətməkdir.  Hər  bir  müəllim  bilməlidir  ki,  şagird  fəal  və 
şüurlu  olaraq  mövzuları  mənimsəməli,  hadisə  və  obyektləri  real  şəkildə 
dərk  etməlidir.  Bunun  üçün  fənlərin,  o  cümlədən  biologiyanın  tədrisi 
təkmilləşdirilməli,  fəal  təlim  metodlarına  üstünlük  verilməlidir.  Eyni 
zamanda  biologiyanın  tədrisində  obyekt  və  hadisələr  şagirdlərə  daha 
yaxından  göstərilməli,  yeri  gəldikcə  təcrübələrə,  laboratoriya  və  praktik 
işlərə şərait yaradılmalıdır.  
Biologiyanın 
tədrisində  canlılarda  gedənbioloji  proseslərin 
öyrənilməsini təmin edən təcrübələrin aparılmasına geniş  imkanlar vardır. 
Lakin  imkanların  reallaşdırılması  vəziyyəti  məktəblərdə  o  qədər  də 
qənaətbəxş  deyildir.  Elmi-pedaqojivə  metodikədəbiyyatlarda  da  problem 
tam  həllolunmamışqalır.  Biologiyadan  təcrübələrin  aparılması  maraqlı 
olur,  şagirdləri  daha  çox  cəlb  edir.  Onlar  təcrübələri  müşahidə  etməklə 
bioloji prosesləri dərindən dərk edirlər. 
Təlimin  praktik  metodunun  əsas  növlərindən  biri  laboratoriya  və 
praktik  işlərdir.  Praktik  metodun  tətbiqi  ilə  qarşıya  çıxan  problem  əyani 
olaraq  təcrübələrin  köməyi  ilə  həll  edilir.  Bu  zaman  şagird  prosesi  özü 
həyata  keçirir,  hadisəni  görür  və  dərk  edir,  nəticə  çıxarır.  Təcrübələrin 
aparılması tapşırığı  şagirdlərə müəllim tərəfindən şifahi və  yazılı  şəkildə 
verilir.  Təcrübələrin  aparılması  ilə  şagirdlərin  müstəqil  fəaliyyətinin 
təşkil  edilməsi  onların  məntiqi,  yaradıcı  təfəkkürünü  inkişaf  etdirir. 
Təcrübələr  müəllimin  köməyi  və  nəzarəti  altında  şagirdlər  tərəfindən 
kollektiv, qrup və ya fərdi halda həyata keçirilir. 
Laboratoriya  və praktik işləri həyata keçirdikdə şagirdlərin  fəallığı 
artır,  onlar  müşahidə  aparmaq,  obyekt  və  hadisələri  müvafiq  duyğu 
orqanlarının  iştirakı  ilə  öyrənmək  imkanına  malik  olurlar.  Eyni  zamanda 
şagirdlərin  elmi  dünyagörüşü  artır,  onlarda  kollektiv  işləmək,  səliqəli  iş 
görmək kimi bacarıqlar inkişaf edir.  
Təcrübələrin  təşkili  şagirdlərdə  bir  sıra  nəzəri  və  praktik 
bilikləriartırır,  onlarda  praktik  bacarıqları  inkişaf  etdirir.  Təcrübələrin 
təşkilində şagird: 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
105 

 
Canlıların  həyat  fəaliyyətiniöyrənir,  onların  həyatında  baş 
verən bioloji prosesləri müşahidə edir; 

 
Lupa,  mikroskop  və  digər  cihazlarla,  aparatlarla  işləmək 
bacarıqları qazanır; 

 
Heyvan  və  insan  orqanizmində  gedən  bioloji  prosesləri 
müqayisə edir; 

 
Bitkilərə,  heyvanlara  qulluq  işlərinə  dair  bilik,  bacarıqlar 
qazanır; 

 
Bitki  və  heyvanların  həyat  tərzinə  uyğun  qorunması, 
mühafizəsi işlərinə qoşulur; 

 
Zədələnmiş  canlılara,  o  cümlədən  insanlara  tibbi  yardım 
göstərmək bacarıqları əldə edir; 

 
Canlıların  hüceyrə,  toxuma  və  orqanlarını  ayırd  etmək, 
şəkildəyişmələrini fərqləndirmək bacarıqlarına yiyələnir; 

 
Canlıların  orqanlarının  quruluşunu,  formasını,  onların 
əlamətlərinifərqləndirməyi, 
funksiyalarını 
təcrübə 
və 
müşahidələrin köməyi ilə aydınlaşdırmağı öyrənir; 

 
Canlılar  və  cansız  təbiətin  vəhdətini  dərk  etməklə  onlar 
arasındakı əlaqələri aşkar edir. 
Fənn kurikulumunda  da bioloji proseslərin  şagirdlərə öyrədilməsi 
tələbləri  öz  əksini  tapmışdır.  Onun  məzmun  xətlərindən  birinin  “Bioloji 
proseslər” olması  bunu sübut edir. Fənn kurikulumunun  məzmunu  imkan 
verir  ki,  dərslərdə  təcrübələr  aparmaqla  bioloji  proseslər  canlı  müşahidə 
ilə şagirdlərə öyrədilsin.  Bu imkanlardan lazımınca  istifadə edərək onları 
yüksək səviyyədə təşkil etmək və aparmaq müəllimdən çox böyük zəhmət 
və  bacarıq  tələb  edir.  Ona  görə  dəmüəllimlər  təcrübələrintəşkilində  bir 
sıra  çətinliklərlə  qarşılaşırlar.  Çatışmazlıqları  müəllimləravadanlığın, 
təchizatınazlığıiləəlaqələndirirlər.  Bir  çox  müəllimlər  təcrübələrin 
təşkilinin  əhəmiyyətini  dərk  etmədiklərindən  onlara  dərslərdə  az  yer 
ayırırlar.Təcrübidərslərdə  şagirdlər  nəzəri  biliklərini  tətbiq  etmək, 
müstəqil  işləmək,  düşünmək,  müşahidə  edərək  nəticə  çıxarmaq, 
eksperiment qoymaq,  mühakimə  yürütmək, ümumiləşdirmə aparmaq kimi 
bacarıqlarını  inkişaf  etdirirlər.  Eyni  zamanda  şagirdlər  tədris 
avadanlığından  istifadə  qaydalarını  öyrənir,  onların  təmiz  saxlanmasına, 
təhlükəsiz  işlədilməsi  bacarıqlarına  yiyələnirlər.  Bütün  bu  keyfiyyətlərin 
formalaşması  da  gənc  nəslin  həyata  hazırlanmasına,  şəxsiyyət  kimi 
formalaşmasına 
xidmət 
edir. 
Deyilən 
xüsusiyyətlər 
biologiya 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
106 
dərslərindətəcrübələrintəşkil edilməsi aktuallığını təsdiq edir.  
Təcrübələrin  və  laboratoriya  məşğələlərinin  həyata  keçirilməsi 
üçün  müəllim  dərs  ilinin  əvvəlindən  onları  sistemləşdirməli  və 
planlaşdırmalıdır.  Onların  hər  birinin  yerini,  tarixini  müəyyənləşdirməli, 
istifadə  edəcəyi  avadanlıqların,  cihaz  və  aparatların  siyahısını  tərtib 
etməlidir.  Təcrübənin  aparılmasına  bir  neçə  gün  qalmış  müəllim  lazımı 
avadanlığı  əldə  edir,  təcrübənin    təşkilinə  hazırlaşır.  Bu  işdə  şagirdlərin 
də imkanlarından istifadə edilməsi  mümkündür.Müəllim təcrübənin və ya 
laboratoriya  işinin  təşkilinin  vaxta və avadanlığa qənaətlə  yanaşmağın  ən 
səmərəli yollarını müəyyən etməklə onu həyata keçirməlidir.  
Bioloji  təcrübələri  yerinə  yetirərkən  bir  sıra  qaydalara  əməl 
olunmalıdır: 

 
İş müəllimin rəhbərliyi və nəzarəti altında aparılmalı; 

 
Müəllim işin planı, mərhələləri, məzmunu, aparılma texnikası 
ilə şagirdləri təlimatlandırmalı; 

 
Təcrübələr  xüsusi  şəraitdə  labaratoriya  otaqlarında,  canlı 
guşədə,  biologiya  kabinetində,  tədris-təcrübə  sahəsində, 
istehsalat müəssisələrində aparılmalı; 

 
Təcrübənin  aparılmasına  sinfin  bütün  şagirdləri  cəlb 
olunmalı; 

 
Təcrübələrin  aparılması  üçün  avadanlıqlar,  ləvazimat, 
cihazlar  qabaqcadan  hazırlanmalı,  iş  bitdikdən  sonra  onlar 
təmizlənib yerlərinə qoyulmalı; 

 
Müəllim yeri gəldikcə şagirdlərə köməklik göstərməli; 

 
Təcrübə  sona  çatdırılmalı,  nəticə  alınana  qədər  davam 
etdirilməli; 

 
Təcrübə  işlərinin  gedişi,  müşahidələrin  nəticələri  şagirdlər 
tərəfindən qeyd olunmalıdır; 

 
Təcrübəni 
müstəqil, 
müvəffəqiyyətlə 
başa 
çatdıran 
şagirdlərin əməyi qiymətləndirilməlidir. 
Göründüyü  kimi,  təcrübələrin  aparılmasına  müəllim  və  şagirdlər 
mükəmməl hazırlaşmalı və bu işə məsuliyyətlə yanaşmalı olurlar. 
Bioloji proseslərə dair təcrübələrin aparılmasında İKT-dən  istifadənin 
əhəmiyyəti  böyükdür.  İKT-dən  istifadə  etməklə  şagirdlər  bitkinin  inkişafını, 
onda  gedən  uzun  müddətli  prosesləri  az  bir  zamanda  aydın  müşahidə  etmək 
imkanına  malik  olur.  Heyvan  üzərində  müşahidələr  aparıb  onda  gedən  fiziolji 
proseslərin videogörüntülərini izləyir. İKT vasitəsilə təcrübələrin aparılması bir 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə