Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
110 
lisenziyalar, patentlər, məhsul nişanları, nou-xau, mühəndis-texniki xidmətləri, 
müxtəlif növlü informasiya və informasiya resurslarının digər növləri. 
Bazar  anlayışlarında  intellektual  əmək  məhsulu  maddi  və  yaxud, 
energetik formaya malik məhsula müvafiq olan, yəni alqı-satqı (mübadilə) üçün 
istehsal  olunmuş  və  ticarət  predmeti  olan  istənilən  əmək  məhsulunun  bir  sıra 
xüsusiyyətlərin məcmusunu özündə birləşdirir. 
Hesab  edək  ki,  satış,  mübadilə  və  yaxud,  ötürülmə  üçün  nəzərdə 
tutulmuş  informasiya  resursu  (İR),  bazara  bilavasitə  və  ya  vasitəçi  vasitəsilə 
daxil  olan  informasiya  məhsuludur.  Bu,  bir  qayda  olaraq,  sənədləşdirilmiş 
informasiya məhsulları, o cümlədən elektron sənədləridir. 
«İnformasiya  xidməti»  anlayışına,  əsas  təyinatından  –  hazırlıq,  əldə 
etmə  və  informasiya  resurslarının  istifadəçisinə  təqdim  edilməkdən  əlavə, 
aşağıdakı səciyyəvi xüsusiyyətləri aid etmək olar: 
a)
 
informasiya fəaliyyəti və yaxud, informasiya proseslərinin nəticəsi; 
b)
 
məhsulun  məqsədli  təyinatını  xarakterizə  edən  keyfiyyətlərə  və 
satılıb istehlak edilmə səbəbi hesab olunan informasiya xüsusiyyətlərinə malik 
maddi və yaxud, mənəvi istehsalın konkret nəticəsi; 
c)
 
alıcıların  informasiya  ehtiyaclarının  təmin  edilməsi  üşün  nəzərdə 
tutulmuş  nəzərə  çarpan  və  nəzərə  çarpmayan  xüsusiyyətlər  (xarakteristikalar, 
funksiyalar, mənfəətlər və istifadələr) kompleksi; 
d)
 
müxtəlif məhsulların istifadəsində insanın informasiya tələbatlarının 
təmin  edilməsinə  yönləndirilmiş  müəssisə  və  yaxud,  şəxsin  qeyri-istehsal 
fəaliyyətinin nəticəsi. 
İnformasiya 
xidmətlərinin 
unikallığı 
bazar 
münasibətlərinin 
spesifikasını  müəyyən  edən  ən  başlıca  amildir.  Bazarda  təqdim  edilən 
informasiya  xidmətlərinin  çeşidi  informasiya  resurslarının  istifadə  sahəsində 
həcm, keyfiyyət, əyani istiqamət ilə müəyyən olunur. Yuxarıda qeyd olunanları 
ümumiləşdirərək, informasiya xidmətləri anlayışına aşağıdakı kimi tərif vermək 
olar:  
Beləliklə,  informasiya  xidmətləri  bazarı  –  istehlakçı  (məhsul 
istehsalçəları) ilə təklif subyektləri arasında mövcud informasiyadan məsləhət, 
tədris,  nəşriyyat,  reklam  və  hüquqi  fəaliyyət  yolu  ilə  istehsal,  əldə  etmək, 
istifadə etmək məqsədilə yaranan qarşılıqlı münasibətlərin məcmusudur. 
İstənilən  xidmətləri  kimi,  informasiya  xidmətləri  bazarının  da  əsas 
elementləri  tələb,  təklif  və  qiymətdir.  İnformasiya  məhsulları  (xidmətləri) 
bazarının iştirakçıları aşağıdakılardır: 
- informasiya istehsalçıları (producers); 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
111 
- informasiya təchizatçısı və satıcısı (vendors); 
- informasiya istifadəçiləri (users) və yaxud, abunəçilər (subscribers). 
İnformasiya bazarı, onun infrastrukturu haqqında mövcud olan müxtəlif 
konsepsiya və fikirlərə baxmayaraq, fəaliyyət göstərir və inkişaf edir, bu isə o 
deməkdir ki, bu mövzuda danışarkən cəsarətlə yalnız ticarət və vasitəçilik deyil, 
eyni  zamanda  istehsal  anlayışlarının  tam  şamil  edilə  biləcəyi  informasiya 
məhsulları və xidmətləri biznesi haqqında danışmaq olar. 
İnformasiya  Kommunikasiya  İnfrastrukturu  ümumiyyətlə,  ərazi  üzrə 
paylanmış dövlət və korporativ informasiya sistemləri, rabitə xətləri, şəbəkələr 
və  ötürücü  kanallar,  kommutasiya  vasitələri  və  informasiya  axınının  idarə 
edilməsi,  həmçinin onların effektiv  işləməsini təmin edən  hüquqi  və  normativ 
mexanizmlər və təşkilati strukturların, məcmusudur. 
İnformasiya məhsulları və xidmətləri istehlakçıları müxtəlif  hüquqi və 
fiziki şəxslər - əlavə biliklərə ehtiyac duyan və istehsalatın demək olar ki, bütün 
sahələrində  çalışan  mütəxəssislər  ola  bilər.  Onları  aşağıda  verilmiş  olan 
qruplara ayırmaq olar: 
- elmi-tədqiqat idarələri və təhsil müəssisələri əməkdaşları; 
- sanəye müəssisələri, firma və ticarət müəssisələri mütəxəssisləri; 
- konsaltinq və marketinq informasiya agentliklərinin mütəxəssisləri; 
- dövlət idarələri əməkdaşları; 
- ictimai təşkilat əməkdaşları; 
- fərdi istifadəçilər. 
İnformasiya resursları  istehlakçıları aşağıdakı kateqoriyalara  bölünməsi 
məqsədəuyğun olan informasiyalara ehtiyac duyurlar: 
 
 
 
 
 
 
 
 
Mütəxəssislər  üçün  informasiya elmi,  mühəndis-texniki,  konstruktor, 
layihə, eyni zamanda humanitar yəni peşəkar informasiya (sənədli, biblioqrafik, 
referativ,  sorğulu),  təbiət,  texniki,  ictimai  elmlər  sahəsində,  istehsalat  sahələri 
və  insan  fəaliyyəti  sahəsində  (sənaye,  kənd  təsərrüfatı,  silahlı  qüvvələri,  ətraf 
mühit, sosial sahə, tibb və səhiyyə, dövlət idarəetmə sahəsində, mədəniyyət və 
istifadə edilən 
informasiya 
Mütəxəssislər 
üçün informasiya 
Bazar 
informasiyası 
Maarifləndirici 
informasiya 
Geniş istifadə 
üçün informasiya 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
112 
s.)  dar  mütəxəssis  –  alimlər,  mühəndislər,  konstruktorlar,  tarixçilər, 
hüquqşünaslar,  həkimlər,  geoloqlar  və  s.  əhatəsi  üçün  nəzərdə  tutulan 
informasiyadır: 
 
 
 
 
 
 
 
 
 
 
Fundamental  tədqiqatlar  mərhələsində  aşağıda  verilmiş  olan  elmi  və 
mühəndis-texniki informasiya zəruridir: 

 
elm və texnikanın son nailiyyətləri haqqında məlumatlar; 

 
verilmiş  texnika  növünün  inkişaf  tendensiyaları  haqqında 
informasiya; 

 
patentlər haqqında məlumat; 

 
digər informasiyalar. 
Tətbiqi  tədqiqatlar,  konstruktor  layihələri  və  texnoloji  mənimsəmə  
mərhələsində isə verilmiş informasiya tələb olunur: 

 
yeni elmi-texniki nailiyyətlər və ETTKİ haqqında məlumatlar; 

 
layihə  və  istehsalata  sərf  olunmuş  məsrəflərin  cəmi  haqqında 
məlumat; 

 
mümkün istehsal texnikasının təsviri; 

 
texnika 
obyektlərinin 
mənəvi 
köhnəlmə 
mərhələlərinin 
xüsusiyyətləri; 

 
hazırlanma xərcləri haqqında göstəricilər; 

 
xammal və avadanlıqlar haqqında məlumat; 

 
materiallar, komplektləşdirmə məmulatları üzrə firmaların təklifləri; 

 
standartlaşdırma, sertifikatlaşdırma və s. üzrə məlumatlar. 
İstehsal  mərhələsində  elmi-texniki  sənədləşmənin  seçimi,  təhlili, 
mənimsənilməsi  və  dünya,  regional,  milli,  sahə  təsnifatı  və  dəyərləndirmə 
göstəricilərinin  tələb  etdiyi  kimi  texniki  şərtlərin  qiymətləndirilməsi  prosesi 
həyata keçirilir. 
Mütəxəssislər üçün informasiya 
Elmi 
informasiya 
Mühəndis-
texniki 
informasiya 
Konstruktor 
informasiyası 
Layihə 
informasiyası 
Humanitar 
informasiya 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə